Məhkəmə qərarları › İş №e-2(010)-164/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-164/2025

07.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-164/2025 07.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi ilə İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 manat sığorta ödənişinin və 70 manat dövlət rüsumunun iddiaçı "Atəşgah” Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2020-ci ildə Cavabdeh tərəfindən idarə olunan “Opel Astra” markalı ** RX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “BMW 730” markalı ** FF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş 089301 nömrəli nömrəli sığorta aktından göründüyü kimi hadisə zamanı Cavabdeh idarə etdiyi “Opel Astra” markalı ** RX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuşdur. İddiaçı Sığorta Şirkəti” ASC “BMW 730” markalı ** FF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinə dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən zərəri 5005 AZN (beş min beş manat) olaraq müəyyən etmiş və iş materiallarına əlavə edilmiş 9582 nömrəli ödəniş tapşırığına əsasən 5000 AZN (beş min manat) sığorta ödənişi həyata keçirmişdir. Qeyd edir ki, xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyi üçün ona qarşı subroqasiya hüququ yaranmışdır. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Suraxanı rayon polis idarəsinin xx.xx.2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərara əsasən Kərimov X1 Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinmiş və barəsində inzibati tənbeh tədbirinin görülməsi nəzərdə tutulmuş, daha sonra Suraxanı DYPŞ tərəfindən xx.xx.2020-ci il tarixli AP 012631 saylı protokol tərtib edilmişdir. Bu səbəbdən hesab edir ki, Cavabdeh xx.xx.2020-ci il tarixli hadisə üzrə təqsirli olduğu üçün ona qarşı subroqasiya hüququ yaranmışdır və 5000 AZN (beş min manat) pul Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır.

Tərəflərin izahatları

3. İddiaçı Sığorta Şirkəti ASC ərizə ilə məhkəməyə müraciət edərək hazırki iş üzrə məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları

5. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 05 avqust 2020-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Cavabdeh barəsində AR İXM-nin 333.3-cü maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün toplanmış material üzrə qəbul edilmiş qərarın Suraxanı RPİ-nin DYPŞ-nə göndərilməsi, qəbul edilmiş qərarın surətinin prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokurorluğuna göndərilməsi qərara alınmışdır.

6. 06 avqust 2020-ci il tarixli, ******* nömrəli İnzibati xəta haqqında protokoldan görünür ki, “Opel Astra” minik markalı ** RX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh avtomobili sərxoş vəziyyətdə idarə etmiş və nəticədə “BMW 730” markalı ** FF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmiş və AR İXM-nin 333.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir.

7. xx.xx.2020-ci il tarixli, 089301 nömrəli sığorta aktından görünür ki, “Opel Astra” minik markalı ** RX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək İddiaçı Sığorta Şirkəti ASC tərəfindən sığortalanmışdır. xx.xx.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “BMW 730” markalı ** FF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 5005 manat məbləğində ziyan dəymişdir.

8. xx.xx.2020-ci il tarixli, 9582 nömrəli ödəniş tapşırığı və ona Əlavədən görünür ki, X3 İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 5000 manat sığorta ödənişi edilmişdir.

9. xx.xx.2024-cü il tarixli pretenziyadan görünür ki, Cavabdeh 5000 manat sığorta ödənişinin 10 iş günü ərzində ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

10. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında İddiaçı Sığorta Şirkəti ASC tərəindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən, Babək prospektində yerləşən avtohissələr satışı bazarında (5-ci sıra) olan avtohissələrin qiymətləri nəzərə alınmaqla 1999-cu il buraxılışlı “BMW 730” markalı ** FF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3955 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti 3038 manat, təmir-bərpa işlərinin qiyməti 917 manat. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir və ona tənqidi yanaşılması üçün əsas görmür.

İşin faktiki halları

11. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, Cavabdeh idarə etdiyi “Opel Astra” minik markalı ** RX *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə “BMW 730” markalı ** FF *** dövlət qeydiyyat nişanlı avtomobilə 3955 manat məbləğində dəyərləndirilən maddi ziyan vurmuşdur. İddiaçı sığorta şirkəti zərərin aradan qaldırılması üçün 5000 manat məbləğində sığorta ödənişi etmişdir. Hazırki iddia tələbində iddiaçı “BMW 730” markalı ** FF *** dövlət qeydiyyat nişanlı avtomobil üçün ödənilən 5000 manat məbləğində sığorta ödənişini subroqasiya qaydasında cavabdehdən tələb edir. Tələbini onunla əsaslandırır ki, qəzanın baş verməsində cavabdeh təqsirkar olmuşdur. Cavabdeh tərəfindən iddia tələbinə etiraz yaxud mülahizə daxil olmamışdır.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 936. Subroqasiya hüququ 936.1 Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2 Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

13. Azərbaycan Respublikası “İcbari Sığortalar haqqında” Qanun

Maddə 25. İcbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.2. bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması;

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Məhkəmənin mövqeyi

15. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir.

16. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normasından göründüyü kimi, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Yəni, bu hüquqlar zərərçəkəndən sığortaçıya keçir. Cavabdeh tərəfindən “BMW 730” markalı ** FF *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurulması işin mübahisəsiz halıdır. Belə ki, bu hal işə əlavə edilən sənədlərlə müəyyən edilir. İş materiallarından o da görünür ki, ziyan cavabdehin təqsirli hərəkəti nəticəsində vurulmuşdur. İddiaçının cavabdehə qarşı subroqasiya hüququnu yaradan hal isə cavabdehin nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsidir. Bu hal, cavabdehin barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla öz təsdiqini tapır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı subroqasiya qaydasında cavabdehdən vurulan ziyanı geri tələb etməkdə haqlıdır. Vurulan ziyanın məbləğinə gəldikdə isə iddiaçı cavabdehdən 5000 manat məbləğində pul vəsaitini tələb etsə də, lakin iş materiallarında olan AR Ədliyyə Nazirliyi Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, iş materiallarında İddiaçı Sığorta Şirkəti ASC tərəindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən, Babək prospektində yerləşən avtohissələr satışı bazarında (5-ci sıra) olan avtohissələrin qiymətləri nəzərə alınmaqla 1999-cu il buraxılışlı “BMW 730” markalı ** FF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3955 manat müəyyən edilmişdir. Məhkəmə ekspert rəyinə tənqidi yanaşılması üçün əsas görmür və onu mötəbər sübut kimi qəbul edir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə 3955 manat məlbəğində pul vəsaiti cavabdehdən tutulub iddiaçıya ödənilməlidir.

Məhkəmə xərcləri

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

18. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 70 manat dövlət rüsumunun 59.55 manat hissəsi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməli və eyni zamanda iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 50 manat pul vəsaiti Cavabdeh tutularaq AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

20. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3955 manat pul və iş üzrə ödənilmiş 70 manat dövlət rüsumunun 59.55 manat hissəsi tutularaq iddiaçı "Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməli və iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 50 manat pul vəsaiti Cavabdeh tutularaq AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

21. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Kərı̇ mov Kənan Mehman oğlundan 3955 manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 70 manat dövlət rüsumunun 59.55 manat hissəsi cavabdeh Kərı̇ mov Kənan Mehman oğlundan tutularaq iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 50 manat pul vəsaiti cavabdeh Kərı̇ mov Kənan Mehman oğlundan tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar