Məhkəmə qərarları › İş №e-2(010)-163/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-163/2025

09.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-163/2025 09.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X* iclas katibliyi, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə qarşı “nəqliyyat vasitələrinin üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. *. İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə qarşı “nəqliyyat vasitələrinin üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi tərəfindən “King GTL60 3H95” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı (şassi – K895647 – yarımqoşqu), “King T-56” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı (şassi – K034*50 – yarımqoşqu), “Craven Tasker F-450” markalı, **-ZD-*** dövlət qeydiyyat nişanlı (şassi – H*********** – yarımqoşqu), “Crane Fruenauf” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı (şassi – 305002 – yarımqoşqu), “Crane Lovloader” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı (şassi – SGQ494*-0* – yarımqoşqu) nəqliyyat vasitələrinin üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı X2 Saməddin Məmməd oğlu, X*3 və "xxxx" MMC-yə qarşı “əmlakın qanunsuz istifadədən geri alınması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 2(007)-462/202* nömrəli, 30.06.202*-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunaraq, “King GTL60 3H95” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı (şassi – K895647 – yarımqoşqu), “King T-56” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı (şassi – K034*50 – yarımqoşqu), “Craven Tasker F-450” markalı, **-ZD-*** dövlət qeydiyyat nişanlı (şassi – H*********** – yarımqoşqu), “Crane Fruenauf” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı (şassi – 305002 – yarımqoşqu), “Crane Lovloader” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı (şassi – SGQ494*-0* – yarımqoşqu) nəqliyyat vasitələrinin cavabdehlər "xxxx" MMC-nin, X3 və X7 qanunsuz sahibliyindən alınaraq X9 qaytarılması qət edilmişdir. Həmin qətnamədən narazı qalan qarşı tərəf apellyasiya və kassasiya şikayətləri versə də, verilən şikayətlər təmin edilməmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qeyd olunan qətnaməsi olduğu kimi qüvvədə saxlanılmışdır. Cavabdeh tərəf eyni zamanda yuxarıda sadalanan avtomaşınların qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinə dəfələrlə iddia ərizəsi ilə müraciət etsə də, iddia tələbləri təmin edilməmiş və iddianın təmin edilməməsi ilə bağlı məhkəmə qərarları qanuni qüvvəsini almışdır. Bütün bu məhkəmə mübahisələrini uduzan qarşı tərəf əlacsız qalaraq çox qəribə və müəmmalı şəkildə Suraxanı RPİ-yə eyni məzmunlu şikayət ərizəsi ilə müraciət etmiş və şikayət materialı Suraxanı RPİ-nin müstəntiqi Nizami Məhərrəmovun icraatında olmuşdur. X4 əlaqə saxlanılaraq bu işin məhkəmələrdə araşdırıldığı, bu məsələ ilə bağlı preyudisial qüvvəsi olan məhkəmə qərarlarının mövcud olması bildirilərək həmin qərarlar təqdim edilsə də, Nizami Məhərrəmov xx.xx.2024-cü il tarixli, 54/2-7*39/24 nömrəli məktubla yuxarıda sadalanan avtomaşınların üzərinə məhdudiyyət qoyulmasına nail olmuşdur. “King GTL60 3H95” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı (şassi – K895647 – yarımqoşqu), “King T-56” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı (şassi – K034*50 – yarımqoşqu), “Craven Tasker F-450” markalı, **-ZD-*** dövlət qeydiyyat nişanlı (şassi – H*********** – yarımqoşqu), “Crane Fruenauf” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı (şassi – 305002 – yarımqoşqu), “Crane Lovloader” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı (şassi – SGQ494*-0* – yarımqoşqu) nəqliyyat vasitələri X*2 tərəfindən ona satılmışdır. Həmin nəqliyyat vasitələrinə sərəncam verilməsi ilə bağlı ona X*2 tərəfindən etibarnamə verilmişdir. Lakin nəqliyyat vasitələrinin üzərinə məhdudiyyət qoyulması nəqliyyat vasitələrini öz adına rəsmiləşdirməyə maneə olaraq bir mülkiyyətçi olaraq onun hüquqlarını əhəmiyyətli dərəcədə pozmuşdur. Nəqliyyat vasitələrinin üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi ilə bağlı cavabdehə və yuxarı səlahiyyətli orqanlara yazılı qaydada müraciət edilməsinə baxmayaraq, heç bir nəticə əldə edilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Tərəflərin izahatları.

3. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş iddiaçının vəkili Vəkil iddianı müdafiə edərək bildirmişdir ki, hazırda iddiaçının mülkiyyətində olan beş avtotexnika ilə bağlı "xxxx" MMC ilə aralarında məhkəmə mübahisəsi olmuşdur. Belə ki, həmin avtotexnikalar MMCnin qanunsuz sahibliyində olsa da, sonradan məhkəmə mübahisəni onların (iddiaçının) xeyrinə həll etmişdir. Qarşı tərəf məhkəmə qətnaməsindən yuxarı instansiya məhkəmələrinə şikayət versə də yekunda şikayətləri təmin olunmamışdır. Daha sonra bir neçə dəfə də Bakı İnzibati Məhkəməsinə ərizələr vermiş, lakin həmin məhkəmədə də ziyanlarına qərar qəbul olunmuşdur. Bütün bunlara baxmayaraq, işə heç bir aidiyyəti olmayan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi məktub əsasında avtomobillərin üzərinə həbs qoymuşdur. Hazırda bu məhdudiyyətə görə heç bir alqı-satqı edə bilmirlər. Bu məhdudiyyətin qoyulması ilə onlara maddi ziyan vurulmuşdur.

4. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş iddiaçının vəkili ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

6. Bakı İnzibati Məhkəməsinin 0*.08.2022-ci il tarixli, 2-*(**2)-377/2022 nömrəli qərarından görünür ki, iddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X*7 İdarəsinə qarşı (üçüncü şəxs X*2) “nəqliyyat vasitələrinə verilmiş qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi”nə dair iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-*(**2)-593/2023 nömrəli qərardadından görünür ki, iddiaçı "xxxx" MMC-nin cavabdeh Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə qarşı gömrük rəsmiləşdirilməsinin ləğv edilməsinə (üçüncü şəxs X*2 və Baş X*7 İdarəsi) dair iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır.

8. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası DİNnin Baş X*7 İdarəsinin rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsində HK-*/*78 saylı materialın araşdırılması zamanı X7 direktoru olduğu "xxxx" MMC-yə məxsus olan “Craven Tasker F450” markalı, **-ZD-*** dövlət qeydiyyat nişanlı, “Crane Lovvloader” markalı, **- ZE-*** dövlət qeydiyyat nişanlı, “King TL76” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı, “Crane Fruehauf” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı, “King CTL60 3H95” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərində sərəncam (istifadə, icarə, alğı-satqı və s.) verilməsinə məhdudiyyət qoyulması üçün göstəriş verilməsi xahiş olunmuşdur.

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının **.04.2023-cü il tarixli, 2(*03)- 90/2023 nömrəli qətnaməsindən görünür ki, cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 462/202* saylı, 30.06.202*-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. *0. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25.*0.2023-cü il tarixli, 2(*02)-3*83/2023 nömrəli qərarından görünür ki, iddiaçı X8 cavabdehlər X5, X*3 və "xxxx" MMC-yə qarşı “əmlakın qanunsuz istifadədən geri alınması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının **.04.2023-cü il tarixli, 2(*03)- 90/2023 nömrəli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının **.04.2023-cü il tarixli, 2(*03)-90/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. **. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X*8 İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 54/2-7*39/24 nömrəli məktubdan görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsində HK-*/*78 saylı materialın araşdırılması zamanı X7 direktor olduğu "xxxx" MMCyə məxsus olan, “Craven Tasker F450” markalı, **-ZD-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu, “Crane Lovvloader” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu, “King TL76” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu, “Crane Fruehauf” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu və “King CTL60 3H95” markalı, **- ZE-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu nəqliyyat vasitələrinin üzərində sərəncam (istifadə, icarə, alqı-satqı və s.) verilməsinə məhdudiyyət qoyulması üçün göstəriş verilməsini xahiş etmişdir. *2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X*7 İdarəsi tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış 02.*0.2024-cü il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 54/2-7*39/24 nömrəli məktubu əsasında “Craven Tasker F450 Yarımqoşqu” markalı, **-ZD-*** dövlət qeydiyyat nişanlı, “X6” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı, “King TL76” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı, “Crane Fruehauf” markalı, **-ZE-*** və “King CTL60 3H95” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə qeydiyyatla bağlı məhdudiyyətin qoyulması barədə DİN Baş X*7 İdarəsinin mərkəzi informasiya sistemində müvafiq qeydlər mövcuddur. *3. Bakı şəhəri 5 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, X*2 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, özünə məxsus rəsmi reyestrdə qeydə alınmış bütün daşınar əmlakı üzərində sərəncam verməyi, öz mülahizəsinə görə müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri (alqı-satqı, bağışlamaq, dəyişdirmək, ipoteka qoymaq və s.) bağlamağı, ona çatası pulu, eləcə də sənədləri almağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi İddiaçı etibar etmişdir. Etibarnamə * il müddətinə verilmişdir və xx.xx.2025-ci il tarixədək qüvvədədir.

İşin faktiki halları.

*4. “Craven Tasker F450” markalı, **-ZD-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu, “Crane Lovvloader” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu, “King TL76” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu, “Crane Fruehauf” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu və “King CTL60 3H95” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu X8 mülkiyyətindədir. *5. Mülkiyyətçi Nəsimi Şirinovun iddiası əsasında yuxarıda adları çəkilmiş yarımqoşquların cavabdehlər "xxxx" MMC, X5 və X7 qanunsuz sahibliyindən alınmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən 30.06.202*-ci il tarixli qətnamə qəbul edilmiş, sözügedən qətnamə qanuni qüvvəsini almışdır. *6. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X*8 İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktub əsasında yuxarıda adları çəkilmiş yarımqoşquların qeydiyyatı ilə bağlı məhdudiyyət tətbiq edilmişdir. *7. X*2 özünə məxsus rəsmi reyestrdə qeydə alınmış bütün daşınar əmlakı üzərində sərəncam verməyi, öz mülahizəsinə görə müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri (alqı-satqı, bağışlamaq, dəyişdirmək, ipoteka qoymaq və s.) bağlamağı xx.xx.2025-ci il tarixədək İddiaçı etibar etmişdir.

Tətbiq edilən hüquq.

*8. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə *52. Mülkiyyət hüququnun anlayışı və məzmunu. *52.*. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. *52.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. *52.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. *52.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. *52.8. Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Maddə *57. Mülkiyyətin müdafiəsi. *57.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə *58. Mülkiyyətçi olmayan şəxslərin hüquqları. *58.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. *58.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

*9. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi. Maddə 253. Əmlak üzərinə səhvən həbs qoyulmasından şikayət verilməsi. 253.0. Təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan *0 (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Tələbin kimin əmlakına yönəldilməsi məsələsi həll edilərkən əmlakın həbsdən azad edilməsi barədə iddia üzrə məhkəmənin qərarı müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, habelə cinayət işinə baxan məhkəmə üçün məcburidir.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə *4. İş üzrə məhkəmə baxışının prinsipləri. *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə *07. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə **9. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. **9.*. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə *85. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. *85.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 2*7. Qətnamənin qanuniliyi və əsaslılığı. 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 2*7.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

2*. İş materiallarından görünür ki, “Craven Tasker F450” markalı, **-ZD-*** dövlət qeydiyyat nişanlı, “Crane Lovvloader” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı, “King TL76” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı, “Crane Fruehauf” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı və “King CTL60 3H95” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı yarımqoşqular X8 mülkiyyətindədir. Mülkiyyətçi Nəsimi Şirinov bütün daşınar əmlakı üzərində sərəncam verməyi, əmlakla bağlı bütün əqdləri bağlamağı hazırkı iş üzrə İddiaçı etibar etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı hazırkı iddianı qaldırmağa subyektiv hüququ vardır.

22. İddia tələbindən görünür ki, tərəflər arasındakı mübahisə cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin məktubu əsasında yuxarıda adları çəkilmiş yarımqoşqularla bağlı tətbiq edilən məhdudiyyətlə bağlıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin məktubu əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X*7 İdarəsi tərəfindən həmin yarımqoşqular üzərinə qeydiyyatla bağlı məhdudiyyət qoyulmuşdur. Hazırkı iş üzrə məhkəmə araşdırması gedişində nəqliyyat vasitələri ilə bağlı məhdudiyyətin tətbiq edilməsinə əsas olmuş iş üzrə cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu əldə edilmişdir. Bu məktubda xahiş edilmişdir ki, Polis İdarəsində materialın araşdırılması ilə əlaqədar X7 direktoru olduğu "xxxx" MMC-yə məxsus olan yuxarıda adları çəkilmiş yarımqoşqular üzərində sərəncam verilməsinə məhdudiyyət qoyulsun.

23. Göründüyü kimi, cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi tərəfindən sözügedən yarımqoşqulara münasibətdə məhdudiyyət tətbiq edilməsi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X*7 İdarəsinə müraciət edilməsinin səbəbi həmin yarımqoşquların "xxxx" MMC-yə məxsus olmasının hesab edilməsi olmuşdur. Lakin hazırkı işin materiallarına əlavə edilmiş məhkəmə qərarlarından görünür ki, "xxxx" MMC həmin yarımqoşquların mülkiyyətçisi olmamış, sadəcə olaraq onları qanunsuz sahibliyində saxlamış, sonradan mülkiyyətçi tərəfindən qaldırılmış iddia əsasında yarımqoşquların qanunsuz sahiblikdən alınaraq mülkiyyətçiyə qaytarılmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi qəbul edilmişdir.

24. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi yarımqoşquların "xxxx" MMC-yə məxsus olması ilə bağlı səhvə yol verərək bu nəqliyyat vasitələri ilə bağlı məhdudiyyət tətbiq edilməsinə səbəb olmuş, lakin sonradan müraciət əsasında bu məhdudiyyətin aradan qaldırılmasını təmin etməmişdir. Bu vəziyyətdə iddiaçının əmlak üzərinə səhvən qoyulmuş həbsin (məhdudiyyətin) götürülməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququ yaranmışdır. Belə ki, yuxarıda istinad edilmiş Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 253-cü maddəsində qeyd edilir ki, təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan *0 (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir.

25. Hazırkı iş üzrə məhkəmə araşdırması gedişində cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin məktubu əsasında məhdudiyyət tətbiq edilmiş yarımqoşquların bu məhdudiyyətin tətbiq edilməsinə əsas olmuş "xxxx" MMC-yə aidiyyəti olmadığı müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddia təmin edilməli, yarımqoşqular üzərinə qoyulmuş məhdudiyyət götürülməlidir.

Məhkəmə xərcləri.

26. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən dövlət rüsumu ödəməmiş, bu zaman “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 9.*.*3-cü maddəsinə istinad etmişdir. Hansı ki, həmin maddəyə əsasən, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında mübahisələr üzrə tərəflər dövlət rüsumunu ödəməkdən azaddırlar. Lakin iddiaçı nəzərə almalıdır ki, onun hazırkı iddiası hansısa vurulmuş ziyanın ödənilməsi ilə bağlı deyil. Belə olan halda iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən adıçəkilən qanunun 8.2-ci maddəsinə uyğun olaraq, qiymətləndirilməyən iddia ərizələri ilə məhkəməyə müraciət etmək üçün ödənilməli dövlət rüsumu məbləğini (*00 manat) ödəməli idi. Hazırda iddia təmin edildiyindən ödənilməmiş dövlət rüsumunun cavabdehdən tutulması lazım gəlsə də, cavabdeh orqan həmin qanunun 9.*.*4-cü maddəsinə əsasən dövlət rüsumunun ödənilməsindən azad olduğundan ödənilməmiş *00 manat məbləğində dövlət rüsumu iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

27. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, “Craven Tasker F450” markalı, **-ZD-*** dövlət qeydiyyat nişanlı, “Crane Lovvloader” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı, “King TL76” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı, “Crane Fruehauf” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı və “King CTL60 3H95” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı yarımqoşqular üzərinə qoyulmuş məhdudiyyət götürülməli, ödənilməmiş *00 manat məbləğində dövlət rüsumu İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməlidir.

28. Şərh olunanlara əsasən və MPM-in 2*4, 2*6-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. “Craven Tasker F450” markalı, **-ZD-*** dövlət qeydiyyat nişanlı, “Crane Lovvloader” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı, “King TL76” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı, “Crane Fruehauf” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı və “King CTL60 3H95” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı yarımqoşqular üzərinə qoyulmuş məhdudiyyət götürülsün. Ödənilməmiş *00 (yüz) manat məbləğində dövlət rüsumu İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar