Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1738/2023 17.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “mənəvi zərərə görə pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiаçı İddiaçı Cavabdeh qarşı “mənəvi zərərə görə pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh vurduğu mənəvi zərərin əvəzi olaraq 10000 (on min) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “Mən, İddiaçı 28 avqust 1975-ci il tarixdə Şuşa şəhərində anadan olmuşam. Məcburi köçkünəm. Hazırda ünvan 1 ünvanında faktiki olaraq yaşayıram. Hazırkı iddia ərizəsi ilə müraciətimin səbəbi cavabdeh Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Cavabdeh mənə qərəzli münasibət bəsləməsi və nəticədə mənəvi ziyan vurması ilə bağlıdır. Belə ki, cavabdehi daha əvvəldən tanımamış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi cənab Orxan Məmmədlinin sədrliyi ilə mənim cavabdeh X10 qarşı qaldırdığım mülki iddiam üzrə keçirilən məhkəmə iclası zamanı tanımış, cavabdehin vəkili qismində iştirak etmişdir. Təbii ki, onun cavabdehin vəkili qismində iştirak etməsi və qanunla və ona verilmiş səlahiyyətlər çərçivəsində mənimlə zidd mövqedə olması normal haldır. Lakin bu ona o haqqı vermir ki, məni məhkəmə zalında söysün, təhqir etsin, barəmdə nalayiq ifadələr işlətsin və üzərimə tüpürsün. Həqiqətən, Azərbaycan vəkilinin bu cür hərəkət etməsi utancvericidir, Azərbaycan hüquq sisteminə ziddir. “Vəkillərin davranışı haqqında" Əsasnamənin 2.4-cü maddəsində qeyd edilir ki, loyallıq - vəkil peşə fəaliyyətini həyata keçirərkən və ya peşə fəaliyyətindən kənar davranışında vəkilliyin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. Vəkil qanunvericilikdə vəkillik fəaliyyəti ilə bağlı nəzərdə tutulmuş məhdudiyyətlərə əməl etməli, başqa vəkillərin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Lakin görünür ki, 28 ildir ki, vəkil olaraq fəaliyyət göstərən cavabdeh bu əsasnamədən xəbərsizdir. Onun bu cür hərəkətləri nəinki vəkilə, heç bir Azərbaycan qadınına yaraşmaz. Onun vəkil olması iclas zalında üstümə tüpürməsinə, mənə “alçaq”, “şərəfsiz”, “arvadından, qızından xəbərsiz” deyərək məni ağır formada təhqir etməsinə haqq vermir. Həqiqətən, bu cümlələri yazmaq mənim üçün çox utanvericidir, həmin an nələr keçirdiyimi, hansı hisləri yaşadığımı, mənəvi sarsıntımı izah edə biləcəyim söz yoxdur. Bildirmək istəyirəm ki, 22 il Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət etmişəm və bu xidmət illərimdə kişi olmağıma baxmayaraq heç kəsi bu formada təhqir edərək, onun şərəf və ləyaqətini alçaltmamışam. Qeyd edim ki, yuxarıda sadaladığım hadisələr məhz məhkəmə iclas zalında baş vermişdir. Bu barədə video görüntü və audio səs yazıları da vardır və həmin görüntülər ilə şəxsən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin sədri, hörmətli İslam Əliyevin köməkliyi ilə tanış olmuş və İslam müəllim də onun hərəkətlərini qınamışdır. Bu barədə tərəfimdən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına şikayət edilmiş, hələ ki yekun qərar qəbul edilməmişdir. Bu barədə məhkəmə iclas katibi tərəfindən imza edilmiş akt tərtib edilmişdir və iddia ərizəsinə əlavə ediləcəkdir. Cavabdehin məni bu cür ağır formada təhqir etməsi, özü də məhkəmə iclas zalında kənar şəxslərin qarşısında bu cür hərəkəti və ona həm məhkəməyə hörmətsizlik olmasın, həm də qadın olduğuna görə cavab verə bilməməyim bu günə qədər məni çox ağır formada sarsıtmışdır. Qeyd edim ki, cavabdeh barəsində xüsusi ittiham qaydasında cinayət işinin başlanması üçün də məhkəməyə müraciət edəcəm. Hesab edirəm ki, Cavabdeh qanun qarşısında cavab verməlidir və bu hərəkətinə, mənə yaşatdıqlarına, vurduğu mənəvi ziyana görə ondan 10000 (on min) manat məbləğində pul tutularaq mənə ödənilməlidir. Yuxarıda da qeyd etdiyim kimi məsələdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin sədri cənab İslam Əliyevin, hakim Orxan Məmmədlinin də məlumatları vardır və görüntülər məhkəmədə saxlanılır. Bu səbəbdən də məhkəmədən iddia etdiyim halları tam ciddi araşdıraraq, iddia tələbimin təmin edilməsini xahiş edirəm”.
İddiaya etiraz və etirazın əsaslandırıldığı hallar.
3. Cavabdeh iddiaya etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki: “İddiaçı mənim barəmdə pul tələbinə dair məhkəməyə ünvanladığı iddia ərizəsi aşağıda qeyd etdiyim əsaslara və qanunun tələbinə görərə mənə qarşı və vəkillik fəaliyyətimə qarşı böhtan və təhqirdir. Bu baxımdan aşağıdakıları qeyd edirəm: İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş akt barəsində aşağıdakıları bildirirəm: Məhkəmə prosesi 27 oktyabr 2022-ci il tarixdə qətnamənin elan edilməsi ilə başa çatmışdır. Lakin aktdan görünür ki, 14 noyabr 2022-ci il tarixdə akt tərtib edilmiş və həmin akta Orxan Məmmədlinin məhkəmə iclas katibi X8 da imza edib. Aktda göstərilir ki, guya insident 12 oktyabr 2022-ci il tarixdə baş vermişdir. Bu da həqiqət deyil, belə ki, qeyd edilən insident barəsində məhkəmə iclas protokolunda qeydiyyat yoxdur və İddiaçı tərəfindən bu barədə şifahi və yazılı qaydada müraciət yoxdur. Eyni zamanda aktdan görünür ki, həmin sənəd akt kimi tərtib edilməmiş, aktın məzmunu İddiaçı şəxsi mülahizələridir. “Ona görə də həmin aktın, “mən mülki işlə əlaqədar olaraq” giriş sözü ilə başlamış fikirlə” akt, yoxsa ərizə olduğu anlaşılmır. Eyni zamanda həmin akt sənəd kimi məhkəmədən qeydiyyatdan keçməmiş, təsdiq edilməmiş, tərtib edildiyi yer məlum deyil və s. Mənşəyi məlum olmayan kağız parçasıdır. Əgər belə bir akt tərtib edilmiş olsaydı, mənim məlumatım olardı və mən də öz fikrimi ifadə edə bilərdim. Bildirirəm ki, 18 yanvar 2023-cü il tarixdə Yasamal rayon məhkəməsi tərəfindən mənim qeyd edilən akt barəsində yazılı müraciətimə cavab olaraq bildirilir ki, bu barədə ətraflı araşdırılma aparılıb, Ceyhun İsmayıllı ilə söhbət aparılmış, belə bir xüsusatlar təsdiqini tapmamışdır (Aktın tərtibi və mövcudluğu). Aktın məzmununda göstərilir ki, İddiaçı tərəf kimi haqlıdır, sübutları mötəbərdir. Lakin 27 oktyabr 2022-ci il tarixli qətnamə isə onun ziyanınadır. Beləliklə də məhkəmənin iclas katibi Ceyhun İsmayıllı bu məzmunlu akta imza etməklə (əgər imza etmişdirsə) məhkəmənin iş üzrə qəbul etdiyi qətnaməsini qanunsuz və əsassız hesab etmiş olur. Bu da onun öz vəzifə səlahiyyətini aşması və hakimin dövlət adından çıxarılmış qətnaməsini şübhə altına alır. Belə ki, o, keçmiş həyat yoldaşı Şükürova (Ağayeva) Firəngizdən, onun bacısı Şükürova Fidandan (hər ikisinə hüquqi xidmət göstərmişəm və göstərməkdə davam edirəm), eləcə də məndən qisas almaq məqsədi daşıyır. Hər iki şəxslə şikayətçi arasında uzun xarakter daşıyan mənzildən çıxarılma və pul tələbinə məhkəmə çəkişmələri olmuş və hər iki işdə onun ziyanına məhkəmə qətnamələri çıxarılmışdır. Şikayətçi məhkəmədə uduzmağının səbəbkarı kimi mənim Şükürova Fidana və Firəngiz bacılarına hüquqi yardım göstərməyimdə görür. İddiaçı məhkəmə çəkişmələrində uduzduğu məhkəmə çəkişmələrinin mahiyyəti ondan barətdir ki, o, keçmiş arvadını uşaqlarla birlikdə Fidana, keçmiş baldızına məxsus və onun mülkiyyətində olan mənzildən qovub, hazırda qanunsuz olaraq özü həmin mənzildən istifadə edir. Hətta məhkəmə qətnamələri olmasına baxmayaraq İddiaçı, yəni şikayətçi mənzildən çıxmır və mənzildən çıxmaq niyyəti də yoxdur. Onun keçmiş arvadı və 2 azyaşlı uşağı məcbur olaraq Firəngizin bacısı və uşaqların xalası Fidan Şükürovanın yanında darısqal mənzildə yaşayırlar və onun maddi dəstəyi ilə yaşayırlar. Eyni zamanda İddiaçı uşaqların saxlanması üçün məhkəmə tərəfindən müəyyən edilmiş alimenti də qəsdlə və qərəzli olaraq ödəmir. Göründüyü kimi o, arvadına və uşaqlarına qarşı və keçmiş baldızı Fidana qarşı qanuna zidd əməllərini bilərəkdən davam etdirir, bu səbəbdən də qeyd edilən şəxslərin və o cümlədən vəkil kimi mənim ona qarşı mülki məhkəmə mübahisələrindən imtina etməyimiz məqsədi ilə təzyiqlər edir. Məhkəməyə mənim barəmdə şikayət etməsi də onun bizə təzyiqinin və qərəzinin bariz nümunəsidir. Bildirirəm ki, mən vəkil kimi X9 hüquqlarını Yasamal rayon məhkəməsində və Apellyasiya Məhkəməsində müdafiə etmişəm. Müvafiq sənədlər, sübutlar toplanaraq məhkəməyə təqdim edilmişdir. X9 şəxsi mülkiyyətində olan mənzildən İddiaçı qarşı “mənizildən çıxarılmaya” dair iddiasını Yasamal rayon Məhkəməsi xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermiş, lakin şikayət xx.xx.2022-ci il tarixli qətnamə ilə rədd edilmiş, Yasamal Rayon Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Halhazırda da qanuni qüvvə alıb. Xahiş edirəm, iddia qanunsuz və əsassız olduğu üçün icraata qəbul edilməsindən imtina edilsin”. Tərəflərin izahatları.
4. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh məhkəmə iclasında vəkil kimi onu təhqir etməsi ilə bağlı Vəkillər Kollegiyasına ünvanladığı müraciətə cavab verilmişdir. Həmin cavabı məhkəməyə təqdim etmişdir. Həmçinin Yasamal Rayon Məhkəməsində baxılan cinayət işi üzrə Cavabdeh məhkəmə zalında onun barəsində işlətdiyi ifadələrlə bağlı ekspertiza təyin edilmiş, həmin rəy də məhkəməyə təqdim edilmişdir. Lakin Yasamal Rayon Məhkəməsində olan səs yazısı bir qədər xışıltılı olduğundan səs tam eşidilmirdi. Hazırda Suraxanı Rayon Məhkəməsində dinlənilən səs yazısı isə aydın eşidilir. Rəydə cavabdehin ona qarşı “alçaq” və “şərəfsiz” sözlərini işlətmədiyi qeyd edilsə də, cavabdeh bu ifadələri işlətmişdir. Buna şahidlər də var. Həmçinin bununla bağlı tərtib edilmiş aktı hakimin köməkçisi oxuyaraq qol çəkmişdir. Səs yazısına diqqətlə qulaq asdıqda eşidilir ki, bir yerdə o, cavabdehə “Mədəniyyətiniz olsun” demişdir. Elə həmin ərəfədə cavabdeh ona “alçaq” sözünü işlətdiyinə görə bu sözü demişdir. Buna şahidləri də var. Rəydə istinad edilmiş “arvadından, qızından xəbərsiz” sözləri ilə bağlı isə qeyd edir ki, onun arvadı artıq onun həyatında olmadığından onunla maraqlanmır, maraqlanmaq fikri də yoxdur. Lakin uşaqları ilə maraqlanmadığını deməyə heç kimin ixtiyarı yoxdur. Heç kim bunu təsdiq də edə bilməz. Vəkil kimdir ki, onun barəsində bu cür söz desin? Hətta o, vəkildən uşaqlarla söhbət edib-etmədiyini soruşmuş, vəkil ona demişdir ki, “Niyə etməliyəm?”. Əgər uşaqlar gəlib desə idi ki, ataları onlarla heç vaxt maraqlanmır, bu başqa məsələ olardı. Halbuki o, uşaqlarının həkimlərinə, məktəbdə tələbə yoldaşlarına kimi min nəfər gətirə bilər ki, onun necə ata olduğunu sübut etsin. Hətta onun uşaqlarının sinif yoldaşları belə “ondan ötrü ölürlər”. Cavabdeh elə bilir ki, o vəkildir deyə hər şeyi deyə bilər. Halbuki heç kimin belə sözlər deməyə ixtiyarı yoxdur. Əgər vəkildirsə, vəkil işini görsün. O, uşaqları ilə hər gün maraqlanır. Lakin qəbul edir ki, qızı artıq onunla danışmır. Onun qızından qəlbi sınmışdır. Belə ki, o uşaqları xalaları, ya da başqa qohumları yox, o özü böyütmüşdür. Vəkilə də demişdir ki, şəkil albomlarını gətirsin, o da baxsın. Qohumlarının heç biri onun uşaqlarının böyüməsində iştirak etməyiblər. Lakin sonradan 15 yaşlı qızı gecə saat 11-də gəzməyə getdiyinə görə münasibətləri korlanmışdır. Amma o, yenə də uşaqları ilə maraqlanır. Oğlu ilə hər gün maraqlanır, demək olar ki, hər gün də görüşür. Uşağın məşqi, idmanı ilə o maraqlanır. İki həftə bundan əvvəl həyətdə uşaqların valideynlərindən biri uşağa vurub deyə gecə saat 12-yə kimi həmin valideyni həyətdə gözləmişdir. Bunu edən uşağın anası, ya da xalası yox, o özü olmuşdur. Hadisə belə olmuşdur ki, həyətdə uşaqlardan biri digərini vurmuş, uşaqlardan birinin anası gəlib onun (iddiaçının) oğluna hadisəni görüb-görmədiyini soruşmuşdur. O, uşaqlarına həmişə öyrətmişdir ki, satqınçılıq etmək olmaz. Oğlu da dostunu satmadığına görə uşağın anası oğlunu çiynindən vurmuş, itələmişdir. Düzdür, uşağın anası (keçmiş arvadı) da getmişdir, lakin gecə saat 12-yə kimi həyətdə özü gözləmişdir ki, uşağın atasından soruşsun ki, uşağı niyə vururlar. Lakin sonra telefonla danışıb bir-birlərini başa düşmüşlər. O, yenə məhkəməyə müraciət edəcək ki, gəlib desinlər ki, o, uşaqlarla nə vaxt maraqlanmamışdır? Hazırda uşaqların həkimi olan “yevrey” Tamerlan həkimi ona (iddiaçıya) görə tanımışlar. Həmin həkim ona görə gecə saat 12 də olsa, gəlib uşaqlara baxar. Bütün bunlara görə heç kim deyə bilməz ki, o, uşaqları ilə maraqlanmır. O, uşaqlarından ötəri canını da verər. Əgər fakt varsa, faktı gətirib qoysunlar. Hətta onların (uşaqların anasının) tanış həkimi olan Lalə həkim, hansı ki, o həkimi onlara görə tanımışdır, o belə hər dəfə onu görəndə ağlayır ki, “Elnur, sənin kimi ata yoxdur”. O pis ata olmamışdır. Hətta uşaqların valideynlər iclasına o qədər özü getmişdir ki, bir dəfə qızı ona demişdir ki, müəlliməsi deyib ki, bu dəfəki valideynlər iclasında ancaq qadınlar olacaq, atası gəlməsin. Onun əksinə, ana isə uşaqlarla maraqlanmır. Hətta uşaqları ekskursiyaya aparanda ana bir dəfə olsun uşağın harada olması ilə maraqlanmamış, ancaq o özü uşaqlarla maraqlanmışdır. Onu da qeyd edir ki, əgər o, cavabdehi təhqir etmişdirsə, razıdır ki, cavabdeh onu məhkəməyə versin və qanun qarşısında cavab versin. Məhkəməyə təqdim etdiyi ekspert rəyində onun cavabdehi təhqir etməsi barədə heç nə yoxdur. Lakin yenə də deyir ki, əgər kimisə təhqir etmişdirsə, onu məhkəməyə versinlər. Ekspert rəyindən görünür ki, təhqir edilən o özüdür. O, cavabdehə ona görə “haram” sözünü demişdir ki, onun məhkəmələrə onun barəsində yazdığı sözlərin 80%-i şablon sözlər, şər-böhtandır. Məhkəmələrdə bunu sübut da etmişdir. Bundan başqa, uşağını ona qarşı öyrədib məhkəmədə uşağın üzünə durmasına səbəb olmuşlar. Lakin apellyasiya məhkəməsində hakimin qarşısında aciz dayanıb sorğu-suala cavab vermədiklərinə görə işi uduzmuşlar. Bütün bu işlərə görə “haram” demişdir. O, bu yaxınlarda yeni bir iddia qaldıracaq və bunların həm haramını, həm yalan danışmaqlarını, həm də camaatı şərləməklərini sübuta yetirəcəkdir. Cavabdeh hazırda ona qarşı “alçaq” sözünü işlətdiyini qəbul etməsə də, Yasamal Rayon Məhkəməsində xüsusi ittiham qaydasında baxılan işdə bunu qəbul etmiş, ona bu sözü “boyu alçaq” mənasında dediyini bildirmişdir. Halbuki onun 189 boyu var. Cavabdehin bu dediklərinə artıq söz tapa bilmir. Odur ki, məhkəmədən düzgün, obyektiv qərar qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, Yasamal Rayon Məhkəməsi tərəfindən məhkəməyə təqdim edilmiş diskdə olan video görüntü Yasamal Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə xüsusi ittiham qaydasında aparılan iş üzrə məhkəmə araşdırması zamanı ekspertiza keçirilməsi üçün ekspertə də təqdim edilmişdir. Ekspertin rəyində açıq-aydın göstərilmişdir ki, həqiqətən orada “şərəfsizsən”, “alçaqsan” kimi sözlər işlədilməmişdir. “Arvadından, qızından xəbərsizsən” ifadəsini isə o, iddiaçı ailəsinə baxmadığına görə işlətmişdir. Ekspert rəyində də göstərilmişdir ki, bu ifadə təhqiredici mənada deyil, özünü düşünən adam haqqında işlədilmiş məzəmmət xarakterli ifadədir. İddiaçı qeyd edir ki, üstünə, başına tüpürülmüşdür. Halbuki əgər o, iddiaçının üstünə, başına tüpürmüş olsa idi, iddiaçı başını silərdi, “salfetka” çıxardıb üstünü, üzünü silərdi. Videodan da görünür ki, bu hərəkətlərin heç birini bu adam etməmişdir. Ekspert rəyində də qeyd edilib ki, Qadın 1-in (yəni onun) tüpürüb-tüpürməsini müəyyən etmək mümkün olmamışdır. Çünki videodan aydın görünür ki, məsafə çox uzaqdır. Bu qədər uzaq məsafədən iddiaçının üstünə, başına tüpürməyə, ümumiyyətlə fiziki güc çatmaz. Bu, mümkünsüzdür. Bundan başqa, video yazıdan görünür ki, o, iddiaçıya qarşı “ədəbsiz” ifadəsini işlətmişdir. Bəli, ona görə ki, iddiaçı onu bütün zalda, bütün camaatın içində təhqir etmişdir. O, bu hissələrə əvvəlcə toxunmamış, toxunmaq fikri də olmamışdır. Çünki məhkəmə iclas zallarında belə adamlarla tez-tez rastlaşır. Ona görə bu məsələyə əhəmiyyət verməmişdir. Halbuki ağır formada təhqir olunan odur. Belə ki, onun peşəsinə, nüfuzuna, şəxsiyyətinə, şərəfinə xələl gətirən ifadələri İddiaçı ona qarşı işlətmişdir. Həmin ifadələr bunlardan ibarətdir: “Haram yeyirsən”, “Haram qazanırsan”. Haram qazanmağın mənasını “Wikipedia”dan çıxartmış, məhkəməyə təqdim etmişdir. Bunu Yasamal Rayon Məhkəməsinə də təqdim etmişdir. Haramı o hansı yolla qazanır? O öz peşəsinin zəhmətkeşidir. İddiaçının çox narahat olduğu və onun, daha doğrusu tərəfin qaldırdığı mənzildən çıxarmaqla bağlı iddianı məhkəmələr təmin etmiş, qərar Ali Məhkəməyə qədər qüvvədə qalmışdır. Bundan sonra iddiaçının ona qarşı işlətdiyi “Haram yeyirsən”, “O pulu necə yeyirsən?”, “Sənin peşən yazıb şərləməkdir” ifadələri nə ifadələrdir? İddiaçı ona qarşı “Başlamayanın lap şərəfi yoxdur” ifadəsi işlətmiş, yəni ona şərəfsiz demişdir. Həmçinin iddiaçı ona qarşı “Mədəniyyətin olsun, mədəniyyətin” ifadəsini işlətmişdir. İddiaçı söylədiklərinin qarşısını almaq məqsədi ilə “Danışığına fikir ver” deyərək onu artıq-əskik ifadələr işlətməkdən çəkindirmək istəmişdir. Yəni video görüntüdəki “Danışığına fikir ver”, “Tərbiyəli ol” kimi ifadələri iddiaçının danışığının qarşısını almaq üçün işlətmişdir. İddiaçı onun şərəf və ləyaqətinə, nüfuzuna, şəxsiyyətinə xələl gətirən ifadələr işlətməklə yanaşı, həmçinin ona qarşı ittihamedici ifadələr də işlətmişdir. Belə ki, onun işlətdiyi “Haram qazanmaq”, “Haram yemək”, “Şər-böhtandan başqa işi olmamaq” ittihamedici ifadələrdir. Qəbul edir ki, İddiaçı qarşı “Danışığına bax”, “ədəbsiz” ifadələri işlətmişdir. “Danışığına bax” ifadəsi artıq təsdiq edir ki, İddiaçı ifadələri qeyri-etikdir və ümumi dialoqdan, kontekstdən kənara çıxır. Buna görə də həmin ifadəni işlətmişdir. Məhkəməyə ekspert rəyi təqdim olunmuşdur. Həmin rəydən görünür ki, iddiaçıya “şərəfsiz”, “alçaq” kimi sözlər deməsi, həmçinin üstünə tüpürməsi təsdiq olunmamışdır. Eyni zamanda o, X2 İnstitutuna da müraciət etmişdir. Onun müraciətinə verilmiş yazılı cavabda da “arvadından, qızından xəbəri olmayan” ifadəsi ailəsindən xəbəri olmayan, onların qayğısına qalmayan, dərdini, fikrini çəkməyən, yalnız özünü düşünən adam haqqında deyilmiş ifadələr kimi qiymətləndirilmişdir. “Haram yeyən”, “haram qazanan” sözlərinin isə zəhmətlə, əməklə, düz yolla qazanılmayan, əldə edilməyən hər hansı bir şey mənasında işlədildiyi göstərilmişdir. “Tfu” danışığın gedişində əsəbiləşdiyini, hiddətləndiyini ifadə etmək üçün işlədilmişdir. Bütün bunları Dilçilik institutundan filologiya elmləri doktoru, professor qeyd etmişdir. Video-görüntüdən görünür ki, iddiaçı ona “haram yeyən” dediyinə görə o, iddiaçıya “Haramçı sənsən” dedikdə iddiaçı ona “Mən haramçı deyiləm. Məni təhqir etmə” demişdir. Bu o deməkdir ki, iddiaçı özü də təsdiq ki, “haramçı” deməklə onu təhqir etmişdir. Əgər “haramçı” təhqir deyilsə, onda iddiaçı özü nəyə görə həmin sözü təhqir kimi qəbul etmişdir? Bundan əlavə iddiaçı ona qarşı “Mədəniyyətin olsun, mədəniyyətin” ifadəsi işlətməklə ona “mədəniyyətsiz” demişdir. Hansı ki, Azərbaycan dilinin izahlı lüğətində bu söz mədəniyyəti aşağı səviyyədə olan, mədəniyyəti olmayan kimi izah edilmişdir. Mədəniyyətdən uzaq, qeyri-mədəni, kobud, qaba, mədəniyyətsiz adam barəsində deyildiyi qeyd edilmişdir. Elə ifadələr var ki, dildə var və həmin sözləri dildən çıxarmaq mümkün deyil. Çünki bu sözlər dilin zənginliyidir. Kiminsə sözünə görə bu ifadələri dildən çıxarmaq olmaz. O, Yasamal Rayon Məhkəməsində də iddiaçıya “alçaq” dediyini qəbul etməmişdir. Sadəcə olaraq izah etmişdir ki, “alçaq” sözü təhqir deyil. “Alçaq” sözü “alçaq, gödək” mənasında da işlədilir. Yəni o söz təhqir deyil, ifadə tərzidir. İddiaçının ona qarşı etdiyi bütün təhqirlərə baxmayaraq o, iddiaçını məhkəməyə verməyəcək. Çünki o, iddiaçının tayı deyil, “kişi qızıdır”. O, kişi kimi hərəkət edir. Onun savadı da, qabiliyyəti də buna çatır. Hesab edir ki, iddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinin səbəbi onun boş-bekar olmasıdır. Onun məqsədi ancaq məhkəmələri gəzməkdir. Həm də rüsumdan azad olduğuna görə bundan sui-istifadə edir. Hesab edir ki, iddiaçının iddiası əsassız olduğuna görə rədd edilməlidir. Bununla bağlı kifayət qədər sübutlar məhkəməyə təqdim edilmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İş materialları.
6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Yasamal Rayon Məhkəməsinə verilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyinin surətindən görünür ki, ekspertizaya təqdim olunmuş bir ədəd “Verbatim” markalı DVD diskdə qeydə alınmış “Camera2_zallar_zallar_**********4000 _**********4359.mp4” başlıqlı video materialda Cavabdeh İddiaçı ünvanına işlətdiyi “tərbiyəsiz”, “ədəbsiz”, “tfu sənin şərəfinə” söz və ifadələr təhqir hesab olunur. Təqdim edilmiş materialda Cavabdeh İddiaçı ünvanına “alçaq” və “şərəfsiz” sözlərini işlətmədiyi, eyni zamanda “arvadından və qızından xəbərsiz” ifadəsini işlətdiyi müəyyən edilmişdir. “Arvadından və qızından xəbərsiz” ifadəsi təhqiredici mənada deyil, ailəsindən xəbəri olmayan, onların qayğısına qalmayan, dərdini, fikrini çəkməyən, yalnız özünü düşünən adam haqqında məzəmmət etmək məqsədilə işlədilmişdir. Ekspertizaya təqdim olunmuş bir ədəd “Verbatim” markalı DVD diskdə qeydə alınmış “Camera2_zallar_zallar_**********4000 _**********4359.mp4” adlı videoyazının 40cı san-də Q 1 diktoru tüpürmə üçün xarakterik jest edir. Lakin həmin anda videoyazıdakı görüntülərə görə Q1 diktorunun tüpürüb-tüpürməməsini müəyyən etmək mümkün olmadı.
7. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-5852/2022 nömrəli qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2622/2022 saylı iş üzrə 16 iyun 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-5852/2022 nömrəli qərardadından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)- 5852/2022 nömrəli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
9. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-5852/2022 nömrəli qərardadından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5852/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)- 3304/2022 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh X5 12314.88 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(004)- 222/2023 nömrəli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair İddiaçı tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir.
12. Azərbaycan Milli Elmlər X4 adına Dilçilik İnstitutu tərəfindən verilmiş Cavabdeh müraciətinə xx.xx.2023-cü il tarixli, 8-1-14/2-121/2023 nömrəli cavab məktubunda qeyd edilmişdir ki: “1. Arvadından və qızından xəbərsiz – arvadından və qızından xəbəri olmayan, onların qayğısına qalmayan, dərdini, fikrini çəkməyən, yalnız özünü düşünən adam haqqında deyilir; 2. Şərəfsiz sözü sözü ümumişlək mənada şərəfi, heysiyyəti olmayan, vicdansız anlamını ifadə edir; 3. Haramyeyən, haramqazanan sözləri zəhmətlə, əməklə, düz yolla qazanılmayan, əldə edilməyən hər hansı bir şey mənasında işlədilir; 4. Tfu – danışanın bir şeyə və şəxsə qarşı əsəbiləşdiyini, hiddətləndiyini ifadə etmək üçün işlədilir. Nəticə olaraq bildiririk ki, müraciət etdiyiniz şərəfsiz sözü ümumişlək mənada təhqiramiz olsa da, hüquqi termin kimi təhqir hesab edilmir. Müraciətdə göstərilən digər sözlər də təhqiramiz deyil”.
13. Azərbaycan Respublikasının Vəkillər X3 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 1137 nömrəli məktubda qeyd edilmişdir ki: “Fərdi qaydada fəaliyyət göstərən vəkil Cavabdeh barəsində Vəkillər X3nə daxil olmuş müraciətiniz Vəkillərin İntizam Komissiyasında araşdırılaraq müvafiq rəy verilmiş və həmin rəyə Rəyasət Heyətinin iclasında baxılmışdır. Bildiririk ki, qəbul edilmiş qərara əsasən peşə fəaliyyətini həyata keçirərkən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun və “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin tələblərini pozduğuna görə vəkil Cavabdeh irad tutulmuşdur”.
14. Bir ədəd CD-dən görünür ki, İddiaçı və Cavabdeh olduğu məhkəmə iclas zalının 2 dəqiqə 2 saniyəlik audio-video görüntüsü qeydə alınmışdır. Audio-video görüntüdən görünür ki, zalda İddiaçı və Cavabdeh başqa üç nəfər də var. Bunlardan biri məhkəmə iclas katibi stulunda, biri Cavabdeh yanında, digəri isə məhkəmə iclasında iştirak edən şəxslər üçün nəzərdə tutulmuş ümumi oturacaqlarda əyləşmişdir.
İşin faktiki halları.
15. İddiaçı cavabdeh X10 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh həmin iş üzrə cavabdeh Fidan Şükürovanın nümayəndəsi (vəkili) kimi prosesdə iştirak etmişdir.
16. Həmin iş üzrə xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında sədrlik edən hakimin müşavirədə olduğu vaxt İddiaçı və vəkil Cavabdeh arasında sözlü mübahisə düşmüşdür. Həmin vaxt məhkəmə iclas zalında tərəflərdən başqa daha üç nəfər olmuş, onlardan biri (vəkil Cavabdeh yanında oturan qadın) həmin iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs olan X11 olmuşdur. Hansı ki, Firəngiz Ağayeva İddiaçı keçmiş arvadıdır.
17. Hazırda İddiaçı həmin mübahisə gedişində Cavabdeh onun ünvanına səsləndirdiyi ifadələrin şərəf və ləyaqətini ləkələdiyini iddia edərək, cavabdehdən 10000 manat məbləğində mənəvi ziyana görə pul tələb edir. Cavabdeh isə iddiaçıya “alçaq” və “şərəfsiz” kimi sözlər demədiyini, “arvadından, qızından xəbərsiz” ifadəsini iddiaçı ailəsi ilə maraqlanmadığına, onların qayğısına qalmadığına, yalnız özünü düşündüyünə görə işlətdiyini, ümumiyyətlə iddiaçının ünvanına onun şərəf və ləyaqətini ləkələyən, təhqir hesab oluna biləcək heç bir ifadə işlətmədiyini, əksinə, iddiaçının onun barəsində “haram yeyən”, “haram qazanan”, “şər-böhtançı”, “Mədəniyyətin olsun” kimi ifadələr işlədərək onu təhqir etdiyini bildirmişdir.
18. İddiaçı, həmçinin xüsusi ittiham qaydasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, həmin məhkəmə iclasında barəsində işlətdiyi təhqiredici ifadələrə görə Cavabdeh cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Həmin cinayət işi üzrə məhkəmə araşdırması gedişində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərardadı ilə məhkəmə-linqvistik və audio-videoyazıların ekspertizası təyin edilmiş, tərəflər arasında məhkəmə iclas zalında baş vermiş mübahisənin audio-video yazısı ekspert tərəfindən tədqiq edilmişdir. Bu tədqiqatın nəticəsində ekspert tərəfindən verilmiş rəydə Cavabdeh İddiaçı ünvanına işlətdiyi “tərbiyəsiz”, “ədəbsiz”, “tfu sənin şərəfinə” söz və ifadələrinin təhqir hesab olunduğu, “alçaq” və “şərəfsiz” sözlərinin işlənilmədiyi, işlədilmiş “arvadından və qızından xəbərsiz” ifadəsinin isə təhqiredici mənada deyil, ailəsindən xəbəri olmayan, onların qayğısına qalmayan, dərdini, fikrini çəkməyən, yalnız özünü düşünən adam haqqında məzəmmət etmək məqsədilə işlədildiyi, bundan əlavə, Cavabdeh İddiaçı qarşı tüpürmə üçün xarakterik olan jesti etdiyi, lakin tüpürüb-tüpürməməsini müəyyən etməyin mümkün olmadığı qeyd edilmişdir.
Tətbiq edilən hüquq.
19. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 24. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi. İ. İnsan ləyaqəti qorunur və ona hörmət edilir. Maddə 46. Şərəf və ləyaqətin müdafiəsi hüququ. İ. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. İİ. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Maddə 47. Fikir və söz azadlığı. İ. Hər kəsin fikir və söz azadlığı vardır. İİ. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz.
20. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya.
Maddə 8. Şəxsi həyata və ailə həyatına hörmət hüququ.
1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir.
2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir. Maddə 10. Fikri ifadə etmək azadlığı.
1. Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur.
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 23. Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi. 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
22. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı.
Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqazidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqazidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir.
23. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2002-ci il tarixli Qərarı.
Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.
24. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.1999-cu il tarixli Qərarı.
Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
26. İşin faktiki hallarından göründüyü kimi İddiaçı beş nəfərin olduğu məhkəmə iclas zalında Cavabdeh tərəfindən təhqirə məruz qaldığını iddia etmişdir. Bununla da iddiaçı həm şərəfinin, həm də ləyaqətinin alçaldılmasına görə məhkəməyə müraciət etmiş hesab edilir. Ona görə ki, iddia edilən təhqir tərəflərdən başqa daha üç nəfərin yanında edildiyindən iddiaçının təhqir hesab etdiyi ifadələr “yayılma” əlaməti daşımışdır.
27. Məhkəmə hesab edir ki, bu fərqləndirmənin aparılması zəruridir, ona görə ki, həm şərəf, həm də ləyaqət insanda yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusu olsa da, şərəf bu xüsusiyyətlərə görə hər hansı şəxsə ətrafdan verilən dəyəri, qiyməti ehtiva edirsə, ləyaqət həmin xassələrin dəyərini dərk edən şəxsin özünə qarşı duyduğu ehtiram hissidir. Bu baxımdan şəxsin şərəfinin alçaldılmış hesab edilməsi üçün yalan məlumatların və ya ittihamedici ifadələrin ən azı bir neçə şəxs arasında yayılması tələb edildiyi halda, ləyaqətin alçaldılmış hesab edilməsi üçün belə ifadələrin üçüncü şəxslərin iştirakı olmadan da şəxsə bildirilməsi kifayət edir. Bu səbəbdən məhkəmə hazırkı iş üzrə araşdırmanı cavabdeh tərəfindən iddiaçının həm şərəfinin, həm də ləyaqətinin alçaldılıbalçaldılmamasının müəyyən edilməsi istiqamətində aparır.
28. İddiaçının şərəf və ləyaqətini ləkələdiyi iddia edilən ifadələr Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olmuş mülki işlərdən biri üzrə məhkəmə iclas zalında işlədildiyindən iş üzrə mötəbər sübut əhəmiyyəti daşıyan məhkəmə iclas zalının audiovideo görüntüləri həmin məhkəmədən əldə edilmişdir. İki dəqiqə iki saniyəlik audio-video materialın tədqiqi nəticəsində materialın məzmununun aşağıdakı şəkildə olduğu müəyyən edilmişdir: E.A – Gülün, gülün. Gülməlidi, eləmi? F.B – Allaha and olsun gülməli/// E.A – O pulu nətər yeyirsiniz? O qazandığınız pulu, o haram pulu? F.B – Haramı sən yemisən///Haram da sənin pulundu. Danışığına fikir ver E.A – Özünüzü elə aparırsınız ki, elə bil ki///
(Qarışıq replikalar)
F.B – Bütün əsəblərimi korramısan sən mənim
(Qarışıq replikalar)
F.B – Canıvı da alaram mən sənin/// E.A – Bu da ağbirçək, gördün? Ağbirçək F.B – Tərbiyəsiz. Sənin nə haqqın var mənə haram deyirsən? E.A – Düz deyirəm də, düz deyirəm də F.B – Kim sənə deyib? Mən peşə fəaliyyətimi yerinə yetirirəm E.A – Görəjiyik da peşə fəaliyyətini F.B – Dedim də sənə E.A – Mədəniyyətin olsun, mədəniyyətin olsun. F.B – Ədəbsiz. Danışığına bax... E.A – Bu da bizim ağbirçəyimiz. Bu da bizim ağbirçəyimiz. F.B – Bəsdi. Tərbiyəsiz. Ağbirçək sənin evində olmayandı. Bildin? Ağbirçək... Tfu sənin şərəfinə. Arvadından, qızından xəbəri olmayan K – Ay xanım, məhkəmədəsiz e, xanım. Vəkilsiz e siz F.B – Vəkil///mənim uje səbrim. Hər dəfə təhqir eliyir. Hər dəfə təhqir eliyir.
(Qarışıq replikalar)
E.A - ... qarşısında acizsiz, ona görə beləsiz F.B – Aciz deyiləm e. Canını da alaram sənin. Qanunnan, qanunnan K – Ay xanım, bir dəyqə gözdüyün də F.B – Mən sənnən başdasam, pis başdıyacam. E.A – Başdamıyan lap şərəfi yoxdu, başdıyın. Başdıyın. F.B – Get qızını, oğlunu axtar gör hardadı. Gəlib burda/// E.A – A mənim oğlum bütün gün mənim yanımdadı e. Böyründəki axtarsın e oğlunu. Saatdarnan uşağı ona zəng eliyib axtarmır, saatdarnan zəng eliyib axtarmır. İstiyirsən, sübut da eliyim F.B – Nəyi sübut eliyəssən e, nə sübut eliyəssən? E.A – Vəkilsən, özün uşaxnan bir söhbət eləmisən? F.B – Nəyinə lazımdı? E.A – Nətər yanı nəyinə lazımdı? Çünki sənin peşən şərriyib böhtannıyıb F.B - ... Haramçı sənsən E.A – Haramçı sizsiniz e, siz/// Özü də təhqirə keçmiyin, xahiş eliyirəm. Sizin təhqirə keçməyə haqqınız yoxdu.
(Təqdim edilən mətndə E.A – İddiaçı, F.B – Cavabdeh, K – isə məhkəmə iclas katibini göstərir)
29. Bu mətndən görünür ki, Cavabdeh tərəfindən İddiaçı barəsində işlədilmiş “tərbiyəsiz”, “ədəbsiz”, “tfu sənin şərəfinə”, “arvadından, qızından xəbəri olmayan” ifadələri xüsusi mənfi məzmunu ilə seçilir. Yuxarıda qeyd edilmiş mətnin linqvistik ekspertizası (hazırkı iş üzrə yox, tərəflər arasında olan başqa bir cinayət işi üzrə keçirilmiş) nəticəsində müəyyən edilmişdir ki, həmin mətndə “tərbiyəsiz”, “ədəbsiz” və “tfu sənin şərəfinə” söz və ifadələri təhqir hesab olunur. Lakin “arvadından və qızından xəbərsiz” ifadəsi təhqiredici mənada deyil, ailəsindən xəbəri olmayan, onların qayğısına qalmayan, dərdini, fikrini çəkməyən, yalnız özünü düşünən adam haqqında məzəmmət etmək məqsədilə işlədilmişdir. Həmçinin videoyazının 40-cı saniyəsində Cavabdeh tüpürmə üçün xarakterik jest etdiyi, lakin həmin anda videoyazıdakı görüntülərə görə onun tüpürüb-tüpürməməsini müəyyən etməyin mümkün olmadığı qeyd edilmişdir.
30. Məhkəmə iclasında iddiaya etiraz edən Cavabdeh İddiaçı yuxarıda qeyd edilmiş sözləri dediyini qəbul etsə də, bu ifadələrin təhqir olmadığını, iddiaçının şərəf və ləyaqətini alçaltmadığını, əksinə iddiaçının ona “haram yeyən”, “haram qazanan”, “mədəniyyətin olsun” deməklə onu təhqir etdiyini, onun da öz sözləri ilə iddiaçının bu hərəkətlərini qınadığını, onu düz yola çağırmaq istədiyini bildirmişdir. Bundan əlavə, cavabdeh qeyd etmişdir ki, məhkəmə iclas zalında iddiaçı ilə bir-birlərinə uzaq məsafədə olduqlarından onun tüpürcəyinin iddiaçının üzünə, başına dəyməsi fiziki olaraq qeyri-mümkün olmuşdur. Həmçinin əgər iddiaçıya tüpürsə idi, tüpürcəyi iddiaçının üzünə, başına gələr və iddiaçı üzgözünü silərdi.
31. Məhkəmə cavabdehin etirazına münasibət bildirərək qeyd edir ki, iddiaçının cavabdeh barəsində “haram yeyən”, “haram qazanan”, “mədəniyyətin olsun” kimi sözlər işlətməsi cavabdehə əsas vermir ki, iddiaçıya qarşı “tərbiyəsiz”, “ədəbsiz”, “tfu sənin şərəfinə” kimi ifadələr işlətsin. İlk növbədə, ona görə ki, əgər Cavabdeh İddiaçı yuxarıda qeyd edilmiş ifadələrlə onu təhqir etdiyini, şərəf və ləyaqətini alçaltdığını hesab edirdisə, bununla bağlı məhkəməyə müraciət edə bilərdi. Yaxud hazırkı iş üzrə məhkəmə icraatı gedişində müvafiq qarşılıqlı iddia ərizəsi ilə də məhkəməyə müraciət etməsi mümkün idi. Üstəlik, nəzərə alınmalıdır ki, Cavabdeh vəkildir və bu halların mülki və cinayət məsuliyyətinə səbəb olması peşəkar hüquqşünas kimi iddiaçıdan daha çox ona məlumdur (məlum olmalıdır). Hətta iş üzrə İddiaçı də məhkəmə iclasında dəfələrlə bildirmişdir ki, əgər cavabdeh təhqir olunduğunu hesab edirsə, ona qarşı iddia qaldırsın ki, qanun qarşısında cavab versin. Cavabdeh isə cavabında səbəbi məlum olmayan bir şəkildə “Mən sənin tayın deyiləm. Mən “kişi qızıyam” və kişi kimi də hərəkət edirəm” demişdir.
32. Digər tərəfdən, istənilən halda cavabdeh “tərbiyəsiz”, “ədəbsiz”, “tfu sənin şərəfinə” kimi ifadələrlə birbaşa iddiaçının tərbiyəsini, ədəbini və şərəfini məhkəmə iclas zalında müzakirə obyektinə çevirdiyindən bu sözlər qınaq, yaxud xəbərdarlıq (cavabdehin deyimi ilə “düz yola çağırmaq”) kimi qiymətləndirilə bilməz. Məhkəmə hesab edir ki, bu ifadələr məna, məzmun və ifadə tərzinə görə elə ekspert rəyində də qeyd edildiyi kimi açıq təhqirdir və iddiaçının şərəf və ləyaqətinin alçaldılmasına yönəlmişdir.
33. Məhkəmə qeyd edir ki, cavabdehin vəkil kimi iştirak etdiyi məhkəmə iclas zalında iddiaçıya qarşı işlətdiyi ifadələr o dərəcədə gözlənilməz və qəbuledilməz olmuşdur ki, mübahisənin əvvəlindən etibarən mübahisəyə heç bir müdaxilə etməmiş məhkəmə iclas katibi cavabdehin arxa-arxaya qışqıraraq işlətdiyi “tərbiyəsiz”, “tfu sənin şərəfinə” ifadələrindən sonra müdaxilə etmiş, cavabdehə məhkəmədə olduğunu və vəkil olduğunu xatırlatmışdır. Məhkəmə iclas katibi tərəfindən bənzər xəbərdarlıq cavabdehin “Canını da alaram sənin. Qanunnan, qanunnan” ifadələrindən sonra da edilmişdir. Elə buradan da görünür ki, cavabdehin iddiaçı barəsində işlətdiyi ifadələr heç də hamı tərəfindən adi qınaq və “düz yola çağırmaq” kimi başa düşülmür. Əksinə, bu kimi ifadələr iddiaçının şərəf və ləyaqətini o dərəcədə alçaltmışdır ki, üçüncü şəxsləri cavabdehə xəbərdarlıq etmək zərurəti qarşısında qoymuşdur.
34. Həmçinin cavabdehin üzvü olduğu Azərbaycan Respublikasının Vəkillər Kollegiyası da cavabdehin vəkil kimi iştirak etdiyi məhkəmə iclas zalında iddiaçıya qarşı işlətdiyi bu ifadələri adi qınaq kimi qəbul etməmiş, İddiaçı vəkil Cavabdeh barəsində müraciətinə X7 tərəfindən verilmiş yazılı cavabda müraciətin Vəkillərin İntizam Komissiyasında araşdırılaraq müvafiq rəy verildiyi, həmin rəyə Rəyasət Heyətinin iclasında baxıldığı, müvafiq qərar qəbul edildiyi, bu qərara əsasən vəkil Cavabdeh peşə fəaliyyətini həyata keçirərkən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun və “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin tələblərini pozduğu, bu səbəbdən vəkilə irad tutulduğu bildirilmişdir.
35. Məhkəmə hesab edir ki, Cavabdeh vəkil olması və iddiaçı barəsində onun şərəf və ləyaqətini alçaldan ifadələri məhz peşə fəaliyyətini həyata keçirmək üçün olduğu yerdə - məhkəmə iclas zalında işlətməsi onun bu ifadələrini daha da qəbuledilməz edir. Ona görə ki, başqalarının şəxsi həyatına hörmət etmək, heç kimin şərəf və ləyaqətini alçaltmamaq hər kəsdən gözlənilən tələblər olsa da, Cavabdeh vəkil kimi peşə etikası ilə bağlı əlavə gözləntilər də olmuşdur. Belə ki, vəkilin peşə fəaliyyətini həyata keçirərkən və peşə fəaliyyətindən kənar bütün şəxslərlə münasibətdə mədəni, nəzakətli, diqqətli və səbirli olması “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamə ilə vəkilin davranış qaydası kimi müəyyən edilmişdir.
36. Bütün bu qeyd edilənlərə əsasən məhkəmə Cavabdeh iddiaçı barəsində işlətdiyi “tərbiyəsiz”, “ədəbsiz”, “tfu sənin şərəfinə” kimi ifadələri şərəf və ləyaqəti alçaldan ifadələr kimi qiymətləndirir və bu ifadələrin iddiaçının təhqirlərinə adekvat cavab olması, yaxud adi qınaq xarakteri daşıması barədə cavabdehin mövqeyini əsassız hesab edir.
37. Bu hissədə məhkəmə, xüsusən “tfu sənin şərəfinə” ifadəsinin iddiaçının şərəf və ləyaqətini alçaltmaması ilə bağlı cavabdehin kifayət qədər maraqlı əsaslandırmasına münasibət bildirməyi zəruri hesab edir. Belə ki, cavabdeh öz mövqeyini belə əsaslandırmışdır ki, məhkəmə iclas zalında iddiaçı ilə aralarındakı məsafə çox uzaq olduğundan iddiaçıya tüpürməsi fiziki olaraq mümkün deyil, çünki o məsafədən tüpürcək iddiaçıya heç bir halda çatmaz. Həmçinin cavabdehə görə onun iddiaçıya tüpürməməsinin bir digər “dəlil”i odur ki, əgər o, iddiaçıya tüpürmüş olsa idi, iddiaçı üzünü və başını silər və bu, məhkəmə iclasının audio-video yazısından görünərdi.
38. Məhkəmə isə cavabdehin bu mövqeyi ilə razılaşmır. Belə ki, cavabdehin iddia etdiyindən fərqli olaraq, “tfu sənin şərəfinə” ifadəsinin şərəf və ləyaqəti alçaldan ifadə olduğu nəticəsinə gəlmək üçün əsas şərt tüpürcəyin tüpürülən şəxsə fiziki təması deyil. Əslində cavabdehin “tfu” deyərək tüpürdüyünü ifadə etdiyi heç fiziki olaraq iddiaçı da deyil, onun şərəfidir. Bununla belə, yuxarıda istinad edilmiş ekspert rəyində cavabdehin iddiaçıya tüpürmə üçün xarakterik jest etdiyi, lakin videokadrlardakı piksel sıxlığının az olması səbəbindən onun iddiaçıya tüpürüb-tüpürməməsini müəyyən etməyin mümkün olmadığı qeyd edilmişdir.
39. Məhkəmə hesab edir ki, cavabdehin məsafəyə görə iddiaçının üzünə fiziki olaraq tüpürə bilməməsi onun iddiaçının şərəf və ləyaqətini alçaltmadığı mənasına gəlmir. Həmin hal ən yaxşı halda bu hərəkət nəticəsində iddiaçıya dəymiş mənəvi zərərin həddində müəyyən dəyişiklik yarada bilər. “Tfu sənin şərəfinə” ifadəsi isə özlüyündə məna, məzmun və ifadə tərzinə görə o dərəcədə əxlaqa zidd, alçaldıcı, sosial-əxlaqi dəyərlər baxımından qəbulu mümkün olmayan ifadədir ki, bu ifadə təkcə iddiaçının yox, ünvanlandığı istənilən şəxsin ləyaqətini alçaltmağa kifayət edir. Bu baxımdan məhkəmə bu ifadə ilə də bağlı hissədə cavabdehin mövqeyi ilə razılaşmır.
40. Beləliklə, məhkəmə Cavabdeh vəkil kimi iştirak etdiyi məhkəmə iclas zalında İddiaçı barəsində işlətdiyi “tərbiyəsiz”, “ədəbsiz”, “tfu sənin şərəfinə” kimi ifadələrin iddiaçının şərəf və ləyaqətini alçaldan ifadələr olduğunu hesab edir.
41. Lakin məhkəmə “arvadından və qızından xəbərsiz” ifadəsinin mətn daxilində təhqiredici mənada yox, ailəsindən xəbəri olmayan, onların qayğısına qalmayan, dərdini, fikrini çəkməyən, yalnız özünü düşünən adam haqqında məzəmmət etmək məqsədilə işlədilməsi barədə verilmiş ekspert rəyi ilə razılaşır. Belə ki, cavabdeh mübahisənin irəliləyən dəqiqələrində də bənzər mənaya gələn başqa bir ifadə işlətmiş, iddiaçıya “Get qızını, oğlunu axtar gör hardadı” deyərək iddiaçının uşaqları ilə maraqlanmadığına işarə etmişdir. Həmçinin nəzərə alınmalıdır ki, Cavabdeh İddiaçı keçmiş arvadı Firəngiz Şükürovanın bacısı Fidan Şükürovanın vəkili olmuş, iddiaçı ilə aralarındakı mübahisə də Elnur X6rşı qaldırdığı pul tələbinə dair iş üzrə məhkəmə iclaslarının birində baş vermişdir. Bu baxımdan Cavabdeh İddiaçı keçmiş arvadını iddiaçıya qarşı müdafiə etməsi, İddiaçı keçmiş arvadı ilə maraqlanmamaqda, ondan xəbəri olmamaqla ittiham etməsi ağlabatandır. Bundan əlavə, hazırkı iş üzrə məhkəmə iclasında izahat vermiş iddiaçı özü də qəbul etmişdir ki, uşaqları ilə mütəmadi maraqlansa da, qızı bir müddətdir, onunla danışmır. Bu vəziyyətdə məhkəmə Cavabdeh İddiaçı qarşı işlətdiyi “arvadından və qızından xəbərsiz” ifadəsini məhz ekspert rəyində ifadə edildiyi mənada işlətdiyi, dolayısı ilə adi tənqid xarakteri daşıdığı və cavabdehin fikir azadlığının əhatə dairəsinə düşdüyünü hesab edir.
42. Məhkəmə iclas zalında cavabdehin iddiaçıya dediyi iddia edilən “şərəfsiz” və “alçaq” sözləri isə audio-video materialın təhlili zamanı nə ekspert tərəfindən, nə də məhkəmə tərəfindən aşkar edilməmişdir. Materialın yuxarıda (§ 28) qeyd edilmiş mətnindən də görünür ki, bəzi hissələrdə tərəflərin bir-birlərinə qarşı işlətdiyi söz və ifadələr tam eşidilmir. Bu baxımdan cavabdehin iddiaçı barəsində bu cür sözlər işlətməsi istisna edilmir. Lakin cavabdehin bu ifadələri işlətməsi iş üzrə mötəbər sübut olan audiovideo materialda müəyyən edilmədiyindən məhkəmə bu ifadələri deyilməmiş kimi qəbul edir.
43. Hər bir halda məhkəmə iclas zalında işlətdiyi “tərbiyəsiz”, “ədəbsiz”, “tfu sənin şərəfinə” kimi ifadələrlə iddiaçının şərəf və ləyaqətini alçaltdığı müəyyən edilən cavabdehdən mənəvi zərərə görə pul tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən özünə dəymiş mənəvi zərərə görə 10000 manat məbləğində pul tələb etmişdir. Məhkəmə iddiaçının şərəf və ləyaqətini açıq şəkildə ləkələyən ifadələrin məhkəmə iclas zalında qarşı tərəfin vəkili olan cavabdeh tərəfindən işlədilməsini, həmin məhkəmə iclas zalında vəkil-cavabdehin yanında iddiaçının keçmiş arvadı Firəngiz Ağayevanın da olmasını, dolayısı ilə keçmiş arvadının yanında bu cür ifadələrə məruz qalmağın iddiaçını xüsusilə narahat etməsinin, ona sıxıntı verməsinin gözlənilən olduğunu, bütün bu halların onun mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olduğunu, beləliklə, iddiaçını mənəvi zərərə məruz qoyduğunu hesab edir.
44. Bununla belə məhkəmə iddiaçının özünə dəymiş mənəvi zərərə görə cavabdehdən tələb etdiyi pulun məbləği ilə qismən razılaşmır. Belə ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya mənəvi zərərin dəymiş olması şübhəsiz olsa da, dəymiş mənəvi zərərə görə tələb edilən 10000 manat məbləğində pul hədsiz dərəcədə yüksək olmaqla ağlabatan deyil. Belə ki, mənəvi zərər məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və məhz bu mənada iddiaçının tələb etmiş olduğu mənəvi zərər məbləği ağlabatan deyildir. Məhkəmə, həmçinin oxşar işlər üzrə belə bir ümumi prinsipi nəzərə alır ki, tutulan mənəvi zərərin məbləği bir tərəfi həddən artıq varlandırmamalı, digər tərəfi isə müflis etməməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının ləyaqətinin alçaldılmasına görə iddiaçıya dəymiş mənəvi zərərin kompensasiyası üçün cavabdehdən 1000 manat məbləğində pul tutulması ağlabatandır.
Məhkəmə xərcləri.
45. İş materiallarından görünür ki, İddiaçı Şuşa rayonundan məcburi köçkündür və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsindən azad olmuşdur. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
46. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2008ci il tarixli qərarının 12-ci bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin ödənilməsi barədə müstəqil tələb kimi irəli sürülən iddia ərizələrindən dövlət rüsumu “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsində müəyyən olunmuş məbləğlərdə - tələb olunan mənəvi zərərin məbləğindən asılı olaraq, zərərin ödənilməsi üsulu əmlak xarakterli tələblə əlaqədar olmadıqda isə qeyri-əmlak xarakterli iddialar üçün müəyyən edilmiş məbləğdə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir.
47. Odur ki, iddianın təmin edilmiş hissəsinə (1000 manat) mütənasib olaraq ödənilməmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
48. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh mənəvi zərərə görə 1000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilməmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir.
49. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh mənəvi zərərə görə 1000 (min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilməmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva