Məhkəmə qərarları › İş №e-2(010)-1791/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1791/2024

03.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1791/2024 03.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı Sığorta Şirkəti ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Əlizadə (Süleymanzadə) Sənəm Rüfət qızına, Cavabdeh2 və Cavabdeh3 qarşı “ödənilmiş məbləğin subroqasiya hüququ əsasında qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi.

1. İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X2 vərəsələri Əlizadə (Süleymanzadə) Sənəm Rüfət qızından, Cavabdeh2 və Cavabdeh3 muştərək qaydada 195.75 AZN (yuz doxsan beş manat yetmiş beş qəpik) pulun və odənilmiş 30 manat dovlət rüsumunun iddiaçı "Atəşğah” Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı Sığorta Şirkəti ASC iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2014cu il tarixdə X4 tərəfindən idarə olunan "Renault Tondar” markalı, ** VL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "Hyundai İX35” markalı, ** GN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Sığorta şəhadətnaməsinin çıxarışından və sığorta aktından gorundüyü kimi, hadisə zamanı "Hyundai İX35” markalı, ** GN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "Atəşgah” Sığorta Şirkəti ASC-də xx.xx.2014-cü ildən xx.xx.2016-cı ilə qədər könüllü (kasko) sığorta növündə sığortalı olmuşdur. xx.xx.2014-cu il tarixli "nəqliyyat vasitələrinin yol nəqliyyat hadisələri nəticəsində zədələnməsi ilə baglı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata” uygun olaraq "Hyundai İX35” markalı, ** GN *** dovlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 261 AZN (iki yüz altmış bir manat) zərər dəymişdir. 2136 nomrəli kassa məxaric orderindən aydın olur ki, "Atəşgah” Sıgorta Şirkəti ASC dəymiş zərərlə baglı "Hyundai İX35” markalı, ** GN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X5 261 manat sığorta ödənişi etmişdir. Bakı şəhər Yasamal DYP-nin xx.xx.2014-cu il tarixli CYP seriyalı 211030 nomrəli inzibati xəta haqqında protokola və eyni vərəqdə olan inzibati tənbeh vermə haqqında qərara əsasən, X1 İXM-nin 151.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Belə ki, xx.xx.2014-cu il tarixdə yol-nəqliyyat hadisəsi zamanı X9 oglu sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyinə görə ona qarşı subroqasiya hüququ yaranmışdır. Sonradan məlum olmuşdur ki, X6 xx.xx.2015-ci ildə vəfat etmişdir. Vərəsəliyin muəyyən edilməsi ilə baglı Bakı şəhər 7 saylı notariat kontorunun xususi notariusu X10 oglu tərəfindən verilmiş xx.xx.2016-ci il tarixli qanun uzrə vərəsəlik huququ haqqında şəhadətnamədən aydın olur ki, Əlizadə (Süleymanzadə) Sənəm Rüfət qızı, Cavabdeh2, Cavabdeh3 və X11 oglu mərhum X9 oglunun vərəsələridir və onlar hər biri miras əmlakdan ¼ nisbətində pay almışdır. Şəhadətnamə verilən miras əmlak AR DİN BDYPİ QİŞ tərəfindən verilmiş xx.xx.2013-cu il tarixli AB911360 nomrəli qeydiyyat şəhadətnaməsinə əsasən, buraxılış ili 2012 olan X13 markalı ** VL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Vərəsələrdən biri olan, Cavabdeh2 Kərim oğlu da vəfat etmişdir. Buna gorə də tərəflərin paylarına uygun olaraq sonuncu tərəfindən mutənasib qaydada odənilməli olan 65.25 AZN (261/4=65.25) məbləg çıxılmaqla qalan 195.75 AZN (261-65.25=195.75) məbləğ digər vərəsələrdən tutulmalıdır. Belə ki, "Atəşgah” Sıgorta Şirkəti ASC tərəfindən dəymiş zərərlə baglı odənilmiş 195.75 manat pul miras əmlakı qəbul edən vərəsələr olan, Əlizadə (Süleymanzadə) Sənəm Rüfət qızından, Cavabdeh2 və Cavabdeh3 muştərək qaydada iddiaçı "Atəşgah” Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır.

Tərəflərin izahatları.

3. İddiaçı Sığorta Şirkəti ASC-nin hüquqşünası Nümayəndə məhkəmə iclasında izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

4. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddia ərizəsini qəbul edib-etməməsi və iddia ərizəsinə dair öz rəy və etirazlarını Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilməsi xahiş olunsa da, məhkəməyə bununla bağlı heç bir məlumat verməmişdir.

İş materialları.

5. Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisinin Xüsusi Notariusu tərəfindən 19 saylı Vəkil Bürosunun vəkili Rüslan Orucova ünvanlanmış 839 nömrəli xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən müəyyən olunur ki, Əlizadə (Süleymanzadə) Sənəm Rüfət qızı, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2015-ci il tarixdə vəfat etmiş X3 vərəsələri hesab olunmuşdur və miras əmlak ban nomrəsi NAPLSRALDD1190042, muhərrik nomrəsi və buraxılış ili 2012 olan X13 markalı ** VL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsidir.

6. xx.xx.2014-cü il tarixli fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası şəhadətnaməsindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC X5 məxsus "Hyundai İX35” markalı, ** GN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 19900 (on doqquz min doqquz yüz) manat sığorta məbləği həddində avtomobil sığortasını həyata keçirmişdir.

7. xx.xx.2014-cü il tarixli Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə xx.xx.2014-cü il tarixli Əlavədən görünür ki, Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "Hyundai İX35” markalı, ** GN *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Dəymiş maddi zərərin ümumi məbləği 261 manat dəyərində müəyyənləşdirilmişdir.

8. xx.xx.2014-cü il tarixli sığorta aktından görünür ki, "Hyundai İX35” markalı, ** GN *** dövlət qeydiyyat nişanlı avtomobil ilə X13 markalı ** VL *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2014-cu il tarixində Bakı şəhəri, Yasamal rayonu ərazisində toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "Hyundai İX35” markalı, ** GN *** dovlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Dəymiş maddi zərərin ümumi məbləği 261 manat dəyərində müəyyənləşdirilmişdir.

9. xx.xx.2014-cü il tarixdə tərtib edilmiş CYP 211030 saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, "Hyundai İX35” markalı, ** GN *** dovlət qeydiyyat nişanlı avtomobili idarə edən X3 təqsirli olduğu müəyyən edilmiş, həmin şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 151.1-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir.

10. xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X3 vərəsələri cavabdehlər Əlizadə (Süleymanzadə) Sənəm Rüfət qızı, Cavabdeh2 və Cavabdeh3 yaranmış mövcud borcun ödənilməsi barədə xəbərdalıq edilmişdir.

İşin faktiki halları.

11. "Hyundai İX35” markalı, ** GN *** dovlət qeydiyyat nişanlı avtomobil İddiaçı Sığorta Şirkəti ASC tərəfindən xx.xx.2014-cü il tarixdə minik avtomobillərinin tam sığortası şəhadətnaməsinə əsasən xx.xx.2014-cü ildən xx.xx.2016-cı ilə qədər könüllü (kasko) sığorta növündə sığortalı olmuşdur.

12. "Hyundai İX35” markalı, ** GN *** dovlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2014-cü il tarixində Bakı şəhəri, Yasamal rayon ərazisində cavabdeh X4 tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "Hyundai İX35” markalı, ** GN *** dovlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 261 manat zərər dəymişdir.

13. Sonradan məlum olmuşdur ki, X6 xx.xx.2015-ci ildə vəfat etmişdir. Vərəsəliyin muəyyən edilməsi ilə baglı Bakı şəhər 7 saylı notariat kontorunun xususi notariusu X10 oglu tərəfindən verilmiş xx.xx.2016-ci il tarixli qanun uzrə vərəsəlik huququ haqqında şəhadətnamədən aydın olur ki, Əlizadə (Süleymanzadə) Sənəm Rüfət qızı, Cavabdeh2 və Cavabdeh3 mərhum X9 oglunun vərəsələridir və onlar hər biri miras əmlakdan ¼ nisbətində pay almışdır. Şəhadətnamə verilən miras əmlak AR DİN BDYPİ QİŞ tərəfindən verilmiş xx.xx.2013-cu il tarixli AB911360 nomrəli qeydiyyat şəhadətnaməsinə əsasən, buraxılış ili 2012 olan X13 markalı ** VL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Vərəsələrdən biri olan, Cavabdeh2 Kərim oğlu da vəfat etmişdir.

14. xx.xx.2014-cü il tarixdə tərtib edilmiş CYP 211030 saylı inzibati xəta haqqında protokol ilə "Hyundai İX35” markalı, ** GN *** dovlət qeydiyyat nişanlı avtomobili idarə edən X3 təqsirli olduğu müəyyən edilmiş, həmin şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 151.1-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir.

15. Hadisə nəticəsində zərər dəymiş qüsur aktına əsasən avtomobilə dəymiş zərər 261 manat məbləğində qiymətləndirilmişdir.

Tətbiq edilən hüquq.

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 883. Sığorta və təkrarsığorta müqaviləsi. 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 936. Subroqasiya hüququ. 936.1. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarı.

Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarında qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Beləliklə, göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar. Borclunun ölümü halında onun vərəsələrinə qarşı tələb irəli sürülmədən birbaşa ipoteka qoyana qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə tələbin mümkünlüyü ilə bağlı müraciətdə qaldırılmış məsələyə gəlincə isə qeyd edilməlidir ki, əvvəldə də göstərildiyi kimi, mirası qəbul etmiş vərəsələr miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar. Lakin vərəsələr icra vaxtı çatmış əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikləri təqdirdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun ipoteka qoyana qarşı tələb irəli sürmək hüququ yaranır.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-ci maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri baxımından şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli qərarı Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1152-ci maddəsinə görə isə miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun. Vərəsəlik institutu hər bir şəxsin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Yəni, miras əmlak miras qoyanın öldüyü anadək mövcud olan və ona mənsub olan əmlakı ifadə edir. Hər hansı iqtisadi dəyərin miras əmlaka daxil olması üçün həmin iqtisadi dəyərin miras qoyanın sağlığında ikən onun əmlakında olması mütləqdir. On bir min manat məbləğində birdəfəlik ödəmə isə hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ölümü ilə əlaqədar onların ailə üzvlərinə verilməklə sağlığında əldə etdiyi əmlak və digər maddi nemət, yəni miras qoyana məxsus əmlak dəyəri olmadığından miras əmlak sayıla bilməz.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il Qərarı Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri də vərəsəlik institutudur. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar.

20. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı.

Qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir... Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. O da nəzərə alınmalıdır ki, zərər yüksək təhlükə mənbəyinin fəaliyyəti zamanı məhz onun təhlükəli xüsusiyyətlərindən irəli gələrək baş vermiş olmalıdır. Beləliklə, ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini ödəməyə borcludur.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

22. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatadək olduqda – 30 manat.

Məhkəmənin mövqeyi.

23. İşin faktiki hallarından görünür ki, xx.xx.2014-cü il tarixdə baş vermiş və başqa bir avtomobilə zərər dəyməsi ilə nəticələnmiş yol nəqliyyat hadisəsində X3 təqsirli olduğu müəyyən edilmişdir.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda (§ 18) istinad edilmiş qərarında qeyd edilir ki, qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir... Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir.

25. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə X3 yüksək təhlükə mənbəyi (avtomobil) üzərində sahibliyinin həm hüquqi əsası (mülkiyyətçi kimi), həm də maddi əsası olmuşdur. Bu səbəbdən İddiaçı Sığorta Şirkəti ASC yol-nəqliyyat hadisəsi nəticəsində zərər dəymiş avtomobilə görə ödədiyi 195.75 manat məbləğində sığorta ödənişini zərər vuran avtomobilin sahibi X3 vərəsələrindən tələb etməkdə haqlı olmuşdur.

Məhkəmə xərcləri.

26. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Hansı ki, bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən iddia qiyməti 1.000 manatadək olduqda ödənilməli olan dövlət rüsumu məbləğinə uyğun olmuşdur.

27. Məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

28. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, X3 vərəsələri Əlizadə (Süleymanzadə) Sənəm Rüfət qızından, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada "Hyundai İX35” markalı, ** GN *** dovlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi 195.75 (bir yüz doxsan beş manat, yetmiş beş qəpik) manat və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin hesabına ödənilməlidir.

29. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. X3 vərəsələri Əlizadə (Süleymanzadə) Sənəm Rüfət qızından, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada "Hyundai İX35” markalı, ** GN *** dovlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi 195.75 (bir yüz doxsan beş manat, yetmiş beş qəpik) manat və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar