Məhkəmə qərarları › İş №e-2(010)-1515/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1515/2024

29.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1515/2024 29.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, üçüncü şəxs Maraqlı şəxs iştirakı ilə İddiaçı (Maraqlı şəxs və Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdehnə qarşı əmlakın qiymətləndirilməsinə dair hesabatın ləğv edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı (Maraqlı şəxs və Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdehnə qarşı əmlakın qiymətləndirirlməsinə dair hesabatın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-nin 0073/23/İBİ saylı, xx.xx.2023-cü il əmlakın qiymətləndirilməsinin nəticəsi haqqında hesabatının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(113)-4544/2021 nömrəli qətnaməsi ilə cavabdeh Maraqlı şəxs 79.662 ABŞ dolları məbləğində borc ödəniş günü AR Mərkəzi Bankının rəsm məzənnəsinə əsasən manatla və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamə icra edilməsi üçün Bakı şəhər Nərimanov rayon İcra şöbəsinə göndərilmişdir. İcra sənədi üzrə icraata xx.xx.2022-ci il tarixdə başlanılmış və borcluya könüllü icra haqqında bildiriş göndərilmişdir. Lakin, icra sənədinin icrası könüllü olaraq təmin edilməmişdir. İcra sənədinin gələcəkdə icrasını təmin etmək məqsədilə Nərimanov Rayon Məhkəməsinin 2(005)-2778/2021 saylı, xx.xx.2021-ci l tarixli qərardadına əsasən Maraqlı şəxs məxsus Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 251 nömrəli qeyri-yaşayış sahəsinin və Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsində yerləşən 125 saylı qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulmuşdur. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Maraqlı şəxs məxsus Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 251 nömrəli qeyri-yaşayış sahəsinin və Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsində yerləşən 125 saylı qeyriyaşayış sahəsinin qiymətləndirilməsi üçün "xxxx" MMC-dən nümayəndə dəvət edilmiş, "xxxx" MMC-nin 0073/23/İBİ saylı, xx.xx.2023-cü il tarixli əmlakın qiymətləndirilməsinin nəticəsi haqqında hesabatına əsasən borclu Maraqlı şəxs məxsus Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsində yerləşən 125 saylı qeyri-yaşayış sahəsi 45000 manat, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 251 nömrəli qeyri-yaşayış sahəsi 738000 manat qiymətləndirilmişdir. Nərimanov rayon İcra Şöbəsinin xx.xx.2023 və xx.xx.2023-cü il tarixli məktubları ilə həmin əmlakların həracda saılmasının təşkil edilməsi "xxxx" MMC-yə sifariş edilmişdir. Hazırda həracın keçirilməsi istiqamətində "xxxx" MMC tərəfindən işlər davam etdirilir. “Heba Consulting" MMC-nin 0073/23/İBİ saylı, xx.xx.2023-cü il tarixli əmlakın qiymətləndirilməsinin nəticəsi haqqında hesabatında göstərilən qiymətlə razı deyil. Həmin qiymət bazar dəyərindən yüksək yazılmışdır. Borclu Maraqlı şəxs məxsus Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsində yerləşən 125 saylı qeyri-yaşayış sahəsi hərracda 45000 manata və Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 251 nömrəli qeyri-yaşayış sahəsinin hərracda 738000 manata satılması real deyildir. Sözügedən qeyri-yaşayış sahəsinin qiymətləndirilməsi barədə hesabatla razı deyil. Həmin qeyri-yaşayış sahələrinin hal-hazırda bazar qiyməti birincinin 35000, ikinicinin 500 000 manat olduğu halda, onun dəyəri bilərəkdən yüksək məbləğdə qiymətləndirilmişdir. MMC həmin hesabatda qiyməti müəyyən edərkən hansı məlumat mənbələrindən istifadə olunmasını, müqayisəli tədqiqat mənbələrini qeyd etməmişdir. Həmçinin qiymətlənidrmə hesabatının nəticə hissəsində birinci qeyri-yaşayış sahəsinin ünvanı ünvan 1nci qeyri-yaşayış sahəsinin ünvanı ünvan 2 qiymətləndirilməsi qüvvədə olan qiymətləndirmə fəaliyyəti və aparılması qaydaları barədə Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə aparılmışdır. Ona görə də həmin qiymətləndirmə barədə rəy etibarsız hesab edilməlidir və həmin qeyri-yaşayış sahələri üzrə yenidən obyektiv qiymətləndirmə aparılmalıdır. Sözügedən qeyri-yaşayış sahəsi ilə bağlı məlumatların MMC tərəfindən təhrif edilməsi nəticəsində obyektlərin qiyməti qəsdən artırılaraq qiyməti yüksək göstərilmişdir. Cavabdeh tərəfindən qeyri-yaşayış sahələrinin süni surətdə yüksək qiymətə qiymətləndirilməsi və açıq hərracda baha qiymətə satılması Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə nəticələnəcək. Tərəflərin izahatları İddiaçının nümayəndəsi və vəkili Nümayəndə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Maraqlı şəxs izahatında bildirdi ki, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsində yerləşən qeyri-yaşayış sahəsinin dəyərinin 45.000 manat məbləğində olması həmin əmlakın real bazar qiymətinə uyğun deyildir. Həmin qeyri-yaşayış sahəsi onun mülkiyyətində olsa da, Dilarə Əliyeva küçəsində yerləşən qeyri-yaşayış sahəsi ona məxsus deyildir. Digər qətnamə ilə ondan tutulması qət olunan məbləğlə Dilarə Əliyeva küçəsində yerləşən, dəyəri 1 milyon olan obyektin satılması düzgün deyildir. Y.V.Çəmənzəminli ünvanında yerləşən qeyri-yaşayış sahəsinin satılaraq ondan tutulması qət olunan qətnamə əsasında iddiaçıya ödənilməsinə etiraz etmir və qalıq məbləği də pul şəklində ödəmək istəyir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh MMC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş üçüncü şəxs Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(113)-4544/2021 nömrəli qətnaməsindən müəyyən olunur ki, iddia təmin edilmiş, cavabdeh Maraqlı şəxs 79.662 ABŞ dolları məbləğində borcun ödəniş günü AR Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh MMC tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş 0073/23/İBİ nömrəli qeyri-yaşayış sahələrinin qiymətləndirilməsinə dair hesabatın surətindən müəyyən olunur ki, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən əmlakların bazar dəyərinin müəyyən edilməsi üçün qiymətləndirmə işi həyata keçirilmiş, qiymətləndirmə prosesi nəticəsində Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi, ev 125 ünvanında, 5 mərtəbəli, köhnə tikili binanın zirzəmisində yerləşən, 88.5 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin xx.xx.2023-cü il tarixinə bazar dəyərinin – 45000 manat, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 95 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin xx.xx.2023-cü il tarixə bazar dəyərinin 738000 manat təşkil etməsi müəyyən edilmişdir. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan müəyyən olunur ki, üzərinə həbs qoyulmuş, ünvan 5 ünvanında yerləşən və Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi 125 ünvanında yerləşən qeyri-yaşayış sahələri ilə bağlı hərracın keçirilməsinin təşkil edilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatdan müəyyən olunur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)-1515/2024 nömrəli qərardadında qeyd edilən Nəsimi rayonu, X1 küçəsində yerləşən 125 nömrəli qeyri-yaşayış sahəsinə bənzər elanlar Mərkəzdə və internet saytlarında (Bina.az/yeniemlak.az) dair məlumat əldə etmək mümkün olmadığı üçün, eyni zamanda həmin qərardadda qeyd edilən ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə baxış keçirilməsi təmin edilmədiyi üçün məhkəməəmtəəşünaslıq ekspertizasının aparılması və rəy verilməsi mümkün olmamış və ekspertizanın aparılmasından imtina edilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş 02-141/24 nömrəli ekspert rəyindən müəyyən olunur ki, aparılmış hesablamalar və təhlillərə əsasən, ünvan 8 ünvanında yerləşən Maraqlı şəxs məxsus qeyri-yaşayış sahəsinin xx.xx.2024-cü il tarixə 823000 manat, xx.xx.2023-cü il tarixə bazar dəyəri 748000 manat, Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi, ev 125 ünvanında yerləşən Maraqlı şəxs məxsus qeyri-yaşayış sahəsinin xx.xx.2024-cü il tarixə bazar dəyəri 55000, xx.xx.2023-cü il tarixə bazar dəyəri 50000 manat təşkil etmişdir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 99.60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq xx.xx.1998-ci il tarixli “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 5. Məcburi qiymətləndirmə halları. Aşağıdakı hallarda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır: ... məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda; (bu halda qiymətləndirmə əmlakın mülkiyyətçisi olan şəxslərin sifarişi ilə qiymətləndirici tərəfindən və ya qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır); Maddə 7. Qiymətləndirmənin nəticələri haqqında hesabat. Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Maddə 8. Qiymətləndiricinin hesabatında obyektin qiymətləndirilməsi haqqında məlumatın barəsində mübahisələr. Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Maddə 9. Qiymətləndiricinin hüquqları. Qiymətləndiricinin hüquqları aşağıdakılardır: dövlət və kommersiya sirləri istisna olunmaqla, qiymətləndirməni həyata keçirmək üçün zəruri hesab etdiyi hər cür məlumatı yazılı və ya şifahi formada üçüncü şəxslərdən almaq; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, üçüncü şəxsin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(113)-4544/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Maraqlı şəxs 79.662 ABŞ dolları məbləğində borcun ödəniş günü AR Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Müvafiq qətnamə əsasında verilmiş icra vərəqəsi icra edilməsi üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə yönəldilmiş və xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Qeyd olunan icra vərəqəsinin icrasını təmin etmək məqsədilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-2778/2021 nömrəli qərardadı ilə borclu Maraqlı şəxs məxsus Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi ünvanında yerləşən 251 nömrəli qeyri-yaşayış sahəsinin və Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi ünvanında yerləşən 125 nömrəli qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Daha sonra həmin qeyri-yaşayış sahələrinin qiymətləndirilməsi üçün Cavabdeh MMC-dən nümayəndə dəvət edilmiş, və xx.xx.2023-cü il tarixli, 0073/23/İBİ nömrəli qeyri-yaşayış sahələrinin qiymətləndirilməsinə dair hesabat tərtib edilmişdir. İddiaçı həmin qeyri-yaşayış sahələrinin qiymətləndirilməsinə dair hesabatla razılaşmayaraq məhkəməyə müraciət etmişdir. Yuxarıda istinad edilmiş “Qiymətləndirmə fəaliyyəti haqqında” AR Qanununun tələblərindən də göründüyü kimi, qanunverici məhkəmə tərəfindən sözügedən qanunun və mövcud qanunvericiliyin göstərişlərini diqqətə alaraq, aparılmış qiymətləndirmənin nəticələri haqqında hesabatdakı əmlakların dəyərinin yekun göstəricisinin həqiqi olmadığı müəyyən edildikdə, qiymətləndirmə hesabatının ləğv edilməsi barədə qərar qəbul edilməsini nəzərdə tutmuşdur. Bu baxımdan, məhkəmə hazırkı qənaətə gələrkən ədalət mühakiməsinin bərabərlik, qərəzsizlik, obyektivlik, çəkişmə və dispozitivlik prinsiplərini rəhbər tutmalı və proses iştirakçılarından hər hansı birinə müəyyən imtiyaz və üstünlük verməməlidir. Bu baxımdan, prosessual qanunvericilik bu kateqoriyadan olan mübahisələrə baxılması zamanı məhkəmələrə işlərə baxılması ilə bağlı köməklik üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslərə, yəni mütəxəssislərə müraciət etmək, yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda, onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq etmək, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin etmək imkanlarını təqdim edir. Bu imkanın qanunvericilikdə birbaşa olaraq təsbit edilməsi, ədalət mühakiməsinin çəkişmə prinsipinə riayət edilməklə səmərəliliyinin təmin edilməsi ilə yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsində nəzərdə tutulmuş həqiqətin müəyyən edilməsi prinsipinin də təmin edilməsinə yönəlmişdir. Odur ki, məhkəmə hazırkı iş üzrə Cavabdeh MMC tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş qeyri-yaşayış sahələrinin qiymətləndirilməsinə dair hesabatın mübahisə predmeti olmasını nəzərə alaraq iş üzrə qiymətləndirmə ekspertizası təyin etmiş və ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə olunmuşdur. "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş 02-141/24 nömrəli ekspert rəyindən müəyyən olunur ki, aparılmış hesablamalar və təhlillərə əsasən, ünvan 8 ünvanında yerləşən Maraqlı şəxs məxsus qeyri-yaşayış sahəsinin xx.xx.2024-cü il tarixə 823000 manat, xx.xx.2023-cü il tarixə bazar dəyəri 748000 manat, Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi, ev 125 ünvanında yerləşən Maraqlı şəxs məxsus qeyri-yaşayış sahəsinin xx.xx.2024-cü il tarixə bazar dəyəri 55000, xx.xx.2023-cü il tarixə bazar dəyəri 50000 manat təşkil etmişdir. Məhkəmə, baxılan mübahisənin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq, yuxarıda qeyd olunan qeyri-yaşayış sahələrinin Cavabdeh MMC tərəfindən müəyyənləşdirilmiş qiyməti (Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi, ev 125 ünvanında, 5 mərtəbəli, köhnə tikili binanın zirzəmisində yerləşən, 88.5 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin xx.xx.2023-cü il tarixinə bazar dəyərinin – 45000 manat, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 95 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin xx.xx.2023-cü il tarixə bazar dəyərinin 738000 manat) ilə "xxxx" MMC tərəfindən müəyyənləşdirilmiş qiyməti (ünvan 8 ünvanında yerləşən Maraqlı şəxs məxsus qeyri-yaşayış sahəsinin xx.xx.2024-cü il tarixə 823000 manat, xx.xx.2023-cü il tarixə bazar dəyəri 748000 manat, Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi, ev 125 ünvanında yerləşən Maraqlı şəxs məxsus qeyri-yaşayış sahəsinin xx.xx.2024-cü il tarixə bazar dəyəri 55000, xx.xx.2023-cü il tarixə bazar dəyəri 50000 manat) arasında böyük fərq olmadığından iddianın təmin edilməsi və Cavabdeh MMC tərəfindən tərtib edilmiş qiymətləndirməyə dair hesabatın ləğv edilməsi üçün hüquqi əsasların mövcud olmaması nəticəsinə gəlir. Bundan əlavə məhkəmə nəzərə çatdırır ki, Cavabdeh MMC tərəfindən tərtib olunmuş hesabatın nəticə hissəsində ünvan 8 ünvanı əvəzinə ünvan 9batın ləğvi üçün əsas deyildir. Belə ki, həmin hesabatda qiymətləndirilməsi aparılan obyektin Dilarə Əliyeva küçəsi, ev 251 ünvanı olması hesabata əlavə edilən fotoşəkillər, həmçinin tərtib olunmuş hesabatın giriş və əsaslandırma hissəsində tədqiqat obyektinin Dilarə Əliyeva küçəsi, ev 251 ünvanı kimi qeyd olunması açıq-aşkar müəyyən olunur. Yalnız nəticə hissəsində texniki səhvə yol verilərək ünvanın Hüseynbala Əliyev küçəsi, 95 kimi qeyd olunması hesabatın ləğvinə səbəb ola bilməz. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli və ekspertiza tədqiqatının dəyəri iddiaçıdan tutularaq ekspertizanı həyata keçirən orqanın hesabına ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə işdəki sübutlara tam, qərəzsiz, obyektiv və hərtərəfli baxaraq hesab edir ki, İddiaçı (Maraqlı şəxs və Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdehnə qarşı əmlakın qiymətləndirilməsinə dair hesabatın ləğv edilməsinə dair iddia tələbi rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli və ekspertiza tədqiqatının dəyəri iddiaçıdan tutularaq ekspertizanı həyata keçirən orqanın hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddiaçı (Maraqlı şəxs və Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdehnə qarşı əmlakın qiymətləndirilməsinə dair hesabatın ləğv edilməsinə dair iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddiaçı 600 (altı yüz) manat məbləğində ekspertiza xərci tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ("xxxx" ASC-nin Qara Qarayev fillialı; kod: 200145; VÖEN: **********; SWİFT kod: AİİBAZ2XXXX; M/h: M.h:AZ37NABZ********************; VÖEN: **********; Hesab: AZ08AİİB400600D**********114) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar