Məhkəmə qərarları › İş №e-2(010)-197/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-197/2025

15.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-197/2025 15.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi.

1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1649 manat pul vəsaitinin və 36,49 manat məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixli PAZ********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə İddiaçı ASC-də sığortalanmış Cavabdeh tərəfindən idarə edilən “TOFASH ŞAHİN” minik markalı **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2017-ci il tarixində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ərazisində **-VV-*** dövlət qeydiyyat nişanlı “Nissan X-Trail” markalı avtomobili və **-RO-*** dövlət qeydiyyat nişanlı VAZ 21150 markalı avtomobili ilə toqquşmuşdur. Baş vermiş hadisə ilə bağlı Bakı şəhəri DYPİ inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü (cavabdeh) Cavabdeh barəsində AR İXM-nin 327.6-cı və 327.1-cı maddələri ilə xx.xx.2017-ci il tarixli protokol yazılmış və AR İXM-nin 327.6-cı və 327.1-cı maddələri ilə qərar qəbul edilmişdir. “Nissan X-Trail” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 845 manat ödənişi verilmişdir. VAZ 21150 markalı, **-RO- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 804 manat ödənişi verilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş hadisə zamanı sürücü hadisə yerindən yayınmış olduqda sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

Tərəflərin izahatları.

3. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Şəfahət Xudiyev ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinə onun iştirakı olmadan baxaraq tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada Cavabdeh məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir.

İş materialları.

5. xx.xx.2017-ci il tarixli sığorta aktından görünür ki, "xxxx" ASC tərəfindən “TOFASH ŞAHİN” minik markalı **-TR-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini xx.xx.2017-ci ildən xx.xx.2018-ci il tarixədək 5000.00 manata sığortalamışdır. xx.xx.2017ci il tarixdə Bakı şəhəri, Nizami rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində VAZ 21150 markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 804 manat məbləğində zərər dəymişdir.

6. xx.xx.2017-ci il tarixli sığorta aktından görünür ki, "xxxx" ASC tərəfindən “TOFASH ŞAHİN” minik markalı **-TR-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini xx.xx.2017-ci ildən xx.xx.2018-ci il tarixədək 5000.00 manata sığortalamışdır. xx.xx.2017ci il tarixdə Bakı şəhəri, Nizami rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Nissan X-Trail” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 845 manat məbləğində zərər dəymişdir.

7. Dəymiş zərərin hesabatından görünür ki, xx.xx.2017-ci il tarixdə VAZ 21150 markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 804 manat məbləğində ziyan dəyməsi müəyyən olunmuşdur.

8. Dəymiş zərərin hesabatından görünür ki, xx.xx.2017-ci il tarixdə “Nissan X-Trail” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 845 manat məbləğində ziyan dəyməsi müəyyən olunmuşdur.

9. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, Cavabdeh tərəfindən idarə edilən “TOFASH ŞAHİN” minik markalı **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsi ilə xx.xx.2017-ci il tarixdə saat 15:00-da Babək prospektində yol-nəqliyyat hadisəsi baş vermişdir.

10. TYP 034957 saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh Babək prospektində hərəkət edərəkən manevr qaydasını pozmuş və solunda hərəkət edən zaman solunda hərəkət edən VAZ 21150 markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və toqquşma nəticəsində zərbədən o da solunda hərəkət edən “Nissan X-Trail” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə çırpılmış və sürücü hadisə yerindən yayınmışdır. Cavabdeh barəsində Azərbaycan Respublikasının İXM-nin 327.6-ci və 327-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunmuşdur.

11. xx.xx.2017-ci il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, İddiaçı ASC tərəfindən X3 hesabına 804 manat və xx.xx.2017-ci ildə X1 hesabına 845 manat köçürülmüşdür.

12. Mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəməyə iddia verilməsi üçün 36.49 manat dövlət rüsumu, 0,40 manat bank xidmət haqqı tutulmuşdur.

İşin faktiki halları.

13. “TOFASH ŞAHİN” minik markalı **-TR-*** dovlət qeydiyyat nişanlı avtomobil "xxxx" Sığorta Şirkəti ASC tərəfindən minik avtomobillərinin icbari sığortası şəhadətnaməsinə əsasən xx.xx.2017-ci ildən xx.xx.2018-ci ilə qədər icbari sığorta növündə sığortalanmışdır.

14. Cavabdeh “TOFASH ŞAHİN” minik markalı **-TR-*** dovlət qeydiyyat nişanlı avtomobillə Babək prospektində hərəkət edərkən manevr qaydasını pozmuş və solunda hərəkət edən VAZ 21150 markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və toqquşma nəticəsində zərbədən o da solunda hərəkət edən “Nissan X- Trail” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə çırpılmış və sürücü hadisə yerindən yayınmışdır. Cavabdeh barəsində Azərbaycan Respublikasının İXM-nin 327.6-ci və 327-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunmuş, onun hadisə ilə bağlı izahatı alınaraq protokolla tanış edilmişdir.

15. Yol-nəqliyyat hadisəsi nəticəsində VAZ 21150 markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 804 manat və “Nissan X-Trail” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 845 manat maddi zərər vurulmuşdur. İddiaçı ASC tərəfindən dəymiş zərərin əvəzi X3 hesabına 804 manat və X1 hesabına 845 manat köçürülmüşdür.

Tətbiq edilən hüquq.

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 883. Sığorta və təkrarsığorta müqaviləsi. 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 936. Subroqasiya hüququ. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

17. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 23. Sığortaçının hüquq və vəzifələri. 23.1. Sığortaçının aşağıdakı hüquqları vardır: 23.1.6. sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək. Maddə 63. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə subroqasiya hüququ. 63.1.Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.

18. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı.

Qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir... Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. O da nəzərə alınmalıdır ki, zərər yüksək təhlükə mənbəyinin fəaliyyəti zamanı məhz onun təhlükəli xüsusiyyətlərindən irəli gələrək baş vermiş olmalıdır. Beləliklə, ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini ödəməyə borcludur.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

20. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi.

Məhkəmənin mövqeyi.

21. İşin faktiki hallarından görünür ki, “TOFASH ŞAHİN” minik markalı **-TR-*** dovlət qeydiyyat nişanlı avtomobil "xxxx" Sığorta Şirkəti ASC tərəfindən minik avtomobillərinin icbari sığortası şəhadətnaməsinə əsasən xx.xx.2017-ci ildən xx.xx.2018ci ilə qədər icbari sığorta növündə sığortalanmışdır. Cavabdeh “TOFASH ŞAHİN” minik markalı **-TR-*** dovlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2017-ci ildə Babək prospektində hərəkət edərkən manevr qaydasını pozmuş və solunda hərəkət edən VAZ 21150 markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və toqquşma nəticəsində zərbədən o da solunda hərəkət edən “Nissan X-Trail” markalı, **- VV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə çırpılmış və sürücü hadisə yerindən yayınmışdır. Cavabdeh barəsində Azərbaycan Respublikasının İXM-nin 327.6-ci və 327-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunmuş, onun hadisə ilə bağlı izahatı alınaraq protokolla tanış edilmişdir.

22. Cavabdeh “TOFASH ŞAHİN” minik markalı **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə nəticəsində VAZ 21150 markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 804 manat və “Nissan X-Trail” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 845 manat maddi zərər vurulmuşdur. İddiaçı ASC tərəfindən dəymiş zərərin əvəzi X3 hesabına 804 manat və X1 hesabına 845 manat köçürülmüşdür.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda (§ 18) istinad edilmiş qərarında qeyd edilir ki, qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir... Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir.

24. Məhkəmə hesab edir ki, şəxsin hadisə yerindən yayınması iş materiallarında öz əksini tapmış, belə ki, cavabdeh hadisə yerindən yayınması barədə öz izahatını vermiş, onun barəsində tərtib olunmuş protokola dair hər hansı etirazı və iradı olmamışdır. Hazırkı iş üzrə Cavabdeh yüksək təhlükə mənbəyi (avtomobil) üzərində sahibliyinin hüquqi əsası olmuşdur. Bundan əlavə hadisə yerindən yayınma sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququnu yaradır. Bu səbəbdən iddiaçı "xxxx" Sığorta Şirkəti ASC yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkənlərə ödədiyi 1649 manat məbləğində sığorta ödənişini zərər vuran və hadisə yerindən yayınan avtomobilin sahibi Cavabdeh tələb etməkdə haqlı olmuşdur.

Məhkəmə xərcləri.

25. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 36,49 manat məbləğində dövlət rüsumu ödəmişdir. Hansı ki, bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən iddia qiyməti 1.000-10 000 manatadək olduqda ödənilməli olan dövlət rüsumu məbləğinə uyğun olmuşdur.

26. Məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq ödənilmiş 36,49 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

27. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1649 manat pul vəsaiti və 36,49 manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" Sığorta Şirkəti ASC-nin hesabına ödənilməlidir.

28. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh 1649 (bir min altı yüz qırx doqquz) manat pul vəsaiti və 36,49 (otuz altı manat, qırx doqquz qəpik) manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar