Məhkəmə qərarları › İş №e-2(010)-1216/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1216/2025

03.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1216/2025 03.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2764.29 manat məbləğində sığorta ödənişi, 47.65 manat dövlət rüsumu və 0.4 manat xidmət haqqı, cəmi 2812,34 manat pulun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. İddiaçı "xxxx" ASC (bundan sonra - Cəmiyyət və ya İddiaçı) ilə sığortalı "xxxx" MMC arasında bağlanmış 12 yanvar 2019-cu il tarixli AS 008/19_8 nömrəli sığorta müqaviləsinə əsasən Cəmiyyət tərəfindən sığortalanmış “Ravon Nexia R3” markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sığorta müddətində xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Suraxanı rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən idarə olunan “Mercedes Benz E200” markalı ** RG *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə toqquşaraq zədələnmişdir. Sözügedən yolnəqliyyat hadisəsi nəticəsində “Ravon Nexia R3” markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə Cəmiyyət tərəfindən 6450 (altı min dörd yüz əlli) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş TP ******* nömrəli xx.xx.2019-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində “Mercedes Benz E200” markalı ** RG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirli bilinərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş “RS Avtoservis”-in xx.xx.2019-cü il tarixli aktında, yol-nəqliyyat hadisəsi nəticəsində “Ravon Nexia R3” markalı ** PN *** dövlət qeydiyyat nişanl avtomobilə dəymiş zərər məbləği 6700 (altı min yeddi yüz) müəyyən edilmişdir. Ümumi zərər məbləğindən 250 (iki yüz əlli) manat şərtsiz azadolma çıxılmış, yekunda zərər məbləği 6450 (altı min dörd yüz əlli) təşkil edilmişdir. İddia ərizəsinə əlavə edilmiş subroqasiya tələblərinin reyestrindən çıxarışından görünür ki, “Mercedes Benz E200” markalı ** RG *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin mülki məsuliyyəti, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "xxxx" ASC tərəfindən 3685,71 (üç min altı yüz səksən beş manat 71 qəpik) manat məbləğində sığorta ödənişi Cəmiyyətin hesabına ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 478/24 nömrəli geriyə tələb məktubundan müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində “Ravon Nexia R3” markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərin qalıq hissəsinə görə ödənilməli olan 2764,29 (iki min yeddi yüz altmış dörd manat 29 qəpik) manat məbləğində pulun Cəmiyyətin hesabına ödənilməsi cavabdehdən tələb edilmişdir.

Tərəflərin izahatları

3. İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsi və tələbin təmin edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, iddia tələbi ilə razıdır.

İş materialları

5. AS008/19 saylı Sığorta şəhadətnaməsi və ona 1 saylı Qoşmadan görünür ki, “Ravon Nexia R3” markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən sığortalanmışdır.

6. xx.xx.2019-cu il tarixli İnzibati tənbehvermə haqqında qərarın surətindən görünür ki, “Mercedes Benz E200” markalı ** RG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirli bilinərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmiş və 40 manat məbləğində cərimə edilmişdir.

7. “RS Avtoservis”in xx.xx.2019-cu il tarixli qüsur aktından görünür ki, “Ravon Nexia R3” markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan məbləği ümumilikdə 6700 manat təşkil edir.

8. "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli Sığorta aktından və ödəniş tapşırığından görünür ki, xx.xx.2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Ravon Nexia R3” markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş olan 6450 manat (ümumi zərər məbləği 6700 manat, şərtsiz azadolma məbləği 250 manat olmaqla) "xxxx"xxxx"xxxx" MMC-nin hesabına ödənilmişdir.

9. İş materiallarından görünür ki, "xxxx"xxxx"xxxx" ASC-nin hesabına ödənilmişdir.

10. xx.xx.2024-cü il tarixli, 478/24 nömrəli pretenziyadan görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh 2764.29 manat pul vəsaitinin 7 gün ərzində qaytarılması, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə Cavabdeh xəbərdarlıq edilmişdir.

İşin faktiki halları

11. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, Cavabdeh idarə etdiyi “Mercedes Benz E200” markalı ** RG *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə “Ravon Nexia R3” markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilə 6700 manat məbləğində dəyərləndirilən maddi ziyan vurmuşdur. İddiaçı sığorta şirkəti qeyd olunan avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün sığortalı "xxxx" MMC-nin hesabına 6450 manat (ümumi zərər məbləği 6700 manat, şərtsiz azadolma məbləği 250 manat olmaqla) ödəniş etmişdir. Hazırkı iddia tələbində iddiaçı edilmiş sığorta ödənişindən qalıq məbləği subroqasiya qaydasında cavabdehdən tələb edir. Tələbini onunla əsaslandırır ki, qəzanın baş verməsində cavabdeh təqsirkar olmuşdur. Cavabdeh iddia tələbini qəbul edir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 936. Subroqasiya hüququ 936.1 Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2 Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç

Məhkəmənin mövqeyi

14. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.

15. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normasından göründüyü kimi, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Yəni, bu hüquqlar zərərçəkəndən sığortaçıya keçir. Cavabdeh idarə etdiyi “Mercedes Benz E200” markalı ** RG *** dövlət qeydiyyat nişanlı avtomobilin “Ravon Nexia R3” markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurması işin mübahisəsiz halıdır. Belə ki, bu hal işə əlavə edilən sənədlərlə müəyyən edilir. İş materiallarından o da görünür ki, ziyan cavabdehin təqsirli hərəkəti nəticəsində vurulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı subroqasiya qaydasında cavabdehdən vurulan ziyanı geri tələb etməkdə haqlıdır. Vurulan ziyanın məbləğinə gəldikdə isə məhkəmə qeyd edir ki, göründüyü kimi iddiaçı tərəfindən “Ravon Nexia R3” markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə sığortalı "xxxx" MMC-yə 6450 manat (ümumi zərər məbləği 6700 manat, şərtsiz azadolma məbləği 250 manat olmaqla) ödəniş etmişdir. Eyni zamanda müəyyən edilir ki, daha sonra edilmiş həmin 6450 manat sığorta ödənişindən 3685.71 manat pul vəsaiti "xxxx" ASC tərəfindən “A-Qroup Sığorta Şirkəti» ASC-nin hesabına ödənilmişdir. Hazırda iddiaçı həmin sığorta ödənişindən qalıq olan 2764.29 manat pul vəsaitini tələb edir. Məhkəmə hesab edir ki, iddia təmin edilməklə cavabdehdən 2764.29 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmə xərcləri

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

17. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 47.65 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə

19. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2764.29 manat sığorta ödənişi, 47.65 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı olmaqla cəmi 2812.34 manat pul tutularaq iddiaçı "xxxx" ASCnin xeyrinə ödənilməlidir.

20. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia təmin edilsin. Cavabdeh 2764.29 manat sığorta ödənişi, 47.65 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı olmaqla cəmi 2812.34 manat pul tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar