Məhkəmə qərarları › İş №e-2(010)-1003/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1003/2021

11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1003/2021 11.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir olunun sədrliyi, Məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə mülki işə Bakı şəhərində Suraxanı Rayon Məhkəməsinin inzibati binasında 11 mart 2021-cİ il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 465 manat məbləğində vəsaitin subroqasiya qaydasında Cavabdeh xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasına dair qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı “xxxx” ASC-inin etibarnamə üzrə nümayəndəsi Nümayəndəsi məhkəmə iclasında iddia tələblərinin onunla əsaslandırmışdır ki, X2 məxsus ünvan 1 ünvanı “xxxx” ASC tərəfindən 09.02.2019-cu il tarixində “Daşınmaz Əmlakın icbari sığortası növu sığortalanmışdır. 15.03.2019-cu il tarixində Cavabdeh məxsus ünvan 2 ünvanından sığortalı mənzilə su axması nəticəsində zərər dəymişdir. Baş vermiş hadisə ilə əlaqədar 105 saylı Mənzil Kommunal istismarı Sahəsinin məhsul şəxslər tərəfindən 18.03.2019-cu il tarixində akt tərtib olunmuşdur. Müstəqil sığorta ekspert tərəfindən tərtib olunmuş qüsur aktına əsasən X2 məxsus ünvan 1 ünvanın təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 715,00 (yeddi yüz on beş) manat müəyyən edilmişdir. “xxxx” ASC 16.14.2019-cu il tarixli sığorta aktına əsasən dəymiş ziyana görə əmlakın dəymiş ziyan üzrə müqavilə əsasında 250,00 manat azadolma çıxılmaqla, 465 (dörd yüz altmış beş) manat məbləğində sığorta ödənişinin zərərçəkənin şəxsi hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Beləliklə, “xxxx” ASC tərəfindən zərərçəkənə ödənilmiş ümumilikdə 465 manat məbləğində vəsaitin subroqasiya qaydasında Cavabdeh tutulmasına dair qətnamənin qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Mülki işin materiallarında olan: “xxxx” Açıq Səhmdar Cəmiyyətinin BA seriyalı, 953556 saylı Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsinə əsasən X3 məxsus ünvan 1 ünvana “xxxx” ASC tərəfindən 09.02.2019-cu il tarixində “Daşınmaz Əmlakın icbari sığortası növu sığortalanmışdır. Mülki işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın sürətindən görünür ki, Bakı şəhəri, ünvan 3 ünvanında olan 80.63 kvm-dən ibarət olan mənzil X1 xüsusi mülkiyyətindədir.( X1 həmin hüququ 19.02.2019-cu il tarixdə ********** sayla qeydə alınmışdır.) İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 04.06.2019-cu il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. 105 saylı Mənzil Kommunal İstismarı Sahəsinin məhsul şəxslər tərəfindən 18.03.2019-cu il tarixdə tərtib olunmuş akta əsasən 15.03.2019-cu il tarixində Cavabdeh məxsus ünvan 4 ünvanından sığortalı mənzilə su axması nəticəsində zərər dəymişdir. Baş vermiş hadisə ilə əlaqədar 105 saylı Mənzil Kommunal istismarı Sahəsinin məhsul şəxslər tərəfindən 18.03.2019-cu il tarixində akt tərtib olunmuşdur. Müstəqil sığorta ekspert tərəfindən tərtib olunmuş qüsur aktına əsasən X3 məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsində baş vermiş hadisəsindən dəyən ziyanın səbəblərini və məbləğini təyin etmək üçün yerində və təqdim edilən materiallara əsasən baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, doqquz mərtəbəli binanın ikinci mərtəbəsində yerləşən 80,63 kv m sahəsi olan mənzilə üst qatda yerləşən mənzilin istilik borusundan su sızmış, nəticədə bir otağın tavanı, döşəməsi və divarları yararsız hala düşmüşdür. Zədələnmiş sahənin bərpası üçün sərf edilən materialların və görülən işlərin dəyəri üçün dəymiş ziyanın ümumi miqdarı 715,00 (yeddi yüz on beş) manat müəyən edilmişdir. “xxxx” ASC tərəfindən tərtib olunmuş 16.04.2019-cu il tarixli sığorta aktına əsasən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsində baş vermiş hadisəsindən dəymiş ziyana görə əmlakın zədələnmiş sahənin bərpası üçün sərf edilən materialların və görülən işlərin dəyəri üçün dəymiş ziyanın ümumi miqdarı müəyyən edilmiş 715,00 (yeddi yüz on beş) manat dəymiş ziyan üzrə müqavilə əsasında 250,00 manat azadolma çıxılmaqla, 465 (dörd yüz altmış beş) manat məbləğində sığorta ödənişinin zərərçəkənin şəxsi hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Faydalanan şəxs sığorta ödənişini aldıqda, subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə, sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü tə'sir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin tə'siri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair e'tibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məs'uliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Halbuki, Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X2 məxsus ünvan 1 ünvana “xxxx” ASC tərəfindən 09.02.2019-cu il tarixində “Daşınmaz Əmlakın icbari sığortası növu sığortalanmışdır. 15.03.2019-cu il tarixində Cavabdeh məxsus ünvan 2 ünvanından sığortalı mənzilə su axması nəticəsində zərər dəymişdir. Maddi ziyanın vurulması 105 saylı Mənzil Kommunal istismarı Sahəsinin məhsul şəxslər tərəfindən 18.03.2019-cu il tarixdə tərtib olunmuş aktla və müstəqil sığorta ekspert tərəfindən tərtib olunmuş qüsur aktına əsasən müəyyən edilmiş, sonnucu aktına əsasən maddi ziyanın məbləği 715 manat məbləğində müəyyən edilmişdir. “xxxx” ASC 16.14.2019-cu il tarixli sığorta aktına əsasən dəymiş ziyana görə əmlakın dəymiş ziyan üzrə müqavilə əsasında 250,00 manat azadolma çıxılmaqla, 465 (dörd yüz altmış beş) manat məbləğində sığorta ödənişinin zərərçəkənin şəxsi hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, zərərin əvəzi qismində 465,00 (dörd yüz altmış beş) manat Cavabdeh tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilərkən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddiası təmin edilsin. Zərərin əvəzi qismində 465,00 (dörd yüz altmış beş) manat və iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 (iyirimi) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar