Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1695/2021 02.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 2870 manat məbləğində sığorta ödənişinin və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ** EJ *** dövlət qeydiyyat nişanlı Kamaz 53213 markalı avtonəqliyyat vasitəsi 08.02.2019-cu il tarixində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. 08.08.2019-cu il tarixində Cavabdeh idarə etdiyi ** EJ *** dövlət qeydiyyat nişanlı Kamaz 53213 markalı avtonəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi yolnəqliyyat hadisəsi nəticəsində "xxxx" MMC-yə məxsus 1 (bir) ədəd elektrik işıqlandırma dayağına zərər vurmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh yol-nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerini tərk etmişdir. Bununla bağlı DYP əməkdaşı tərəfindən TP ******* saylı X1 haqqında qərar qəbul olunmuşdur. "xxxx" MMC tərəfindən tərtib olunmuş 22.08.2019-cu il tarixli zərər aktına əsasən 1 (bir) ədəd elektrik işıqlandırma dayağına dəymiş ziyanın ümumi miqdarı 2 870,00 (iki min səkkiz yüz yetmiş) manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin 05.09.2019-cu il tarixli sığorta aktına əsasən, dəymiş ziyanla bağlı dirəyin təmiri üçün 2 870,00 (iki min səkkiz yüz yetmiş) manat sığorta ödənişinin zərərçəkənə ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. "xxxx" ASC tərəfindən sığortalıya ödənilmiş 2870 manat məbləğində vəsaitin "xxxx" ASC-nin bank hesabına ödənilməsi barədə cavabdehə müvafiq bildiriş göndərilmiş, lakin cavabdeh dəymiş zərər məbləğini ödəməkdən yayınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini, tələb edilən məbləğin cavabdehdən tutulmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli və tələb edilən pul məbləği subroqasiya qaydasında Cavabdeh tutulub iddiaçıya ödənilməlidir. Belə ki, iş materiallarında olan: - Suraxanı rayon DYPŞ-nin 14.08.2019-cu il tarixli TP ******* nömrəli X1 Haqqında Qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6cı,327.1 maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib 100 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. - "xxxx" ASC-nin 05.09.2019-cu il tarixli Sığorta aktının surətindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə məxsus 1 (bir) ədəd elektrik işıqlandırma dayağı təmiri üçün 2870 manat məbləğində pul məbləği zərərçəkən "xxxx" MMC-nin təqdim etdiyi hesaba ödənilməsi qərara alınmışdır. - 09 noyabr 2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, baş vermiş sığorta hadisəsinə görə 2870 manat zərərçəkən "xxxx" MMC-nin təqdim etdiyi hesaba ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28.07.2021-ci il tarixli, 9/3774-10/2667 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş 22.08.2019-cu il tarixli Akta əsasən yol-nəqliyyat hadisəsi nəticəsində zədələnmiş bir ədəd elektrik işıqİandırma dirəyinə dəyən zərərin məbİəği 2870,0 manat müəyyən olunur. Məhkəmə ekspertiza rəyini mötəbər sübut kimi qəbul edir. İş materiallarına əlavə edilmiş bildirişlərdən görünür ki, Cavabdeh avtomobilin təmir xərci olaraq ödənilmiş pul vəsaitinin geri qaytarılması barədə xəbərdarlıq edilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, Cavabdeh özünə məxsus ** EJ *** dövlət qeydiyyat nişanlı Kamaz 53213 markalı avtonəqliyyat vasitəsini idarə edərkən yol-nəqliyyat hadisəsi törətmişdir. İddiaçı sığorta şirkəti baş vermiş yol-nəqliyyat hadisəsində ziyan dəyən "xxxx" MMC-yə məxsus 1 (bir) ədəd elektrik işıqlandırma dayağı üçün təmir xərci olaraq 2870 manat məbləğində ödəniş etmişdir. İddiaçı şirkətin iddia tələbinin dəlili ondan ibarətdir ki, Cavabdeh qəza törədərkən yol hərəkəti qaydalarını və qanunvericiliyin tələblərini pozmuş bununla da, qanunvericiliyə əsasən cavabdehə qarşı subroqasiya tələbinin əsası yaranmışdır. Cavabdeh tələbi qəbul etmir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin dəlilləri Cavabdeh münasibətdə iş materialları ilə öz təsdiqini tapır, ona görə də, Cavabdeh tələb edilən məbləğ subroqasiya qaydasında tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci, 936.2-ci və 936.5-ci maddələrinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Qanunun tələbindən göründüyü kimi, iddiaçının Cavabdeh qarşı subroqasiya hüququ yaranmışdır. Belə ki, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, Cavabdeh yol hərəkəti haqqında qanunun tələblərinə əməl etməmiş və yol-nəqliyyat hadisəsi törətmişdir. “Sığorta haqqında” Azərbaycan Respublikası qanununun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ ( iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsindəəmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnaməüzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Belə olan halda, məhkəmə hesab edir ki, ödənilmiş 2870 manat məbləğ Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir, yəni iddia təmin edildiyindən iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu və 100 manat ekspertiza xərci Cavabdeh tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Ələkbərov Ramı̇ n Məmmədağa oğlundan 2870 (iki min səkkiz yüz yetmiş manat) manat məbləğində sığorta ödənişinin əvəzi və 30,40 manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" Açiq Səhmdar Cəmı̇ yyətinin xeyrinə tutulsun. Cavabdeh Ələkbərov Ramı̇ n Məmmədağa oğlundan ekspertiza rəyinin hazırlanmasına görə 100 manat məbləğində çəkilən xərc Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №e-2(010)-1695/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1695/2021
02.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver