Məhkəmə qərarları › İş №e-2(010)-1344/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1344/2023

03.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1344/2023 03.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDI: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 880,00 (səkkiz yüz səksən) manat yol-nəqliyyat hadisəsi nəticəsində ödənilmiş sığorta ödənişinin məbləği, 30,40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumu, ümumilikdə 910,40 (doqquz yüz on manat, qırx qəpik) manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi "Mercedes Benz" markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Babək prospekti ilə hərəkət edən zaman ara məsafəsinin düzgün seçilməsi qaydalarını pozmuş, nəticədə, "Ford Fusion" markalı, ** LY *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Bakı şəhər DYPİ tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli qərarla "Mercedes Benz" markalı, ** FT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 332.1-ci maddələrində (manevr etmə qaydalarının pozulması, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi) nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirkar şəxs olduğu müəyyən edilmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində "Ford Fusion" markalı, ** LY *** dövlət qeydiyyat nişanlı avtomobilə 880,00 (səkkiz yüz səksən) manat maddi zərər dəymişdir. PME********** saylı sığorta şəhadətnaməsinə və İAS223017 saylı, xx.xx.2022-ci il tarixli Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən cəmi 880,00 (səkkiz yüz səksən) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Qeyd olunanlardan da göründüyü kimi, Cavabdeh hadisə vaxtı "Mercedes Benz" markalı, ** FT *** dövlət qeydiyyat nişanlı avtomobili müvafiq etibarnamə olmadan yəni, idarəetmə hüququ olmadan idarə etmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci madəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə iddiaçı tərəfi dinləyib, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli və tələb edilən pul məbləği subroqasiya qaydasında cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Belə ki, iş materiallarında olan: - Nəqliyyat Vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "Mercedes Benz" markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X6r. - xx.xx.2022-ci il tarixli, PME********** nömrəli “İcbari Sığorta Müqaviləsi”in surətindən görünür ki, "Mercedes Benz" markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü ilədək 12 ay müddətinə Sığortaçı "xxxx" ASC tərəfindən sığortalanmışdır. - Nəqliyyat Vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "Ford Fusion" markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X2r. - xx.xx.2021-ci il tarixli, ƏN-V 914490 saylı etibarnamənin surətindən görünür ki, mülkiyyətçi X4 tərəfindən etibar edilən X7 xx.xx.2022-ci il tarixədək "Ford Fusion" markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyəti verilmişdir. - TP ******* nömrəli İnzibati Tənbehvermə haqqında Qərarın suərtindən görünür ki, "Mercedes Benz" markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnaməsiz idarə edən Cavabdeh törədilmiş yol nəqliyyat hadisəsinə görə AR İXM-nin 327.2-ci və 332.1-ci maddələri ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. - xx.xx.2022-ci il tarixli “Qüsur Aktı”ndan görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində "Ford Fusion" markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ümumi zərər məbləği 880 manat təşkil edir. - xx.xx.2022-ci il tarixli, İAS223017 nömrəli “Sığorta Ödənişi Aktı”ndan görünür ki, Faydalanan şəxs X1 hesabına avtomobilə dəymiş zərərə görə 880 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, Cavabdeh tərəfindən etibarnaməsiz idarə edilən "Mercedes Benz" markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobillə X8 tərəfindən etibarnamə əsasında idarə edilən "Ford Fusion" markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsində Mercedes Benz" markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə edən Cavabdeh təqsirli bilinmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati məsuliyyətə cəlb edilmişdir. "Mercedes Benz" markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü ilədək 12 ay müddətinə Sığortaçı "xxxx" ASC tərəfindən siğortalandığından yol nəqliyyat hadisəsi nəticəsində "Ford Fusion" markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 880 manat məbləğində pul vəsaiti "xxxx" ASC tərəfindən avtomobilin mülkiyyətçisi - Faydalanan şəxs X1 hesabına ödənilmişdir. Hazırki iddia tələbində iddiaçı məhz cavabdehdən subroqasiya qaydasında 880 manat məbləğində pul vəsaitini tələb edir. Cavabdeh məhkəmə iclaslarında iştirak etmədiyindən hazırki iddia tələbinə münasibətini öyrənmək mümkün olmamışdır. “İcbari Sığotalar haqqında” Qanunun 23.1.6-cı maddəsinə görə, sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək sığortaçının hüququdur. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.2-ci maddəsində qeyd olunur ki, "bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır". AR Mülki Məcəlləsinin 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yuxarıda qeyd olunan normaların tələbindən göründüyü kimi, iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Belə ki, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, Cavabdeh yol nəqliyyat hadisəsinin törədilməsində təqsirli olmuşdur. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir, yəni iddia təmin edildiyindən iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş30.40 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh Babazadə Aqşı̇ n Rəfaı̇ l oğlundan iddiaçı "xxxx" ASC-nin xeyrinə 880 manat sığorta ödənişi pul və 30.40 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 910.40 manat pul vəsaiti tutularaq ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar