Məhkəmə qərarları › İş №e-2(010)-1828/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1828/2021

31.05.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1828/2021 31.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Orxan Kazım oğlunun katibliyi ilə, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, onun etibarnamə üzrə nümayəndəsi və vəkili X5, Ücüncü şəxs X1 iştirakı ilə, İddiaçı oğlunun cavabdeh X3 qarşı payın müəyyən edilməsi, evə köçürülmə və evdən istifadəyə yaradılan maneələrin cavabdeh və üçüncü şəxslərə qadağan edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı payın müəyyən edilməsi, evə köçürülmə və evdən istifadəyə yaradılan maneələrin cavabdeh və üçüncü şəxslərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə mhəkəmə iclasında baxılarkən İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbinin həcminin artırılması barədə ərizə verərək Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində inşa etdikləri yaşayış evinin ½ hissəsinə Cavabdeh, ½ hissəsinə isə iddiaçının payının müəyyən edilməsi, onun məcburi qaydada həmin evə köçürülməyi və həmin evdən istifadəyə yaradılan maneələrin Cavabdeh və üçüncü şəxslərə qadağan edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 02.09.1995-ci ildə Cavabdeh ilə nikaha daxil olmuşdur, həmin nikahdan 3 övladı var. Nikaha daxil olduğu dövrdə Bakı şəhəri, Suraxanı rayonu Bülbülə qəsəbəsində fərdi yaşayiş evi inşa etmişlər. 2002-ci il yayında bir otaq tikərək ora köçmüşlər.Həmin ildən evi hissə-hissə genişləndirərək, 2020ci ilədək birgə təsərrüfat aparmışlar. Aralarında olan narazılığla bağlı 2020-ci il Sumqayıt şəhər məhkəməsində nikahları pozulmuşdur. 2020-ci il may ayından cavabdeh ona və uşaqlarına qeyd edilən evdə yaşamağa imkan verməmişdir. O, cavabdehin qeyri-qanuni hərəkətləri ucbatından kirayədə yaşamış və hər ay 300 (üç yüz) manat məbləğində kirayə haqqı ödəmək məcburiyyətindədir. Onun hüquqlarını pozmaqla yanaşı ona maddi ziyan da vurmuşdur. Buna görə də iddia ərizəsi təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirdi ki,torpaq sahəsi Sevilin adına olsa da,torpağı Yaşar pulla alib. Evi isə birgə vəsait hesabına tikmişlər. Əvvəl 2 sot torpaq sahəsi daha sonra 1 sot da əlavə olaraq almışlar.Evin kommunal xərcləri öz adlarınadır. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddianın tam şəkildə təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, torpaq sahəsini bacısı alıb, mübahisəli evi də bacısı özü üçün tikdirmişdir, iddiaçının və onun özünün həmin evin tikintisində hər hansı əməyi olmayıb. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X12 iddia tələbinə etiraz edərək evin iddiaçıya hər hansı bir aidiyyətinin sübut olunmadığını bildirdi və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X6 ifadəsində bildirdi ki, torpağı o almışdır.Evi də hissə-hissə tikdirmişdir, qardaşına isə həmin evdə yaşamağa icazə vermişdir. İddiaçı evin tikilməsində heç bir rol oynamayıb. Məhkəmə proses iştirakçılarını dinləyib, işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən, fərdi yaşayış evinə köçürülmə hissəsində təmin edilməli, qalan hissədə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti başçısının 31 may 2001-ci il tarixli, 351 № li sərəncamının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 rayon icra aparatına müraciət edərək, qarşılıqlı razılaşma əsasında vətəndaş X9 ayrılmış torpaq sahəsinin 200 kv.m nin ona ona ayrılmasına icazə verilməsini xahiş etmiş, bunun əsasında Suraxanı rayon İHB-nın 02.10.2000-ci il tarixli,1421 saylı sərəncamında dəyişiklik aparılaraq X4 fərdi yaşayış evi tikmək üçün Bülbülə qəsəbəsi, Bakı-aeroport yolunun cənub hissəsində, 200 kv.m torpaq sahəsi ayrılmışdır. -Azərbaycan kredit bürosu MMC tərəfindən 19.01.2021-ci il tarixində tərtib edilmiş çıxarışdan görünür ki, İddiaçı 03.09.2019-cu ildə bankdan 6000,00 manat həcmində istehlak krediti götürmüşdür. Məhkəmənin 23.04.2021-ci il tarixli iclasına cavabdeh tərəfdən şahid qismində dəvət edilmiş X26 bildirdi ki, o ustadır, 2004-cü ildən yarımçıq ev tikib. Evi Sevil xanım üçün tikmişdir. Pulunu da Yaşar verirdi. Pul lazım olanda Yaşara deyirdi, o da, verirdi. Evdə işləyən vaxtı Yaşarın yoldaşı və Yaşar özü qalırdırlar, Yaşarın həyat yoldaşı onlara qulluq edirdi. Evin necə tikiləcəyini Sevil onlara deyirdi. Hissə-hissə olmaqla iki dəfə 2004- 2006-cı illərdə işləmişdir. Məhkəmənin 23.04.2021-ci il tarixli iclasına cavabdeh tərəfdən şahid qismində dəvət edilmiş X15 bildirdi ki o 2002-ci ildə evin fundamentini qazıb, bir otaqlı ev tikmişdir. Evin pulunu Soltan həkimdən alıb. Evin certyojunu Soltan həkim ona vermişdir. Yaşarı və Sevili tanımayıb. Məhkəmənin 23.04.2021-ci il tarixli iclasına cavabdeh tərəfdən şahid qismində dəvət edilmiş X2 bildirdi ki, Sevil bibisi qızı, Yaşar da bibisi oğludur, bir evin tikintisinə kömək etmişdir. İbisi müraciət edib ki, Sevil ev tikir, ona yardım et, o da Sevilə 5000 ABŞ dolları borc pul vermiş, Sevil sonradan onun pulunu qaytarmışdır. Sevil həkim idi, onun 40- 50 minlik ev tikməyə pulları yox idi, bu səbəbdən də, ona kömək etmişdir. Məhkəmənin hazırkı iclasında iddiaçı tərəfindən şahid qismində dəvət edilmiş X19 ifadəsində bildirdi ki, İddiaçı qardaşı Həsənin dosdudur, ev Suraxanı rayonunda yerləşir, təxminən 1-2 il əvvəl həmin evdə usta kimi işləyib. Orada divar kağızı vurmuşdur.Evdə təmir işləri aparmaq üçün onu Həsən çağırmışdır və o Həsənlə birgə işləyirdi. O işləyən vaxtı evdə Nərgiz, əri və uşaqları yaşayırdı.Evin təmiri üçün pulu həm Nərgiz, həm də Yaşar verirdi. Materialları Nərgizlə əri seçirdi, qiymətləri orta səviyyədə idi. Divar kağızını 32-45 manat arasında almışdılar. Məhkəmənin hazırkı iclasında iddiaçı tərəfdən şahid qismində dəvət edilmiş X13 ifadəsində bildirdi ki, Nərgizin qardaşının usta yoldaşıdır, ev Suraxanı rayonunda yerləşir, iki il əvvəl həmin evdə usta kimi işləmişlər, pəncərənin setkasını, həyətə tamet və lambir vurmuşlar. Həmin vaxtı Malik və Həsən də onunla bərabər işləyirdilər. Bildiyinə görə ev Həsənin bacısının evi olub. O Həsənə kömək üçün gəlmişdir, pul da götürməmişdi. O evə gələndə materiallar artıq alınmışdı, evdə həmin vaxtı yaşayış var idi. Nərgiz onlara yemək bişirirdi. Evdə 3 uşaq var idi. Məhkəmənin hazırkı iclasında iddiaçı tərəfdən şahid qismində dəvət edilmiş X8 ifadəsində bildirdi ki, doğulandan, yəni 2003-cü ildən həmin evdə yaşamışdır. Ev valideynlərinin qazancı ilə tikilib. Bunu evdə aparılan söhbətlərdən bilir. Ustalarla valideynləri danışırdı, onların evdə işlədikləri zaman görmüşdü. Bibisi 3-5 aydan bir onlara qonaq gəlirdi. Bibisinin ustalarla görüşdüyünü və tikinti ilə maraqlandığını görməyib. Usta dayısının dosdu olub. Məhkəmənin hazırkı iclasında iddiaçı tərəfdən şahid qismində dəvət edilmiş X10 ifadəsində bildirdi ki, o 5 yaşından, 2003-cü ildən həmin evdə yaşamışdı. Ev bir otaq idi, sonradan əlavə tikdiriblər. əvvəllər kirayədə qalırdılar, sonradan atası torpaq almış, bir otaq tikmiş və ora köçmüşlər. Ustalarla valideynləri danışırdılar. Evdə olan söhbətlərdən eşidmişdi ki, valideynləri kredit götürüb evi təmir etdirmək istəyirdilər. Anası lotoreya oynayırdı ki evin tikintisinə kömək etsin. Evləri 4 otaq, bir mətbəxdir. Məhkəmə, şahid ifadələrini işin hallarının müəyyən edilməsində sübut kimi qəbul edir. Hər iki tərəfin şahid ifadələri ilə müəyyən edilir ki, həmin evdə təmir işləri zamanı iddiaçı və cavabdeh tərəf uşaqları ilə birgə yaşamış, tərəflər bu və ya digər şəkildə təmir işlərində iştirak etmişlər. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, mübahisəli yaşayış evinin yerləşdiyi torpaq sahəsi Gəncəliyeva Sevilə məxsusdur, evin isə hüquqmüəyyənedici sənədləri yoxdur. İddiaçılə Cavabdeh 1995-ci ildə nikaha daxil olmaları, 2020-ci ildə nikahlarının məhkəmə qaydasında pozulması işin mübahisəsiz halıdır. Belə ki, hər iki tərəf izahatında bu halı bildirir. Mübahisənin əsasını, tikintisi birgə nikah dövrünə təsadüf edən evə iddiaçının köçürülməsi və hüquqların əldə edilməsi təşkil edir. İddiaçı tərəf tələbini onunla əsaslandırır ki, evin yerləşdiyi torpaq sahəsi S.Gəncəliyevaya aid olsa da, ev onunla keçmiş həyat yoldaşının vəsaiti hesabına tikilib, evin planlaşdırılması onlar tərəfindən aparılıb, vəsait də onlar tərəfindən verilib. Torpağın S.Gəncəliyevanın adına alınması isə bəzi tekniki prosedurlardan yayınmaq məqsədilə edilmişdir.Cavabdeh tərəfin iddiaya etirazı ondan ibarətdir ki, torpaq sahəsinin onun adına deyil, bacısının adına olması evin də ona aid olmamasının birbaşa göstəricisidir, o keçmiş həyat yoldaşı ilə mübahisəli evdə yaşasa da, evə hər hansı aidiyyəti olmamış, ev bacısının vəsaiti hesabına tikilmişdir. Onlar evsiz olduqlarına görə bacısı humanizm göstərərək onlara öz evində yaşamağa icazə vermişdir. Üçüncü şəxs S.Əliyevanın da etirazı eyni məzmun təşkil edir. Məhkəmə, iddiaçının mübahisəli mənzildə yaşamaq hüququnun olması qənaətinə gələrkən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsindən görünür ki, fiziki şəxsin adətən yaşadığı yer - onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 27.3-cü maddəsinə əsasən, əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. İddiaçı və cavabdehin birgə nikah dövründə mübahisəli evdə yaşamağa başlamaları, uzun müddət orada birgə yaşamaqları, orada müəyyən yaxşılaşdırma işləri aparmaları (təmir, yenidənqurma) mübahisəli evin məhz onlar tərəfindən, birgə qazanc hesabına və birgə yaşayış üçün tikildiyini göstərir. Digər tərəfdən, iddiaçının mübahisəli evin quruluşu, təmir müddətləri, təmirə istifadə edilən materiallar barədə müfəssəl məlumata malik olması, onun bu proseslərdə yaxından iştirak etməsini və bu işlərdə onun da istəyinin nəzərə alındığını göstərir. Evin, cavabdeh tərəfin bildirdiyi kimi S.Gəncəliyevanın vəsaiti hesabına tikildiyi və ona məxsus olduğunu göstərən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Evin yerləşdiyi torpaq sahəsinin S.Gəncəliyevaya məxsus olması faktına gəldikdə isə, məhkəmə qeyd edir ki, bu hal iddiaçının birgə nikah dövründə inşa edilmiş qanunsuz tikiliyə köçürülməsinə hüquqi əngəl yaratmır. Çünki, mübahisəli ev qanunsuz tikilidir və nə S.Gəncəliyevanın, nə də ki digər şəxsin ona hüquqmüəyyənedici sənədi yoxdur. Belə olan halda, məsələyə yuxarıda qeyd edilən hüquq normaları baxımından yanaşılmalıdır. İddiaçı həmin yaşayış sahəsində burada yaşayan digər şəxslərlə bərabər surətdə yaşamaq hüququ əldə etmişdir və belə olan halda mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Avropa İnsan Hüquqları Məhkəməsi «Gillounun işi»nə dair qərarında göstərmişdir ki, həmin işdə ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə «mənzil» qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardır. (Bax: Valentina Akimova Azərbaycana qarşı 1985/03 saylı ərizənin qəbul edilənliyinə dair Avropa İnsan Hüquqları Məhkəməsinin 12.01.2006-cı il tarixli qərarı, 3-cü bənd, 3 və 4-cü abzaslar). İddia tələbinin fərdi yaşayış evinin ½ hissəsinə Cavabdeh, ½ hissəsinə isə iddiaçının payının müəyyən edilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, tələb həmin hissədə əsassızdır və təmin edilməməlidir. Belə ki, hər hansı bir daşınmaz əmlaka pay hüququnun, başqa sözlə mütləq əşya hüququnun tanınması üçün həmin əmlakın dövlət qeydiyyatına alınması imperativ şərtdir. Əks halda, həmin əmlak özbaşına tikili sayılacaqdır. Mülki Məcəllənin 178.1.-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir İddia tələbinin evdən istifadəyə yaradılan maneələrin Cavabdeh və üçüncü şəxslərə qadağan edilməsi hissəsini məhkəmə əsassız hesab edir. Belə ki, iddiaçı tələbini bu hissədə əsaslandırmamış və iddianın əsaslılığına dəlalət edən hər hansı sübutu məhkəmyəə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməldir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, iddia tələbi qismən əsaslı hesab edilməli,İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən fərdi yaşayış evinə köçürülsün. İddia qalan hissədə təmin edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar