Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-181/2025 12.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş avtomobilin real bazar dəyərinin ½ hissəsinin və "xxxx" MMC-yə ödənilmiş pul vəsaitinin cavabdehdən tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək iddianın tam həcmdə təmin edilməsi, Suraxanı rayon Məhkəməsinin 02 may 2018-ci il tarixli, 2(010)-2408/2018 saylı qətnaməsinə əsasən, ½ payda mülkiyyət hüququ tanınmış “X5” minik markalı 90VV218 dövlət qeydiyyat nişanlı avtomobilin satılması, həmin avtomobilin satışından əldə olunan pul vəsaitindən ½ pay hissəsinin ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Daha sonra İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələblərinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-421/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə "xxxx" MMC-yə ödənilmiş cəmi 45506 manatın ½ hissəsinin ona münasibətdə 22753 manat pulun, həmin məbləğdən yaranan fərqin əvəzi olaraq 10000 manatın, ümumilikdə 32753 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Daha sonra İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Suraxanı rayon Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin Qanuni qüvvədə olan qətnamələrinə əsasən ilkin iddia ərizəsində göstərilən iddia tələblərinin tam həcmdə təmin edilməsi ilə yanaşı, iddia ərizəsinə əlavədə göstərilən 2013-cü il buraxılışlı “X6” minik avtomobilinə görə əlavə olaraq 15000 manat, "xxxx" Yaşayış Kompleksində mənzilin alınmasına görə isə cavabdehdən ilkin iddia tələbində göstərilən məbləğdən əlavə 30000 manat, ümumilkdə cavabdehdən onun xeyrinə 45000 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Suraxanı rayon Məhkəməsinin 02 may 2018-ci il tarixli, 2(010)-2408/2018 saylı qətnaməsi ilə, onun iddia tələbi təmin edilməklə, Cavabdeh oğlu ilə birgə nikah dövründə əldə edilmiş cavabdehin mülkiyyətində olmuş “X5” minik markalı 90VV218 dövlət qeydiyyat nişanlı avtomobilə ½ payda mülkiyyət hüququ tanınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-421/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Suraxanı rayon Məhkəməsinin 02 may 2018-ci il tarixli qətnaməsi qismən, "xxxx" MMC-yə ödənilmiş 42346 manat və 3500 manat vəsaitin onlar arasında bərabər paylar üzrə bölünməsi”nin təmin edilməyən hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə təmin edilməklə "xxxx" MMC-yə ödənilmiş cəmi 45506 manatın ½ hissəsi 22753 manata onun, digər ½ hissəsi 22753 manata cavabdehin payları müəyyən edilmişdir. Qətnamə hər iki tələb üzrə icraya yönəldilmiş və Suraxanı rayon İcra Şöbəsinin Böyük icra məmuru Nicat Vəlizadənin icraatına verilmişdir. İcra sənədinin “X5” minik markalı 90VV218 dövlət qeydiyyat nişanlı avtomobilin ½ payda mülkiyyət hüququnun tanınması hissəsində icra edilməsi üçün Dövlət Yol Polisi İdarəsinə göndərilmiş və həmin idarə tərəfindən avtomobilə hər birinin mülkiyyət hüququ ½ payda qeydə alınmışdır. Digər tərəfdən də icra məmuru qətnamədə payların müəyyən edilməsini əsas göstərərək bildirir ki, payların pul şəkilində cavabdehdən alınması qətnamədə qeyd olunmamışdır. İddia tələbinin “X5” minik markalı 90VV218 dövlət qeydiyyat nişanlı avtomobilin ½ payda mülkiyyət hüququnun tanınması hissəsində cavabdehə onun tərəfindən xx.xx.2024-cü il tarixdə özünə aid pay hissəsinin satılması məqsədilə təklif göndərilmiş, lakin cavabdeh təklifinə qarşı təklif irəli sürməklə təklifi ilə razılaşmamışdır. Hesab edir ki, Suraxanı rayon Məhkəməsinin qətnaməsinin payların müəyyən edilməsi qaydasında cavabdehdən pul şəklində alınmasının icrasının icra məmuru tərəfindən mümkün olmaması nəzərə alınaraq, qətnamə ilə təmin olunmuş iddia tələbləri üzrə müəyyən edilmiş payların pul şəklində cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, tələbin “X5” minik markalı 90VV218 dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə, qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edilmiş ½ payda mülkiyyətində olan avtomobil satılmaqla onun pay hissəsinə uyğun pul şəklində ona ödənilməlidir. Qeyd olunan avtomobilin bu günki bazar qiyməti 80000 – 84000 manat dəyərindədir. Qətnamə çıxarılan gündən bu günədək cavabdeh avtomobildən onun razılığı olmadan fasiləsiz istifadə edir, cavabdehin avtomobildən fasiləsiz istifadə etməsi də avtomobilin bu günki dəyərinə mənfi təsir edir. Hesab edir ki, indeksasiya nəzərə alınmaqla avtomobilin real bazar qiyməti nəzərə alınmaqla 84000 manat qiymətləndirilməli və avtomobil satılmaqla onun ½ hissədə payına düşən 42000 manat pul məbləği ona ödənilməlidir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları.
5. İddiaçı izahat verərək bilirmişdir ki, məhkəmə ekspertiza mərkəzi tərəfindən verilmiş Rəy ilə yəni sözügedən avtomobilin təxminən 26700 manat qiymətləndirilməsi ilə razı deyildir. Birgə nikah dövründə avtomobili kreditlə əldə etmişlər. Avtomobilin hal-hazırkı dəyəri daha bahadır, buna baxmayaraq ekspertiza rəyinə əsasən 26700 manat dəyərində qiymətləndirilmişdir. O, avtomobilin daha yüksək qiymətləndirilməsi ilə bağlı qərar qəbul edilməsini istəyir. Qeyd olunlara əsasən iddianın təmin edilməsini xahiş etmişdir.
6. Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, avtomobil birgə nikah dövründə əldə olunduğundan avtomobilin dəyərinin ½ hissəsinin iddiaçıya ödənilməsinə etiraz etmir. Lakin avtomobil iki dəfə vurulmuş, buna baxmayaraq avtomobilə hazırkı problemləri nəzərə alınmadan qiymət qoyulmuş olsa da, o qiymətləndirici tərəfindən verilmiş rəy ilə razıdır. "xxxx" MMC-yə ödənilmiş pul vəsaiti isə onda deyildir, həmin pul vəsaiti cəmi 45506 manat təşkil edir və Bakı Apellyasiya Məhkəməsi 2(103)-421/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən onun ½ hissəsi 22753 manata X1, digər ½ hissəsi 22753 manata isə onun payı müəyyən edilmişdir. "xxxx" MMC-yə məxsus olan mülklər hazırda hərraca çıxarılıb, hərracda satıldıqdan sonra onların hər ikisi həmin pul vəsaitini alacaqlar. Qeyd olunlara əsasən iddianın qismən edilməsini xahiş etmişdir.
İş materialları.
7. Bakı Apellyasiya Məhkəməsi 2(103)-421/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 02 may 2018-ci il tarixli, 2(010)-2408/2018 saylı qətnaməsi mübahisələndirilən- iddia tələbinin "xxxx" MMC-yə ödənilmiş 42346 manat və 3500 manat vəsaitin onlar arasında bərabər paylar üzrə bölünməsi”nin təmin edilməyən hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin həmin hissədə qismən təmin edilməsi, "xxxx" MMC-yə ödənilmiş cəmi 45506 manatın ½ hissəsi 22753 manata X1, digər ½ hissəsi 22753 manata Cavabdeh paylarının müəyyən edilməsi, qətnamə mübahisələndirilən qalan hissədə- iddia tələbinin “Bakı şəhəri Qaraçuxur bələdiyyəsi tərəfindən ər-arvadın istifadəsinə verilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D" yaşayış sahəsində yerləşən 28 nömrəli evin qarşısındakı qaraja istifadə hüqunun tanınması”nın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.
8. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2-(010)-2408/2018 saylı, xx.xx.2018ci il tarixli qətnaməsindən müəyyən olunur ki, iddia qismən təmin edilmiş, “X5” minik markalı, 90VV218 dövlət qeydiyyat nişanlı avtomobilə müasibətdə iddiaçı X1 ½ (ikidə bir) payda, Cavabdeh ½ (ikidə bir) payda ümumi paylı mülkiyyət hüquqlarının müəyyən edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
9. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/1129 saylı ekspertiza rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 2013-cü il buraxılışlı, “X5” minik markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı, qara rəngli, 168199 km yürüyüşlü, dəri salon avtomobilin tədqiqi hissədə qeyd edilən qüsurları nəzərə alınmadan normal vəziyyətdə hazırkı vaxta olan orta bazar qiyməti təxminən 26700,00 manat müəyyən olunmaqla, likvid dəyəri 24030,00 (26700 - 10%) manat müəyyən olunur. Həmin avtomobilin hazırkı vəziyyətdə (qüsurlu vəziyyətdə) və ilkin satış qiyməti barədə məlumat əldə etmək mümkün olmadı. Tələb və təklifdən, həmçinin tərəflərin qarşılıqlı razılaşmasından asılı olaraq müəyyən edilmiş qiymətdə qismən dəyişiklik olması istisna edilmir.
İşin faktiki halları.
10. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2-(010)-2408/2018 saylı, xx.xx.2018ci il tarixli qətnaməsinə əsasən, iddia qismən təmin edilmiş, “X5” minik markalı, 90VV218 dövlət qeydiyyat nişanlı avtomobilə müasibətdə iddiaçı X1 ½ (ikidə bir) payda, Cavabdeh ½ (ikidə bir) payda ümumi paylı mülkiyyət hüquqlarının müəyyən edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-421/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı X2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 02 may 2018-ci il tarixli, 2(010)-2408/2018 saylı qətnaməsi mübahisələndirilən-iddia tələbinin "xxxx" MMC-yə ödənilmiş 42346 manat və 3500 manat vəsaitin onlar arasında bərabər paylar üzrə bölünməsi”nin təmin edilməyən hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbi həmin hissədə qismən təmin edilməsi, "xxxx" MMCyə ödənilmiş cəmi 45506 manatın ½ hissəsi 22753 manata X1, digər ½ hissəsi 22753 manata Cavabdeh payları müəyyən edilməsi, qətnamə mübahisələndirilən qalan hissədəiddia tələbinin “Bakı şəhəri Qaraçuxur bələdiyyəsi tərəfindən ər-arvadın istifadəsinə verilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D" yaşayış sahəsində yerləşən 28 nömrəli evin qarşısındakı qaraja istifadə hüqunun tanınması”nın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.
12. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/1129 saylı ekspertiza rəyinə əsasən, ekspertiza tədqiqatına təqdim edilən 2013-cü il buraxılışlı, “X5” minik markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı, qara rəngli, 168199 km yürüyüşlü, dəri salon avtomobilin tədqiqi hissədə qeyd edilən qüsurları nəzərə alınmadan normal vəziyyətdə hazırkı vaxta olan orta bazar qiyməti təxminən 26700,00 manat müəyyən olunmaqla, likvid dəyəri 24030,00 (26700 - 10%) manat müəyyən olunur. Həmin avtomobilin hazırkı vəziyyətdə (qüsurlu vəziyyətdə) və ilkin satış qiyməti barədə məlumat əldə etmək mümkün olmadı. Tələb və təklifdən, həmçinin tərəflərin qarşılıqlı razılaşmasından asılı olaraq müəyyən edilmiş qiymətdə qismən dəyişiklik olması istisna edilmir.
Tətbiq edilən hüquq.
13. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” xx.xx.2024-cü il tarixli, 02/2024 nömrəli qərardadı.
17. Paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması – bu məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir.
19. Qeyd olunan hüquqi prosedurlar arasındakı fərq isə ondan ibarətdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi maddənin başlığından da göründüyü kimi, bütün hallarda həmin şəxslərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnir. Bu baxımdan əşyanın bölünməsi halı üçün Mülki Məcəllənin 221-ci maddəsində onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Həmin maddə bütün paylı mülkiyyətçilər əşyanın bölünməsi ilə bağlı həmfikir olsalar da, aralarında paylı mülkiyyət hüququna xitam verilməsinin növü və ya forması (fiziki bölgü, hərracdan satış və s.) ilə bağlı mübahisə olduğu və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir. Məsələn, bütün payçıların əşyanın paylarına uyğun bölünməsini tələb etdikləri və ya iki payçıdan biri, üç payçıdan ikisi ayrılmaq istədiyi hallarda əşyanın bölünməsi mexanizmi işə düşür.
60. Odur ki, əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə məhkəmə paylı mülkiyyətdə olan əşyanın müəyyən etdiyi bazar qiyməti ilə ilkin satış qiymətini qətnamənin icra qaydası kimi onun nəticə hissəsində göstərməli və izah etməlidir ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər.
62. Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağıdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması.
64. Bu araşdırmanın nəticəsində əşyanın naturada bölgüsünün mümkün olmadığı müəyyən edilərsə, məhkəmə iddiaçıların tələbi əsasında ikinci mərhələyə keçid etməklə əşyanın hərracdan satılmasını qət etməlidir. İddiaçıların əşyanın hərracdan satılmasını tələb etmədikləri halda isə digər tərəfin bununla bağlı qarşılıqlı tələbi yoxdursa, məhkəmə araşdırması yekunlaşdırılmaqla iddia rədd olunmalı və onlara gələcəkdə yalnız ikinci mərhələ üzrə iddia qaldırmaq hüquqları izah edilməlidir.
65. Ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur.
66. Hərracın forması tərəflərin mövqeləri nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı bütün mülkiyyətçilərin və ya onlardan ən azı birinin əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilərsə, qətnamənin nəticə hissəsində əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı olması göstərilməlidir.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
17. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-421/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı X2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 02 may 2018-ci il tarixli, 2(010)-2408/2018 saylı qətnaməsi mübahisələndirilən- iddia tələbinin "xxxx" MMC-yə ödənilmiş 42346 manat və 3500 manat vəsaitin onlar arasında bərabər paylar üzrə bölünməsi”nin təmin edilməyən hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbi həmin hissədə qismən təmin edilməsi, "xxxx" MMCyə ödənilmiş cəmi 45506 manatın ½ hissəsi 22753 manata X1, digər ½ hissəsi 22753 manata Cavabdeh payları müəyyən edilməsi, qətnamə mübahisələndirilən qalan hissədəiddia tələbinin “Bakı şəhəri Qaraçuxur bələdiyyəsi tərəfindən ər-arvadın istifadəsinə verilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D" yaşayış sahəsində yerləşən 28 nömrəli evin qarşısındakı qaraja istifadə hüqunun tanınması”nın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.
18. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/1129 saylı ekspertiza rəyinə əsasən, ekspertiza tədqiqatına təqdim edilən 2013-cü il buraxılışlı, “X5” minik markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı, qara rəngli, 168199 km yürüyüşlü, dəri salon avtomobilin tədqiqi hissədə qeyd edilən qüsurları nəzərə alınmadan normal vəziyyətdə hazırkı vaxta olan orta bazar qiyməti təxminən 26700,00 manat müəyyən olunmaqla, likvid dəyəri 24030,00 (26700 - 10%) manat müəyyən olunur. Həmin avtomobilin hazırkı vəziyyətdə (qüsurlu vəziyyətdə) və ilkin satış qiyməti barədə məlumat əldə etmək mümkün olmadı. Tələb və təklifdən, həmçinin tərəflərin qarşılıqlı razılaşmasından asılı olaraq müəyyən edilmiş qiymətdə qismən dəyişiklik olması istisna edilmir.
19. Məhkəmə qeyd edir ki, məhkəmə baxışı zamanı mübahisə elə həll edilməlidir ki, iştirakçıların subyektiv hüquqlarına və qanuni maraqlarına qanuna zidd təsir göstərilməsin.
20. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
22. Yəni mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.
23. İşin mübahisəsiz halından müəyyən olunur ki, mübahisəli daşınar əmlaka tərəflərin ½ hissədə payları müəyyən olunmuş və avtomobil hal-hazırda cavabdehin istifadəsindədir. İddiaçı həmin avtomobilin ½ hissəsi üzərində mülkiyyət hüququ əldə etdiyindən həmin avtomobilin dəyərinin ½ hissəsinin ona ödənilməsini tələb edir. Məhkəmə tərəfindən təyin olunmuş ekspertiza rəyinə əsasən normal vəziyyətdə hazırkı vaxta olan orta bazar qiyməti təxminən 26700,00 manat müəyyən olunur. İddiaçı avtomobilin dəyəri ilə razı olmayaraq cavabdehdən avtomobilin ½ hissəsinin dəyərini və əlavə olaraq 15000 manat pul tələb edir. İddiaçı həmçinin cavabdehə pretenziya göndərərək mülkiyyətində olan avtomobilin ½ hissəsinin cavabdehə satmaq niyyətində olduğunu bildirmiş, avtomobilin ½ hissəsinin 42000 manata cavabdehə təklif etmişdir. Cavabdeh tərəf isə avtomobilin qiymətləndirilməsi ilə razı olaraq 26700 manat pul vəsaitinin ½ hissəsinin iddiaçıya ödənilməsinə etiraz etmir. Məhkəmə hesab edir ki, avtomobilin dəyəri 26700 manat pul vəsaitinin ½ hissəsi, 13350 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Pul vəsaiti cavabdeh tərəfindən ödənilmədiyi təqdirdə həmin avtomobil 26700 (iyirmi altı min yeddi yüz) manata (ilkin satış qiyməti ilə ilk növbədə qapalı - yalnız paylı mülkiyyətin iştirakçıları Cavabdeh və İddiaçı iştirakı ilə) hərraca çıxarılmalı və avtomobil qapalı hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda açıq hərracdan satılaraq satışdan əldə edilmiş vəsait payçıların paylarına uyğun (Cavabdeh ½ hissədə, İddiaçı ½ hissədə) bölünməlidir.
24. Məhkəmə iddia tələbinin "xxxx" MMC-yə ödənilmiş cəmi 45506 manatın ½ hissəsi olan 22753 manatın Cavabdeh tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, həmin pul vəsaiti "xxxx" MMC-yə ödənilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-421/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən həmin pul vəsaitinə münasibətdə artıq tərəflərin ½ hissədə payları müəyyən olunmuşdur. Hazırkı halda isə iddiaçı tərəfin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında "xxxx" MMC-yə ödənilmiş cəmi 45506 manatın ½ hissəsinə tələb hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, "xxxx" MMC-yə ödənilmiş pul vəsaitinə qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında tərəflərin ½ hissədə payları müəyyən olunduğundan iddiaçı ayrıca iddia icraatı qaydasında həmin pul vəsaitini "xxxx" MMC-dən tələb etmək hüququna malikdir.
25. İddiaçı avtomobilə görə əlavə olaraq 15000 manat pul vəsaitinin və "xxxx" MMC-dən mənzilin alınmasına görə cavabdehdən ilkin iddia tələbində göstərilən məbləğdən əlavə olaraq 30000 manat pul vəsaitinin tutulmasını onunla əsaslandırmışdır ki, qüvvədə olan məhkəmə aktı vaxtında icra edilmədiyindən həmin pul vəsaiti öz dəyərini itirmişdir və bu səbəbdən həmin pul vəsaitini cavabdehdən tələb edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Bu halda məhkəmə hesab edir ki, hazırkı tələbin bilavasitə icra icraatı çərçivəsində həll edilməli məsələ olması nəzərə alınmalıdır.
Məhkəmə xərcləri.
26. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 225 məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qiymətləndirilən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilməli olan dövlət rüsumu məbləğinə uyğun olmuşdur.
27. Məhkəmə, məhkəmə xərclərinin iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq tərəflərdən tutulduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan ödənilmiş 130.05 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ekspertiza xərci cavabdehdən dövlət büdcəsinin hesabına ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
28. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh mülkiyyətində olmuş “X5” minik markalı 90VV218 dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri 26700 (iyirmi altı min yeddi yüz) manat pul vəsaitinin ½ hissəsi, yəni 13350(on üç min üç yüz əlli) manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.
29. “X5” minik markalı 90VV218 dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri 26700 (iyirmi altı min yeddi yüz) manata (ilkin satış qiyməti ilə ilk növbədə qapalı - yalnız paylı mülkiyyətin iştirakçıları Cavabdeh və İddiaçı iştirakı ilə) - hərraca çıxarılmalı və avtomobil qapalı hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda açıq hərracdan satılaraq satışdan əldə edilmiş vəsait payçıların paylarına uyğun (Cavabdeh ½ hissədə, İddiaçı ½ hissədə) bölünməlidir. 30.Məhkəmə xərcləri – 130.05 (bir yüz otuz manat, beş qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməli və ekspertiza xərci – 50 (əlli) manat xərc Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir.
31. Şərh olunanlara əsasən və MPM-nin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh mülkiyyətində olmuş “X5” minik markalı 90VV218 dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri 26700 (iyirmi altı min yeddi yüz) manat pul vəsaitinin ½ hissəsi, yəni 13350 (on üç min üç yüz əlli) manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. “X5” minik markalı 90VV218 dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri 26700 (iyirmi altı min yeddi yüz) manata (ilkin satış qiyməti ilə ilk növbədə qapalı - yalnız paylı mülkiyyətin iştirakçıları Cavabdeh və İddiaçı iştirakı ilə) - hərraca çıxarılsın. Avtomobil qapalı hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda açıq hərracdan satılaraq satışdan əldə edilmiş vəsait payçıların paylarına uyğun (Cavabdeh ½ hissədə, İddiaçı ½ hissədə) bölünsün. İddia qalan hissədə təmin olunmasın. Məhkəmə xərcləri – 130.05 (bir yüz otuz manat, beş qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ekspertiza xərci – 50 (əlli) manat xərc Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Talıbova