Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1487/2025 03.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı Cavabdeh qarşı pul tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Cavabdeh 4050 manat avtonəqliyyata çəkilən xərc, avtonəqliyyatın dəyərini aşağı salınmasına 5000 manat, bu aylar ərzində nəqliyyat və bütün dövlət orqanlarında edilən müraciətlər, hüquqi yardımla birlikdə xərclər 731 manat, dövlət rüsumu 119 manat, ümümilikdə 9900 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ona qarşı olan pul tələbinə dair iddiasının təmin edilməməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
3. Cavabdeh 27 aprel 2024-cü il tarixində Chevrolet Aveo minik 90XT408 nişanlı avtomobili ilə avtoxuliqanlıq edərək, binanın qabağında parking vəziyyətində olan ** BN *** Porsche Cayenne avtomobilinə çırpılıb və nəticədə ciddi ziyan vurmuşdur. "xxxx" tərəfindən həmin gün qeydə alınan və ekspertiza edildikdən sonra ziyan 8070 manat müəyyən olunmuşdur. Lakin məbləğ ilkin baxış olduğundan kifayət etmədi və təmir zamanı daha çox 9050 manata başa gəlmişdir. "xxxx" bu məbləğin 5000 manatını ödəmiş və qalan məbləği vurdugu ziyanın ödənilməsi üçün Cavabdeh tərəfinə yönəltmişdir. O, İddiaçı Bəybala qızı dəfələrlə ona bu haqqda söyləməyinə baxmayaraq, o imtina etmişdir və avtonəqliyyatına vurduğu ziyanı ödəməkdən boyun qaçırtmışdır.
Tərəflərin izahatları
4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
5. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
İş materialları
6. “X1 Şəhadətnaməsi”ndən görünür ki, “Porsche Cayenne” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir.
7. Suraxanı DYPŞ-nin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli “İnzibati tənbehvermə” haqqında Qərarından görünür ki, xx.xx.2004-cü il təvəllüdlü Cavabdeh xx.xx.2024-cü il tarixdə “Chevrolet Aveo” markalı, 90XT408 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 40 manat məbləğində cərimə edilmişdir.
8. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli “Qiymətləndirmə aktı”ndan görünür ki, “Porsche Cayenne” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan məbləği təmir-bərpa işləri daxil olmaqla 8060 manat müəyyən edilmişdir.
9. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı hesabına 5000 manat məbləğində ödəniş edilmişdir.
10. Mərkəzi Ekspertiza Bürosunun xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, “Porsche Cayenne” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan məbləği təmir üçün çəkiləcək xərclərlə birgə 7427 manat müəyyən edilmişdir. Eyni zamanda “Porsche Cayenne” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobil 12 faiz əmtəə dəyəri itirmişdir. İtirilmiş əmtəə dəyəri 4000 manat təşkil edir.
11. xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddia ərizəsi məhkəməyə təqdim edilərkən 119 manat dövlət rüsumu ödənilmişdir.
12. xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 14 saylı vəkil bürosunun hesabına 600 manat məbləğində ödəniş edilmişdir.
13. xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, İddiaçı tərəfindən Vəkil etibarnamə verilməsi üçün 17.25 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
14. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Mərkəzi Ekspertiza Bürosunun hesabına 350 manat ödəniş edilmişdir.
İşin faktiki halları
15. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, “Porsche Cayenne” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi baş vermiş və həmin hadisə nəticəsində “Porsche Cayenne” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Qəza “Chevrolet Aveo” markalı, 90XT408 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh “Yol hərəkəti haqqında” AR Qanununun tələblərini pozması nəticəsində baş vermişdir. “Porsche Cayenne” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan məbləği sığorta şirkəti tərəfindən 8060 manat müəyyən edilmiş və həmin məbləğdən 5000 manat İddiaçı ödənilmişdir. İş üzrə təyin edilmiş müstəqil qiymətləndirmə zamanı ekspert tərəfindən “Porsche Cayenne” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan məbləği təmir üçün çəkiləcək xərclərlə birgə 7427 manat, avtomobilin itirilmiş əmtəə dəyəri isə 4000 manat müəyyən edilmişdir. Hazırkı iclasda iddiaçı tələbin təmin edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdeh iddia tələbini qəbul etmədiyini və dəymiş ziyan məbləğinin iddia tələbində qeyd olunan dərəcədə yüksək olmadığını bildirmişdir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət 1108.1 Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
17.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübutetmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Məhkəmənin mövqeyi
18. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, hazırki iddia tələbi qismən təmin edilməlidir.
19. Məhkəmə qeyd edir ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı mülkiyyətində olan “Porsche Cayenne” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilə “Chevrolet Aveo” markalı, 90XT408 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh “Yol hərəkəti haqqında” AR Qanununun tələblərini pozması nəticəsində maddi ziyan vurulmuşdur. Qeyd olunan yol-nəqliyyat hadisəsi Cavabdeh təqsirli hərəkəti nəticəsində baş vermişdir. Məhkəmə hesab edir ki, delikt münasibətlərini tənzimləyən maddi hüquq normalarının tələblərinə əsasən İddiaçı cavabdehdən ona vurulmuş ziyanın əvəzini tələb etməkdə haqlıdır. Eyni zamanda, o da qeyd edilməlidir ki, qəza nəticəsində iddiaçıya məxsus avtomobilin əmtəə dəyərini qismən itirməsi şübhəsizdir. Mülki Məcəllənin 21-ci maddəsinin əhatə etdiyi halları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı itirilmiş əmtəə dəyərini də tələb etməkdə haqlıdır. Ziyanın məbləğinə gəldikdə isə, "xxxx" ASC tərəfindən “Porsche Cayenne” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan məbləği 8060 manat müəyyən edilmiş və həmin məbləğdən İddiaçı 5000 manat ödəniş edilmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, iş üzrə təyin edilmiş müstəqil qiymətləndirmə zamanı ekspert tərəfindən “Porsche Cayenne” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan məbləği təmir üçün çəkiləcək xərclərlə birgə 7427 manat, avtomobilin itirilmiş əmtəə dəyəri isə 4000 manat müəyyən edilmişdir. Məhkəmə təqdim edilmiş rəyə tənqidi yanaşılması üçün əsas görmür. Məhkəmə qeyd edir ki, "xxxx" ASC tərəfindən “Porsche Cayenne” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana İddiaçı 5000 manat ödəniş edildiyindən hazırki vəziyyətdə 2427 manat (7427-5000=2427) pul vəsaiti və eyni zamanda avtomobilin itirilmiş əmtəə dəyərinə görə 4000 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
20. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı bütün dövlət orqanlarında edilən müraciətlər, hüquqi yardımla birlikdə xərclər 731 manat pul vəsaitinin də cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçı vəkilə etibarnamə verilməsi və korrespondensiya xərcləri üçün əlavə olaraq 23 manat, vəkilə onun tərəfindən hüquqi yardım göstərilməsi ilə əlaqədar 600 manat məbləğində ödənişlər etmişdir. Məhkəmə hesab edir ki, həmin xərclər də eyni zamanda cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmə xərcləri
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə görə, işə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər də daxildir.
22. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib hissəsi 84.50 manat və iş üzrə keçirilmiş müstəqil qiymətləndirməyə görə iddiaçı tərəfindən müstəqil qiymətləndiricinin hesabına ödənilən 350 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
23. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh vurulmuş zərərə görə 2450 manat və avtomobilin itirilmiş əmtəə dəyərinin əvəzi olaraq 4000 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iş üzrə hüquqi xidmət göstərilməsi ilə əlaqədar iddiaçı tərəfindən vəkilə ödənilmiş 600 manat pul vəsaiti, iş üzrə ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib hissəsi 84.50 manat və iş üzrə keçirilmiş müstəqil qiymətləndirməyə görə iddiaçı tərəfindən müstəqil qiymətləndiricinin hesabına ödənilən 350 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.
24. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş zərərə görə 2450 manat və avtomobilin itirilmiş əmtəə dəyərinin əvəzi olaraq 4000 manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İş üzrə hüquqi xidmət göstərilməsi ilə əlaqədar iddiaçı tərəfindən vəkilə ödənilmiş 600 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib hissəsi 84.50 manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş müstəqil qiymətləndirməyə görə iddiaçı tərəfindən müstəqil qiymətləndiricinin hesabına ödənilən 350 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Tural Məmmədov