Məhkəmə qərarları › İş №e-2(010)-1352/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1352/2020

16.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1352/2020 16.06.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi ilə, İddiaçı "xxxxxxxxxxxx" X1 nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı "xxxxxxxxxxxx" X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı subroqasiya qaydasında pultələbinə dair mülki işə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxxxxxxxxxx" X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 subroqasiya qaydasında iddiaçı "xxxxxxxxxxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 13944,83 manat məbləğində sığorta ödənişinin və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 məxsus və Cavabdeh1 tərəfindən idarə olunan **-UO-*** qeydiyyat nişanlı “Opel Vita” markalı avtonəqliyyat vasitəsi ilə xx.xx.2019-cu il tarixdə "xxxxxxxxxxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış **-ZN-*** dövlət qeydiyyat nişanlı “Audi Q7” markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsilə əlaqədar xx.xx.2019-cu il tarixli TP ******* saylı X4 haqqında qərar tərtib olunmuş və sürücü Cavabdeh1 təqsirli bilinmişdir. “xxxxxxxxxxx” MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən **-ZN-*** dövlət qeydiyyat nişanlı “Audi Q7” markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 18621,33 manat müəyyən edilmişdir. "xxxxxxxxxxxx" ASC-nin xx.xx.2019cu il tarixli sığorta aktına əsasən dəymiş ziyana görə 18521,33 manat məbləğində sığorta ödənişi “xxxxxxxxxxx” MMC-nin hesabına ödənilmişdir.Avtomobil təmir edildikdən sonra zərər vuran şəxsin mülki məsuliyyətini icbari sığorta edən “xxx” Sığorta Şirkəti ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” nğvü üzrə 4576,5 manat məbləğində sığorta ödənişi "xxxxxxxxxxxx" ASC-nin hesabına ödənilmişdir. Sığorta tərəfindən sığortalıya ödənilmiş 13944,83 manat məbləğində vəsaitin "xxxxxxxxxxxx" ASC-nin bank hesabına ödənilməsi barədə cavabdehlərə müvafiq bildiriş göndərilmiş, lakin cavabdehlər dəymiş zərər məbləğini ödəməkdən yayınmışlar. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxxxxxxxxxx" X1 nümayəndəsi Nümayəndə iddia tələbinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini, tələb edilən məbləğin cavabdehlərdən tutulmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yer barədə cavabdehlər Cavabdeh1, Cavabdeh2 qeydiyyat və faktiki ünvanları üzrə məlumat verilmiş, lakin məhkəmə bildirişləri müxtəlif səbəblərə geri qaytarılmışdır. Belə olan halda, məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və tələb edilən pul məbləği subroqasiya qaydasında Cavabdeh1 tutulub iddiaçıya ödənilməli, iddia Cavabdeh2 aid hissədə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - İXP ******* nömnrəli, xx.xx.2019-cu il tarixli X3 Protokolun surətindən görünür ki, “X5” markalı **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh1 yolayrıcının keçmə qaydalarını pozaraq yol-nəqliyyat hadisəsi törətdiyinə görə inzibati məsuliyyətə cəlb edilməsi barədə protokol tərtib edilmişdir. - Yasamal rayon DYPŞ-nin xx.xx.2019-cu il tarixli TP ******* nömrəli X4 Haqqında Qərarının surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib 60 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. - "xxxxxxxxxxxx" ASC-nin xx.xx.2019-cu il tarixli Sığorta aktının surətindən görünür ki, "xxxxxxxxxxxx" ASC tərəfindən **-ZN-*** dövlət qeydiyyat nişanlı “Audi Q7” markalı avtomobilin təmiri üçün 18621,33 manat məbləğində pul məbləği “xxxxxxxxxxxxxxxxx” MMC-nin hesabına ödənilməsi qərara alınmışdır. - xx xxxxxxxx 2019-cu il tarixli, 001XOH********** nömrəli ödəniş tapşırığından görünür ki, baş vermiş sığorta hadisəsinə görə 18621,33 manat “xxxxxxxxxxxxxxxxx” MMC-nin hesabına ödənilmişdir. -xx xxx 2018-ci il tarixli qüsur aktına əsasən Nissan Sunny markalı, ** AF *** dövlət qeydiyyat nişanlı avtomobilə texniki baxış keçirilib və müəyyən olunub ki, avtomobilə ümumilikdə 1670 manat ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş etibarnamənin surətindən görünür ki, Cavabdeh2 tərəfindən Cavabdeh1 “X5” markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi üçün xx.xx.2023-cü il tarixədək səlahiyət verilmişdir. İş materiallarına əlavə edilmiş bildirişlərdən görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 avtomobilin təmir xərci olaraq ödənilmiş pul vəsaitinin geri qaytarılması barədə xəbərdarlıq edilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, Cavabdeh2 məxsus “X5” markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 etibarnamə əsasənda idarə edərkən yol-nəqliyyat hadisəsi törətmişdir. İddiaçı sığorta şirkəti baş vermiş yol-nəqliyyat hadisəsində ziyan dəyən digər avtomobil üçün təmir xərci olaraq 18521,33 manat məbləğində ödəniş etmişdir. Daha sonra “X5” markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobilin icra sığortası üzrə “xxx” Sığorta Şirkəti ASC tərəfindən iddiaçı təşkilxxx 4576,50 manat məbləğində sığorta ödənişi edilmişdir. İddiaçı şirkətin iddia tələbinin dəlili ondan ibarətdir ki, Cavabdeh1 avtomobili etibarnamə əsasında idarə etsə də, yol hərəkəti qaydalarını pozmuşdur ki, bununla da, qanunvericiliyə əsasən hər iki cavabdehə qarşı subroqasiya tələbinin əsası yaranır. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin dəlilləri Cavabdeh1 münasibətdə iş materialları ilə öz təsdiqini tapır, ona görə də, Cavabdeh1 tələb edilən məbləğ subroqasiya qaydasında tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci, 936.2-ci və 936.5-ci maddələrinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Qanunun tələbindən göründüyü kimi, iddiaçının Cavabdeh1 qarşı subroqasiya hüququ yaranmışdır. Belə ki, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, Cavabdeh1 yol hərəkəti haqqında qanunun tələblərinə əməl etməmiş və yol-nəqliyyat hadisəsi törətmişdir. “Sığorta haqqında” Azərbaycan Respublikası qanununun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ ( iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyxxx keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsindəəmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnaməüzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Belə olan halda, məhkəmə hesab edir ki, ödənilmiş 13944,83 manat məbləğ Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin Cavabdeh2 aid hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, subroqasiya hüququnu tənzimləyən yuxarıda qeyd edilmiş maddi normaların tələblərindən göründüyü kimi, subroqaqsiya hüququnun yaranmasının əsas şərti zərərvuranın təqsirli hərəkətlərinin olmasıdır. Yani, geriyə tələb hüququ məhz şəxsin təqsirli hərəkətinə görə yaranır. Bu qəbildən çıxış edərək məhkəmə qeyd edir ki, hazırkı işdə Cavabdeh1 təqsirinin olması iş materialları ilə sübut edilsə də, digər Cavabdeh2 qəzanın baş verməsində təqsirli hərəkət və ya hərəkətsizliyi müəyyən edilmir. Yani, Cavabdeh2 mülkiyyətində olan avtomobili qəza törədən Cavabdeh1 qanuni əsasla vermiş və qəza baş verən vaxtı da həmin etibarnamə qüvvədə olmuşdur. Deməli, Cavabdeh2 münasibətdə iddiaçının subroqasiya hüququ yarana bilməz. Çünki, Cavabdeh2 təqsirli olması faktımüəyyən edilmir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir, yəni iddia təmin edildiyindən iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 subroqasiya qaydasında iddiaçı "xxxxxxxxxxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 13944,83 (on üç min doqquz yüz qırx dörd manat səksən üç qəpik) manat sığorta ödənişi və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutulsun. İddia Cavabdeh2 aid hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar