Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1853/2025 17.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 5500 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 75 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixində Bakı şəhəri, H.Əliyev prospekti ərazisində Cavabdeh2 məxsus, Cavabdeh1 idarə etdiyi "xxxx" ASC-də PXA********** saylı sığorta şəhadətnaməsi ilə icbari qaydada sığortalanmış “BMW” markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Vaz 21114” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymiş, həmçinin X10 və X1 zərər dəymişdir. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki,Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddəsində (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmuşdur. Tərtib olunmuş qüsur aktında göstərilmişdir ki, “Vaz 21114” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 3250 manat təşkil edir. Baş vermiş hadisə üzrə “Vaz 21114” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri və X10 və X1 dəymiş zərər üzrə "xxxx" ASC tərəfindən PXA66889, PXA677787 və PXA68136 saylı sığorta aktları tərtib edilməklə ümumilikdə 5500 manat sığorta ödənişləri ödənilmişdir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar PXA********** nömrəli, xx.xx.2020-ci il tarixli icbari sığorta müqaviləsindən çıxarışdan müəyyən olunur ki, buraxılış ili 1994-cü il olan “BMW 320” minik markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2020 – xx.xx.2021-ci il tarixləri arasında (sığorta müddətində) əmlaka vurulan zərərə görə 5000 manat məbləğində (sağlamlığa vurulan zərərə görə - 1 şəxs üçün 5000 manat, 1 hadisə üçün 50000 manat) icbari qaydada sığortalanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X9” X15 tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 735 nömrəli ekspert rəyindən (canlı şəxsin ekspertizası) müəyyən olunur ki, 1972-ci il təvəllüdlü X3 məhkəmə-tibbi ekspertizasına, tibbi sənəddə qeyd olunanlara əsasən, qərarda göstərilən məlumatlar nəzərə alınaraq və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinmişdir - M.Ə.Söylətinin bədən səthində aşkar edilmiş xəsarətlər – sol bazu sümüyünün cərrahi boynunun sınığı, sol budun qançırı bərk küt əşya(lar)ın təsirindən törənmişlər, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X9” X15 tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 768 nömrəli ekspert rəyindən (canlı şəxsin ekspertizası) müəyyən olunur ki, 1996-cı il təvəllüdlü X4 məhkəmə-tibbi ekspertizasına, tibbi sənəddə qeyd olunanlara əsasən, qərarda göstərilən məlumatlar nəzərə alınaraq və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinmişdir - S.S.Mirzəyevin bədən səthində aşkar edilmiş xəsarətlər – sağ diz oynağının şişkinlik və sıyrığı, sol diz oynağının sıyrığı bərk küt əşya(lar)ın təsirindən törənmişlər, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən olunur ki, X6 və X4 yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması ilə əlaqədar Cavabdeh1 barəsində bəraətverici əsaslar olduğundan toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və sürücü Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə əsasən inzibati qaydada tənbeh tədbiri görülməsi üçün qərarın surətinin Suraxanı RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Cavabdeh1 xx.xx.2020-ci il tarixdə, saat 23:30-da Bakı şəhəri, H.Əliyev prospekti, “Buta Palace” şadlıq sarayının yaxınlığı adlanan ərazidə “BMW 320” minik markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı (əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə) törətmiş və nəticədə barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş 752 nömrəli qiymətləndirmə aktından müəyyən olunur ki, “VAZ 21114” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər (işçilik + ehtiyat hissələri) 3250 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən tərtib olunmuş PXA66889 nömrəli sığorta aktından müəyyən olunur ki, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, H.Əliyev prospekti ərazisində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “BMW 320” minik markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobilin “VAZ 21114” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması zamanı baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sonuncu nəqliyyat vasitəsinə ümumilikdə 3250 manat məbləğində zərər vurulması müəyyən edilmiş və vurulmuş zərərin əvəzi kimi həmin məbləğdə sığorta ödənişi X5 bank hesabına mədaxil edilmişdir. "xxxx" ASC tərəfindən tərtib olunmuş PXA67787 nömrəli sığorta aktından müəyyən olunur ki, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, H.Əliyev prospekti ərazisində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “BMW 320” minik markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobilin “VAZ 21114” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması zamanı baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sonuncu nəqliyyat vasitəsinin sürücüsü X2 750 manat məbləğində zərər vurulması müəyyən edilmiş və vurulmuş zərərin əvəzi kimi həmin məbləğdə sığorta ödənişi X4 bank hesabına mədaxil edilmişdir. "xxxx" ASC tərəfindən tərtib olunmuş PXA68136 nömrəli sığorta aktından müəyyən olunur ki, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, H.Əliyev prospekti ərazisində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “BMW 320” minik markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobilin “VAZ 21114” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması zamanı baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sonuncu nəqliyyat vasitəsinin sərnişi X1 1500 manat məbləğində zərər vurulması müəyyən edilmiş və vurulmuş zərərin əvəzi kimi həmin məbləğdə sığorta ödənişi X3 bank hesabına mədaxil edilmişdir. xx.xx.2021-ci il tarixli kart hesabından çıxarışdan müəyyən olunur ki, "xxxx" ASC tərəfindən 750 manat məbləğində sığorta ödənişi X4 bank hesabına (İBAN nömrəsi – AZ65HAJC********************) mədaxil edilmişdir. xx.xx.2021-ci il tarixli kart hesabından çıxarışdan müəyyən olunur ki, "xxxx" ASC tərəfindən 1500 manat məbləğində sığorta ödənişi X3 bank hesabına (İBAN nömrəsi – AZ94HAJC********************) mədaxil edilmişdir. xx.xx.2021-ci il tarixli kart hesabından çıxarışdan müəyyən olunur ki, "xxxx" ASC tərəfindən 3250 manat məbləğində sığorta ödənişi X5 bank hesabına (İBAN nömrəsi – AZ92HAJC********************) mədaxil edilmişdir. xx.xx.2020-ci il tarixli, xx/xx-1176 nömrəli xəbərdarlıqdan müəyyən olunur ki, Cavabdeh1 subroqasiya qaydasında ödənilmiş 5500 manat məbləğində pul vəsaitinin 7 (yeddi) iş günü müddətində iddiaçıya ödənilməli olması bildirilmiş, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş cavab məktubundan müəyyən olunur ki, “BMW 320” minik markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019cu il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmış, xx.xx.2020-ci il tarixdə alğı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir. xx.xx.2025-ci il tarixli, **********57 nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 75 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 925.3. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 13. Sığorta hadisəsi. 13.2. . Bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. 13.4. Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq icbari sığorta şəhadətnaməsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. Maddə 23. Sığortaçının hüquq və vəzifələri. 23.1. Sığortaçının aşağıdakı hüquqları vardır: 23.1.6. sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək; Maddə 25. İcbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları. 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi Məhkəmə işin faktiki hallarını və iş materiallarını araşdıraraq, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 məxsus, Cavabdeh1 tərəfindən etibarnamə olmadan idarə olunan “BMW 320” minik markalı, **-SM- *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə “VAZ 21114” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə xx.xx.2020-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Həmin hadisə ilə bağlı xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuşdur. Qeyd olunan qərara əsasən, yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh1 təqsirli bilinmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində inzibati cərimə növündə inzibati tənbəh tədbiri tətbiq edilmişdir. "xxxx" ASC tərəfindən “VAZ 21114” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 3250 manat məbləğində hesablanmış, hadisə nəticəsində yararsız vəziyyətə düşmüş nəqliyyat vasitəsinin sahibi X7 müvafiq sığorta ödənişi edilmişdir. Həmçinin, xx.xx.2020-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində “VAZ 21114” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X10 və sərnişin X8 müəyyən dərəcəli bədən xəsarətləri almışlar. Bu xəsarətlərin dərəcəsi iş materiallarına əlavə edilmiş ekspert rəyləri ilə aşağıdakı qaydada təyin edilmişdir - M.Ə.Söylətinin bədən səthində aşkar edilmiş xəsarətlər – sol bazu sümüyünün cərrahi boynunun sınığı, sol budun qançırı bərk küt əşya(lar)ın təsirindən törənmişlər, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir (xx.xx.2020-ci il tarixli, 735 nömrəli ekspert rəyi); S.S.Mirzəyevin bədən səthində aşkar edilmiş xəsarətlər – sağ diz oynağının şişkinlik və sıyrığı, sol diz oynağının sıyrığı bərk küt əşya(lar)ın təsirindən törənmişlər, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir (xx.xx.2020-ci il tarixli, 768 nömrəli ekspert rəyi). xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yararsız vəziyyətə düşmüş “VAZ 21114” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən savayı, yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına zərər vurulmuş şəxslərə (Sahil Mirzəyevə 750 manat, Sövləti Mənijəyə 1500 manat) iddiaçı tərəfindən ümumilikdə 2250 manat məbləğində sığorta ödənişi edilmişdir. Belə olan halda, Cavabdeh1 təqsirli hərəkətləri nəticəsində baş vermiş sığorta hadisəsinə görə faydalanan şəxslərə sığorta ödənişi edən iddiaçı ödədiyi sığorta ödənişi məbləğini ona dəymiş zərərə görə məsuliyyət daşıyan cavabdehdən subroqasiya qaydasında tələb etmək hüququ eldə etmişdir. Məhkəmə iddia tələbini Cavabdeh2 münasibətdə əsaslı hesab etməyərək qeyd edir ki, iş materialları ilə sığorta hadisəsi baş verən zaman “BMW 320” minik markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh2 olsa da, hadisə baş verdiyi anda avtomobili digər Cavabdeh1 idarə etmişdir. Hadisənin baş verməsində və vururlan ziyanın məbləğində mülkiyyətçinin təqsirli və ya təqsirsiz hərəkətlərinin olması iş materialları ilə öz təsdiqini tapmır. İş materialları ilə Cavabdeh1 təqsirli hərəkətləri nəticəsində sığorta hadisəsi zamanı digər şəxslərə zərərin dəyməsi, iddiaçının dəymiş zərəri ödəyərək Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən tələbetmə hüququnu əldə etməsi müəyyən olunur. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş cavab məktubundan müəyyən olunur ki, “BMW 320” minik markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019cu il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmış, xx.xx.2020-ci il tarixdə alğı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir. Subroqasiya qaydasında pul tələbinin yaranmasına əsas təşkil edən yol-nəqliyyat hadisəsinin baş verdiyi tarixdə, yəni xx.xx.2020-ci il tarixdə nəqliyyat vasitəsi Cavabdeh2 mülkiyyətində olsa da, faktiki olaraq Cavabdeh1 istifadəsində olmuşdur. Habelə, Cavabdeh1 “BMW 320” minik markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə istifadəsi qanuni əsaslarla mövcud olmamış, sonuncu nəqliyyat vasitəsini etibarnamə olmadan (ona verilmiş etibarnamə müddəti keçdikdən sonra) idarə edərək yolnəqliyyat hadisəsi törətmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinə müvafiq olaraq, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından Cavabdeh1 həmin avtomobili mülkiyyətçinin, yəni Cavabdeh2 razılığı olmadan, onun iradəsinə zidd şəkildə idarə etməsi müəyyən olunmur. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş cavab məktubu və ona əlavə edilmiş sənədlərlə də müəyyən edilmişdir ki, “BMW 320” minik markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini istifadə etmək hüququ xx.xx.2020 – xx.xx.2020-ci il tarixləri arasında Cavabdeh1 etibar edilmişdir. Yuxarıda qeyd edilmiş qanunvericilik normalarından göründüyü kimi sığortaçının subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Bununla belə nəzərə alınmalıdır ki, istənilən növ mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə zərərvuranın hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və zərərvuranın təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Məhkəmə qeyd edir ki, Cavabdeh1 törətdiyi inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edildiyindən və bu qərarı mübahisələndirmədiyindən (bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən) məhkəmə yol-nəqliyyat hadisənin məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verməsi və onun təqsiri ucbatından iddiaçı "xxxx" ASC tərəfindən sığortalanmış avtomobilə və həmin avtomobildə əyləşən şəxslərə zərər dəymiş olması nəticəsinə gəlir. Məhkəmə hesab edir ki, Cavabdeh1 baş vermiş hadisə ilə əlaqədar təqsirliliyi barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarla və işdə olan digər sübutlarla təsdiq edilmişdir. Bununla da iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirilir. Belə ki, iddia tələbinin hüquqi əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddiaçı tərəfindən 75 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə uyğun olmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən 75 manat məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, mülki iş üzrə tədqiq olunmuş sübutlar məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 5500 manat məbləğində pul vəsaiti və ödənilmiş 75 manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 5500 (beş min beş yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş 75 (yetmiş beş) manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №e-2(010)-1853/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1853/2025
17.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver