Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1586/2025 18.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun olmamasının müəyyən edilməsi və əmlakı ilə birgə çıxarılması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi.
1. İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə “istifadə hüququnun olmamasının müəyyən edilməsi və əmlakı ilə birgə çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən yataqxanaya istifadə hüququnun olmamasının müəyyən edilməsi və əmlakı ilə birgə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən yataqxana İddiaçı MMC-nin mülkiyyətindədir. Cavabdeh İddiaçı MMC-nin yataqxanasında 33 ildir ki, yaşayan yaxın qohumu (məcburi köçkünlərin qaydışla əlaqədar evlə təmin olunub) köç etdikdən sonra onların boşaltdıqları əmlakda qanunsuz olaraq məskunlaşmışdır. Həmin yataqxananın otağında qalan M.Cəmilənin qardaşı X13 33 ildir məskunlaşdığı yataqxanadan ailəsi ilə birlikdə xx.xx.2024-cü il tarixdə Füzuli rayonuna köçürülmüşdür. X1 sonra köçməyi ilə əlaqədar bugünədək məskunlaşdığı yataqxanaya bacısı M.Cəmiləni qanunsuz olaraq yerləşdirmişdir. Bununla əlaqədar olaraq danışıqlar aparılsa da, heç bir nəticə verməmişdir. Onun mülkiyyət hüququ pozulmuşdur. Öz əmlakına daxil ola bilmir. Belə ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək bildirmişdir ki, Cavabdeh qanunsuz olaraq İddiaçınə məxsus yataqxanada məskunlaşmışdır. Belə ki, ilk öncə həmin yataqxanada onun qardaşı yaşamış və dövlət tərəfindən qardaşı evlə təmin edilən zaman onun bacısına da həmin evdə əlavə bir otaq verilərək, cavabdehin orada yaşaması təmin edilmişdir. Lakin cavabdeh Füzuli rayonuna gedəndən sonra orada yaşamaq fikrindən daşınmış və geri dönmüş, qanunsuz olaraq əmlakın qapısını sındıraraq ora daxil olmuş və yaşamağa başlamışdır. Sözügedən yataqxanada qardaşı yaşamış, özü isə heç vaxt orada yaşamamışdır. xx.xx.2024-cü il tarixdə cavabdehin qardaşı ailəsi ilə birlikdə Füzuli rayonunda evlə təmin olunmuş, sonra yenidən yataqxanaya qayıdaraq orada yaşamağa başlamışdır. Bakı şəhəri Suraxanı rayonu qətnaməsi ilə, onlar yataqxanadan çıxarılmışlar. Cavabdeh isə bu ilin yanvar ayında gələrək orada yaşamağa başlamış və yoxlama zamanı cavabdehin sözügedən yataqxanada yaşadığı məlum olmuşdur.
4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
İş materialları.
5. AR ƏN 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin xx.xx.2021-ci il tarixli, 629 nömrəli arayışından görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş, ünvan 3 ünvanında qeydiyyatda olmuş xx.xx.1947-ci il təvəllüdlü X5 adına vərəsəlik işi açılmışdır. X7, X8, X14, X3 Əzizağa Abdulla oğlunun vərəsəsi kimi tanınmışdır. 6.Bakı şəhəri Suraxanı rayonu 2(010)-3980/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən müəyyən olunur ki, iddia təmin edilmiş, cavabdehlər X29, X25, X30, X21, X15, X12 və X6 İddiaçınə məxsus Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində 149 ünvanda yerləşən yataqxanaya istifadə hüquqlarının olmamaları müəyyən edilməsi və həmin şəxslər əmlakları ilə birgə İddiaçınə məxsus Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində 149 ünvanda yerləşən əmlakdan (yataqxana) çıxarılması qət edilmişdir.
7. AR DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin Seriya MH, ******* nömrəli, **********07-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və xx.xx.2009-cu il qeydiyyat tarixli Çıxarışından görünür ki, ünvan 4 ünvanda istifadədə olan 0.44718 ha torpaq sahəsində yerləşən 3772.9 kv.m ümumi, 2608.7 kv.m əsas, 1164.2 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisə (İTQİ “Azərtunelixtisassutikinti” İdarəsi) tam mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 110 nömrəli vərəqində qeydiyyata alınmışdır.
8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubun surətindən müəyyən olunur ki, ünvan 5 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisənin kimin mülkiyyətində olması barədə məlumat və texniki pasportun təsdiq edilmiş surətinin təqdim edilməsi ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildilir ki, ünvan 5 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisə X5 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.
9. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnverlaşdırılması İdarəsi tərəfindən verilmiş Qeyri-yaşayış fonduna daxil olan dövlət binalarının və özəl obyektlərinin Texniki Paspotundan müəyyən olunur ki, İxtisaslaşdırılmış tikinti-quraşdırma icarə “Azərtunelixtisassutikinti” idarəsi ünvan 6 ünvanında yerləşir.
10. Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış məktubun surətindən müəyyən edilir ki, Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsinə daxil olmuş müraciətə baxılmışdır. Məlumat üçün bildirilir ki, Mirzəyeva X11 məcburi köçkünlərin vahid elektron bazasında ünvan 7 ünvanında müvəqqəti qeydiyyatda olmaqla faktiki məskunlaşmışdır. Komitənin Regional idarəetmə və status şöbəsinin 2007-2024-cü illəri əhatə edən elektron məlumat bazasında ona məcburi köçkün statusunu təsdiq edən sənədin verilməsi barədə qeyd aşkar edilməmişdir. Əlavə olaraq bildirilir ki, Cavabdeh məcburi köçkün olubolmaması barədə məlumatın təqdim edilməsi üçün Füzuli rayon İcra Hakimiyyətinə müraciət edilməyi tövsiyyə olunur.
11. Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən İddiaçınə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən müəyyən olunur ki, ünvan 9 ünvanında yaşayan Cavabdeh üzərində qəyyum təyin edilib edilməməsi ilə bağlı məlumat verilməsi barədə məktuba Suraxanı Rayon İcra Hakimiyyətində baxılmışdır. Bildirilir ki, Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən Cavabdeh üzərində qəyyum və ya himayəçi təyin edilməmişdir.
12. Azərbaycan Respublikası Füzuli rayon İcra Hakimiyyəti Füzuli şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən Füzuli rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən müəyyən olunur ki, X4 şəhər sakinidir, Füzuli şəhərindən məcburi köçkündür və məcburi köçkün kimi aylıq müavinət alır. 27 mart 2024cü il tarixdə “Böyük Qayıdış” dövlət proqramına uyğun olaraq o ailə üzvləri ilə birlikdə Füzuli şəhərində evlə təmin olunub və orada yaşayır. Onların sorğusu Dövlətqaçqınkomu tərəfindən keçirilmişdir. Sorğu zamanı 1-ci qrup əlil olan, hal-hazırda Füzuli rayon Qərbənd kəndində daimi qeydiyyatda olan bacısı Cavabdeh qardaşının ailəsi ilə birlikdə yaşadığını, tək yaşaya bilmədiyini bildirmişdir. Dövlətqaçqınkomu da onu qardaşının ailəsi ilə birlikdə köçürülməsini təmin etmişdir. O, Füzuli şəhərində evlə təmin olunduğu üçün yenidən evlə təmin olunması mümkün deyil.
İşin faktiki halları.
13. İşin faktiki halları ondan ibarətdir ki, mübahisə obyekti olan yaşayış sahəsi İddiaçı MMC-nin balansındadır. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)- 3980/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən cavabdehlər X29, X25, X30, X21, X15, X12 və X6 İddiaçınə məxsus Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində 149 ünvanda yerləşən yataqxanaya istifadə hüquqlarının olmamaları müəyyən edilməsi və həmin şəxslər əmlakları ilə birgə İddiaçınə məxsus Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində 149 ünvanda yerləşən əmlakdan (yataqxana) çıxarılması qət edilmişdir. X2 sonra onun bacısı, cavabdeh-Cavabdeh "xxxx" MMC-yə məxsus olan yataqxanada qanunsuz olaraq yaşamağa başlamışdır. Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş məlumata əsasən Mirzəyeva X11 məcburi köçkünlərin vahid elektron bazasında Füzuli rayonundan məcburi köçkün kimi qeydiyyatdadır. Füzuli rayon Qərbənd kəndində daimi qeydiyyatda olan bacısı Cavabdeh qardaşının ailəsi ilə birlikdə yaşadığını, tək yaşaya bilmədiyini bildirmişdir. Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsi tərəfindən onun qardaşının ailəsi ilə birlikdə köçürülməsitəmin edilmişdir. O, Füzuli şəhərində evlə təmin olunduğu üçün yenidən evlə təmin olunması mümkün olmamışdır.
Tətbiq edilən hüquq.
14. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
15. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol. Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 329. Əqdlərin formaları. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Maddə 351. Əqdlərin etibarsızlığı zamanı təsdiqetmənin əhəmiyyəti. 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir.
17. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi.
Maddə 91. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinin növləri. 91.1. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.2. yataqxanalarda yaşayış sahələri; Maddə 93. Yataqxanalarda yaşayış sahələrinin təyinatı 93.1. Yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulur. Maddə 104. Yataqxanalarda yaşayış sahələrinin verilməsi 104.1. Yataqxanalarda yaşayış sahələri adambaşına düşən yaşayış sahəsinin altı kvadratmetrdən az olmaması şərti ilə verilir. 104.2. Yataqxanalarda yaşayış sahəsinin kirayə müqaviləsi əmək münasibətləri, xidmət keçdiyi və ya təhsil aldığı müddətləri əhatə edir. Əmək münasibətlərinin, təhsilin xitamı, habelə xidmətkeçmədən azad edilmə yataqxanalarda yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. Maddə 107. Məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası qanunvericiliklə müəyyən edilir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli, 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”.
1.2. Yaşayış sahəsinin Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş dövlət və ya bələdiyyə mülkiyyətində olan xüsusi təyinatlı mənzil fonduna aid edilməsi bu Qaydanın tələbləri nəzərə alınmaqla həyata keçirilir. 1.3. Xüsusi təyinatlı mənzil fondunun uçotu mənzil fondunun dövlət uçotunun tərkib hissəsidir. 1.4. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aşağıdakılar aiddir: - xidməti yaşayış sahələri; - yataqxanalarda yaşayış sahələri; - manevr fondu yaşayış sahələri; - əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri; - məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; - qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; - ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri. 1.5. Xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız bu Qaydaya riayət etməklə, xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. 3.3. Məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi zərurəti yarandıqda, Azərbaycan Respublikasının Qaçqınların və X17 üzrə Dövlət Komitəsi və ya yerli icra hakimiyyəti orqanları tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilir.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
20. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat.
Məhkəmənin mövqeyi
21. İşin hallarından görünür ki, hazırda cavabdehin yaşadığı mənzil İddiaçı MMC-nin balansındadır. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-3980/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, cavabdehlər X29, X25, X30, X21, X15, X12 və X6 İddiaçınə məxsus Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində 149 ünvanda yerləşən yataqxanaya istifadə hüquqlarının olmamaları müəyyən edilməsi və həmin şəxslər əmlakları ilə birgə İddiaçınə məxsus Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində 149 ünvanda yerləşən əmlakdan (yataqxana) çıxarılması qət edilmişdir. X2 sonra onun bacısı, cavabdeh-Cavabdeh "xxxx" MMC-yə məxsus olan yataqxanada qanunsuz olaraq yaşamağa başlamışdır. Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş məlumata əsasən Mirzəyeva X11 məcburi köçkünlərin vahid elektron bazasında Füzuli rayonundan məcburi köçkün kimi qeydiyyatdadır. Füzuli rayon Qərbənd kəndində daimi qeydiyyatda olan bacısı Cavabdeh qardaşının ailəsi ilə birlikdə yaşadığını, tək yaşaya bilmədiyini bildirmişdir. Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsi tərəfindən onun qardaşının ailəsi ilə birlikdə köçürülməsi təmin edilmişdir. O, Füzuli şəhərində evlə təmin olunduğu üçün yenidən evlə təmin olunması mümkün olmamışdır. İddiaçı MMC isə Cavabdeh evlə təmin olunmasını nəzərə alaraq, onun mənzildən çıxarılmasını tələb edir.
22. Göründüyü kimi, tərəflər arasında xüsusi təyinatlı (yataqxana) yaşayış sahəsinə dair kirayə münasibətləri mövcud olmamışdır. Yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulmuşdur. Lakin Füzuli rayon Qərbənd kəndində daimi qeydiyyatda olan Cavabdeh qardaşının ailəsi ilə birlikdə yaşadığını, tək yaşaya bilmədiyini bildirmiş və Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsi tərəfindən onun qardaşının ailəsi ilə birlikdə köçürülməsi təmin edilmişdir. Cavabdeh qanunsuz olaraq yenidən İddiaçı MMC-nin balansında olan yataqxanada məskunlaşaraq mənzili zəbt etmiş və həmin mənzil iddiaçı tərəfindən cavabdehin sahiblik və istifadəsinə verilməmişdir. Belə olan halda İddiaçı MMC cavabdehin mənzildən çıxarılmasını və mənzilin iddiaçıya təhvil verilməsini tələb etməkdə haqlı olmuşdur.
23. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən cavabdehin həmin mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi tələb olunur. İddiaçı tərəflər arasında xüsusi təyinatlı (yataqxana) yaşayış sahəsinə kirayə münasibətlərinin mövcud olmadığını, cavabdehin məcbiri köçkün kimi evlə təmin olunmasına baxmayaraq yenidən onun balansında olan mənzili zəbt etdiyini bildirmiş, digər tərəfdən onun istifadə hüququnun olmamasının müəyyən edilməsini xahiş etmişdir.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarının 2-ci bəndindən müəyyən olunur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz.
25. Məhkəmə hesab edir ki, cavabdehin həmin mənzildən istifadə hüququnun mövcud olmamasının müəyyən edilməsi hər hansı hüquqi nəticə yaratmır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin oluna bilməz.
Məhkəmə xərcləri
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
27. İddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq İddiaçınə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
28. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh əmlakı ilə birgə İddiaçı balansında olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində 149 ünvanda yerləşən əmlakdan (yataqxana) çıxarılmalı və iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq İddiaçınə ödənilməlidir.
29. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh əmlakı ilə birgə İddiaçı balansında olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində 149 ünvanda yerləşən əmlakdan (yataqxana) çıxarılsın. İddia qalan hissədə təmin olunmasın. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Talıbova