Məhkəmə qərarları › İş №e-2(010)-1019/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1019/2024

10.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1019/2024 10.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 24 saylı Notariat Ofisinə, Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinə və "xxxx" BOKT MMC-nə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi *5.02.2023-cü il tarixli 2023/4**4 saylı kredit müqaviləsinə əsasən ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ Yolu küçəsi, 24B saylı evin 2* saylı mənzilin real likvid dəyərinin müəyyən edilməklə cavabdeh "xxxx" BOKT MMC-yə olan kredit borcunun ümumi məbləğinin dəqiqləgdirilməsi və həmçinin 24 saylı Notariat Ofisi tərəfindən verilmiş 24.**.2023-cü il tarixdə reyestrdə 8İ-9753 nömresi ilə qeyd edilmiş icra qeydinin 3*80 AZN dəbbə pulunun tutulması hissəsində ləğv edilməsi. İddia tələbinin dəlliləri İddiaçı ilə cavabdeh "xxxx" BOKT MMC bağladığı *5.02.2023-cü il tarixli 2023/4**4 saylı kredit müqaviləsinə əsasən iddiaçı 20000 manat məbləğində kredit götürmüşdür. Müqavilə ilə öhdəliklərin icrasına təminat olaraq iddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ Yolu küçəsi, 24B saylı evin 2* saylı mənzilini ipoteka qoyulub. 07.0*.2024-cü il tarixdə telefonuna gələn SMS xəbərdarlıq məktubundan sonra Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə yaxınlaşmış və məlum olmuşdur ki, "xxxx" BOKT MMC ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında iddiaçıya heç bir bilriş məktubu göndərmədən mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ Yolu küçəsi, 24B saylı evin 2* saylı mənzilin açıq açıq hərrac vasitəsi ilə satılaraq icra qeydinin verilməsi üçün aidiyyəti üzrə Bakı şəhəri 24 saylı Notariat Ofisinə müraciət edib. Bundan sonra iddiaçı Bakı şəhəri 24 saylı Notariat Ofisinə gedərək icra qeydinin verilməsi üçün əsas olan sənədləri tələb etmiş və məlum olmuşdur ki, "xxxx" BOKT MMC iddiaçıya ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında heç bir bildriş məktubu göndərmədən icra qeydinin verilməsi üçün aidiyyəti üzrə notariat ofisinə müraciət etmişdir. Belə ki, Bakı şəhəri 24 saylı Notariat Ofisinə gedərək icra qeydinin verilməsi üçün əsas olmuş sənədlərlə tanış olduqda müəyyən etmişdir ki, "xxxx" BOKT MMC ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildriş məktubunun göndərilməsi görünüşü yaratmaq üçün sadəcə bildiriş məktubunun iddiaçıya göndərilməsini təsdiq edən poçt qəbzini ərizəyə əlavə edib və bildirişin həqiqətəndə iddiaçıya çatıb- çatmamasını müəyyən edən hər hansı sənədi notariat işinə əlavə edilməsi üçün notariat ofisinə təqdim etməyib. İddiaçıya hər hansı bildiriş almamış və icra qeydinin verilməsi barədə məlumatı bir tək Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icraata başlamaq haqqında SMS bildirş aldıqdan sonra almışdır. İddiaçı müqavilədə göstərilən şərtlərə uyğun olaraq hər ay mütəmadi olaraq borclarını ödəyirdi və bu səbəbdən icra qeydində əsas borcun eləcədə ona hesablanmış faziz və dəbbə pulunun məbləği ilə razı deyil. Belə ki, iddiaçının hesablamalarına uyğun olaraq iddiaçının hazırda "xxxx" BOKT MMC-yə təxminən *2530 manat kredit borcu var. Bu səbəbdən kredit borcunun hesablanması üçün məhkəməmühasibatlıq ekspertizasının keçirilməsi vacib ehtiyac olduğunu hesab edir. Kredit müqaviləsinin bağlandığı gündən bəri daşınmaz əmlakın qiymətlərində 50-70 faizə yaxın artım olduğu üçün "xxxx" BOKT MMC ilə bağladığı *5.02.2023-cü il tarixli 2023/4**4 saylı kredit müqaviləsində evinin 57000 manat dəyərində qiymətləndirilməsi və açıq hərracda bu qiymətlə satılmasına heç bir halda razı deyil. Belə ki, mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ Yolu küçəsi, 24B saylı evin 2* saylı mənzil iki otaqdan ibarət olmaqla 47.*4 kv.m ümumi sahədən ibarətdir. Mənzil əla təmirli olmaqla Zığ qəsəbəsinin ən gözəl yerində yerləşir. Hazırda bü vəziyyətdə evin orta bazar qiyməti təxminən 80000-90000 manat civarındadır. Bunun əyani şahidi olmaq üçün iddia ərizəsinə əlavə etdiyi ayrı-ayrı evlərin alqı-satqısı ilə məşğul olan saytlardan götürdüyü ev elanlarındanda tanış olmaq yetərlidir. Belə ki, evlərin satılmasına dair elanlarının yerləşdirildiyi internet saytlarından məlum olur ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində təmirli mənzillərin * kv.m hazırda ortalama bazar qiyməti *700-*800 manat civarındaddır. Bu isə mülkiyyətində olan 47.*4 kv.m ümumi sahəsi olan mənzilin bu günə olan orta bazar qiymətinin təxminən 80000-90000 manat dəyərində olmasını sübut edir. Açıq hərraclarda satılan evlərə əksər hallarda heç kimin maraq göstərməməsi səbəbindən bir neçə hərrac keçirilir və birinci hərracın nəticəsində mənzil satılmadıqda evin dəyəri 25 faiz, ikinci hərracda isə *5 faiz aşağı düşür. Son olaraq isə mənzil çox aşağı qiymətə bankın balansına keçir. yəni bu o deməkdir iddiaçının mülkiyyətində olan və bu günkü orta bazar qiymətləri ilə təxminən 90000 manat qiymətləndirilən daşınmaz əmlak *5.02.2023-cü il tarixli 2023/4**4 saylı kredit müqaviləsinə əsasən 57000 manat ilkin satış qiyməti ilə açıq hərraca çıxarıldığı təqdirdə birinci və sonrası ikinci hərracda mənzil satılmadığı təqdirdə mənzilin qiymətində 20663 manat ucuzlaşma olacaq və mənzil 36337 manata satılacaq. Bu isə iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ Yolu küçəsi, ev 24B, mənzil 2* ünvanında yerləşən 47.*4 kv.m ümumi sahəsi olan iki otaqlı mənzil bu günki orta bazar qiymətindən üç dəfə ucuz qiymətə satılacağı və öz ailəsi ilə birgə küçəyə atılacağı deməkdir. Hesab edir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında iddiaçıya heç bir bildriş göndərilmədən tam qanunsuz olaraq verilmiş icra qeydi ləğv edilməklə iddiaçının bu günə tələbkar təşkilata olan borcu hesablanmalı və həmçinin evin yenidən qiymətləndirilməsi aparılmalıdır. Proses iştirakçılarının izahatları İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə xx.xx.2024-cü il tarixdə AZEMİS vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh "xxxx" BOKT MMC-ti xx.xx.2024-cü il tarixdə AZEMİS vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, mülki işə iştirakı edə bilməyəcəklərini, iddia tələbini əsassız hesab etdiyini, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdeh Bakı şəhəri 24 saylı notariat ofisinin xüsusi notariusu məhkəməyə məktubla müraciət edərək, mülki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş üzrə cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları İddiaçı ilə "xxxx" BOKT MMC arasında *5.02.2023-cü il tarixində kredit müqavilə bağlanmış, "xxxx" BOKT MMC həmin müqaviləyə əsasən İddiaçı istehlak məqsədləri üçün 20000 manat məbləğində krediti cavabdehin mülkiyyətinə vermiş, iddiaçı isə həmin vəsaitdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Bundan başqa, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ Yolu küçəsi, ev 24B-də yerləşən 2* saylı mənzil sözügedən öhdəliyinin icrasına təminat olaraq ipoteka ilə yüklü edilmişdir. 24.**.2023-cü il tarixli 8İ-9753 reyestr saylı icra qeydinə əsasən Bakı şəhəri 24 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən tələbkarın müraciətinə əsasən mübahisə edilən icra qeydi verilmişdir. İcra qeydinə əsasən ipoteka müqaviləsi uzrə tərəf ipoteka saxlayan - “X6 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin tələbi ilə ipoteka qoyan İddiaçı məxsus ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, ev 24B ünvanda yerləşən 2* saylı mənzil ünvanında yerləşən əmlaka tutma yönəldilməlidir. İş materialları *5 fevral tarixli, 2023/4**4 saylı Kredit müqaviləsindən görünür ki, İddiaçı ilə "xxxx" BOKT MMC arasında *5.02.2023-cü il tarixində kredit müqaviləsi bağlanmış, "xxxx" BOKT MMC həmin müqaviləyə əsasən şəxsi məqsədlər üçün 32% dərəcəsi ilə 36 ay müddətinə 20000 manat məbləğində krediti İddiaçı istifadəsinə vermiş, iddiaçı isə həmin vəsaitdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə və qaydada "xxxx" BOKT MMC-yə qaytarmağı öhdəsinə götürmüşdür. *5 fevral tarixli, 2023/4**4 saylı Kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, borclu İddiaçı 36 ay müddətində hər ayın *5-i 87*.09 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. Hesabdan çıxarışdan görünür ki, 3*.03.2023-cü il tarixində *000 manat, xx.xx.2023cü il tarixində 200 manat, *3.04.2023-cü il tarixində 800 manat, *7.04.2023-cü il tarixində 7* manat, *8.05.2023-cü il tarixində 9*3 manat, *6.06.2023-cü il tarixində 873 manat, xx.xx.2023-cü il tarixində 300 manat, *8.09.2023-cü il tarixində 300 manat, *3.**.2023-cü il tarixində 400 manat, **.*2.2023-cü il tarixində 200 manat məbləğində ödəniş etmişdir. 24.**.2023-cü il tarixli “ipoteka predmetinə tutmanın yönəldilməsi” haqqında icra qeydindən görünür ki, Bakı şəhəri 24 saylı notariat ofisinin xüsusi notariusu X3 təklif etmişdir ki, "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən ipoteka müqaviləsi uzrə tərəf ipoteka saxlayan - AZ*065, Bakı şəhəri, Yasamal rayonu, X5, ev *77 ünvanında yerləşən “X6 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: *********) tələbi ilə ipoteka qoyan – Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi Zığ yolu küç, ev 24B, mən.2* ünvanında qeydiyyatda olan İddiaçı (AZE********, *4.**.20*6 - Asan2- 2: FİN xxxxxxx d/t 23.06.*963) məxsus ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, ev 24B ünvanda yerləşən 2* saylı mənzil ünvanında yerləşən əmlaka tutma yönəldilsin. (Öhdəliyi müəyyən edən 2023/4**2-İP müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş *8392.64 AZN əsas borc, 2553.48 AZN faiz borcu, 3*80.00 AZN dəbbə olmaqla, cəmi tutulmalı məbləğ 24*26.*2 AZN təşkil edir.) Həmin icra qeydi 23.**.2023 tarixdə aparılmışdır. Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X2 «icraata başlamaq haqqında» 28.**.2023-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri 24 saylı notariat kontorunun Bİ- 9753 nömrəli 25.**.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. "xxxx" BOKT MMC-nin 24.*0.2023-cü il tarixli borcalan İddiaçı ünvanlandığı bildirişdən görünür ki, İddiaçı 4**4/2023 saylı Kredit müqaviləsi üzrə öhdəlikləri 2* gün ərzində tam icra etmədiyini halda Azərbaycan Respublikası "İpoteka Haqqında" Qanununun 34-38-ci maddələrinə əsasən ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldiləcəyi barədə xəbərdar olunmuşdur. Xəbərnamədən görünür ki, "xxxx" BOKT MMC-nin İddiaçı ünvanlanmış zərfi İddiaçı 3*.*0.2023-cü il tarixində qəbul etmişdir. "xxxx" BOKT MMC-nin 3*.*0.2023-cü il tarixli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə ünvanladığı məktubundan görünür ki, borcalan İddiaçı "Kəpəz” Bank Olmayan Kredit X* Cəmiyyəti arasında bağlanmış *5.02.2023 il tarixli 4**4/2023 nömrəli kredit müqaviləsi üzrə yaranmış öhdəliyin icrasının təminatı kimi Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, ev 24B, mənzil 2* ünvanında yerləşən əmlak ipoteka qoyulmuş və ipoteka predmeti müvafiq qaydada yüklülüyə dair dövlət qeydiyyatından keçirilmişdir. Lakin, İddiaçı *5.02.2023 tarixli 4**4/2023 nömrəli kredit müqaviləsi üzrə olan öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Odur ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi qeydə alınmasını xahiş etmişdir. Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişindən görünür ki, 3*.*0.2023-cü il tarixində dövlət rüsumu olaraq *5 manat məbləğində ödəniş edilmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 385.*. Bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.*. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləndirilmiş vaxtda və yerdə lazımi şəkildə müqavilənin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə *07. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə **9.*. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 76. İcra qeydləri üzrə pul məbləğlərinin tutulması və əmlakın tələb edilib alınması Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır.... Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ** sentyabr tarixli, *67 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat *6*. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq... üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə * (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, *56 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir.... Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Fərdi cabinet istifadəçiləri tərəfindən təqdim edilən məlumat və ya sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda notarius onlardan həmin sənədlərin əsillərinin təqdim edilməsini tələb edir. İcra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir. *62. İcra qeydi aşağıdakı hallarda aparılır: *) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, *56 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin” Siyahısı İİ. Hesablaşma və kredit münasibətlərindən irəli gələn əsaslarla borcun alınması

2. Borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı.

Məhkəmənin mövqeyi İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı ilə "xxxx" BOKT MMC arasında *5.02.2023-cü il tarixində kredit müqaviləsi bağlanmış, "xxxx" BOKT MMC həmin müqaviləyə əsasən şəxsi məqsədlər üçün 32% dərəcəsi ilə 36 ay müddətinə 20000 manat məbləğində krediti İddiaçı istifadəsinə vermiş, iddiaçı isə həmin vəsaitdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə və qaydada "xxxx" BOKT MMC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Bundan başqa, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ Yolu küçəsi, ev 24B-də yerləşən 2* saylı mənzil sözügedən öhdəliyinin icrasına təminat olaraq ipoteka ilə yüklü edilmişdir. 24.**.2023-cü il tarixli 8İ-9753 reyestr saylı icra qeydinə əsasən Bakı şəhəri 24 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən tələbkarın müraciətinə əsasən mübahisə edilən icra qeydi verilmişdir. İcra qeydinə əsasən ipoteka müqaviləsi uzrə tərəf ipoteka saxlayan - "xxxx" Bank Olmayan Kredit X* Cəmiyyətinin tələbi ilə ipoteka qoyan İddiaçı məxsus ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, ev 24B ünvanda yerləşən 2* saylı mənzil ünvanında yerləşən əmlaka tutma yönəldilməlidir. İddiaçı iddia tələbini onunla əsaslandırır ki, o, müqavilədə göstərilən şərtlərə uyğun olaraq hər ay borclarını ödəmişdir. Məhkəmə müəyyən edir ki, iddiaçı *5 fevral tarixli, 2023/4**4 saylı Kredit müqaviləsi üzrə ödəniş cədvəlinə əsasən 36 ay müddətində hər ayın *5-i 87*.09 manat məbləğində ödəniş etməyi öhdəsinə götürsə də, 3*.03.2023-cü il tarixində *000 manat, xx.xx.2023-cü il tarixində 200 manat, *3.04.2023-cü il tarixində 800 manat, *7.04.2023-cü il tarixində 7* manat, *8.05.2023-cü il tarixində 9*3 manat, *6.06.2023-cü il tarixində 873 manat, xx.xx.2023-cü il tarixində 300 manat, *8.09.2023-cü il tarixində 300 manat, *3.**.2023-cü il tarixində 400 manat, **.*2.2023-cü il tarixində 200 manat məbləğində ödəniş etmişdir. İddiaçı iddia tələbini həmçinin onunla əsaslandırır ki, “Kəpək” Bank Olmayan Kredit Təşkilatı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş məktubunun göndərilməsi görünüşü yaratmaq üçün bildiriş məktubunun ona göndərilməsini təsdiq edən poçt qəbzini ərizəyə əlavə etmiş, bildirişin ona çatıb-çatmamasını müəyyən edən hər hansı bir sənədi notariat ofisinə təqdim etməmişdir. Məhkəmə iddiaçının bu dəlilinə münasibətdə müəyyən etmişdir ki, "xxxx" BOKT MMC-nin İddiaçı ünvanlanmış zərfi İddiaçı 3*.*0.2023-cü il tarixində qəbul etmişdir. Məhkəmə müəyyən edir ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, məhkəməyə təqdim edilmiş sənədlərdən, o cümlədən "xxxx" BOKT MMC-nin borcluya göndərdiyi (“Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən) 24 oktyabr 2023-cü il tarixli bildirişdən müəyyən olunur ki, icra qeydi verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, icra qeydi tələbkar və borclu arasında bağlanmış müqavilə üzrə verilmiş, icra qeydi verilməmişdən öncə borcluya müvafiq bildiriş göndərilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, müvafiq bildiriş borclunun ünvanına çatdırılmış və onun tərəfindən şəxsən qəbul edilmişdir. Göründüyü kimi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydi almaq üçün tələb olunan və borcun mübahisəsiz olduğunu təsdiq edən bütün sənədlər mövcuddur. Məhkəmə hesab edir ki, icra qeydi qanunvericiliyin tələblərinə riayət edilməklə verilmişdir. Bu səbəbdən, iddia əsassızdır və təmin edilə bilməz.

Məhkəmə xərcləri Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Bakı şəhəri 24 saylı Notariat Ofisinə, Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinə və "xxxx" BOKT MMC-nə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 2*6-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdehlər Bakı şəhəri 24 saylı Notariat Ofisinə, Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinə və "xxxx" BOKT MMC-nə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar