Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-173/2025 10.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X4 iclas katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 oğlunun, Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil3 Rüstəm oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh1 avtomobilə dəymiş maddi ziyan qismində 165579 manat məbləğində pul vəsaitinin və ödənilmiş 456 manat məbləğində dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı tərəfin vəsatəti əsasında Cavabdeh2 da iş üzrə cavabdeh qismində cəlb edilmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, İ.Səfərli küçəsi ilə Ş.Əzizbəyov küçəsinin kəsişməsində “Toyota Prius” markalı, **-XO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanının tələbini pozaraq hərəkətinə davam etmiş və iddiaçıya məxsus “Ferrari California T” markalı, 2014-cü il buraxılışlı, **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılaraq sonuncuya xeyli miqdarda maddi zərər yetirmişdir. Hadisədən sonra məsələ araşdırılmış və yol-nəqliyyat hadisəsi zamanı iddiaçının hər hansı nöqsanı aşkar edilməmişdir. Cavabdehə isə İXM-nin 327.1-ci maddəsi əsasında cərimə tətbiq edilmişdir. Hadisə ilə bağlı aidiyyəti orqanın TP ******* saylı, xx.xx.2024-cü il tarixli qərarı qəbul edilmişdir. Həmin qərardan cavabdehin birbaşa qüsurlu olduğu sübuta yetirilir. Sonuncu qüsurlu hərəkəti ilə iddiaçıya maddi ziyan vurmuşdur. Məhkəməyə təqdim edilən sənədlərin surətindən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə ərizənin (arayışın) surətindən, xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən, İXP ******* saylı inzibati xəta haqqında protokolun surətindən, iş kartı № ********** saylı qüsur aktının tərtib edilməsinə dair sənəd və zərər aktlarından aydın olur ki, cavabdeh tam qüsurlu hərəkətləri ilə iddiaçıya məxsus “Ferrari California T” markalı, 2014cü il buraxılışlı, **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobili yararsız hala salmaqla, sonuncuya maddi zərər yetirmişdir. Dəymiş zərərin məbləği 170579 manat müəyyən edilmişdir. Həmin zərərin 5000 manat olan hissəsi "xxxx" ASC tərəfindən qarşılanmışdır. Cavabdeh bu günə qədər dəymiş zərərin geri qalan hissəsini ödəməkdən boyun qaçırmaqdadır. Belə ki, xx.xx.2023-cü il tarixli “Avtolux Azərbaycan” şirkəti tərəfindən təqdim edilmiş ilkin qiymətləndirmə aktına əsasən, **-SM-*** dövlət qeydiyyat nişanlı, “Ferrari California T” markalı, ZFFTJ65B000200002 VİN kodlu avtomobilə toplamda 160900 manat dəyərində ehtiyat hissələri üçün, 8679 manat işçilik üçün və 1000 manat qüsur aktının tərtib olunması üçün toplamda 170579 manat maddi ziyan dəymişdir. Həmin zərərin 5000 manatlıq hissəsi sığorta şirkəti tərəfindən qarşılanmışdır. Lakin iddiaçıya dəymiş 170579 manat maddi ziyanın 165579 manat olan hissəsi ödənilməmiş qalır. Cavabdehə bu zərərin qarşılığı olan pulun ödənilməsinə dair dəfələrlə müraciət edilsə də bir nəticə alınmamışdır.
İddiaya etiraz.
4. Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil3 iddiaya etirazla məhkəməyə müraciət edərək, məhkəmədən iddia tələbinin nümayəndəsi olduğu şəxsə münasibətdə rədd edilməsini xahiş etmişdir.
İddiaya etirazın əsaslandırıldığı hallar.
5. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh2 qeyd olunan avtomobilin faktiki olaraq mülkiyyətçisi olmamış, Cavabdeh1 hər hansı etibarnamə verməmişdir. Nümayəndəsi olduğu şəxs mülkiyyətində olan avtomobili alğı-satqı müqaviləsi bağlamadan baş etibarnamə ilə (7E-7924 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli) xx.xx.2023-cü il tarixdə X1. E.Quliyevlə aralarında olan razılaşmaya əsasən, ümumi dəyəri 8000 manat olan avtomobilin 4000 manatını etibarnamə verilən gün nümayəndəsi olduğu şəxsə ödəmiş, qalıq məbləği isə xx.xx.2025-ci il tarixinədək ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh2 alğı-satqı müqaviləsi bağlamamasının səbəbi E.Quliyevin ona 4000 manat məbləğində borcunun qalmasıdır. xx.xx.2023-cü il tarixli “Nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair” etibarnamə ilə müəyyən olunur ki, Cavabdeh2 “Toyota Prius” minik markalı, **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərindəki hüquqları tam şəkildə X7 ötürmüşdür. xx.xx.2023-cü il tarixli “Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair” etibarnamə ilə müəyyən olunur ki, Cavabdeh1 “Toyota Prius” minik markalı, **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ verən şəxs Cavabdeh2 deyil, X9 olmuşdur.
Tərəflərin izahatları.
6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh1 təqsirindən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə böyük zərər dəymişdir. Belə ki, avtomobil bahalıdır. İş materiallarında olan qüsur aktından görünən zərər hələ avtomobilə dəymiş real zərər belə deyil. Belə ki, mütəxəssislər həmin avtomobilə baxış keçirərək müəyyən etmişlər ki, avtomobilə dəymiş real zərər ancaq onun işə salınmasından sonra müəyyən edilə bilər. Çünki avtomobil işə salınmadan onun işləyib-işləməməsi, təkərlərin “bloklanması”, elektronikanın işləyib-işləməməsi müəyyən edilə bilmir. Hazırda cavabdehlərdən tələb edilən məbləğ sadəcə vizual baxış nəticəsində müəyyən edilən zərərdir. Hesab edir ki, bu zərər hər iki cavabdehdən tutulmalıdır. Çünki cavabdehlərdən biri hadisəni törədən şəxs, digəri isə hadisəni törədən avtomobilin mülkiyyətçisidir və baş vermiş hadisə nəticəsində iddiaçıya dəymiş zərərə görə o da məsuliyyət daşımalıdır. Ona görə ki, hadisəni törədən cavabdeh avtomobili icarə müqaviləsinə əsasən günlük taksi kimi idarə etmişdir. Bundan əlavə, DİN-dən alınmış çıxarışdan görünür ki, qeyd olunan avtomobil dəfələrlə başqa şəxslərə etibarnamə ilə idarə etmək üçün verilmişdir. Bu baxımdan hesab edir ki, baş vermiş hadisə nəticəsində iddiaçıya məxsus avtomobilə dəymiş zərərə görə hər iki cavabdeh məsuliyyət daşıyır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
7. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 iddianı qismən qəbul edərək bildirdi ki, iddiaçı tərəfin tələb etdiyi dəymiş zərər məbləği ilə razı deyillər. Ona görə ki, iddiaçı tərəf avtomobilə yeni detallar qoyulması üçün pul tələb edir. Halbuki avtomobil hadisə baş verən vaxt doqquz ildir istismarda olmuşdur. Bu qədər müddət ərzində avtomobilin bütün detallarının ideal vəziyyətdə olması real deyil. Həmçinin avtomobilin neçə kilometr sürüldüyü də nəzərə alınmalıdır. Buna baxmayaraq, iddiaçı tərəf avtomobilə yeni detallar qoyulması üçün pul tələb etmişdir. Hadisə baş verən vaxt Cavabdeh1 avtomobili icarə əsasında idarə etmişdir. Lakin yazılı icarə müqaviləsi bağlanmamış, şifahi razılaşma əsasında etibarnamə ilə avtomobili idarə etmişdir. Hesab edir ki, iddiaçı tərəfin dəymiş zərərə görə tələb etdiyi məbləğ reallığı əks etdirməyən hədsiz yüksək məbləğdir. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi.
8. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil3 iddianı qəbul etməyərək bildirdi ki, hadisə baş verən vaxt avtomobili idarə edən Cavabdeh1 avtomobili idarə etmək üçün etibarnaməni Elvin Quliyevdən almışdır. Sadəcə olaraq X11 Vəliyevlə aralarındakı razılaşma üzrə ödəniləcək məbləği tam şəkildə ödəmədiyindən mülkiyyətçi faktiki olaraq Cavabdeh2 olmuşdur. Əslində isə Cavabdeh2 avtomobillə bağlı bütün hüquqları Elvin Quliyevə vermişdir. Bəxtiyar xx.xx.2023-cü ildə Elvinə etibarnamə vermiş, xx.xx.2023-cü il tarixdə isə Elvin Rahibə etibarnamə vermişdir. Yəni dörd ay əvvəl Bəxtiyar hüquqları Elvinə ötürmüşdür. Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən tərəflər arasında əmək münasibətləri olduğu halda mülkiyyətçi dəymiş zərərə görə məsuliyyət daşıyır. Hətta əmək münasibətləri olsa belə mülkiyyətçi o vaxt məsuliyyət daşımalıdır ki, hadisənin məhz əmək münasibətlərinin yerinə yetirilməsi zamanı baş verdiyi sübuta yetirilsin. Burada hər hansı əmək münasibətindən söz getmir. Hətta əmək münasibəti olsa belə bununla bağlı heç bir sənəd yoxdur. Cavabdeh Bəxtiyar Quliyevə maraqlı olmamışdır ki, Rahib avtomobili nə məqsədlə götürmüşdür. O, sadəcə olaraq avtomobili Elvinə vermiş, ondan dövri olaraq pulunu tələb etmişdir. Sonradan avtomobilin nə məqsədlə kimə verilməsi ona maraqlı olmamışdır. Bu səbəbdən hesab edir ki, baş vermiş hadisə nəticəsində iddiaçıya məxsus avtomobilə dəymiş zərərə görə Cavabdeh2 pul tələb edilə bilməz. Odur ki, məhkəmədən iddianın hüquqlarını müdafiə etdiyi cavabdehə münasibətdə rədd edilməsini xahiş etdi.
İş materialları.
9. xx.xx.2023-cü il tarixli, 7E-7924 reyestr nömrəli “mobil notariat” tətbiqi vasitəsilə elektron qaydada rəsmiləşdirilmiş nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamədən görünür ki, Cavabdeh2 mülkiyyətində olan, buraxılış ili 2008-ci il, “Toyota Prius” minik markalı, **-OX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində bir sıra səlahiyyətləri (sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipotekaya qoymaq, qeydiyyata salmaq, ərizə vermək, qeydiyyatdan çıxarmaq, sərəncam vermək və digər hərəkətlər) bu etibarnamə əsasında 1 il müddətinə X7 etibar etmişdir.
10. xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Cavabdeh1 xx.xx.2023-cü il tarixdə, saat 22:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, İ.Səfərli küçəsi ilə Ş.Əzizbəyov küçəsinin kəsişməsində “Toyota Prius” minik markalı, **- OX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın (yol nişanlarının tələblərinə riayət edilməməsi) törədilməsində təqsirli bilinmiş və barəsində 40 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır.
11. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş ********** nömrəli iş kartından görünür ki, “Ferrari California” markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər məbləğinin (ehtiyat hissələri + işçilik) müəyyən edilməsi üçün qüsur aktının tərtib edilməsinin ümumi qiymətinin 1000 manat məbləğində olması qeyd edilmişdir.
12. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş ilkin qiymətləndirmə aktından görünür ki, “Ferrari California” markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin (ehtiyat hissələri + işçilik) ümumilikdə 169579 manat məbləğində olması qeyd edilmişdir.
13. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X14 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli məktuba əlavə edilmiş kompüter sistemindən çıxarışdan görünür ki, “Toyota Prius minik” markalı, ** OX *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə Cavabdeh2 mülkiyyəti kimi qeydiyyata alınmış, xx.xx.2023-xx.xx.2024-cü il tarixləri üçün X7, xx.xx.2023 – xx.xx.2024-cü il tarixləri üçün isə Cavabdeh1 avtomobili idarə etmək üçün etibarnamə vermişdir.
14. Bakı şəhəri Yasamal RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, yol-nəqliyyat hadisəsinə dair toplanmış materialda və Cavabdeh1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrinin tərkib əlamətləri olmadığından, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinin tələblərinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmiş, “Toyota Prius” markalı, **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsi üçün qəbul edilmiş qərarın surətinin Yasamal RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır.
15. Cavabdeh1 tərəfindən Bakı şəhəri Yasamal RPİ-nin TŞ-nın baş təhqiqatçısı, polis kapitanı Orxan Əliyevə verilmiş izahatın surətindən görünür ki, o, 2023-cü il tarixdən “BC” kateqoriya sürücülük hüququna malikdir, əvvəllər yol-nəqliyyat hadisəsi törətməmişdir. “Toyota Prius” minik markalı, **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobili etbarnamə ilə idarə edir. xx.xx.2023-cü il tarixdə, saat 22:30 radələrində təxminən 35 km/saat sürətlə Yasamal rayonu, İ.Səfərli küçəsi ilə hərəkət edib, Ş.Əzizbəyov küçəsi ilə kəsişməyə daxil olduqda idarə etdiyi avtomobilin ön sağ hissəsi ilə Ş.Əzizbəyov küçəsi istiqamətindən hərəkətdə olan “Ferrari” markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol hissəsi ilə toqquşmuş, bundan sonra idarəetməni itirərək, yolun səki hissəsinə çırpılaraq dayanmışdır. Hadisə nəticəsində başından xəsarət almış, bundan sonra hadisə yerinə Yasamal RPİ-nin TŞ-dən gələrək hadisə ilə bağlı araşdırma aparılmasına başlanmışdır. Daha sonra KTM-nə gedərək xəsarətlə bağlı müayinə olunmuş və baş nahiyəsinə tikiş qoyulmuşdur. O, ümumiyyətlə spirtli içki və psixotrop maddə qəbul etmir, hadisə vaxtı isə avtomobildə tək olmuşdur.
16. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X12 tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 1320 nömrəli ekspert rəyindən görünür ki, 2002-ci il təvəllüdlü vətəndaş Cavabdeh1 məhkəmə-tibb ekspertizasına və onun adına tərtib olunmuş tibbi sənədə əsasən, qərarın təsviri hissəsində hadisə haqqında göstərilənləri nəzərə alaraq, ekspert qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinmişdir – Cavabdeh1 almış olduğu xəsarətin “başın təpə nahiyəsinin çapılmış yarası küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddir, vətəndaş Cavabdeh1 adına KTM-də tərtib edilmiş tibbi sənəddə qeyd edilən “döş qəfəsinin, sol çiyin və sol dizin küt travması” diaqnozunun obyektiv əlamətləri (qançır, sıyrıq, yara və s.) qeyd olunmadığından onu xəsarət kimi qiymətləndirmək mümkün deyil. Yuxarda qeyd edilən xəsarətin vətəndaş Cavabdeh1 yıxılması nəticəsində törənməsi inkar olunur”.
17. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ek0spertiza və X5” X12 tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 1301 nömrəli ekspert rəyindən görünür ki, 1998-ci il təvəllüdlü vətəndaş X2 məhkəmə-tibb ekspertizasına əsasən, qərarın təsviri hissəsində hadisə haqqında göstərilnləri nəzərə alaraq, ekspert qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinmişdir – “vətəndaş X2 almış olduğu xəsarət sol almacıq nahiyəsinin qançırı küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir”.
18. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X12 tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 1302 nömrəli ekspert rəyindən görünür ki, 1991-ci il təvəllüdlü vətəndaş X3 məhkəmə-tibb ekspertizasına əsasən, qərarın təsviri hissəsində hadisə haqqında göstərilnləri nəzərə alaraq, ekspert qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinmişdir – “vətəndaş X3 almış olduğu xəsarət alın nahiyəsindən sıyrığı küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir”.
19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 8/3511 nömrəli yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasına dair ekspert rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim edilən məlumatlara əsasən, “Toyota Prius” markalı, **-OX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat avtomobilin sürücüsü Cavabdeh1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4 “Yol verin” yol nişanının) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.
20. "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş 397/25 nömrəli mütəxəssis rəyindən görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Ferrari California” markalı, **-SM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləğinin ehtiyat hissələri 158000 manat və təmir xərci 7900 manat olmaqla, 165900 manat təşkil etməsi qeyd edilmişdir.
İşin faktiki halları.
21. Cavabdeh1 xx.xx.2023-cü il tarixdə, saat 22:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, İ.Səfərli küçəsi ilə Ş.Əzizbəyov küçəsinin kəsişməsində “Toyota Prius” minik markalı, **-OX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və “Ferrari California” markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur.
22. Hadisə ilə bağlı aparılmış təhqiqat araşdırmasının yekununda yol nəqliyyat hadisəsinin Cavabdeh1 təqsirli hərəkətləri nəticəsində baş verdiyi müəyyən edilmiş, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilsə də, Cavabdeh1 əməllərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmiş, bundan sonra həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar barəsində inzibati tənbeh tətbiq edilmişdir.
23. Hadisə baş verən vaxt “Toyota Prius” minik markalı, **-OX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh2 olmuşdur. Cavabdeh1 avtomobili etibarnamə ilə idarə etmişdir.
Tətbiq edilən hüquq.
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı.
Qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir... Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. O da nəzərə alınmalıdır ki, zərər yüksək təhlükə mənbəyinin fəaliyyəti zamanı məhz onun təhlükəli xüsusiyyətlərindən irəli gələrək baş vermiş olmalıdır.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
27. İşin faktiki hallarından göründüyü kimi, iddiaçıya məxsus “Ferrari California” markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəyməsi ilə nəticələnən yol nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olduğu müəyyən edilmişdir. Belə ki, hadisənin cavabdehin təqsirli olaraq törətdiyi hüquqa zidd əməllər (yol nəqliyyat hərəkəti qaydalarını pozma) nəticəsində baş verməsi, məhz bu hadisə nəticəsində iddiaçıya məxsus avtomobilə zərər dəyməsi iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar və inzibati tənbeh vermə haqqında qərar əsasında müəyyən edilir.
28. Yuxarıda istinad edilmiş Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edilmişdir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 28.1. törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; 28.2. əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; 28.3. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; 28.4. zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.
29. Yuxarıda qeyd edilənləri hazırkı işin hallarına tətbiq edən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh1 hərəkətlərini mülki hüquq pozuntusu (delikt) kimi qəbul etmək üçün bütün şərtlər mövcuddur. Bu isə həmin pozuntu nəticəsində dəymiş zərərə görə cavabdehin mülki hüquqi məsuliyyətini şərtləndirir.
30. Digər Cavabdeh2 məsuliyyətinə münasibətdə isə məhkəmə ilk növbədə qeyd edir ki, Cavabdeh1 təqsirli olaraq yol nəqliyyat hadisəsi törətdiyi avtomobil məhz Cavabdeh2 mülkiyyətində olmuşdur. Bu baxımdan onun yüksək təhlükə mənbəyi olan avtomobilin mülkiyyətçisi kimi təqsirsiz məsuliyyəti məsələsi müzakirə edilməlidir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108-ci maddəsində yüksək təhlükə mənbəyi sahibinin bu təhlükə mənbəyinin vurduğu zərərə görə məsuliyyəti müəyyən edilmişdir. Buna uyğun olaraq, yuxarıda istinad edilmiş Konstitusiya Məhkəməsi Plenumunun qərarında da göstərilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini ödəməyə borcludur.
31. Bununla belə həmin Plenum qərarında şəxsin yüksək təhlükə mənbəyinin sahibi kimi məsuliyyətə cəlb edilə bilməsi üçün konkret şərtlər müəyyən edilmişdir. Konstitusiya Məhkəməsinin mövqeyinə görə, şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir.
32. Hazırkı işdən görünür ki, Cavabdeh2 digər Cavabdeh1 idarə etdiyi “Toyota Prius” minik markalı, **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisidir. Yəni Cavabdeh2 avtomobil üzərindəki mülkiyyət hüququ onun yüksək təhlükə mənbəyinin sahibi kimi məsuliyyətinin hüquqi əsasını təşkil edir. Məhkəmə, həmçinin hesab edir ki, Cavabdeh2 məsuliyyətə cəlb edilməsi üçün maddi şərt də mövcuddur. Ona görə ki, məhkəmə iclasında tərəflərin nümayəndələrinin (vəkillərinin) verdiyi izahatlardan görünür ki, Cavabdeh2 həmin avtomobillə bağlı maddi mənfəəti olmuşdur. Məhkəmə bu cür nəticəyə gələrkən nəzərə alır ki, Cavabdeh2 nümayəndəsi (vəkili) iddiaya verilmiş etirazda hər nə qədər hadisənin baş verdiyi tarixdən bir neçə ay əvvəl Cavabdeh2 sözügedən avtomobili Elvin Quliyev adlı şəxsə etibarnamə əsasında “satdığını”, dolayısı ilə müdafiə etdiyi şəxsin həmin tarixdə avtomobillə heç bir əlaqəsi qalmadığını bildirsə də etirazda o da göstərilmişdir ki, Elvin Quliyev avtomobilin pulunun bir hissəsini ödəməmiş, Cavabdeh2 borclu qalmış, elə bu borca görə alqı-satqı rəsmi olaraq baş tutmamışdır. Cavabdeh2 nümayəndəsi (vəkili) məhkəmə iclasında verdiyi izahatda da hüquqlarını müdafiə etdiyi cavabdehin avtomobillə bağlı iqtisadi marağını inkar etməmiş, onun avtomobilin kim tərəfindən, necə istifadə edilməsi ilə maraqlanmadığını, sadəcə olaraq avtomobilə görə dövri olaraq ona pul ödənildiyini bildirmişdir. Öz növbəsində digər cavabdehin nümayəndəsi (vəkili) də hüquqlarını müdafiə etdiyi cavabdehin avtomobili icarə müqaviləsi əsasında idarə etdiyini bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh2 yüksək təhlükə mənbəyi üzərindəki sahibliyinin maddi şərti də mövcud olduğundan onun da digər cavabdeh kimi dəymiş zərərə görə məsuliyyəti müəyyən edilməlidir.
33. Məhkəmə cavabdehlərin mülki məsuliyyətinin həcmi ilə bağlı qeyd edir ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Ferrari California” markalı, **-SM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləğinin ehtiyat hissələri 158000 manat və təmir xərci 7900 manat olmaqla, cəmi 165900 manat təşkil etməsi müəyyən edilmişdir. İddia tələbindən isə görünür ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktına istinadla avtomobilə dəymiş zərərin 169579 manat məbləğində olduğu, həmin aktın tərtib edilməsi üçün 1000 manat məbləğində xidmət haqqı ödənildiyi, ümumi zərərin 170579 manat məbləğində olduğu, lakin bu pulun 5000 manatının sığortaçı tərəfindən ödənildiyi bildirmiş, yekunda 165579 manat məbləğində pul tələb edilmişdir.
34. Məhkəmə müvafiq mütəxəssis rəyinin məhkəmə tərəfindən müstəqil təyin edilmiş qiymətləndirici-mütəxəssis tərəfindən avtomobilə baxış keçirilərək verildiyini, rəydə hər bir ehtiyat hissə və təmir işi üçün xərclərin ayrı-ayrılıqda göstərildiyini, rəyin obyektivliyini, qərəzsizliyini və əsaslılığını şübhə altına alan hansısa halın aşkar edilmədiyini nəzərə alaraq, iddiaçı tərəfin təqdim etdiyi və təbii olaraq həmin tərəfin marağına cavab verən qüsur aktı ilə müqayisədə mütəxəssis rəyinə üstünlük verir və hadisə nəticəsində avtomobilə dəymiş zərərin məhz mütəxəssis rəyində təsbit edilmiş məbləğə uyğun olaraq 165900 manat məbləğində müəyyən edilməsi nəticəsinə gəlir. Lakin məhkəmə hesab edir ki, müvafiq qüsur aktının tərtib edilməsi üçün nəzərdə tutulmuş 1000 manat məbləğində pul avtomobilə dəymiş zərərin məbləğindən asılı olmayaraq, yalnız avtomobilə zərər dəyməsi faktına görə iddiaçı tərəfin çəkməli olduğu xərc olduğundan həmin məbləğ də dəymiş zərərin həcminə daxil edilməlidir. Dəymiş yekun zərər məbləğini müəyyən edərkən məhkəmə onu da nəzərə alır ki, iddiaçı dəymiş zərərin 5000 manatının sığortaçı tərəfindən ödənildiyini qəbul etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, avtomobilə dəymiş zərərə görə cavabdehlərdən müştərək qaydada 161900 (165900+1000-5000) manat məbləğində pul tutulmalıdır.
Məhkəmə xərcləri.
35. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 456 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müvafiq iddia qiymətinə uyğun olmuşdur.
36. Bundan əlavə, iş materiallarından görünür ki, "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyi üçün xidmət haqqı olan 500 manat məbləğində pul da iddiaçı tərəfindən ödənilmişdir.
37. Məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun 452 manatı və 500 manat məbləğində mütəxəssis xidməti haqqı tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
38. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada 161900 manat məbləğində dəymiş zərərə görə pul, 452 manat məbləğində dövlət rüsumu və 500 manat məbləğində mütəxəssis xidməti haqqı tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
39. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dəymiş zərərə görə 161900 (yüz altmış bir min doqquz yüz) manat məbləğində pul, 452 (dörd yüz əlli iki) manat məbləğində dövlət rüsumu və 500 (beş yüz) manat məbləğində mütəxəssis xidməti haqqı tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva