Məhkəmə qərarları › İş №e-2(010)-1353/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(010)-1353/2020

01.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1353/2020 01.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, iddiaçı «xxxxxxxxxxxx»Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı «xxxxxxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-nə qarşı "ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması» tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında ba-xaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı «xxxxxxxxxxxx» Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-nə qarşı "ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasındatutulması» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Ağali oğlu və Cavabdeh2 MMC-dən subroqasiya qaydasında iddiaçı “xxxxxxxxxxxx” ASC-nin xeyrinə dəymiş ziyana görə 3 551,40 (üç min beş yüz əlli bir manat qırx qəpik) manat sığorta ödənişinin, ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı «xxxxxxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndəi ddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki,Cavabdeh2 MMC-yə məxsus və Cavabdeh1 Ağali oğlu tərəfindən idarə olunan ** TG *** dövlət qeydiyyat nişanlı Daewoo BS090 markalı avtonəqliyyat vasitəsi ilə xx.xx.2019-cu il tarixində, “xxxxxxxxxxxx” ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** MV *** dövlət qeydiyyat nişanlı Kia Optima markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur.Baş vermiş yol nəqliyyat hadisəsilə əlaqədar xx.xx.2019-cu il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü Cavabdeh1 Ağali oğlu təqsirli bilinmişdir.“xxxxxxxxxxxx” ASC tərəfindən tərtib olunmuşzərər aktına əsasən ** MV *** dövlət qeydiyyat nişanlı Kia Optima markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 3651,40 (üç min altı yüz əlli bir manat qırx qəpik) manat müəyyən edilmişdir.“xxxxxxxxxxxx” ASC-nin xx.xx.2019-cu il tarixli sığorta aktına əsasən dəymiş ziyana görə 100,00 (bir yüz) manat azadolma çıxılmaqla3 551,40 (üç min beş yüz əlli bir manat qırx qəpik) manat məbləğində sığorta ödənişinin zərərçəkən şəxsin hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Sığorta tərəfindən sığortalıya ödənilmiş 3551,40 (üç min beş yüz əlli bir manat qırx qəpik) manat məbləğində vəsaitin “xxxxxxxxxxxx” ASC- nin bank hesabına ödənilməsi barədə cavabdehlərə müvafiq bildiriş göndərilmiş lakin, cavabdehlər dəymiş zərər məbləğini ödəməkdən yayınmışdır.Mülki hüquq pozuntusu (delikt) Cavabdeh2 MMC-nin işçisi Cavabdeh1 Ağali oğlu tərəfindən törədilmiş vəsonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində sığortalanmış avtomobilin sahibinə maddi zərər yetirilmişdir. “xxxxxxxxxxxx” ASC tərəfindən sığortalıya3551,40 (üç min beş yüz əlli bir manat qırx qəpik) manat məbləğində vəsaitin subroqasiya qaydasında Cavabdeh1 Ağali oğlundan və Cavabdeh2 MMC-dən subroqasiya qaydasında tutulmalıdır.Ona görə də, cavabdehlər Cavabdeh1 Ağali oğlundan və Cavabdeh2 MMC-dən subroqasiya qaydasında iddiaçı “xxxxxxxxxxxx” ASCnin xeyrinə dəymiş ziyana görə 3551,40 (üç min beş yüz əlli bir manat qırx qəpik) manat sığorta ödənişinin, ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-nə məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Bakı şəhər Suraxanı rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdeh iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiyinə və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyinə görə, iddiaçı tərəfin ərizəsi nəzərə alınmaqla - işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 241.4-cü maddəsinə əsasən, iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli 84285 saylı sığorta aktından görünür ki, X3 Kia Optimal markalı ** MV *** dövlət qeydiyyat nişanlı avtomaşını xx.xx.2019-cu ildən xx.xx.2020-ci il tarixədək “Avtonəqliyyat vsitələrin tam sığortası” növü ilə sığortalamışdır. xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Sabunçu rayonu “Komsomol dairəsi” deyilən ünvanında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 3651,40 manat məbləğində ziyan dəymişdir. 3651,40 manat zərər məbləği etibarnamə əsasında X1 təqdim olunan 1100 0000 0094 2711 saylı karta köçürülmüşdür. İş materiallarında olan TP ******* saylı qərarından görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 100 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materialları ilə müəyyən olunur ki, “xxxxxxxxxxxx” ASC-nin xx.xx.2019-cu il tarixli sığorta aktına əsasən dəymiş ziyana görə 100,00 (bir yüz) manat azadolma çıxılmaqla 3551,40 (üç min beş yüz əlli bir manat qırx qəpik) manat məbləğində sığorta ödənişinin zərərçəkən şəxsin hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. İş materialları ilə müəyyən edilir ki, ** MV *** dövlət qeydiyyat nişanlı Kia Optima markalı avtomobil X2 mülkiyyətindədir. Beləliklə də, yuxarıda təsvir olunanlarla xx.xx.2019-cu ildə “xxxx” Sığorta Şirkəti ASC-də icbari sığorta ilə sığortalanmış,X3 tərəfindən idarə olunan ** MV *** dövlət qeydiyyat nişanlı Kia Optima markalı avtomobillə törədilmiş yol-nəqliyyat hadisəsi zamanı vurulmuş zərərlə əlaqədar iddiaçı “xxxxxxxxxxxx» Şirkəti ASC tərəfindən cəmi 3551,40 manat məbləğində pul vəsaitinin (sığorta ödənişinin) ödənildiyi müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir (hərəkət və ya hərəkətsizlikdir) və delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəlini iddia tələbi üzrə tətbiq edərək hesab edir ki, iddiaçı zərərçəkənə dəymiş zərərin əvəzini sonuncuya ödədiyindən onun cavabdehlərdən tələb etmək hüququ ödənilmiş məbləğ həddində iddiaçıya keçdiyindən iddia tələbiəsaslı olduğuna görə təmin edilməli və cavabdehlərdən 3551,40manat müştərək qaydadatutularaq, iddiaçı “xxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddiaçı, iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu və bank xidmət haqqıödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu və bank xidmət haqqı cavabdehlərəaid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 Ağali oğlundan və Cavabdeh2 MMC-dən 3551,40 (üç min beş yüz əlli bir manat qırx qəpik) manat məbləğində sığorta ödənişi və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu iddiaçı “xxxxxxxxxxxx» X5 Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehlərə qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar