Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1652/2025 02.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kommunal xidmətlərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “kommunal xidmətlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kommunal xidmətlərinə görə 8563.20 AZN borc və 106 AZN dövlət rüsumu, ümumilikdə 8669,2 Cavabdeh alınaraq "xxxx" MMMC-nə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 79 saylı sərəncamına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi, Ş.Əzizbəyov, S.Əsgərova küçələri ilə Bülbül prospektinin kəsişməsindəki 391-ci məhəllə (indiki Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60,62) ünvanında yerləşən yaşayış binaları "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilmiş və 19 fevral 2019-cu il tarixində imzalanan “Bəzi çoxmənzilli binaların istismara icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən istismara verilmişdir. Davamında sahə mülkiyyətçilərinin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli ümumi yığıncağının qərarları əsasında "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti təsis edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixində 1122-MM9-0269 sayı ilə dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin fəaliyyət istiqamətinə daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək daxildir. Bu fəaliyyətdə yaşayış binasının mülkiyyətçilərin ümumi istifadəsində olan daxili və xarici kommunal xidmətlərin təchizatı xəttlərinin və ümumi istifadədə olan digər qurğu və avadanlıqların, yaşayış binasının binadaxili istilik və elektrik enerjisi, təbii qaz, lift, məişət tullantıları və kanalizasiya xidmətlərinin təchizatı qurğuların təmir və ya bərpa olunması və onların işlək vəziyyətdə saxlanılması, yaşayış binasının daxili və xarici divarlarının, zirzəmi və damların, həmçinin giriş blokların təmir olunması və işıqlandırılması, həyətyanı sahənin yaşıllaşdırılması, binaların mühafizəsi və bu kimi digər işlərin görülməsi nəzərdə tutulmuşdur. Dövlət qeydiyyatından sonra MMMC-nin idarə heyəti tərəfindən nizamnamədən irəli gələn səlahiyyətlər daxilində MMMC-nin ümumi yığıncağının çağırılması təşkil edilmiş, habelə bu çərçivədə MMMC-nin ümumi yığıncağının müəyyən qərarları ilə məsələlər tənzimlənmiş, işlərin lazımi qaydada həyata keçirilməsi məqsədilə idarə heyəti tərəfindən sakinlərin əksəriyyəti ilə xidmət müqaviləsi imzalanmış, qanunvericiliyin və Cəmiyyətin nizamnaməsinin tələblərinə uyğun işlər təşkil edilmiş və hazırda da həyata keçirilməkdədir. Qeyd edilir ki, yuxarıda göstərilən işlərin görülməsinə nail olmaq üçün Cəmiyyətin Ümumi Yığıncağının müvafiq qərarı ilə mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahəsinə uyğun ödəniləcək aylıq xidmət haqlarının hədləri müəyyən edilmişdir. Qeyd edilir ki, Cavabdeh isə xx.xx.2020-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən əldə edilən çıxarışa əsasən, Bakışəhəri, Nəsimi rayonu, Bülbül prospekti,ev 2, mənzil 1 (Yeni qaydalarla: AZ 1014, Bakışəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 62, M17, m1) ünvanında yerləşən mənzilin tam paylı mülkiyyətçisidir və xx.xx.2025-ci il tarixində "xxxx" MMMC-nin sədri Cavid Zamanov tərəfindən Cavabdeh ünvanına 8563.20 AZN kommunal ödənişin verilməsi ilə bağlı xəbərdarlıq verilmişdir. Buna baxmayaraq, cavabdeh "xxxx" MMMC-ə kommunal xidmətləri ödəməkdən boyun qaçırır. Göründüyü kimi iş üzrə cavabdehlər faktiki olaraq, Müştərək Cəmiyyətin iclası tərəfindən qəbul edilmiş kompleksdə kommunal xidmətlərə tətbiq edilmiş tarifləri (1.5-1.0 AZN) qəbul etdiyini, ancaq buna baxmayaraq, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarix daxil edilməklə heç bir ödəniş etməmişdir. İş materiallarında olan cavabdehə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektiev 2, mənzil 1 (yeni qaydalarla AZ1014 Nəsimi rayonu, Bülbül pr. 62, M17, m1) ünvanda yerləşən mənzilin (DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli Çıxarışa əsasən) ümumisahəsi 356.8 kv.m-dir və həmin mənzil təmirsizdir. Belə olduğu halda,cavabdeh kommunal xidmətlərə görə iş üzrə iddiaçıya 356.8 kv.m.X 1 (bir) AZN X 24 ay= 8563.20 (səkkiz min beş yüzaltmış üç manat iyirmi qəpik) AZN ödəməlidir. "xxxx" MMMC-nin 30 sentyabr 2023-cü il tarixli Ümumi yığıncağının növbədən kənar iclasının 5 saylı protokolunda yaşayış kompleksinin sakinlərinin kommunal xidmətlərə dair ödənişləri vermədiklərə halda, onlara bu barədə müvafiq xəbərdarlıqların göndərilməsini və bundan sonra ödənişlər olmadığı halda məhkəməyə müraciət ediləcəyi qeyd olunmuşdur. Mənzil qanunvericiliyinin tələblərindən də açıq görünür ki, binanın ümumi əmlakının saxlanılması qanundan irəli gələn birbaşa öhdəlikdir, qanunla nəzərdə tutulan müqaviləni bağlamaqdan hər hansı formada yayınmaq binanın ümumi əmlakının saxlanmasına dair qanundan irəli gələn öhdəliyi sadəcə olaraq dayandırmır. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil. Çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul etmək çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aiddir. Qeyd olunanlardan göründüyü kimi, çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərarlar "xxxx" MMMC-nin iclaslarında həmin binada yaşayan və cəmiyyətin üzvü olan şəxslər tərəfindən səs çoxluğu ilə qəbul edilir. Qeyd olunanlardan göründüyü kimi, "xxxx" MMMC-i bütün məsələlərlə və o, cümlədən müvafiq ünvanda yerləşən binaların ümumi əmlakının istifadəyə verilməsi haqqında qərarlar qəbul edirlər. "xxxx" MMMC-nin Nizamnaməsinin 4.1.7-ci maddəsinə görə sahə mülkiyyətçilərinin çoxmənzilli binaların ümumi əmlaklarına sahiblik, ondan istifadə və Qanunvericiliklə müəyyən edilmiş hallarda barəsində sərəncam vermək hüquqlarının həyata keçirilməsini çətinləşdirən və maneçilik törədən 3-cü şəxslərin hərəkətlərinin qarşısının alınması və ya bu kimi hərəkətlərə son qoyulması üçün zəruri tədbirlər görmək müştərək cəmiyyətin vəzifələrindən biridir. Tərəflərin izahatları. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək bildirmişdir ki, 8563,20 manat tələb edirlər. Kv/m görə hesablanır. Təmirsiz 1 manatdan, təmirli 1,50 manatdan hesablanır, cavabdehin evində təmir yoxdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəblərini məhkəməyə bildirməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları. AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 2, mənzil 1 (Yeni qaydalarla: AZ 1014, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 62, M17, m1) ünvanında yerləşən ümumi sahəsi 356.8 kv.m olan mənzil xüsusi mülkiyyət kimi tam pay olmaqla Cavabdeh məxsusdur. Cavabdeh tam pay olmaqla hissə payı xx.xx.2020-ci il tarixində qeydiyyata alınmışdır. "xxxx" MMMC-nin 30 sentyabr 2023-cü il tarixli Ümumi yığıncağının növbədən kənar iclasının 5 saylı protokolundan görünür ki, iki aydan artıq kommunal haqqı ödəməyən sakinlərə yazılı xəbərdarlıq göndərilərək, 15 gün ərzində ödəmədiyi təqdirdə servis xidmətlərdən ayrılması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeyri-Kommersiya Qurumlarının dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İddiaçı fəaliyyət istiqamətinə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62 ərazisi üzrə daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək daxildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X1 Dövlət Qeydiyyatı haqqında 1122-MM9- 0269 sayı şəhadətnamənin surətindən görünür ki, İddiaçı X2 kimi xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, "Gülüstan Residence" yaşayış kompleksində mülkiyyətində olan sahəyə dair üzərinə düşən 01 yanvar 2023-cü il tarixindən 01 yanvar 2025-ci il tarixinədək borc öhdəliklərini, yəni ümümlikdə 8563,2 AZN, 5 gün ərzində lazımınca icra edilmədikdə, məhdudiyyətlərin tətbiq edilməsinə başlanacağı bildirilmişdir. İddiaçı tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli 15 saylı Bina xərclərinin və yığım tariflərinin təhlili haqqında məlumatları əks etdirən sənəddən görünür ki, xx.xx.2023 – xx.xx.2024-cü il tarixləri əhatə edən 17 aylıq dövr ərzində ümumi xərclər 623,329.25 AZN olmuşdur. Binanın 72%-inin (təmirli) hər m2 üçün 1.5 AZN, binanın 28%-inin (təmirsiz) hər m2 üçün 1 AZN ödədiyi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Əlaqəli xidmətlər üzrə auditə dair hesabatdan görünür ki, cəmiyyət sakinlərə məxsus yaşayış və qeyri-yaşayış sahələrinə görə 17 ay ərzində 681777 manat 50 qəpik vəsait əldə etmiş və həmin vəsaitdən nizamnaməyə uyğun olaraq – 623329.30 manat xərcləmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, sakin Cavabdeh – mənzil sahəsi: 356.8 kv.m, aylıq kommunal xidmət haqqı: 356.80 manat, gecikmə müddəti: 21 ay, yekun borc məbləği: 7492.80 manat olaraq qeyd edilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi. Maddə 122. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin hüquqları: 122.1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin aşağıdakı hüquqları vardır: 122.1.1. qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq; 122.1.2. illik gəlir və xərclər smetasını, o cümlədən çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri xərclərini, çoxmənzilli binanın əsaslı təmirinə və ya yenidən qurulmasına çəkilən xərclərin smetasını, ehtiyat fonduna xüsusi haqqı və ayırmaları, habelə bu fəsildə və cəmiyyətin nizamnaməsində müəyyən edilmiş məqsədlər üçün digər xərcləri müəyyən etmək; 122.1.3. cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək; 122.1.4. çoxmənzilli binanın sahə mülkiyyətçiləri üçün işlər görmək və xidmətlər göstərmək;... 122.3. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. 122.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən mütləq ödəniş və haqların və digər ümumi xərclərin ödənilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Maddə 135. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq ödəmək vəzifəsi 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 135.2. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: - 135.2.4. yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan. Maddə 136. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın tərkibi 136.2. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq. 136.3. Yaşayış binalarının mülkiyyətçiləri müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağladıqları müqavilələrə uyğun olaraq, həmin binaların saxlanması və təmiri üzrə xərcləri çəkir, habelə kommunal xidmətlərə görə haqq ödəyir. 136.4. Kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Maddə 137. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Maddə 138. Yaşayış sahəsinə görə haqqın miqdarı 138.1. Yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq çoxmənzilli binanın ümumi əmlakının qanunvericiliyin tələblərinə müvafiq olaraq saxlanmasını təmin edən miqdarda müəyyən edilir. 138.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı çoxmənzilli binanın yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarı həmin binanın sahə mülkiyyətçilərinin bu Məcəllənin 44-47-ci maddələrində müəyyənləşdirilən qaydada keçirilən ümumi yığıncağında bir ildən az olmayan müddətə müəyyən edilir. 138.5. Çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir. Maddə 140. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin xərcləri 140.1. Çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır... Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi və gəldiyi nəticə Belə ki, məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin faktiki hallarından görünür ki, İddiaçı X2 kimi xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış, onun fəaliyyət istiqaməti – Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62 ərazisi üzrə daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməklə bağlı olmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən əldə edilən çıxarışa əsasən, Cavabdeh mülkiyyət hüququ üzrə məxsus, ümumi sahəsi 356.8 kv.m olan mənzil məhz "xxxx" MMMC-in idarə etdiyi binada yerləşir. Mənzil təmirsizdir. Hazırki iddia tələbi həmin mənzildə kommunal xidmətlərə görə borcun Cavabdeh alınmasından ibarət olmuşdur. Belə ki, hər bir sahə mülkiyyətçisi tərəfindən ödənilməli olan ödəniş və haqların miqdarı yuxarıda qeyd edilmiş qanunvericiliyin tələblərinə uyğun olaraq, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti – "xxxx" MMMC tərəfindən – təmirsiz mənzillərdə hər m2 üçün 1 AZN olmaqla müəyyən edilmiş, yaşayış kompleksində sahə mülkiyyətçisi olan cavabdeh isə kommunal xidmətlərə dair ödənişləri ödəmədiyindən, "xxxx" MMMC tərəfindən bununla bağlı xəbərdarlıq məktubu cavabdehin ünvanına rəsmi qaydada göndərilmişdir. Qeyd edildiyi kimi, cavabdeh – sahə mülkiyyətçisi müvafiq ödəniş və haqları ödəməyərək öz öhdəlik və vəzifələrini yerinə yetirməmiş, bununla, Mənzil Məcəlləsinin yuxarıda şərh olunmuş normaları baxımından, iddiaçı – mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Həmçinin, cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilmiş, lakin buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və öz etirazlarını bildirməmişdir. Tələb edilən borcun məbləğinə gəldikdə məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən kommunal xidmətlərə görə 8563.2 manat məbləğində borcun ödənilməsini tələb etsə də, iş materiallarına əlavə edilmiş "xxxx" MMMC tərəfindən təqdim edilən 21 aylıq dövrü əhatə edən maliyyə arayışına nəzər saldıqda, onun xx.xx.2025-ci il tarixə yekun borc məbləği – 7492.80 manat olaraq qeyd edilmişdir. Bu səbəbdən, cavabdehdən 7492.80 manat məbləğində borcun tutulması məqsədəmüvafiqdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə qənaətinə gəlir ki, iddia qismən təmin edilməli, kommunal xidmətlərə görə 7492.80 manat borc Cavabdeh alınaraq "xxxx" MMMC-ə ödənilməlidir. Məhkəmə xərcləri. İddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olan 94.92 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Kommunal xidmətlərə görə 7492.80 manat borc və 94.92 manat dövlət rüsumu, ümumilikdə 7587.72 manat Cavabdeh alınaraq "xxxx" MMMC-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №e-2(010)-1652/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1652/2025
02.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver