Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1800/2025 24.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun olmamasının müəyyən edilməsi və əmlakı ilə birgə çıxarılması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. MÜƏYYƏN ETDİ: İddiaçının tələbi. Cavabdeh ailə üzvləri ilə birgə (oğlu, gəlni və nəvəsi) İddiaçı MMC-yə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, (keçmiş) Meliorator 1, indiki S.Əliyev ünvanda yerləşən əmlak kompleksindəki qanunsuz tikilidə istifadə hüququnun olmamasının müəyyən edilməsi və əmlakı ilə birgə çıxarılması, eyni zamanda iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılması. İddia tələbinin dəlilləri. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı rayonu, Bül bülə qəsəbəsi, (keçmiş) Meliorator 1 indiki S.Əliyev küçəsindəki X4 məxsus olan əmlak kompleksi İddiaçı MMC-nin mülkiyyətindədir. Qeyd olunan ünvanda X12 2010-cu il tarixindən özünü məcburi kökün olduğunu irəli sürərək qanunsuz əsaslarla ailə üzvləri ilə birlikdə mülkiyyətə daxil olaraq məskunlaşmışdılar. Yaranmış vəziyyətlə əlaqədar mülkiyyət sahibi olan atam xüsusi mülkiyyətin boşaldılması tələbinə dair məhkəməyə müraciət etmişdir. Bakı şəhərinin Suraxanı rayon Məhkəməsi həmin şəxsin ailə üzvləri ilə birlikdə əmlakdan çıxarılması ilə bağlı 01 sentyabr 2011-ci il tarixli qətnamə çıxarmışdır. Qeyd olunanlara baxmayaraq vətəndaşın məcburi köçkün statusu ilə əlaqədar bu ilədək qətnamə icra olunmamışdır. Torpaqlarımızın işğaldan azad olunması, qaydışın başlaması ilə 2024-cü ilin oktyabr ayında qətnamə icra olunaraq mülkiyyət boşaldılıb təhvilalınmışdır. Ancaq həmin qətnamə üzrə evi təhvilaldıqdan sonra bizə məlum olmuşdur ki, evin həyətyanı sahəsinin sanitar qovşağı qanunsuz olaraq zəbt edilmişdir. Araşdırma zamanı əmlakın sanitar qovşağında Cavabdeh ailəsi ilə birlikdə məskunlaşaraq həmin sahəni qeyri-qanuni şəkildə mənimsəyib mülkiyyətimdə qanunsuz yaşadığı aşkar olunmuşdur. İddiaçı MMC-yə məxsus əmlak kompleksində Cavabdeh Qasım qızı ailəsi ilə birlikdə halhazırda orda yaşayır. Tərəfinizdən həmin şəxsə adları bizə məlum olmayan ailə üzvləri ilə birgə qanunsuz zəbt edib yaşadığı mülkiyyəti boşaltmasına dair şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq heç bir nəticə alınmayıb. Onun mülkiyyət hüququ pozulmuşdur. Öz əmlakına daxil ola bilmir. Belə ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Tərəflərin izahatları. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək bildirmişdir ki, Cavabdeh ailə üzvləri ilə birgə (oğlu, gəlni və nəvəsi) İddiaçı MMC-yə məxsus Bakı şəhəri Suraxanı rayonu, Bül bülə qəsəbəsi, (keçmiş) Meliorator 1 indiki S.Əliyev ünvanda yerləşən əmlak kompleksindəki qanunsuz tikilidə məskunlaşmış, qanunsuz olaraq zəbt etmişdir. Sübutlardan, mütəxəssis rəyindən görünür ki, həmin ərazi iddiaçıya məxsusdur. Elminaz 2024-cü ildə çıxarılıb. Qətnamənin icrası ilə bağlı Suraxanı rayon İcra şöbəsi tərəfindən həmin ərazidə məskunlaşmış başqa cavabdeh çıxarılan zaman ərazinin hazırki cavabdeh tərəfindən də zəbt olunduğu barədə məlumat əldə edilib. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir, 2004-cü ildə həyat yoldaşı vəfat etmiş, ailəsinə özü baxmışdır. 2020-ci ildə həmin ərazidə özü kredit götürərək iki otaqlı tikili inşa etmişdir. 12000 manat xərc çəkmişdir. Ailəsi ilə birgə orada yaşayır. Çox əziyyət çəkmişdir. Hələ o vaxt bildirmişdir ki, 4 metr torpaq zəbt etmişdir. Bələdiyyədən arayışları var. Bunu etiraf edir. Hal-hazırda yaşadığı ünvanı X2 almamış, onu heç tanımır. Beş ildir ki, həmin evdə yaşayır. Bu illər ərzində heç kəs ona yaxınlaşıb, ərazinin kiməsə məxsus olması barədə məlumat verməmişdir. Həmin ünvana qaz, su, işıq xətləri çəkdirmişdir. İş materialları. AR ƏN 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin xx.xx.2021-ci il tarixli, 629 nömrəli arayışından görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş, ünvan 4 ünvanında qeydiyyatda olmuş xx.xx.1947-ci il təvəllüdlü X3 adına vərəsəlik işi açılmışdır. X5, X6, X10, X1 Əzizağa Abdulla oğlunun vərəsəsi kimi tanınmışdır. Bakı şəhəri Suraxanı rayonu e-2(010)-1586/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, iddia qismən təmin edilmiş, cavabdeh X9 əmlakı ilə birgə İddiaçı balansında olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində 149 ünvanda yerləşən əmlakdan (yataqxana) çıxarılması qət edilmişdir. AR DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin Seriya MH, ******* nömrəli, **********07-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və xx.xx.2009-cu il qeydiyyat tarixli Çıxarışından görünür ki, ünvan 6 ünvanda istifadədə olan 0.44718 ha torpaq sahəsində yerləşən 3772.9 kv.m ümumi, 2608.7 kv.m əsas, 1164.2 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisə (İTQİ “Azərtunelixtisassutikinti” İdarəsi) tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 110 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, göstərilən torpaq sahəsi faktiki olaraq 0.44718 ha təşkil edir. Torpaq sahəsi üzərində ümumi sahəsi 3772.9 kv.m olan əmlak kompleksi kimi müəssisə mövcuddur. Qeyd olunnan əmlak kompleksi kimi müəssisə **********07-12301 reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir. Baxış zamanı məlum oldu ki, sözügedən sahə Cavabdeh tərəfindən zəbt edilmişdir. Zəbt edilmiş sahənin ümumi faydalı sahəsi 49.2 kv.m, tikintialtı sahəsi 87.9 kv.m təşkil edir. Bundan əlavə 20.3 kv.m həyətyanı sahə zəbt edilərək istifadə edilir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sözügedən sahə **********07- 12301 reyestr nömrəsi ilə qeydiyyata alınana əmlak kompleksi kimi müəssisəsinin texniki pasportunun hüdudları daxilində yerləşir. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnverlaşdırılması İdarəsi tərəfindən verilmiş Qeyri-yaşayış fonduna daxil olan dövlət binalarının və özəl obyektlərinin Texniki Paspotundan müəyyən olunur ki, İxtisaslaşdırılmış tikinti-quraşdırma icarə “Azərtunelixtisassutikinti” idarəsi ünvan 7 ünvanında yerləşir. İşin faktiki halları. ünvan 6 ünvanda istifadədə olan 0.44718 ha torpaq sahəsində yerləşən 3772.9 kv.m ümumi, 2608.7 kv.m əsas, 1164.2 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi (Azərtunelixtisassutikinti İdarəsi) tam mülkiyyət hüququ üzrə X3 mülkiyyətinə verilmişdir . Həmin koordinatlar üzərində özbaşına tikili olan fərdi yaşayış evi tikilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Maddə 33. Mənzil toxunulmazlığı hüququ. İ. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı. İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya. Maddə 8. Şəxsi həyata və ailə həyatına hörmət hüququ.
1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir.
2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları. 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 180. Özbaşına tikinti və onun nəticələri. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 241. Torpaq sahəsindən istifadə hüququnun əldə edilməsi əsasları. 241.2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi. Maddə 46. Dövlətin torpaq üzərində mülkiyyət hüququ.
1. Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir. Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 220. Qətnamənin məzmunu. 220.6. Məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir.
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat.
Məhkəmənin mövqeyi İddia tələbindən görünür ki, İddiaçı MMC mülkiyyətində olan torpaq sahəsində cavabdeh tərəfindən özbaşına tikili (fərdi yaşayış evi) tikildiyini iddia edərək, bu tikilinin sökülməsini tələb etmişdir. Cavabdeh iddia tələbinə etiraz etmiş və bildirmişdir ki, beş ildir ki, həmin evdə yaşayır, bu illər ərzində heç kəs ona ərazinin başqasına məxsus olması barədə məlumat verməmişdir. Məhkəmə tərəfindən mübahisəli tikilinin yerləşdiyi koordinatlardakı ərazinin iddiaçının mülkiyyətində olan torpaq sahəsinə daxil olub-olmaması, bu tikili üzərində qeydə alınmış mülkiyyət hüququnun olub-olmaması, bir sözlə tikilinin özbaşına tikili olub-olmamasının müəyyən edilməsi məqsədilə mütəxəssis rəyinin alınması üçün sorğu vermişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində müvafiq koordinatlardakı ərazinin iddiaçı Şirkətin mülkiyyətində olduğu, həmin koordinatlarda tikili olduğu və bu tikilinin heç bir qeydiyyatdan keçmədiyi müəyyən edilmişdir. Beləliklə, Cavabdeh nə bu torpaq sahəsi, nə də onun üzərində yerləşən fərdi yaşayış evi üzərində heç bir mülkiyyət hüququ yoxdur. Cavabdeh özü də etiraf edir ki, evini iddiaçı Şirkətin mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilmişdir. Bu vəziyyətdə yuxarıda istinad edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180-ci və Torpaq Məcəlləsinin 111-ci maddələrinə əsasən torpaq sahəsinin qanuni istifadəçisi olan iddiaçı Şirkətin cavabdeh tərəfindən həmin torpaq sahəsi üzərində tikilmiş özbaşına tikilinin sökülməsini tələb etmək hüququ var. Bununla belə qeyd edilməlidir ki, iddiaçı tərəfin mübahisələndirmədən qəbul etdiyi kimi cavabdeh tərəfindən mübahisəli ərazidə tikilmiş tikili məhz fərdi yaşayış evidir. İş materiallarında olan sənədlərdən də sökülməsi tələb edilən tikilinin fərdi yaşayış evi olduğu müəyyən edilmişdir. Belə olan halda məhkəmə bu tikilinin sökülməsinin cavabdehin evinə hörmət hüququna müdaxilə təşkil edib-etməməsi, əgər edərsə, belə müdaxilənin qanuniliyi, güddüyü məqsəd və bu məqsədə mütənasibliyi, demokratik cəmiyyətdə zəruriliyi kimi məsələlərə münasibət bildirməlidir. Məhkəmə, ilk növbədə qeyd edir ki, mübahisəli tikili cavabdehin ailə üzvləri ilə birlikdə yaşayışını təmin edən fərdi yaşayış evi olduğundan, cavabdehin həmin tikili ilə yaşayışını təmin edən ev kimi yetərli və davamlı bağı olduğundan həmin ev cavabdehin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsinin mənası baxımından “evi” hesab olunur. Ona görə ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qeyd etdiyi kimi 8-ci maddənin mənası baxımından “mənzil” anlayışı təkcə hüquqa uyğun əldə edilmiş, yaxud tikilmiş əmlakla məhdudlaşmır. Bu, milli qanunvericilikdəki təsnifatdan asılı olmayan müstəqil anlayışdır. Ayrı-ayrı əmlakların 8-ci maddə ilə təminat altına alınan “ev” anlayışını təşkil edib-etməməsi faktiki şəraitdən, yəni xüsusi bir yerlə yetərli və davamlı bağın mövcudluğundan asılı olacaqdır (X11rşı, no. 66610/10, § 30, 14 mart 2017). Belə olan halda aydındır ki, bu evin sökülməsi cavabdehin Konvensiyanın 8-ci maddəsi ilə təminat altına alınmış evinə hörmət hüququna müdaxilə (özü də ən kəskin forması olan evdən məhrum edilmə şəklində) təşkil edəcəkdir. Bununla belə məhkəmə hesab edir ki, bu müdaxilə qanuni müdaxilədir. Belə ki, Cavabdeh tərəfindən tikilmiş bu ev iddiaçının mülkiyyətində olan torpaq sahəsində özbaşına tikilmiş olduğundan və milli hüquqa görə bu cür tikililər heç bir mülkiyyət hüququ formalaşdırmadığından bu gün cavabdehin ev üzərində mülkiyyət hüququ yoxdur və bu səbəbdən tikilinin sökülməsinin cavabdehin mülkiyyət hüququnu pozduğu deyilə bilməz. Məhkəmə onu da qeyd edir ki, evin tikintisinin cavabdehin vəsaiti hesabına baş tutması, evə dövlət tərəfindən kommunal xidmətlərin göstərilməsi, yaxud müəyyən bir müddət evin tikintisinə dövlət orqanları tərəfindən heç bir reaksiya verilməməsi kimi hallar bu nəticəni dəyişmir və cavabdehə ev üzərində mülkiyyət hüququ vermir. Ona görə ki, cavabdeh bu evi tikərkən, təmir edərkən bilirdi (bilməli idi) ki, o, özünə məxsus olmayan əmlaka xərc çəkir və bu xərc hesabına heç bir mülkiyyət hüququ əldə etmir. Bununla da iddiaçı Şirkət cavabdehin evinə hörmət hüququna müdaxiləni torpaq sahəsinin mülkiyyətçisi kimi öz hüquq və azadlıqlarını müdafiə etmək məqsədilə tələb etmiş hesab edilir. Hansı ki, bu iki məqsəd də “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsinin ikinci bəndində insanın evinə hörmət hüququna müdaxilə etmək üçün legitim əsas təşkil edən istisna hallar kimi qəbul edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı MMC-yə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, (keçmiş) Meliorator 1, indiki S.Əliyev ünvanda yerləşən əmlak kompleksindəki özbaşına tikilidən əmlakı ilə birgə çıxarılmalıdır. Cavabdeh oğlu, gəlni və nəvələrinin də həmin tikilidən çıxarılması tələbinə gəldikdə isə məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, Cavabdeh oğlu və gəlni yetkinlik yaşına çatmış şəxslərdir və onların tikilidən çıxarılması ilə bağlı tələb birbaşa özlərinə qarşı qaldırılmalıdır.
Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq İddiaçınə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh əmlakları ilə birgə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, (keçmiş) Meliorator 1, indiki S.Əliyev küçəsində yerləşən torpaq sahəsindən çıxarılmalı və iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq İddiaçınə ödənilməli və iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh əmlakları ilə birgə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, (keçmiş) Meliorator 1, indiki S.Əliyev küçəsində yerləşən torpaq sahəsindən çıxarılsın. İddia qalan hissədə təmin olunmasın. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Rübabə Qafarova