Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1700/2022 07.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə və vəkil X4, Cavabdeh Suraxanı rayon İcra şöbəsinin icra məmuru X3, 3-cü şəxs "xxxx" BOKT MMC-nin etibarnamə üzrə nümayəndəsi X5 iştirakları ilə İddiaçı cavabdehlər Suraxanı rayon İcra şöbəsinə, Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-nə və 3-cü şəxs "xxxx" BOKT MMC-nə qarşı “hərracın nəticələrinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Suraxanı rayon İcra şöbəsinə, Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-nə və 3-cü şəxs "xxxx" BOKT MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-3210/2018 nömrəli qətnaməsi üzrə verilmiş 30 yanvar 2019-cu il tarixli icra vərərqəsi əsasında Suraxanı rayon icra və probasiya şöbəsinin sifarişi üzrə "xxxx" MMC tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 14 saylı mənzilinin satışının təşkili ilə bağlı keçirilmiş hərracın, o cümlədən hərracın nəticələri barədə protokol və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında bildirmişdir ki, cavabdeh Suraxanı rayon probasiya şöbəsinin (İPŞ) sifarişinə əsasən digər cavabdeh "xxxx" MMC tərəfindən tərtib edilmiş "Hərracın nəticələri haqqında" xx.xx.2019-cu il tarixli Y-215 nömrəli protokol əsasında İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 14 saylı mənzili 3-cü şəxs "xxxx" BOKT MMC-nə 39,525 manata satmış və bu barədə müqavilə bağlamışdır. Həmin hərrac qanunvericiliyin tələbləri pozmaqla keçirildiyindən həm hərracın nəticələri haqqında protokol və protokol əsasında bağlanmış müqavilə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı ləğv edilməlidir. Belə ki, İddiaçı "xxxx" BOKT MMC ilə bağladığı kredit müqaviləsi üzrə kredit borcunu ödəyə bilməməsi səbəbindən "xxxx" BOKT MMC məhkəməyə müraciət etmiş və yekun olaraq Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi əsasında verilmiş 30 yanvar 2019-cu il tarixli icra vərəqəsi Suraxanı rayon icra şöbəsinə göndərmişdir. Bundan sonra icra ilə bağlı aparılmış hərəkətlər barədə iddiaçının xəbəri olmamışdır. Bu yaxınlarda kommunal hesabların ödənilməsi zamanı iddiaçıya mənzilin BOKT-un adına keçdiyi məlum olmuş və bunun araşdırılması üçün vəkillə müqavilə bağlanmışdır. Vəkil tərəfindən xx.xx.2020-ci il tarixində Suraxanı İPŞ-nə verilmiş sorğuya xx.xx.2020-ci il tarixində təqdim edilməsindən sonra işlə bağlı sənədlər təqdim edilmişdir. Həmin sənədlərdən aydın olur ki, cavabdeh Suraxanı İPŞ tərəfindən xx.xx.2019-cu il tarixdə 35221/19-18-18 nömrəli məktubla Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC-nə hərracın keçirilməsi haqqında sifariş göndərilmişdir. xx.xx.2019-cu il tarixli bildirişə əsasən İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən əmlakın ilkin satış qiyməti 62000 (altmış iki min) manat olmaqla xx.xx.2019-cu ildə açıq hərraca çıxarılması məlumatı verilmişdir. Lakin həmin bildiriş Suraxanı rayon icra və probasiya şöbəsi, "xxxx" BOKT MMC və İddiaçı ünvanlansa da, Əmlak İxisaslaşdırılmış Hərrac Mərkəzi MMC tərəfindən həmin bildiriş iddiaçıya göndərilməmişdir. Daha sonra, xx.xx.2019-cu il tarixdə əmlakın satış qiyməti 52700 (əlli iki min yeddi yüz) manat olmaqla xx.xx.2019-cu ildə təkrar hərraca çıxarılması barədə bildiriş yenə Əmlak İxisaslaşdırılmış Hərrac Mərkəzi MMC tərəfindən iddiaçıya çatdırılmamışdır. Nəhayət, xx.xx.2019-cu il tarixli "xxxx" MMC Hərracın nəticələri haqında Y-215 nömrəli protokol tərtib edilmişdir. Protokolda göstərilir ki, keçirilən hər iki hərrac baş tutmadığına görə ilkin qiyməti 62000 (altmış iki min) manat olan əmlak "İpoteka haqqında" AR qanununun 43.7-ci maddəsinə əsasən ipotekasaxlayan "xxxx" BOKT MMC tərəfindən 39,525 manata alınmışdır. Halbuki, qanunvericiliyin tələblərinə əsasən hərrac təşkilatçısı tərəfindən hərracın keçirilməsi barədə mətbuatda elan verilməli, hərracın keçirilmə tarixi barədə bildiriş mənzil mülkiyyətçisinə təqdim edilməli idi. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Suraxanı rayon İcra şöbəsinin icra məmuru X6 məhkəmə iclasında iddianı iddianı qəbul etməyərək bildirmişdir ki, icra sənədinə əsasən, borclular İddiaçı və digərindən cəmi 48321,48 ABŞ dolları məbləğində borc və 60 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" bank olmayan kredit təşkilatı MMC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Hovsan qəsəbəsi, İ.Əhlimanov küçəsindəki 10b saylı evin 14 saylı mənzilində ilkin satış qiyməti 62000 (altmış iki min) manat müəyyən edilməklə yönəldilməsi və həmin mənzil açıq hərracda satılaraq, iddiaçıya olan borc ödənilməli, iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə cavabdeh X7 arasında bağlanılmış 01 may 2015-ci tarixli kredit müqaviləsinə xitam verilməli olduğu üçün, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan cəmi 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdehlər X1 və İddiaçı müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməli, tutulacaq məbləğ isə borclu İddiaçı məxsus Bakı şəhəri, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsindəki 10b saylı evin 14 nömrəli mənzilinə yönəldilməli, həmin əmlakın ilkin satış qiyməti 62.000 manat olmaqla açıq hərracda satılmalı və onun satışından əldə olunmuş pul vəsaiti təmin edilmiş iddia tələbi həcmində tələbkar "xxxx" BOKT MMC-nə ödənilməli, Bakı şəhəri,Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsindəki 10b saylı evin 14 saylı nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra borclular İddiaçı tərəfindən boşaldılaraq "xxxx" bank olmayan kredit təşkilatı MMC-nə təhvil verilməli idi. Bununla bağlı icra sənədi icraya daxil olduqdan sonra borcluya rəsmi qaydada bildiriş göndərilmiş və 10 gün müddət də verilmişdir. Bununla əlaqədar hərracın keçirilməsi ilə bağlı "xxxx" MMC-yə müraciət olunmuş və həmin MMC tərəfindən tərəflərə məlumat verilməli və qəzetdə elan verilməli idi. Lakin qəzetdə elan verilməsindən və tərəflərə məlumat verilməsindən onun məlumatı yoxdur, belə ki, bu hərrac təşkilatı tərəfindən həyata keçirilir. Hal-hazırda "xxxx" MMC öz fəaliyyətini dayandırmışdır. Bu səbəbdən də yalnız icra işinin materiallarında olan sənədlər mövcuddur. 3-cü şəxs "xxxx" BOKT MMC-nin etibarnamə üzrə nümayəndəsi X8 məhkəmə iclasında iddianı iddianı qəbul etməyərək bildirmişdir ki, xx.xx.2019-cu il tarixdə müraciət olunub və daha sonra 2020-ci il tarixdə hərracın nəticələri barədə vəkil sorğusu göndərilmişdir. Həmin müddətdən bir il keçmişdir. Belə ki, onlar borclu İddiaçı ilə danışıqlar aparmış, borclunun mülkiyyətdə olan daşınmaz əmlakın banka girov qoyulmasından məlumatlı olmuş, lakin bununla bağlı heç bir addım atılmamışdır. Belə ki, tərəflərə açıq hərracın keçirilməsinə dair bildirişlər göndərilmiş və hərracın keçirilməsinə dair qəzetdə elan verilmişdir. İddiaçı qanunsuzluğa yol verilməsini iddia etsə də, bank bununla bağlı heç bir risk daşımır. Buna görə də iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada digər cavabdeh "xxxx" MMC-nə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmiş və nümayəndənin gəlməməsinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin, cavabdehin nümayəndəsinin və üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş ünvan 4 ünvanladığı xx.xx.2020-ci il tarixli sorğusundan müəyyən olunur ki, tələbkar "xxxx" BOKT MMC-nin borclu İddiaçı pul tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-3210/2018 nömrəli qətnaməsi üzrə verilmiş icra vərərqəsinin icrası ilə əlaqədar Suraxanı rayon icra və probasiya şöbəsi tərəfindən keçirilmiş icra tədbirləri haqqında məlumatı və sənədlərin surətini göndərilməsini xahiş etmişdir. İşə əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının tərəfindən verilmiş Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(010)-553/2017 nömrəli qətnaməsi üzrə verilmiş xx.xx.2019-cu il tarixli icra vərərqəsinin surətindən görünür ki, cavabdehlər X1 və İddiaçı müştərək qaydada 34,063,95 (otuz dörd min altmış üç dollar 95 sent) ABŞ dolları məbləğində əsas borc, 13.257,53 (on üç min iki yüz əlli yeddi dollar 53 sent) ABŞ dolları məbləğində faiz borcu və 1.000 (min) ABŞ dolları dəbbə pufu olmaqla, cəmi 48,321,48 (qırx səkkiz min üç yüz İyirmi bir dollar 48 sent) ABŞ dolları məbləğində pul vəsaiti iddiaçı "xxxx" bank olmayan kredit X2 Cəmiyyətinin xeyrinə tutulsun, Cavabdehlər X1 və İddiaçı müştərək qaydada iddia ərizəsi verilriiəsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 60 (altmış) manat məbləğində pul vəsaiti iddiaçı TBC Kredit bank olmiyan kredit X2 Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehlər X1 və İddiaçı müştərək qaydada tutulmalı olan cəmi 48.321.48 ABŞ dolları məbləğində borc və 60 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" bank olmayan kredit X2 Cəmiyyətinin xeyrinə ipoteka itə yüklü edilmiş cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Hövsan qəsəbəsinin İ.Əhlimanov küçəsindəki 10b saylı evin 14 saylı mənzilinə ilkin satış qiyməti 62000 (altmış iki min) manat müəyyən edilməklə yönəldilsin və həmin mənzil açıq hərracda satılaraq, iddiaçıya olan borc ödənilsin. İddiaçı “TBC Kredit' Bank Olmayan Kredit X2 Cəmiyyəti ilə cavabdeh X7 arasında bağlanılmış 01 may 2015-ci il tarixli BAKU1-24021-11209 saylı kredit müqaviləsinə xitam verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan cəmi 50 manat məbləğində pul vəsaiti cavabdehlər X1 və İddiaçı müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İpoteka predmetinin qiymətləndiricisinin xidmət haqqı 150(yüz əlli) manat “TBC Kredit" bank olmayan kredit X2 cəmiyyətindən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin H/h: № AZ34AZEG******************** VÖEN: **********. Benefisiar (alan) bank: "xxxx" ASC Kodu: 505817 VÖEN: **********, Müxbir hesab: AZ75NABZ******************** S.W.İ.F.T BİK: AZEGAZ22 hesabına köçürülməsi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş 08 iyun 2019-cu il tarixli, 624 saylı “Açıq hərracın keçirilməsinə dair bildiriş”in surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə İddiaçı, Suraxanı rayon icra və probasiya şöbəsi və "xxxx" BOKT MMC-nin rəhbərliyinə açıq hərracın keçirilməsinə dair bildiriş göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, 697 saylı “Açıq hərracın keçirilməsinə dair bildiriş”in surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə İddiaçı, Suraxanı rayon icra və probasiya şöbəsi və "xxxx" BOKT MMC-nin rəhbərliyinə açıq hərracın keçirilməsinə dair bildiriş göndərilmişdir. İşə əlavə edilmiş sifarış məktubundan müəyyən olunur ki, Bakı şəhəri Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru Əzizxan Eminov tərəfindən "xxxx" MMC-nə mübahisəli fərdi yaşayış evi barədə hərrac keçirilməsini xahiş edərək Sifariş məktubu göndərilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli “hərracın nəticələri haqqında” Y-215 saylı protokolu və "xxxx" MMC ilə "xxxx" BOKT MMC arasında ünvan 5 ünvanında yerləşən mənzilinin alqı-satqısına dair bağlanmış xx.xx.2019-cu il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqaviləsinin surətindən görünür ki, İddiaçı məxsus ünvan 5 ünvanında yerləşən mənzili ilkin satış qiyməti 62000 manat və əmlakın satılmış son qiyməti 39525 manat məbləğ qarşısında "xxxx" BOKT MMC-yə satılmışdır. İş materiallarına əlavə edilmiş Suraxanı RPİ tərəfindən verilmiş AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 5 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.1.-ci maddəsinə əsasən auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Bu Məcəllənin 415.2.-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Məcəllənin 415.3.-ci maddəsinə əsasən əgər bu Məcəllədə və ya hərracın keçirilməsi barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa, bildirişi göndərən açıq hərrac təşkilatçısı auksionu keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci üç gün qalmış, müsabiqəni keçirməkdən isə onun keçirilməsinə ən geci otuz gün qalmış imtina edə bilər. Açıq hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Qapalı auksionun və ya qapalı müsabiqənin təşkilatçısı hərracdan imtinanın bildiriş göndərildikdən sonra məhz hansı müddətdə edildiyindən asılı olmayaraq, dəvət etdiyi iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin 416.1.-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2.-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarında Plenum vurğulayır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Yalnız «İpoteka haqqında» 09 iyun 2005-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışları fərqləndirilmiş, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsi nəzərdə tutulmuşdur. Bu Məcəllənin 337.1.-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2.-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 340.2.-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Bu Məcəllənin 337.3.-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.5-ci maddəsinə əsasən Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən suiistifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. Təqdim olunmuş sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməli olsa da, "xxxx" MMC tərəfindən 08 iyun 2019-cu il tarixli, 624 saylı və 05 iyul 2019-cu il tarixli, 697 saylı “Açıq hərracın keçirilməsinə dair bildiriş”lərdən görünür ki, birinci hərraca dair bildiriş xx.xx.2019-cu il tarixdə verilmiş və hərracın keçirilməsi xx.xx.2019-cu il tarixə təyin olunmuş və ikinci hərraca dair bildiriş xx.xx.2019-cu il tarixdə verilmiş və hərracın keçirilməsi xx.xx.2019-cu il tarixə təyin olunmuşdur. Beləliklə iş materiallarından müəyyən olunur ki, 30 günlük müddət gözlənilməmişdir. Bundan başqa İddiaçı keçirilmiş hərrac barədə məlumatlandırılmamışdır. Məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Məhkəmə hesab edir ki, ipoteka qoyan alıcı qismində iştirak etmək hüququna malik olsa da, bu hüquqdan məhrum edildiyindən və ona bununla bağlı olaraq rəsmi qaydada məlumat verilmədiyindən və hərrac müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirildiyindən "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli “hərracın nəticələri haqqında” Y-215 saylı protokolu və "xxxx" MMC ilə "xxxx" BOKT MMC arasında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 10b saylı evin 14 saylı mənzilinin alqı-satqısına dair bağlanmış xx.xx.2019-cu il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqaviləsi etibarsız hesab hesab olunmalıdır. Məhkəmə hesab edir ki, tərəflərdən hər biri əqd üzrə aldıqlarını geri qaytarmalı və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi,10b saylı evin 14 saylı mənzilinin alqı-satqısına dair ödənilmiş 39525 (otuz doqquz min beş yüz iyirmi beş) manat "xxxx" BOKT MMC-yə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli “hərracın nəticələri haqqında” Y-215 saylı protokolu və "xxxx" MMC ilə "xxxx" BOKT MMC arasında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 10b saylı evin 14 saylı mənzilinin alqı-satqısına dair bağlanmış xx.xx.2019-cu il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqaviləsi etibarsız hesab edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ. Əhlimanov küçəsi ev 10b saylı evin 14 saylı mənzilinin alqı-satqısına dair ödənilmiş 39525 (otuz doqquz min beş yüz iyirmi beş) manat "xxxx" BOKT MMC-yə qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Talıbova
Məhkəmə qərarları › İş №e-2(010)-1700/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1700/2022
07.07.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver