Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1360/2024 24.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı Sığorta Şirkəti ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi.
1. İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh zərərçəkən X1 vurulan ağır xəsarətə görə ödənilmiş və qalan 1500 (bir min beş yüz) manat pulun və ödənilmiş 35,40 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı Sığorta Şirkəti ASC iddia tələbini onunla əsaslandırmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa əsasən xx.xx.2014-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Hyundai” markalı, ** NG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə X5 az ağır xəsarət almışdır. Belə ki, Cavabdeh idarə etdiyi “Hyundai” markalı, ** NG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da sığortalanmışdır. Hadisədən sonra zərərçəkən X3 ağır xəsarətə görə 1500 AZN (min beş yüz manat) sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2014-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayındığı üçün ona qarşı subroqasiya hüququ yaranmışdır. Bununla bağlı, xx.xx.2015-ci il tarixli 1(010)-135/2015 nömrəli Suraxanı rayon Məhkəməsinin hökmündə qeyd olunduğu kimi Cavabdeh CM-nin 263.1-1 və 264-cü maddələri ilə təqsirli bilinmişdir. Bununla bağlı izahatında da şəxsən özü hadisə yerindən yayınmasını qeyd etmişdir. Bu səbəbdən ödənilmiş borc 1500 AZN (bir min beş yüz manat) pul Cavabdeh iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
Tərəflərin izahatları.
3. İddiaçı Sığorta Şirkəti ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, yol-nəqliyyat hadisəsi xx.xx.2014-cü il tarixdə baş vermiş və hadisədən sonra zərərçəkən X3 ağır xəsarətə görə 1500 manat sığorta ödənişi həyata keçirilmişdir. Təqsirləndirilən şəxs Cavabdeh şəxs Suraxanı rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 1(010)-135/2015 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-1 və 264-cü maddələri ilə təqsirli bilinmişdir. Sonradan həmin hökmdən apellyasiya şikayəti verilmiş Bakı Apellyasiya Məhkəməsinin 1(103)-249/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarı ilə Suraxanı rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 1(010)-135/2015 nömrəli hökmü dəyişdirilmiş və təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti bitdiyindən cəza təyin olunmamışdır. Cavabdeh həmin maddə ilə bəraət verilməmiş, yalnız cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cəza təyin edilməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında dindirilən Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Suraxanı rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 1(010)-135/2015 nömrəli hökmü ilə o, (Cavabdeh Zərdabı oğlu) Azərbaycan Respublikası CM-nin 263.1-1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 2 (iki) il müddətinə nəqliyyat vasitələrinin idarə etmək huququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikas CM-nin 264-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və 2 (iki) il müddətinə nəqliyyat vasitələrinin idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və üzərində qəti olaraq 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən onun tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 1(103)-249/2016 nömrəli qərarı ilə şikayət təmin olunmayaraq, onun (Cavabdeh Zərdabı oğlu) Azərbaycan Respublikası CM-nin 263.1-1 və 264-cü maddələri ilə məhkum edilməsinə dair Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü dəyişdirilmiş, ona (Cavabdeh Zərdabı oğluna) Azərbaycan Respublikası CM-nin 264-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cəza təyin edilməməsi, Azərbaycan Respublikas CM-nin 263.1-1ci maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətinə nəqliyyat vasitələrinin idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hazırda Bakı Apellyasiya Məhkəməsinin qərarında qeyd edildiyi kimi müddət ötürülmüş və bu əsasla da iddiaçının iddia tələbi əsassızdır. Qeyd olunanlara əsasən iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir.
İş materialları.
5. 018374 saylı sığorta aktından görünür ki, Cavabdeh “Hundai Sonata” markalı, ** NG *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək müddətə 55000.00 manata sığortalamışdır. xx.xx.2014-cü il tarixdə sığortalanmış avtomobil yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə X5 ağır dərəcəli xəsarət almışdır. İcbari Sığorta Haqqında Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən ağır xəsarətə görə sığorta ödənişinin 30%-ni təşkil edir. Sığorta məbləği 5000 AZN olduğu üçün X1 vurulmuş zərərə görə sığorta ödənişinin məbləği-1500 manat təşkil edir.
6. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh ünvanlanmış pretenziyanın məzmunundan görünür ki, İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh xx.xx.2014-ci il tarixdə idarə etidi “Hyundai” markalı ** NG *** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə X5 ağır dərəcəli xəsarət alması, İddiaçı Sığorta Şirkəti öz növbəsində X3 ağır dərəcəli xəsarətə görə 1500 manat sığorta ödənişi həyata keçirməsi barədə xəbərdalıq edilmişdir.
7. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2014-cü il tarixdə saat 23:00-da Bakı şəhəri, Ramana qəsəbəsi, S.Əliyev küçəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yolnəqliyyat hadisəsinin növü piyadanı vurmaqdır. Yol-nəqliyyat hadisəsinin baş verməsində təqsiri olan şəxs Cavabdeh idarə etdiyi nəqliyyat vasitəsi “HYUNDAİ” markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobildir. Yol-nəqliyyat hadisəsi zamanı X3 ağır xəsarət almışdır.
8. Suraxanı rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 1(010)-135/2015 nömrəli hökmünün surətindən görünür ki, Cavabdeh Zərdabı oğlu Azərbaycan Respublikası CMnin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və o, 2 (iki) il müddətinə nəqliyyat vasitələrinin idarə etmək huququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cavabdeh Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və o, 2 (iki) il müddətinə nəqliyyat vasitələrinin idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3- 66.4-cü maddəsinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qalimkan tədbiri ilə əvəz edilməsi, Cavabdeh oğlü məhkəmə iclas zalından dərhal həbs edilməsi hökm edilmişdir.
9. Cavabdeh Suraxanı rayon Polis İdarəsinin İstintaq şöbəsində verdiyi izahatdan görünür ki, o, xx.xx.2014-cü il tarixdə idarə etdiyi “Hyundai Sonata” markalı, ** NG *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsini törətmiş və piyada X4 vuraraq ona ağır xəsarət yetirdiyini etiraf etmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 1(103)-249/2016 nömrəli qərarının surətindən görünür ki, apellyasiya şikayəti təmin olunmayaraq, Cavabdeh Zərdabı oğlunun Azərbaycan Respublikası CM-nin 263.1-1 və 264-cü maddələri ilə məhkum edilməsinə dair Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünün dəyişdirilməsi, Cavabdeh Zərdabı oğluna Azərbaycan Respublikası CM-nin 264-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cəza təyin edilməməsi, Cavabdeh Azərbaycan Respublikas CM-nin 263.1-1-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətinə nəqliyyat vasitələrinin idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası dəyişdirilmədən saxlanılması və Cavabdeh cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır.
İşin faktiki halları.
11. "Hyundai” markalı, ** NG *** dovlət qeydiyyat nişanlı avtomobil İddiaçı Sığorta Şirkəti ASC tərəfindən minik avtomobillərinin tam sığortası şəhadətnaməsinə əsasən xx.xx.2014-cü ildən xx.xx.2015-ci ilə qədər icrbari sığorta növündə sığortalanmışdır.
12. "Hyundai” markalı, ** NG *** dovlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2014-cü il tarixində Bakı şəhəri, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində Cavabdeh Zərdabı oğlu tərəfindən idarə olunarkən yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə piyada X5 ağır dərəcəli bədən xəsarəti almışdır. İcbari Sığorta Haqqında Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən ağır xəsarətə görə sığorta ödənişinin 30%-ni təşkil edir. Sığorta məbləği 5000 AZN olduğu üçün X1 vurulmuş zərərə görə sığorta ödənişinin məbləği-1500 manat təşkil edir. Həmin məbləğ sığorta təşkilatı tərəfindən X3 ödənilmişdir.
13. Suraxanı rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 1(010)-135/2015 nömrəli hökmü ilə Cavabdeh Zərdabı oğlu Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və o, 2 (iki) il müddətinə nəqliyyat vasitələrinin idarə etmək huququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cavabdeh Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və o, 2 (iki) il müddətinə nəqliyyat vasitələrinin idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-66.4-cü maddəsinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qalimkan tədbiri ilə əvəz edilməsi, Cavabdeh oğlü məhkəmə iclas zalından dərhal həbs edilməsi hökm edilmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 1(103)-249/2016 nömrəli qərarının surətindən görünür ki, apellyasiya şikayət təmin olunmayaraq, Cavabdeh Zərdabı oğlunun Azərbaycan Respublikası CM-nin 263.1-1 və 264-cü maddələri ilə məhkum edilməsinə dair Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünün dəyişdirilməsi, Cavabdeh Zərdabı oğluna Azərbaycan Respublikası CM-nin 264-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cəza təyin edilməməsi, Cavabdeh Azərbaycan Respublikas CM-nin 263.1-1-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətinə nəqliyyat vasitələrinin idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası dəyişdirilmədən saxlanılması və Cavabdeh cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır.
Tətbiq edilən hüquq.
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 883. Sığorta və təkrarsığorta müqaviləsi. 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 936. Subroqasiya hüququ. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
16. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 23. Sığortaçının hüquq və vəzifələri. 23.1. Sığortaçının aşağıdakı hüquqları vardır: 23.1.6. sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək. Maddə 63. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə subroqasiya hüququ. 63.1.Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Maddə 14. Sağlamlığa dəyən zərər 14.2. Sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin aşağıdakı nisbətlərində ödənilir: 14.2.4. əlillik qrupu təyin və ya sağlamlıq imkanları məhdudluğu müəyyən olunmadan az ağır və ya ağır xəsarət alması – 30 faiz;
17. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı.
Qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir... Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. O da nəzərə alınmalıdır ki, zərər yüksək təhlükə mənbəyinin fəaliyyəti zamanı məhz onun təhlükəli xüsusiyyətlərindən irəli gələrək baş vermiş olmalıdır. Beləliklə, ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini ödəməyə borcludur.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
19. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi.
Məhkəmənin mövqeyi.
20. İşin faktiki hallarından görünür ki, xx.xx.2014-cü il tarixdə yol-nəqliyyat hadisəsi baş vermiş və yol-nəqliyyat hadisəsində piyada ağır xəsarət almış və sığorta təşkilatı tərəfindən İcbari Sığorta Haqqında Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən ağır xəsarətə görə sığorta ödənişinin 30%-i, yəni 1500 manat pul vəsaiti sağlamlığa vurulmuş zərərə görə zərərçəkənə ödənilmişdir.
21. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 1(103)-249/2016 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin olunmayaraq, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü dəyişdirilmiş və Cavabdeh Zərdabı oğluna Azərbaycan Respublikası CM-nin 264-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cəza təyin edilməməsi, Cavabdeh Azərbaycan Respublikas CMnin 263.1-1-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətinə nəqliyyat vasitələrinin idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası dəyişdirilmədən saxlanılması və Cavabdeh cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda (§ 18) istinad edilmiş qərarında qeyd edilir ki, qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir... Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir.
23. Məhkəmə hesab edir ki, şəxsin hadisə yerindən yayınması iş materiallarında öz əksini tapmış və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə ona cəza təyin edilməməsi həmin şəxsi məsuliyyətdən azad etmir. Hazırkı iş üzrə Cavabdeh yüksək təhlükə mənbəyi (avtomobil) üzərində sahibliyinin hüquqi əsası əsası olmuşdur. Bu səbəbdən İddiaçı Sığorta Şirkəti ASC yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkənə ağır xəsarətə görə sığorta ödənişinin 30%-ni, yəni ödədiyi 1500 manat məbləğində sığorta ödənişini zərər vuran və hadisə yerindən yayınan avtomobilin sahibi Cavabdeh tələb etməkdə haqlı olmuşdur.
Məhkəmə xərcləri.
24. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 35,40 (otuz beş manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu ödəmişdir. Hansı ki, bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən iddia qiyməti 1.000-10000 manatadək olduqda ödənilməli olan dövlət rüsumu məbləğinə uyğun olmuşdur.
25. Məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq ödənilmiş 35,40 (otuz beş manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
26. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh "Hyundai markalı, ** NG *** dovlət qeydiyyat nişanlı avtomobillə yolnəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin sağlamlığına vurulan ağır xəsarətə görə ödənilmiş - 1500 (bir min beş yüz) manat sığorta ödənişi və 35,40 (otuz beş manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin hesabına ödənilməlidir.
27. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh "Hyundai markalı, ** NG *** dovlət qeydiyyat nişanlı avtomobillə yolnəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin sağlamlığına vurulan ağır xəsarətə görə ödənilmiş - 1500 (bir min beş yüz) manat sığorta ödənişi və 35,40 (otuz beş manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Talıbova