Məhkəmə qərarları › İş №e-2(010)-192/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-192/2023

25.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-192/2023 25.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDI: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 7075 (yeddi min yetmiş beş) manat və ödənilmiş dövlət rüsumuna görə 80,75 (səksən manat yetmiş beş qəpik) manat pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində Cavabdeh2 “Renault Megane” markalı, ** RM *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, X.Şuşinski küçəsi ilə Ə.Qasımzadə küçəsi kəsişməsində "xxxx" ASC tərəfindən MVP-B 00055-19 nömrəli sığorta şəhadətnaməsi əsasında kasko sığorta növü üzrə sığortalanmış “Hyundai Accent” markalı, ** UD *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sığortalı avtomobilə maddi ziyan vurmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Hyundai Accent” markalı, ** UD *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəyən zərərə görə 250 (iki yüz əli) manat azadolma məbləği çıxılaraq 11825 (on bir min səkkiz yüz iyirmi beş ) manat sığorta ödənişi həyata keçirilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi üzrə Bakı şəhər DYPİ-nin İnzibati tənbeh vermə haqqında TP ******* saylı qərarına əsasən cavabdeh Əliyev X3 Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Cavabdehin sığortası olması səbəbindən "xxxx" ASC tərəfindən subroqasiya tələbi ilə bağlı 4750 manat sığorta ödənişi edilmiş, qalıq qalan 7075 manat isə Cavabdeh2 tərəfindən ödənilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbi ilə razı olmadığını bildirdi və ziyan məbləğinin düzgün hesablanmadığını və ona görə də, ziyanın yenidən hesablanmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbini məhkəməyə bildirməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə istinad edərək işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfləri dinləyib, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - AD 511759 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin sürətindən görünür ki, “Renault Megane” markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 məxsusdur. - ƏN-V 571658 nömrəli etibarnamənin surətindən görünür ki, Cavabdeh1 tərəfindən Cavabdeh2 “Renault Megane” markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyəti verilmişdir. Etibarnamənin qüvvədə olma müddəti xx.xx.2017-ci il tarixdən xx.xx.2027-ci il tarixədək müəyyən edilmişdir. - xx.xx.2019-cu il tarixli, MVP-B 00055-19 nömrəli “Sığorta Şəhadətnamə”sinin təsdiq edilmiş surətindən görünür ki, sığortalı X5 məxsus “Hyundai Accent” markalı, **-UD- *** dövlət qeydiyyat nişanlı avtomobil sığortaçı "xxxx" ASC tərəfindən 3 il müddətinə xx.xx.2022-ci il tarixədək “Kasko Sığorta” növündə sığortalanmışdır və sığorta dəyəri 25.800 manat müəyyən edilmişdir. - xx.xx.2021-ci il tarixli “İnzibati Tənbehvermə haqqında Qərar”ın surətindən görünür ki, Cavabdeh2 AR İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. - xx.xx.2021-ci il tarixli, 2786/21 nömrəli qiymətləndirmə aktından görünür ki, “Hyundai Accent” markalı, ** UD *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmir-bərpa xərcləri ümumilikdə 12.075 manat məbləğində qiymətləndirilmişdir. - xx.xx.2021-ci il tarixli, MVP0144/21 saylı işə dair Sığorta aktından görünür ki, X5 məxsus “Hyundai Accent” markalı, ** UD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ümumi zərərin həcmi 12.075 manat, azadolma məbləği isə 250 manat olaraq müəyyən edilmişdir. - xx.xx.2021-ci il tarixli, 2262 nömrəli Ödəniş tapşırığının təsdiq edilmiş surətindən görünür ki, X2 hesabına "xxxx" ASC tərəfindən 11.825 manat pul vəsaiti köçürülmüşdür. - İş materiallarından görünür ki, "xxxx" ASC-yə məxsus ******* saylı Müştəri hesabına 4750 manat pul vəsaiti köçürülmüşdür. - xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh2 qalıq pul vəsaitini – 7075 manat pul məbləğini 10 iş günü müddətində ödənilməsi barədə xəbərdarlıq edilmişdir. - AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/7590 nömrəli ekspert rəyindən görünür ki, “Hyundai Accent” markalı, ** UD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ümumi zərərin həcmi 11.303 manat olaraq müəyyən edilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, X5 məxsus “Hyundai Accent” markalı, ** UD *** dövlət qeydiyyat nişanlı avtomobillə Cavabdeh1 məxsus və etibarnamə əsasında Cavabdeh2 tərəfindən idarə edilən “Renault Megane” markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş və baş vermiş yol-nəqliyyat hadisəsində sonuncunun - təqsirli olduğu müəyyən edilmişdir. X5 məxsus “Hyundai Accent” markalı, ** UD *** dövlət qeydiyyat nişanlı avtomobil sığortaçı "xxxx" ASC tərəfindən “Kasko sığorta” növündə sığortalandığından həmin avtomobilə dəymiş 11.825 (250 manat azadolma məbləği müəyyən edilmişdir) manat ziyan məbləği Qala Sığorta” ASC tərəfindən X2 hesabına köçürülmüşdür. Cavabdeh1 məxsus və etibarnamə əsasında Cavabdeh2 tərəfindən idarə edilən “Renault Megane” markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobil isə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”növü üzrə sığortalı olduğundan "xxxx" ASC tərəfindən Qala Sığorta” ASCnə 4750 manat pul ödənilmişdir. Hazırda iddiaçı qalıq qalmış pul məbləğinin – 7075 manat pul vəsaitinin cavabdehlər tərəfindən ödənilməsini tələb edir. Cavabdeh2 isə iddia tələbini qəbul etməyərək məbləğin həddən artıq şişirdilmiş olduğunu qeyd edir. Məhkəmə qeyd edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə qismən əsaslıdır. Belə ki, Mülki Məcəllənin 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Sığorta haqqında” Azərbaycan Respublikası qanununun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qanunun tələbindən göründüyü kimi, iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Belə ki, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, Cavabdeh2 yol nəqliyyat hadisəsinin törədilməsində təqsirli olmuşdur. Məhkəmə iddia tələbini digər Cavabdeh1 münasibətdə əsaslı hesab etmir. Belə ki, iş materiallarından görünür ki, “Renault Megane” markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 məxsusdur və o, avtomobili idarə etmək üçün etibarnamə əsasında Cavabdeh2 vermişdir. Məhkəmə qeyd edir ki, subroqasiya hüququnu tənzimləyən yuxarıda qeyd edilmiş maddi normaların tələblərindən göründüyü kimi, subroqaqsiya hüququnun yaranmasının əsas şərti zərərvuranın təqsirli hərəkətlərinin olmasıdır. Yəni, geriyə tələb hüququ məhz şəxsin təqsirli hərəkətinə görə yaranır. Bu qəbildən çıxış edərək məhkəmə qeyd edir ki, hazırkı işdə Cavabdeh2 təqsirinin olması iş materialları ilə sübut edilsə də, lakin digər Cavabdeh1 qəzada hərəkət və ya hərəkətsizliyi müəyyən edilmir. Çünki, Cavabdeh1 qəza törədilən avtomobili qanuni əsasla digər Cavabdeh2 vermişdir və ona görə də, avtomobilə görə məsuliyyəti Cavabdeh1 daşıya bilməzdi. Məhkəmə onu da qeyd edir ki, iş materiallarında olan ekspert rəyindən göründüyü kimi, “Hyundai Accent” markalı, ** UD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ümumi zərərin həcmi 11.303 manat olaraq müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini sübut kimi qəbul edərək ona tənqidi yanaşılması üçün əsas görmür. İş materiallarından göründüyü kimi "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin hesabına 4750 manat sığorta ödənişi ödənilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçıya ödənilən 4750 manat sığorta məbləği 11.303 manat ümumi ziyan məbləğindən çıxılmalı və yerdə qalan 6553 manat ziyan məbləği Cavabdeh2 iddiaçı Qala Sığorta” ASC-nin hesabına tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 90.75 manat dövlət rüsumunun 85.53 manat hissəsi cavabdeh Əlı̇ yev Elşən Möhlət oğlundan tutularaq iddiaçıya ödənilməli və iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 100 manat pul vəsaiti cavabdeh Əlı̇ yev Elşən Möhlət oğlundan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Əlı̇ yev Elşən Möhlət oğlundan 6553 (altı min beş yüz əlli üç) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilsin. İş üzrə ödənilmiş 90.75 manat dövlət rüsumunun 85.53 manat hissəsi cavabdeh Əlı̇ yev Elşən Möhlət oğlundan tutularaq iddiaçıya ödənilsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 100 manat pul vəsaiti cavabdeh Əlı̇ yev Elşən Möhlət oğlundan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar