Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1349/2020 04.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı «xxxxxxxxxxxx» ASC-nin etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı «xxxxxxxxxxxx» ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair ilkin və Cavabdeh «xxxxxxxxxxxx» ASCyə qarşı avtomobilin faralarının ona qaytarılması tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı «xxxxxxxxxxxx» ASC Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək subroqasiya qaydasında ona dəymiş ziyana görə 3185,80 manat sığorta ödənişinin və ödənilmiş 30,40 manat dövlət rüsumunun Cavabdeh tutularaq «xxxxxxxxxxxx» ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında qarşılıqlı iddia təqdim edərək «xxxxxxxxxxxx» ASC tərəfindən “avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış Toyota Camry markalı,** PT *** dövlət qeydiyyat nişanlı avtomobilinə vurulmuş zərərə əsasən avtomobilin iki farasının ona qaytarılması barədə qətnamə qəbul edilməsiniməhkəmədən xahiş etmişdir. İddiaçı «xxxxxxxxxxxx» ASC iddia tələbini onunla əsaslandırmışdır ki,Cavabdeh tərəfindən idarə olunan ** UZ *** dövlət qeydiyyat nişanlı Daewoo Gentra markalı avtonəqliyyat vasitəsi ilə xx.xx.2018-ci il tarixində, “xxxxxxxxxxxx” ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış Toyota Camry markalı,** PT *** dövlət qeydiyyat nişanlı avtomobilinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar DYP əməkdaşı tərəfindən xx.xx.2018-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü təqsirli bilinmişdir. “xxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən Toyota Camry markalı,** PT *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 8 285,80 manat müəyyən edilmişdir. “xxxxxxxxxxxx” ASC-nin xx.xx.2019-cu il tarixli sığorta aktına əsasən “xxxxxxxxxxxx” ASC tərəfindən 100,00 (bir yüz) manat azadolma çıxılmaqla dəymiş ziyana görə 8 185,80 manat məbləğində sığorta ödənişinin zərərçəkən avtonəqliyyat vasitəsinin təmiri üçün “xxxxxxxxxxxxxxxxxxx” MMC-nin hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Təmir edildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyətini icbari sığorta edən “xxxxxxx” Sığorta Şirkəti ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə 5 000 manat məbləğində sığorta ödənişi “xxxxxxxxxxxx” ASC-nin hesabına ödənilmişdir. Sığorta tərəfindən sığortalıya ödənilmiş 3 185,80 manat məbləğində vəsaitin “xxxxxxxxxxxx” ASCnin bank hesabına ödənilməsi barədə cavabdehə müvafiq bildiriş göndərilmiş lakin, cavabdeh dəymiş zərər məbləğini ödəməkdən yayınmışdır. İddiaçı «xxxxxxxxxxxx» ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, ona uyğun izahat vermiş və məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. xx.xx.2018-ci il tarixində yol-nəqliyyat hadisəsi baş vermiş, lakin dəymiş ziyanla bağlı hesablanmış məbləğ düzgün hesablanmamışdır. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar “xxxxxxx” Sığorta Şirkəti ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə 5 000 manat məbləğində sığorta ödənişi “xxxxxxxxxxxx” ASC-nin hesabına ödənilmişdir. “xxxxxxxxxxxx” ASC tərəfindən verilmiş defekt aktında faranın birini 1100 AZN-ə qiymətləndirmişlər. Lakin hadisə zamanı faralara heç bir zərər dəyməmişdir. O avtomobildən çıxan faraların ona qaytarmasını tələb etsə də, lakin servisdən əvvəlki faraların ona qaytarılmayacağını bildirmişlər. Qeyd olunanlara əsasən ilkin iddianın rədd olunması, qarşılıqlı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia qismən təmin olunmalı, qarşılıqlı iddia təmin olunmamalıdır. Belə ki, işmateriallarındaolan«xxxxxxxxxxxx» ASC-nin 1596/İ nömrəli, xx.xx.2019cu il tarixli “xxxxxxx” Sığorta Şirkəti ASC-yə ünvanladığı məktubundan görünürki, «xxxxxxxxxxxx» ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış Toyota Camry markalı,** PT *** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş zərərlə bağlı 8185,80 (səkkiz min bir yüz səksən beş manat, səksən qəpik) məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yaranmış subroqasiya tələbi hüququna əsasən 5000 (beş min) manat məbləğində vəsaitin «xxxxxxxxxxxx» ASC-nin bank hesabına köçürülməsinə göstəriş verilməsini xahiş etmişdir. İşmateriallarındaolan«xxxxxxxxxxxx» ASC-nin 1907/İ nömrəli, xx.xx.2019-cu il tarixli Cavabdeh ünvanladığı məktubundan görünürki, «xxxxxxxxxxxx» ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış Toyota Camry markalı,** PT *** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş zərərlə bağlı 8185,80 (səkkiz min bir yüz səksən beş manat, səksən qəpik) məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Ödənilmiş məbləğin 5000 (beş min) manat məbləğində vəsaitin «xxxxxxxxxxxx» ASC tərəfindən ödənildiyini əsas tutaraq 3 185,80 (üç min yüz səksən beş manat, səksən qəpik) manat məbləğində vəsaitin 15 gün ərzində «xxxxxxxxxxxx» ASC-nin bank hesabına ödənilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Sığorta Aktından görünür ki, 8285.80 manat zərər məbləği avtomobilin təmiri üçün “xxxxxxxxxxxxxxxxxxx” MMC-nin hesabına keçirilmişdir. İşə əlavə edilmiş xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, «xxxxxxxxxxxx» ASC tərəfindən 8285.80 manat “xxxxxxxxxxxxxxxxxxx” MMC-nin hesabına köçürülmüşdür. İş materiallarında olan TP ******* saylı xx.xx.2018-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan AC № 253112 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünürki, ** UZ *** dövlət qeydiyyat nişanlı Daewoo Gentra markalı markalı nəqliyyat vasitəsinin sahibi Cavabdehdur. İş materiallarında olan AB № 291391 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünürki, Toyota Camry markalı, ** PT *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Kapital Bank ASC-dir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(010)-1349/2020 saylı qərardadı ilə iş üzrə məhkəmə əmtəşünasılıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Əsliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/1270 nömrəli rəyi xx.xx.2020-ci il tarixində məhkəməyə daxil olmuşdur. Rəydən görünür ki, “xxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən təqdim edilmiş xx.xx.2018-ci il buraxılışlı “Toyota Camry markalı,** PT *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 6420.00 manat müəyyən olunmuşdur. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak Sığortası üzrə Sığorta ödənişini vermiş Sığortaçıya reqres qaydasında onun verdiyi Sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 916.1-ci maddəsinə əsasən əgər Sığortalı zərərin əvəzini ödəmək tələbini 3-cü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb Sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini Sığortalıya ödəmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəklərinin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrində istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Bu Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh ** UZ *** dövlət qeydiyyat nişanlı Daewoo Gentra markalı avtomobili idarə edərkən toqquşma nəticəsində Kapital Bank ASC-yə məxsus Toyota Camry markalı, ** PT *** dövlət qeydiyyat nişanlı avtomobilinə maddi ziyan dəymişdir. Kapital Bank ASC-yə məxsus Toyota Camry markalı,** PT *** dövlət qeydiyyat nişanlı avtomobili sığortalı olduğundan “xxxxxxx” Sığorta Şirkəti ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə 5 000,00 (beş min) manat məbləğində sığorta ödənişi “xxxxxxxxxxxx” ASC-nin hesabına ödənilmişdir. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Toyota Camry markalı,** PT *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 6420 manat müəyyən edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hüquqa zidd əməl nəticəsində dəymiş zərər sığortaçı tərəfindən ödənildiyindən və həmin məbləğdə zərəri tələb etmə hüququ subroqasiya qaydasında «xxxxxxxxxxxx» ASC-yə keçdiyindən 1420(6420-5000) manat məbləğində vurulmuş zərər və 30.40 manat məbləğində dövlət rüsumu zərərvuran şəxs Cavabdeh iddiaçı «xxxxxxxxxxxx» ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, ekspertiza tədqiqatının dəyəri – 100 manat Cavabdeh dövlət büdcəsi xeyrinə tutulmalıdır. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə hesab edir ki, defekt aktına əsasən Toyota Camry markalı,** PT *** dövlət qeydiyyat nişanlı avtomobilin faraları dəyişdirilmiş və həmin faralar iddiaçıda deyil, həmin avtomobili təmir etmiş qurumda mövcud ola bilər. İddiaçı «xxxxxxxxxxxx» ASC tərəfindən həmin avtomobili təmir edilməmiş, yalnız yol-nəqliyyat hadisəsi nəticəsində sığortalanmış avtomobilə dəymiş ziyanı ödənilmişdir. Buna görə də məhkəmə hesab edir ki, qarşılıqlı iddia «xxxxxxxxxxxx» ASC-yə münasibətdə təmin oluna bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh “Toyota Camry” markalı, ** PT *** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş zərərin əvəzi 1420 (bir min dörd yüz iyirmi) manat və 30,40 (otuz manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq «xxxxxxxxxxxx» ASC-yə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Cavabdeh «xxxxxxxxxxxx» ASC-yə qarşı avtomobilin faralarının ona qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin olunmasın. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri-100 (yüz) manat məbləğində vəsait Cavabdeh dövlət nəfinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №e-2(010)-1349/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1349/2020
04.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver