Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-203/2023 09.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh və Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiаçı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 203882.36 ABŞ dollarının ödəniş gününə manat məzənnəsinə uyğun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “İş üzrə Cavabdeh uşaqlıqdan tanımış, uşaqlıq illərindən bir məhəllədə yaşamış, qonşu kimi münasibətlərimiz olmuş və son dövrə kimi, yəni mənim pulumu qaytarmaqdan imtina edənə kimi münasibətlərimiz yaxşı olmuşdur. 2020-ci ilin fevral ayında digər tanışım X17 mənimlə görüşərək bildirmişdir ki, Cavabdehla bir müddətdir ki, mebel işində işləyirlər və mənim də müvafiq pul qoyub qazanc əldə edəcəyimi bildirmişdir. Daha sonra mən bu barədə Cavabdehla görüşərək söhbət etmiş, Cavabdeh mənə həqiqətən qayınatasının müvafiq tenderdə qalib gəldiyini və hazırda mebel işinə külli miqdarda pul yatırdıqlarını, mənim də pul qoyacağım halda qazanc əldə edəcəyimi bildirdi. Cavabdeh ilk dəfə 2020-ci ilin fevral ayında sonuncuya məxsus “Lexsus GS 300” markalı avtomobildə nağd qaydada sellofan bağlamada 60000 ABŞ dolları vermiş, həmin vaxt Elçin Qasımov da orada olmuş, eləcə də həmin pul vəsaitini vermək üçün gedərkən Samir İbrahimov da orada olmuşdur. Bundan əlavə 2020ci ilin may ayında Cavabdeh məxsus yeni alınmış Yasamal rayonu, Elmlər Akademiyası metrostansiyası yaxınlığında 70000 ABŞ dollarını Samir İbrahimov, Elçin Qasımov və Namiq Abdullayevin yanında vermiş, sonuncu dəfə isə 2020-ci ilin iyul ayında Sübhana “X33” markalı avtomobilin salonunda 118000 ABŞ dolları pulu nağd şəkildə vermiş, sonuncu isə mənə müxtəlif vaxtlarda ümumilikdə 75000 manat, dollar məzənnəsi ilə 44117.64 ABŞ dolları pul qaytarmışdır. Hazırda Cavabdeh mənə 203882.36 ABŞ dolları borcu qalmışdır. Lakin dəfələrlə tələb etməyimə baxmayaraq cavabdeh öhdəliklərinə əməl etməyərək şərtləri pozmuşdur. Nəticədə məcbur qalıb şikayət etmişəm və Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarda göstərdiyim vəsaiti cavabdehə verməyim öz təsdiqini tapmışdır. Qərarda məsələnin mahiyyət etibarilə məhkəməyə aid olması səbəbindən mülki icraat qaydasında məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Yasamal RPŞ-yə xx.xx.2020-ci ildə eyni məzmunlu şikayət ərizəsi verərək Cavabdeh məni və başqalarını aldatdığını, pulu qaytarmaqdan imtina etdiyini, buna görə məsuliyyətə cəlb edilməsini xahiş etmişdim. Yasamal RPŞ-nin xx.xx.2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, Cavabdeh mənə və başqalarına qarşı pul vəsaiti alaraq eyni hərəkətləri etmiş, zərərin bir hissəsini ödədiyinə görə cinayət məsuliyyətindən yayına bilmişdir. Ona görə də məcbur qalıb hazırkı iddia ilə məhkəməyə müraciət etmişəm”.
İddia müddətinin tətbiq edilməsinə dair.
3. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki: “Hazırkı mülki iş üzrə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən Cavabdeh 203882.36 ABŞ dollarının ödəniş gününə manata olan məzənnə ilə tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, guya o, 2020-ci ilin fevral ayında Cavabdeh 60000 ABŞ dolları, may ayında 70000 ABŞ dolları, iyul ayında 118000 ABŞ dolları pul vermiş, guya Cavabdeh da ona müxtəlif vaxtlarda ümumilikdə 750000 manat, dollar məzənnəsi ilə 44117.64 ABŞ dolları pul qaytarmış, guya hazırda Cavabdeh ona 203882.36 ABŞ dollar borcu qalmışdır. İş üzrə Cavabdeh həm hazırkı mülki iş üzrə məhkəmənin xx.xx.2022-ci il tarixdə keçirilmiş hazırlıq iclasında, habelə buna qədər də, o cümlədən iddiaçının etdiyi əsassız şikayətlər üzrə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində, daha sonra Yasamal RPİ-də, daha sonra Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsində aparılmış araşdırmalar zamanı verdiyi izahatlarında da bildirmişdir ki, o, İddiaçı heç vaxt birbaşa hər hansı məbləğdə pul almamış, X17 adlı şəxsdən müxtəlif vaxtlarda 45000 manat, 30000 manat, 90000 manat, beləliklə cəmi 165000 manat faizə pul götürmüş, həmin pulu faizləri ilə birlikdə Elçin Qasımova qaytarmış, nəticədə Elçin Qasımovdan faizə götürdüyü pulun əvəzində Elçin Qasımova əlavə olaraq 86000 manat pul qaytarmaqla ona ümumilikdə 251000 manat pul qaytarmış, sonradan qayınatası mərhum X1 Qasımovdan alınmış eyni borca görə əlavə olaraq İddiaçı atası X10 50000 manat pul qaytarmış, bu səbəbdən onun Elçin Qasımova hazırda hər hansı məbləğdə nə əsas, nə də faiz borcu qalmamış, lakin Elçin Qasımov və İddiaçı ondan Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət etdikləri ərəfələrdə bildirmişdir ki, İddiaçı deməsinə görə Elçin Qasımovun ona faizə verdiyi 165000 manat pul X27 Məmmədlidən faizə götürüb üstünə özünün də faizini də əlavə edərək ona verdiyi pul imiş. Beləliklə, baxmayaraq ki, Cavabdeh Elçin Qasımovdan faizə götürdüyü 165000 manat pulu artıqlaması ilə Elçin Qasımova qaytarmışdır, İddiaçı isə birbaşa heç vaxt hər hansı məbləğdə pul almamışdır, hazırda İddiaçı qanunsuz və əsassız olaraq Cavabdeh 203882.36 ABŞ dollarının ödəniş günü manata olan məzənnə ilə tutularaq ona ödənilməsini məhkəmədən xahiş edir. Məhkəmənin nəzərinə çatdırırıq ki, iddia ərizəsinə qarşı geniş məzmunda etirazımızı məhkəməyə təqdim edəcəyik. Lakin iddia tələbi təkcə əsassız deyil, həm də belə bir tələbin irəli sürülməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddətin ötürülməsi ilə də verildiyindən hesab edirik, iddia tələbi təkcə əsassızlığına görə deyil, həm də mübahisə ilə bağlı ümumiyyətlə hər hansı pul tələbinin irəli sürülməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddətin ötürüldüyü əsası ilə də rədd edilməlidir. Belə ki, iddiaçı iddia edir ki, guya Cavabdeh 248000 ABŞ dolları pul vermişdir və guya Cavabdeh tərəfindən həmin puldan 44117.64 ABŞ dolları qaytarılmış, 203882.36 ABŞ dolları isə borc qalmışdır. Əvvəla, mülki işdə tərəflər arasında hər hansı məbləğdə, o cümlədən hər hansı valyutada pul vəsaitinin alınıb-verilməsinə dair hər hansı sənəd, sübut yoxdur. Məsələnin başqa tərəfidir ki, hər hansı məbləğdə pul alınıbverilməmişdir. Lakin nə qədər ki, iddiaçı qanunsuz və əsassız olsa da, iddia edir ki, guya onun tərəfindən Cavabdeh 248000 ABŞ dolları məbləğində borc pul verilmişdir və guya həmin məbləğdən 44117.64 ABŞ dolları Cavabdeh tərəfindən iddiaçıya qaytarılmışdır, bu halda iddiaçı bu halların baş vermiş olduğunu sübut etməli, bunun üçün isə mütləq tərəflər arasında yazılı formada bağlanmış borc müqaviləsini təqdim etməlidir. Mülki işdən və iddia tələbinin əsaslandırılmasından görünür ki, belə bir müqavilə yoxdur və olmamışdır. Göründüyü kimi hazırkı iddia tələbi təkcə əsassızlığına görə deyil, həm də hətta bir anlığa ehtimal etsək ki, tərəflər arasında əhəmiyyətsiz də olsa, hansısa əqd olmuşdur, bu halda belə iddianın irəli sürülməsi üçün qanunvericliklə nəzərdə tutulmuş müddət ötürülmüş olur. Odur ki, qeyd olunanları nəzərə alıb İddiaçı Cavabdeh qarşı Cavabdeh 203882.36 ABŞ dollarının ödəniş gününə manata olan məzənnə ilə tutularaq İddiaçı ödənilməsinə dair iddia ərizəsinin əsassız olması ilə bərabər, həm də iddia müddətinin tətbiq edilməsi ilə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edirəm”.
Tərəflərin izahatları.
4. Məhkəmə iclasında İddiaçı iddanı müdafiə edərək bildirdi ki, Cavabdeh uşaqlıqdan tanıyır. Sübhan xaricdən mebel gətirib bizneslə məşğul olmaq adı ilə ondan birinci dəfə 60000 ABŞ dolları almış və buna görə ona 13 min manat qazanc vermişdir. Sübhana verdiyi 60000 ABŞ dollarını Qəbələ rayonunda olan evlərini satıb vermişlər. Bundan təxminən iki ay sonra isə Sübhana 70000 ABŞ dolları pul vermişdir. Həmin 70000 ABŞ dolları atasının dostunun pulu olmuşdur. Belə ki, həmin şəxs atasının Moskva şəhərində yaşayan dostu olmuş, Sübhan ondan biznesə görə pul istəyəndə o, bu barədə atasına demiş, atası dostundan pul istəmiş, həmin şəxs isə Moskvadan atasına 70000 ABŞ dolları pul göndərmişdir. Bundan bir ay yarım sonra - üçüncü dəfə Sübhana 118000 ABŞ dolları məbləğində pul vermişlər. Həmin pulun mənbəyini dəqiq bilmir. Sübhanla razılıqları belə olmuşdur ki, Sübhan ona 45 gündən bir qazanc verməli idi. Lakin cavabdeh pulları qaytarmaqdan imtina etmişdir. O da məcbur olub hüquq mühafizə orqanlarına müraciət etmişdir. Cavabdehin bildirdiyindən fərqli olaraq o, pulu ona faizə deyil, qazanc əldə etmək üçün vermişdir. Belə ki, cavabdeh ona demişdir ki, qayınatası mebel satışı ilə məşğuldur və işin bir qolunu ona ayırmışdır. O da buna inanıb qazanc əldə etmək üçün pulları Sübhana vermişdir. Sübhan həmişə ona demişdir ki, iş görür və pulu da işə görə istəyir, həmçinin demişdir ki, nə vaxt istəsə gəlib verdiyi əsas borcu götürə bilər. Cavabdehlə yekun razılıqları belə olmuşdur ki, cavabdeh ondan aldığı 60000, 70000 və 118000 ABŞ dolları üçün hər birinə ayrı-ayrılıqda 15000 manat qazanc verməli idi. Həmçinin sonuncu dəfə ona 118000 ABŞ dollarını verəndə demişdir ki, bunu qısa müddətdə qaytaracaq. O, pulları Sübhana verəndə həmişə Elçin yanlarında olmuş, Elçinlə Sübhanı eyni vaxtda görmüşdür. Sübhanla həm birbaşa, həm də Elçin vasitəsilə əlaqəsi olmuş, ona etibar edib bu qədər pul vermişdir. Cavabdehin iddia etdiyindən fərqli olaraq onunla aralarında hələ prokurorluğa və polisə müraciət etməzdən əvvəl bu borcla bağlı danışıqlar, yazışmalar olmuşdur. O, bu yazışmaların ekran görüntüsünü çəkərək vəkilinə atmışdır, lakin hazırda telefonunda həmin yazışmalar yoxdur. O, Sübhanı uşaqlıqdan tanıyır və ona “kələ” deyə müraciət edir, hansı ki, yazışmadan da bu görünür. Ola bilsin ki, müstəntiq tərəfindən onun izahatı bu hissədə düzgün yazılmamışdır, çünki o, bütün izahatlarında Sübhanla uşaqlıqdan tanış olduğunu demişdir. Lakin bu pul mübahisəsinə görə Sübhanla münasibətləri korlanmış, o da Sübhana zəng edərək onunla görüşmüş və orada Sübhanın səsini yazmışdır. Bununla belə şahid Tamerlanın dediyindən fərqli olaraq onlar arasında heç vaxt bıçaqlı dava olmamış, belə bir hadisə baş verməmişdir. Onlar arasında yeganə mübahisə pulla bağlıdır. Belə ki, Cavabdeh onu aldatmış, aldığı pulu qaytarmamışdır. Bu səbəbdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddianı müdafiə edərək əlavə etdi ki, məhkəməyə təqdim etdiyi “Whatsapp” yazışmalarından görünür ki, tərəflər arasında hələ 2020-ci ilin iyul ayında pulla bağlı danışıqlar olmuşdur. Bu da özlüyündə həmin vaxtlar tərəflər arasında pulla bağlı münasibətlərin olduğunu təsdiq edir. O da qeyd edilməlidir ki, bu danışıqlar iddiaçının hüquq mühafizə orqanlarına müraciətindən əvvəl olmuşdur. Hazırda isə cavabdeh həmin nömrənin özünə məxsus olduğunu qəbul etsə də, iddiaçının hüquq mühafizə orqanlarına müraciətindən əvvəl onlar arasında heç bir danışıq olmadığını iddia edir. Halbuki həmin vaxta qədər tərəflər arasında pulla bağlı heç bir danışıq olmasa idi, təqdim edilmiş yazışmalar da olmazdı. Digər tərəfdən tərəflərin birbirilə uşaqlıqdan tanış olduğu nəzərə alınsa, “kələ” onlar üçün adi müraciət formasıdır və təhqir deyil. Hər bir halda hesab edir ki, əgər cavabdeh istintaqa qədər aralarında heç bir danışıq olmadığını iddia edirsə, bunu sübut etmək iddiaçının yox, cavabdehin üzərinə düşür. Lakin cavabdeh aldığı bütün pulu qaytardığını iddia etsə də, öz mövqeyini təsdiq edəcək heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, Sübhan X6 məhkəmə mübahisəsi gedişində birinci instansiya məhkəməsində verdiyi izahatda Elçindən 165000 manat məbləğində pul almadığını, apellyasiyada instansiyasında verdiyi izahatda aldığını, hazırda isə həmin pulun İddiaçı pulu olduğunu iddia edir. Göründüyü kimi cavabdehin eyni epizod üzrə üç fərqli izahatı var və bu hal onun ifadələrinin nə dərəcədə ziddiyyətli olmasının göstəricisidir. Eyni zamanda cavabdeh tərəf istintaqda verilən izahatların təhrif olunduğunu iddia edir. Lakin həmin izahatlar yalnız tarix və cavabdehin iddiaçıya özünü nüfuzlu iş adamı olaraq təqdim etməsi hissələrində təhrif edilmiş, əsasən alınan pullarla bağlı hissələrdə isə izahatlar düzgün yazılmışdır. Məhkəmə təcrübəsi belədir ki, mübahisə tərəflərinin istintaqda verdiyi izahatlar mülki işə baxılarkən sübut kimi qəbul olunur. Hansı ki, bu iş üzrə Cavabdeh və Elçin Qasımov arasında olan məhkəmə mübahisəsində də tərəflərin istintaqa verdiyi izahatlar apellyasiya intansiyası məhkəməsi tərəfindən sübut kimi nəzərə alınaraq bu izahatlara uyğun qətnamə çıxarılmışdır. Hazırkı iş üzrə Cavabdeh müstəntiqə verdiyi izahatlardan görünür ki, o, İddiaçı pul aldığını qəbul etmişdir. Bundan başqa iddiaçı cavabdehin səsini yazaraq məhkəməyə təqdim etmişdir ki, həmin səs yazısının 21-ci dəqiqəsində cavabdeh iddiaçıya deyir ki, “Mən sənin pulunu inkar etmirəm. Mən deyirəm ki, Elçin sənin puluna “otviçat” durub”. Bundan əlavə iddiaçı tərəfin vəsatəti əsasında dinlənilmiş şahidlərin hər biri istintaqda tərəflərin hadisələrin şahidi kimi adlarını çəkdiləri şəxslərdir. Bu baxımdan hesab edir ki, həmin şahidlərin ifadələri iş üzrə mötəbər sübut kimi qəbul edilməlidir. Bütün bu qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin əsaslandığı hallar tam sübut olunduğundan iddia əsaslıdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
6. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, o, heç vaxt iş üzrə İddiaçı birbaşa pul almamışdır. Belə ki, o, Elçin Qasımovdan hissə-hissə 165000 manat məbləğində faizə pul almış, aldığı pulu faizi ilə birlikdə artıqlaması ilə qaytarmışdır. Elçinin ona faizə verdiyi pulların əslində Nadirin pulu olduğunu sonradan bilmişdir. Belə ki, Elçin ona zəng edib verdiyi pula görə ondan təxminən 12000 manat məbləğində faiz istəyəndə həmin vaxt artıq faizi verə bilməmiş, Elçin onda demişdir ki, bu pullar Nadirin pullarıdır. O özü Nadiri məhəllə uşağı kimi tanımışdır. Nadir ilk dəfə ona zəng edib pul istəyəndə o, Elçinin verdiyi pulların əslində Nadirə məxsus olduğunu bilməmiş, bu məsələ sonradan ortaya çıxmışdır. Hətta sonradan Nadirin atası pulların Elçinə verildiyini biləndə başına vuraraq bu pulu Elçindən necə alacağını soruşmuşdur. Bundan sonra o, Nadirə zəng etmiş, məhəllədə onunla Elçini görüşə dəvət etmişdir. Elçin əvvəl görüşə gəlmək istəməmiş, lakin sonradan razılaşmışdır. Görüş vaxtı Elçinlə olan “whatsapp” yazışmalarını, ondan nə qədər alıb, nə qədər qaytardığının hamısını göstərmişdir. Həmin vaxt Nadir Elçinə demişdir ki, pulu ona vermişdir və ondan alacaq. Bundan sonra Elçin ürəyini tutaraq çıxıb getmiş, sonradan onu “lotulara” zəng elətdirib hədələmişdir. Hətta o, bununla bağlı hüquq mühafizə orqanlarına da müraciət etmişdir. İlk vaxtlar İddiaçı Elçin Qasımova verdiyi pulu elə Elçindən istəməli olduğunu bildirsə də, sonradan necəsə Nadir və Elçin ona qarşı birləşmiş, barəsində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə və Yasamal rayon Polis İdarəsinə şikayət etmişlər. Həmin vaxt verdiyi izahatları müstəntiq tərəfindən təhrif olunmuş, o, heç vaxt Nadirdən dollarla alınan puldan bəhs etməmişdir. Ümumiyyətlə, izahatların hamısını müstəntiq yazmış, onun başının üstündə durub üzərinə qışqıraraq ona izahatı məcburi imzalatmışdır. O, heç bir yerdə birbaşa Nadirdən dollarla pul aldığını deməmişdir. Bunu Nadir özü də bilir. Sadəcə olaraq Elçin onu aldatdığından və Elçindən həmin pulu ala bilməyəcəyini bildiyindən bu pulu ondan tələb edir. Əslində isə onların hamısını aldadan Elçin olmuşdur. Hesab edir ki, iddiaçının ondan pul tələb etməsi əsassızdır. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.
7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iddianı qəbul etməyərək bildirdi ki, Cavabdeh İddiaçı heç vaxt pul almamışdır. Belə ki, cavabdehin qayınatası mərhum Mehman Məmmədov “Classi Baku” mebel mağazasının sahibi kimi fəaliyyət göstərmiş, cavabdeh də bir müddət mebel alqı-satqısı ilə məşğul olmuş, bunun üçün müxtəlif şəxslərdən faizə borc pul götürmüşdür. Həmin vaxt Cavabdeh qayınatası Mehman Məmmədova məxsus mebel mağazasında elektrik işlərini görən Elçin adlı şəxsdən də faizə pul götürmüşdür. Belə ki, Elçin Qasımov müxtəlif şəxslərdən aşağı faizlə (10%) pul götürərək, Cavabdeh yuxarı faizlə (20%) vermiş, bununla da qazanc götürmüşdür. Elçin Qasımovun ona verdiyi pulların İddiaçı məxsus olduğunu isə cavabdeh çox sonradan bilmişdir. Buna baxmayaraq, İddiaçı Cavabdeh şikayətlə əvvəlcə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etmişdir. Orada cinayət işinin başlanmasının rədd olunmasına dair qərar qəbul olunduqdan sonra isə iddiaçı Yasamal RPİ-yə müraciət etmiş və orada da cinayət işinin başlanmasının rədd olunmasına dair qərar qəbul olunmuşdur. Cavabdeh hər iki orqana verdiyi izahatlarda ona verilən pulların iddiaçıya məxsus olduğunu bilmədiyini, yalnız iddiaçının Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciətindən sonra Elçin ona faizə verdiyi 165000 manat məbləğində pulu Nadirdən alıb ona verdiyini bildirmişdir. Cavabdeh Elçin Qasımovdan aldığı həmin pulu faizi ilə birlikdə Elçinə qaytarmışdır. Bundan əlavə, istintaq zamanı Elçinin ona verdiyi pulların əslində İddiaçı məxsus olduğunu bildikdən sonra cavabdehin qayınatası Mehman Məmmədov qalan 50000 manat məbləğində pulu yazılı qəbzlə Nadirin atasına qaytarmışdır. Həmçinin qeyd edir ki, istintaq orqanının rədd qərarında pulların ABŞ dolları məzənnəsi ilə yazılması texniki səhvdir. Digər tərəfdən, orada yazılan kimi, 165000 manatdan 251000 manat qaytarılması mümkün deyil. Ümumiyyətlə qeyd edir ki, istinaqda tərəflərin izahatı kimi yazılan izahatlar müstəntiq tərəfindən əzbərdən yazılmış izahatlardır. Belə ki, həmin izahatlarda əhəmiyyətli ziddiyyətlər var və bu ziddiyyətləri müstəntiq araşdırmalı idi. Lakin müstəntiq tərəfindən belə bir araşdırma aparılmamışdır. Bu vəziyyətdə hesab edir ki, həmin izahatlar qeyri-obyektiv olduğundan bu iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməz. İddiaçı tərəf Cavabdeh və Elçin Qasımov arasında olan məhkəmə mübahisəsi üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsində həmin izahatların mötəbər sübut kimi qəbul edildiyini iddia etsə də, bu belə olmamış, məhkəmə yalnız cavabdehin aldığını etiraf etdiyi pula əsasən qətnamə qəbul etmişdir. Səs yazılarına gəldikdə isə oradan açıq-aydın görünür ki, iddiaçı heç də səmimi deyil, əksinə cavabdeh isə səmimdir. Bundan əlavə, xüsusilə onu qeyd edir ki, müvafiq orqanlara müraciət olunana qədər bir dəfə belə olsun iddiaçı ilə cavabdeh arasında hər hansı telefon danışığı və yazışmaları olmamışdır. Hansı ki, bu, ağlabatan deyil. Belə ki, necə ola bilər ki, iddiaçı cavabdehə külli miqdarda borc pul versin, lakin bir dəfə də olsun tərəflər arasında bu barədə telefon danışığı olmasın. Tərəflər arasında həmin dövrdə hər hansı telefon danışığının olub-olmamasını müəyyən etmək məqsədilə məhkəməyə vəsatətlə müraciət etmiş, lakin məhkəmə tərəfindən iki dəfə verilmiş sorğuya cavab verilməmişdir. Bununla belə hesab edir ki, bu sorğulara cavab verilməməsi cavabdehin yox, iddiaçı tərəfin əleyhinədir. Belə ki, həmin dövrdə tərəflər arasında telefon danışıqları olduğunu iddia edən iddiaçı tərəf olduğuna görə bu halı sübut etmək də iddiaçının üzərinə düşür. Məhkəməyə tərəflər arasında baş tutmuş “Whatsapp” yazışması kimi təqdim edilən sənədin isə ümumiyyətlə sübut kimi qəbul edilməsi mümkün deyil. İlk növbədə, ona görə ki, yazışmadan görünən mesajın kim tərəfindən kimə ünvanlanması məlum deyil. Digər tərəfdən yazışmada Cavabdeh adı çəkilməmişdir. Ümumiyyətlə, hesab edir ki, tərəflər arasında faizə borc pul verilməsi ilə bağlı münasibətlər olduğu qəbul edilsə belə, iddiaçının cavabdehə bu mesajda göstərildiyi şəkildə - “kələ” kimi müraciət etməsi ağlabatan deyil. Bu yazışmada iddiaçının borc pul verdiyi və “kələ” şəklində müraciət etdiyi ona yaxın biri ilə yazışması ola bilər. Lakin hazırkı iş üzrə bu yazışmaların heç bir sübut əhəmiyyəti yoxdur. İddiaçı tərəfin təqdim etdiyi şahid ifadələrinə gəldikdə isə qeyd edir ki, ifadə vermiş şahidlərin hər ikisi Elçinin işçisi olmuşdur və aydındır ki, onlar heç vaxt Elçinə qarşı getməzdilər. Bu səbəbdən hesab edir ki, həmin şahid ifadələri qərəzlidir və obyektiv sübut kimi qəbul edilə bilməz. Bütün bu qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi əsassızdır və heç bir mötəbər sübutla təsdiq olunmur. Bundan əlavə, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla müəyyən edilmiş bir illik iddia müddətini də ötürmüşdür. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.
İş materialları.
8. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, vətəndaşlar X17, X15, X3, İddiaçı və X4 Cavabdeh onlara qarşı dələduzluq cinayətini törətməsi barədə ərizəsi üzrə Baş İdarədə araşdırma aparılmış, toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir.
9. Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin xx.xx.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, İddiaçı və X11 eyni məzmunlu şikayət ərizələri əsasında toplanmış material üzrə Cavabdeh barəsində cinayət işinin başlanılması rədd edilmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-6839/2022 saylı qətnaməsindən görünür ki, cavabdeh, qarşılıqlı iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-283/2022 nömrəli qətnaməsi ilkin iddia tələbinin təmin edilən “ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı X11 xeyrinə 77000 (yetmiş yeddi min) manat məbləğində pul vəsaitinin tutulması” hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, Cavabdeh iddiaçı X11 xeyrinə 62000 (altmış iki min) manat məbləğində pul vəsaiti tutulması, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
11. Bir ədəd CD-dən görünür ki, iki şəxs arasında danışığın səs yazısı CD-yə əlavə edilmişdir.
Şahid ifadələri.
12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 bildirdi ki, iddiaçı və cavabdehi dostuna görə tanımışdır. Belə ki, o, Sübhanın qayınatasının mebel mağazasında Elçinlə birlikdə elektrik işləri görmüş, Sübhanı da bu vasitə ilə tanımışdır. O, mağazadan əlavə, təxminən 2020-ci il may-iyun aylarında həm də Sübhanın evində də elektrik işləri görmüşdür. Həmin vaxt eşitmişdir ki, Sübhan pul alıb-verir, mebel işləri görür. O, orada iş görən vaxt Nadir əlində ayaqqabı qutusu ilə Sübhanın evinə gəlmişdir. Həmin vaxt o və Samir orada olmuşdur. Lakin Samirin bu hadisəyə şahid olub-olmadığını bilmir, belə bir şey görməmişdir. Onun özü isə şahid olmuşdur ki, Nadir yanında gətirdiyi ayaqqabı qutusundan 70000 ABŞ dolları çıxarmış, pulu saydıqdan sonra Sübhan gəlmiş, o da pulları saymış, Nadir pulu Sübhana vermişdir. Bundan sonra onlar bir-birinin əlini sıxıb “xeyirli olsun” demişlər. Pul sayılarkən görmüşdür ki, pul çoxlu 100 ABŞ dollarılıq əsginaslardan ibarətdir. Nadir qutuda cəmi 70000 ABŞ dolları pul olduğunu demişdir. O, tərəflər arasında bundan başqa pul məsələsinə şahid olmamışdır. Bundan başqa, o özü də qazanc əldə etmək üçün Sübhana 30000 manat pul vermişdir. Onlar razılaşmışlar ki, bu pula görə Sübhan ona hər ay 3000 manat əlavə pul verəcək. Sübhan birinci ay 3000 manatı verdikdən sonra o, eşitmişdir ki, Sübhan başqalarından aldığı pulları batırıb. Bundan sonra Sübhandan verdiyi pulu geri istəmiş, Sübhan ona 27000 manat qaytarmış, 3000 manatı isə ziyanda olduğunu deyərək qaytarmamışdır. Sübhan pulu ona qaytaran vaxt video çəkmişdir.
13. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirdi ki, Nadirlə əvvəllər qonşu olmuşlar, eyni zamanda dostdurlar. Sübhanla isə bir bina aralı yaşayırlar. Lakin onunla dost deyillər, sadəcə bir-birlərini tanıyırlar. O, Elçinlə dost olmuş, pulların hamısının verilməsində iştirak etmişdir. Belə ki, bir dəfə Elçinlə birlikdə Sübhanın evinin yanına getmiş, “klok”da Sübhana pul vermişlər. Bir dəfə “Classi” mebel mağazasının yanında X28 pul vermişdir. Bir dəfə isə X25 evinin yanında maşında Sübhana pul vermişlər. Həmin vaxt Nadir bildirmişdir ki, Elçin Sübhanla iş görür və Nadirə demişdir ki, Sübhana pul lazımdır. Nadir özü də Sübhanı tanımışdır. Bir dəfə o, Namiq və Elçin Sübhanın yeni mənzilində elektrik işləri görərkən Nadir əlində ayaqqabı qutusu oraya gəlmişdir. Bundan sonra Nadir, Namiq, Elçin və o, qutuda olan pulu saymış, 70000 ABŞ dolları pul olduğunu görmüşlər. Təxminən 5-10 dəqiqə sonra Sübhan gəlmiş, hamı ilə mehriban görüşmüş, pulu götürüb getmişdir. Ondan 2 dəqiqə sonra isə Nadir də getmişdir. Hər ikisinin eyni vaxtda çıxdığını xatırlamır.
14. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirdi ki, Cavabdeh onun qardaşıdır, Nadiri isə məhəllədən tanıyır. Bu hadisələr baş verdikdə Nadirin adı hallanmamışdır. Lakin sonradan Nadirin adını da eşitdikdə Elçinə zəng vurmuş, onunla görüşmək istədiyini demişdir. Elçinlə görüşdükdə Nadir də onun yanında olmuşdur. Elçin ona demişdir ki, Nadirdən pul alaraq Sübhana vermişdir. O, bunu nəyə görə etdiyini soruşduqda Elçin ona demişdir ki, Sübhanla iki ildir ki, pul alış-verişləri var və özünə etibar qazanmışdır. Lakin o, Sübhanın ona 180000 manat verəcəyi olduğunu demişdir. Həmçinin demişdir ki, məhkəmə iclasında dindirilən şahid Namiqdən də pul alıb Sübhana vermişdir. Namiq də onlar yaşayan məhlədə qaldığından sonradan onu da çağırmışlar və Namiq təsdiqləmişdir ki, o, Elçinə 30000 manat pul vermiş, o da Sübhana vermişdir. Bundan sonra məsələni qardaşı Sübhanla dəqiqləşdirmək istəmiş, qardaşı təsdiqləmişdir ki, Namiqdən Elçin vasitəsilə pul almışdır. Lakin sonradan həmin pulu elə Namiqin özünə qaytarmış, həmin anı da videoya çəkmişdir. O, Elçinlə məhəllədə söhbət edən zaman Elçin ona paketdə pul şəkli göstərmiş, bu pulun 100000 ABŞ dolları olduğunu və Sübhanın ona qaytardığını demişdir. Bununla belə demişdir ki, Sübhanın ona hazırda 180000 manat verəcəyi var. Qardaşından bu barədə soruşduqda qardaşı Elçinə heç bir borcu olmadığını demişdir. Bundan başqa Elçin ona qardaşı Sübhanın 180000 manat borcu olduğunu desə də, öz iddiasında Sübhanın ona 70000 manat borcu olduğunu demişdir. Görüşlərindən bir neçə gün sonra Nadir ata-anası ilə birlikdə onların evinə gəlmişdir. Həmin vaxt Nadirin atası demişdir ki, onlar pulu Elçinə vermişlər, lakin Elçinin qaytarmağa pulu yoxdur. Onlar da demişlər ki, onlar pulu qaytarmışlar və hazırda pulları yoxdur. Bu hadisə ilə bağlı Nadir və Elçinin məhəllədə söhbətləri düşmüş, Nadir Elçindən pulunu qaytarmasını istəmişdir. Bu hadisəyə ondan başqa məhlədə olan digər şəxslər də şahid olmuşdur. Ümumiyyətlə onun qardaşı Sübhanın kimdənsə pul alıb-verməsinə şahid olmamışdır. Lakin bilir ki, Elçin və Nadir faizə pul verməklə məşğuldurlar.
15. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirdi ki, Sübhan onun qohumudur. Nadiri isə Sübhan vasitəsilə tanımışdır. Onun tərəflərin heç bir ilə qərəzli münasibəti yoxdur. 2021-ci ilin yay aylarında Nadir, Nadirin atası Qadir və Elçin dayısı (şahidin) hacı Mehmanın mağazasında görüşmüşlər. Həmin vaxt dayısı hacı X26 əlbəəl pul verib-vermədiyini soruşmuş, Sübhan demişdir ki, Nadirdən heç bir pul almamış, aldığı pulu ancaq Elçindən almışdır. Dayısı isə onlara pulu Elçindən almalı olduqlarını demişdir. O özü dayısının mebel mağazasında işlədiyindən həmin mağazanın yuxarı mərtəbəsində (dayısı müştərilərin bu söhbətlərə şahid olmaması üçün görüşləri mağazanın üçüncü mərtəbəsində təşkil etmişdir) baş verən görüşlərin bəzi hissələrinə şahid olmuşdur. Belə ki, bəzən onlarla birlikdə oturmuş, bəzən isə yuxarı qalxıb-düşərkən (dayısı qadınların yuxarı qalxıb kişilərə çay servisi etməsini istəmədiyindən bu işi ona tapşırmışdır) söhbətlərini eşitmişdir. Lakin Sübhana verilən pulun məbləğinin nə qədər olduğunu eşitməmişdir. Onu eşitmişdir ki, Sübhan deyir ki, Elçindən faizə götürdüyü pulları artıqlaması ilə qaytarmış, Elçin isə onu təsdiqləmiş, lakin əlavə 50000 manat qaldığını demişdir. Həmin 50000 manatı da Nadirin atası Qadir bir neçə dəfəyə gəlib götürmüşdür. O özü buna şahid olmuşdur. Əslində onlar belə razılaşmışlar ki, 50000 manat verildikdən sonra məsələ həll edilsin. Lakin dayısı (Sübhanın qayınatası) hacı Mehman rəhmətə getdikdən sonra söhbətdən xəbəri olmamışdır. Sonda, o, yalnız pulun qaytarıldığını bilmiş, lakin nə üçün qaytarıldığını bilməmişdir. Hər bir halda hesab edir ki, əgər pulu Nadirin atası götürübsə, yəqin ki, onun pulu olmuşdur. Çünki əgər pul Elçinin olsa idi, Elçin gəlib götürərdi.
İşin faktiki halları.
16. İş üzrə İddiaçı əvvəlcə Azərbaycan Respublikasının Baş prokurorluğuna, daha sonra Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə müraciət edərək, iş üzrə Cavabdeh onun etibarından sui-istifadə etmə və aldatma yolu ilə pulunu mənimsədiyini, ona qarşı dələduzluq cinayətini törətdiyini bildirmişdir. Hər iki orqan tərəfindən aparılmış araşdırmanın yekununda cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin müvafiq qərarı xx.xx.2020-ci il tarixdə, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin qərarı isə xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir.
17. İddiaçının bu müraciətləri əsasında həm Prokurorluqda, həm də Polis İdarəsində aparılmış araşdırma gedişində hazırkı iş üzrə hər iki tərəfin, eləcə də özlərini zərərçəkmiş kimi təqdim edən digər şəxslərin izahatları dinlənilmiş, həmin izahatların məzmununa müvafiq qərarların mətnlərində də yer verilmişdir.
18. Hazırda İddiaçı bu izahatlara, eləcə də cavabdehlə aralarındakı danışığı əks etdirən səs yazısı, “Whatsapp” yazışmaları və şahid ifadələri kimi sübutlara istinadla Cavabdeh ondan alıb qaytarmadığını iddia etdiyi 203882.36 ABŞ dolları məbləğində pulu cavabdehdən tələb etmişdir.
19. Cavabdeh isə iddianı qəbul etməmiş, İddiaçı heç vaxt birbaşa pul almadığını, yalnız X17 adlı başqa bir şəxsdən pul aldığını, həmin pulu da qaytardığını bildirmişdir. Cavabdeh də öz növbəsində məhkəməyə şahid ifadələri təqdim etmiş, eyni zamanda prokurorluq və polis orqanlarının qərarlarındakı izahatların təhrif olunduğunu iddia etmişdir. Bundan əlavə, cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edilmiş, mübahisəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.1-ci maddəsində müəyyən edilmiş bir illik iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi xahiş edilmişdir.
Tətbiq edilən hüquq.
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.7. Əsassız varlanma. Maddə 135. Əşya hüququnun obyektləri. 135.7. Başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar əvəzedilən əşyalar sayılır. Maddə 329. Əqdlərin formaları. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 331. Yazılı əqd. 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 351. Əqdlərin etibarsızlığı zamanı təsdiqetmənin əhəmiyyəti. 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Maddə 354. Etibarsız əqdlər üzrə müddətlər. 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740. Borc müqaviləsinin forması. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 1091. Əsassız varlanma anlayışı. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
21. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarı. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Beləliklə, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Qeyd edildiyi kimi, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
23. İşin faktiki hallarından da göründüyü kimi iddiaçı X18 Cavabdeh ondan aldığı və qaytarmağı öhdəsinə götürdüyü pulu qaytarmadığını iddia etmişdir. Bununla da iddiaçı cavabdehlə aralarında məhz borc müqaviləsindən irəli gələn münasibətlər olduğunu iddia etmiş hesab edilir. Ona görə ki, məhz borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (Mülki Məcəllə, maddə 739.1).
24. İddiaçının cavabdehə həqiqətən borc verib-verməməsi məsələsi tərəflər arasında mübahisəli olsa da, hər iki tərəf mübahisələndirmədən qəbul etmişdir ki, onlar arasında heç bir borc müqaviləsi bağlanmamışdır. Halbuki iddiaçının cavabdehə borc verdiyini iddia etdiyi pul 3000 manatdan çoxdur ki, bu məbləğdə pulun borc verilməsi zamanı tərəflər arasında yazılı müqavilə bağlanmalı olduğu birbaşa qanunla müəyyən edilmişdir (Mülki Məcəllə, mad. 740.2).
25. Bu isə o deməkdir ki, tərəflər arasında şifahi formada bağlandığı iddia olunan borc müqaviləsi əhəmiyyətsiz əqd olmuşdur. Çünki müqavilə bu cür müqavilələr üçün qanunla müəyyən edilmiş forma olan yazılı formada bağlanmamışdır.
26. Məhkəmə bu əqdin mübahisə edilən yox, məhz əhəmiyyətsiz əqd olması nəticəsinə ona görə gəlir ki, bu əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsızdır. Təsadüfi deyil ki, yazılı formada bağlanmaq da daxil olmaqla tələblərə uyğun bağlanmayan girov müqaviləsinin əhəmiyyətsiz sayılması (Mülki Məcəllə, maddə 280.4), bank əmanəti müqaviləsinin yazılı formasına riayət edilməməsinin bu müqavilənin etibarsızlığına səbəb olması və belə müqavilənin əhəmiyyətsiz sayılması (Mülki Məcəllə, maddə 946.2), bank hesabı müqaviləsinin yazılı formasına riayət edilməməsinin bu müqavilənin etibarsızlığına səbəb olması və belə müqavilənin əhəmiyyətsiz sayılması (Mülki Məcəllə, maddə 955.2) birbaşa qanunla müəyyən edilmişdir.
27. Bənzər şəkildə borc müqaviləsi predmetinin məbləğinin üç min manatdan çox olduğu halda müqavilənin yazılı formada bağlanması qaydasına riayət edilməməsinin borc müqaviləsinin etibarsızlığına səbəb olması və bu müqavilənin əhəmiyyətsiz sayılması qəbul edilməlidir. Bu halda isə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda (§ 21) istinad edilmiş qərarında ortaya qoyulmuş hüquqi mövqeyə uyğun olaraq, əhəmiyyətsiz əqd üzrə əldə edilmiş əvəzedilən əşya olan pulun cavabdehin əsassız varlanmasına səbəb olduğu müəyyən edilə bilər. Yəni hazırkı tələbin hüquqi əsasını əhəmiyyətsiz əqd üzrə əldə edilmiş pul hesabına əsassız varlandığı iddia edilən cavabdehdən onu əsassız varlandıran pulun tələb edilməsi təşkil edir.
28. Bu hissədə məhkəmə qeyd edir ki, cavabdeh tərəf iddianı qəbul etməməklə birlikdə, məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə ilə müraciət etmiş, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddiaların onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülməsinin mümkünlüyünə istinad edərək, iddianın həm də qanunla müəyyən edilmiş bir illik iddia müddətinin ötürülməsi əsası ilə rədd edilməsini xahiş etmişdir.
29. Bununla belə məhkəmə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun olaraq iddiaçı tərəfindən iddia müddətinin ötürülübötürülməməsi məsələsinə münasibət bildirməzdən əvvəl iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmaması məsələlərini araşdırmağı zəruri hesab edir. Ona görə ki, iddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə xx.xx.2008-ci il tarixli Qərarı).
30. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilmiş məsələlərin araşdırılması üçün hər iki tərəfin məhkəməyə təqdim etdiyi sübutlar əlaqəli şəkildə tədqiq edilməlidir. Lakin bu zaman hər bir tərəfin üzərinə düşən sübutetmə yükünün sərhədləri dəqiq müəyyən edilməli, bu sərhədlərin müəyyən edilməsi zamanı sübut etmə yükünün təkzib edənin deyil, iddia edənin üzərinə düşməsi prinsipi rəhbər tutulmalıdır.
31. Bu baxımdan Cavabdeh 203882.36 ABŞ dolları məbləğində pul verdiyini iddia edən İddiaçı olduğuna görə iddia tələbinin əsası kimi istinad edilmiş bu halın sübut edilməsi də onun üzərinə düşür. Yalnız İddiaçı həmin halı sübut etdiyi təqdirdə, Cavabdeh həmin pulu qaytardığını sübut etmək vəzifəsi yaranır. O da qeyd edilməlidir ki, iddiaçı cavabdehə 248000 ABŞ dolları məbləğində pul verdiyini iddia etsə də, bu pulun bir hissənin qaytarıldığını bildirərək, yalnız qaytarılmadığını iddia etdiyi 203882.36 ABŞ dolları məbləğində pulu cavabdehdən tələb etdiyindən iddiaçının üzərinə düşən sübutetmə yükünün dairəsi həmin 203882.36 ABŞ dolları məbləğində pulun verilməsinin sübut edilməsi ilə məhdudlaşır.
32. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad edilmiş halların təsdiq edilməsi üçün məhkəməyə bir sıra sübutlar təqdim edilmişdir. Bunlardan ilki İddiaçı Cavabdeh ona qarşı dələduzluq cinayətini törədərək pulunu mənimsəməsinə dair Azərbaycan Respublikasının Baş prokurorluğuna və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə müraciətləri əsasında aparılmış araşdırma gedişində hazırkı iş üzrə hər iki mübahisə tərəfinin verdiyi izahatlar və həmin araşdırmalar nəticəsində qəbul edilmiş qərarlardır.
33. Məhkəmə bu sübutla bağlı ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, nə tərəflərin bu orqanlar tərəfindən aparılmış araşdırma gedişində verdiyi izahatların, nə də bu orqanlar tərəfindən aparılmış araşdırmanın yekununda qəbul edilmiş qərarların və bu qərarlarla müəyyən edilmiş halların hazırkı iş üzrə mübahisəyə baxan məhkəmə üçün heç bir preyudusial əhəmiyyəti yoxdur. Bununla belə həmin qərarlarda müəyyən edilmiş halların və alınmış izahatların işin əhəmiyyətli hallarını müəyyən etməyə imkan verən sübut qismində çıxış edə biləcəyi və digər sübutlarla əlaqəli şəkildə tədqiq edilməli olduğu nəzərə alınmalıdır.
34. Məhkəmə hər iki tərəfin həm Baş prokurora, həm Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, həm də Yasamal rayon Polis İdarəsinə verdiyi izahatları əlaqəli şəkildə tədqiq edərək izahatlar arasında aşağıdakı uyğunsuzluqları aşkar etmişdir: 34.1. İddiaçı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə verdiyi izahatda Cavabdeh ona qayınatasının “Sea breeze” otelinin tikintisi üçün elan edilmiş tenderdə qalib gəldiyini, binaları mebellə təmin edəcəyini, bu iş üçün pul verərsə qazanc əldə edəcəyi vədi ilə ondan pul aldığını bildirmişdir; İddiaçı Baş prokurora verdiyi izahatda Cavabdeh xarici ölkələrdən mebel istehsalı üçün lazım olan avadanlıq və materiallar gətirmək, daha sonra istehsal olunacaq mebel mallarını qayınatasına məxsus mebel mağazası və digər mağazalarda satmaqla gəlir əldə etmək vədi ilə ondan pul aldığını bildirmişdir; İddiaçı Yasamal rayon Polis İdarəsinə verdiyi izahatda Cavabdeh ilk iki dəfə verdiyi 60000 ABŞ dolları və 70000 ABŞ dolları məbləğində pulları mebel işi üçün, 118000 ABŞ dolları məbləğində pulu isə cavabdehin qayınatasının qalib olduğu tenderə görə verdiyini bildirmişdir. 34.2. İddiaçı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə və Yasamal rayon Polis İdarəsinə verdiyi izahatlarda Cavabdeh uşaqlıqdan tanıdığını, bir məhəllədə yaşadıqlarını bildirmişdir; İddiaçı Baş prokurora verdiyi izahatda Cavabdeh özünü ona nüfuzlu iş adamı kimi təqdim etdiyini bildirmişdir. 34.3. İddiaçı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə verdiyi izahatda Cavabdeh 60000 ABŞ dolları və 70000 ABŞ dolları verdiyi müddətdə Cavabdeh ona 10000 manat və 25000 manat qazanc verdiyini, 2021-ci ilin yay aylarında isə bir neçə dəfəyə cəmi 50000 manat pul qaytardığını bildirmişdir; İddiaçı Baş prokurora verdiyi izahatda Cavabdeh ondan 60000 ABŞ dolları aldıqdan 2 ay sonra 35000 manat qaytardığını, ona verdiyi 248000 ABŞ dollarının qarşılığında ümumilikdə 20000 ABŞ dolları qaytardığını bildirmişdir; İddiaçı Yasamal rayon Polis İdarəsində verdiyi izahatda isə Cavabdeh 2020-ci ilin fevral ayında 60000 ABŞ dolları verməsindən 45 gün sonra 15000 manat, növbəti 45 gün sonra (təxminən may ayının 10-da) 15000 manat, xx.xx.2020-ci ildə isə ilk verdiyi 60000 ABŞ dollarına görə 14000 manat qazanc verdiyini, bundan başqa heç bir pul verilmədiyini bildirmişdir. 34.4. İddiaçı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə və Yasamal rayon Polis İdarəsinə verdiyi izahatlarda dələduzluq yolu ilə pulunu alanın Cavabdeh olduğunu bildirmiş, şikayətini yalnız Cavabdeh yönəltmişdir; İddiaçı Baş prokurora verdiyi izahatda Cavabdehla birlikdə qayınatası Mehman Məmmədovun da ona qarşı dələduzluq cinayəti törətdiyini, onu aldadaraq pulunu aldığını iddia etmiş, yekunda hər iki şəxsin cinayət əməllərinə qiymət verilməsini xahiş etmişdir. 34.5. İddiaçı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə verdiyi izahatda Cavabdeh 118000 ABŞ dolları məbləğində pulu 2020-ci ilin iyul ayında verdiyini bildirmişdir; İddiaçı Baş prokurora və Yasamal rayon Polis İdarəsinə verdiyi izahatlarda Cavabdeh 118000 ABŞ dolları məbləğində pulu xx.xx.2020-ci il tarixdə verdiyini bildirmişdir. 34.6. İddiaçı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə və Baş prokurora verdiyi izahatlarda Cavabdeh 118000 ABŞ dolları məbləğində pulu Cavabdeh qayınatası Mehman Məmmədovun yaşadığı Bakıxanov küçəsində, Rusiya səfirliyi ilə üzbəüz binanın qarşısında Cavabdeh məxsus avtomobildə verdiyini bildirmişdir; İddiaçı Yasamal rayon Polis İdarəsinə verdiyi izahatda Cavabdeh 118000 ABŞ dolları məbləğində pulu Cavabdeh yeni aldığı Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsində yerləşən evin həyətində Cavabdeh məxsus avtomobildə verdiyini bildirmişdir. 34.7. Cavabdeh Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə verdiyi izahatda yalnız avtomobillərin satışı ilə məşğul olduğunu, qayınatası Mehman Məmmədovun mebel işi ilə heç bir əlaqəsi olmadığını, heç vaxt mebel istehsalı və satışı ilə məşğul olmadığını, qayınatası ilə heç bir işgüzar əlaqəsi olmadığını bildirmişdir; Cavabdeh Yasamal rayon Polis İdarəsində verdiyi izahatda isə əvvəllər qayınatası Mehman Məmmədova məxsus olan mebel mağazasında satış üzrə menecer işlədiyini bildirmişdir. 34.8. Cavabdeh Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə verdiyi izahatda İddiaçı heç bir zaman birbaşa pul almadığını, İddiaçı ondan tələb etdiyi pulu X27 Məmmədlidən alaraq ona verdiyini, Elçin Qasımovdan 165000 manat pul aldığını, həmin pula görə 251000 manat pul qaytardığını, X27 Məmmədlidən ümumilikdə 248000 ABŞ dolları məbləğində pul alıb ona verdiyini, həmin pulun 280000 manatını ödədiyini, Elçin Qasımova artıq ödədiyi 86000 manat da nəzərə almaqla həmin puldan yalnız 55600 manat borcu qaldığını bildirmişdir; Cavabdeh Yasamal rayon Polis İdarəsində verdiyi izahatda isə İddiaçı heç vaxt pul almadığını, Elçin Qasımovdan 60000 ABŞ dolları və 70000 ABŞ dolları olmaqla iki dəfə pul aldığını, 60000 ABŞ dollarını İddiaçı yanında aldığını, həmin pulları da Elçinə qaytardığını bildirmişdir. 34.9. Cavabdeh Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə verdiyi izahatda aldığı pulları mebel istehsalı və satışı ilə əlaqədar işgüzar fəaliyyətə görə aldığını bildirmişdir; Cavabdeh Yasamal rayon Polis İdarəsinə verdiyi izahatda heç vaxt mebel işi görmədiyini, həmin pullarla avtomobil alqı-satqısı ilə məşğul olduğunu bildirmişdir...
35. Göründüyü kimi hər iki tərəfin müxtəlif orqanlara verdiyi izahatların məzmunu arasında işin əhəmiyyətli halları ilə bağlı açıq ziddiyyətlər var. Hansı ki, məhkəmə iclasında iştirak edən cavabdeh tərəf müstəntiqlər tərəfindən izahatların təhrif olunduğunu, daha doğrusu izahatların bilavasitə müstəntiqlər tərəfindən yazıldığını bildirmişdir. İddiaçı tərəf isə izahatların qismən – yalnız 118000 ABŞ dollarının verildiyi tarix və tərəflər birbirini uşaqlıqdan tanıdığı halda cavabdehin iddiaçıya özünü nüfuzlu iş adamı kimi tanıtması hissələrində təhrif edildiyini qəbul etmişdir.
36. Məhkəmə hesab edir ki, izahatların müqayisəli təhlili əsasında izahatların eyni bir müəllif tərəfindən yazıldığı və beləliklə, məzmunun əsasən təhrif edildiyi nəticəsinə gəlmək mümkündür. Xüsusən, İddiaçı və X11 Korrupsiyaya qarşı Mübarizə İdarəsində verdiyi birbiri ilə sözbəsöz “üst-üstə düşən” izahatlar bu izahatların üçüncü şəxs tərəfindən eyni izahatı iki şəxsə uyğunlaşdırmaq yolu ilə yazılması barədə fikir formalaşdırır.
37. Məhkəmə hesab edir ki, bütün bu halların və yuxarıda sadalanmış aşkar ziddiyyətlərin fonunda bu izahatları, eləcə də bu izahatlar əsasında qəbul edilmiş qərarlarda qeyd edilmiş halları iş üzrə mötəbər sübut kimi qəbul etmək mümkün deyil. Eyni səbəbdən bu qərarlar və izahatlar əsasında məhkəmə İddiaçı Cavabdeh 248000 ABŞ dolları məbləğində pul verdiyinin sübut edildiyi nəticəsinə gələ bilməz. Xüsusən, nəzərə alınmalıdır ki, açıq şəkildə təhrif olunmuş və ziddiyyətli məzmununa baxmayaraq, Cavabdeh birbaşa İddiaçı 248000 ABŞ dolları məbləğində pul aldığını izahatların heç birində qəbul etməmişdir.
38. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş növbəti sübut tərəflər arasında baş tutmuş danışığın səs yazısıdır. Belə olan halda məhkəmə ilk növbədə bu səs yazısının sübut kimi qəbul edilənliyi məsələsinə münasibət bildirməyi zəruri hesab edir.
39. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilir ki, şəxsi yazışma məlumatları yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Göstərilən qaydalar şəxsi xarakterli məlumat daşıyan səs və video yazıların tədqiqində də tətbiq olunur (maddə 10.10). Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz (maddə 95.2).
40. Həmçinin, nəzərə alınmalıdır ki, prosessual qanunvericiliyin qanunu pozmaqla əldə edilmiş səs yazılarının sübut kimi qəbul edilməsini qadağan edən normaları hər kəsin şəxsi toxunulmazlıq hüququnun, şəxsi və ailə həyatının qorunması təminatlarından biri kimi çıxış edir və Konstitusiyanın 32-ci maddəsindən irəli gəlir. Belə ki, Konstitusiyanın şəxsi toxunulmazlıq hüququna təminat verən 32-ci maddəsinə əsasən hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.
41. Bununla belə məhkəmə hesab edir ki, qanunvericiliyin güddüyü məqsədlər və baxılan işin halları baxımından hazırkı iş üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş səs yazısı qanunu pozmaqla əldə edilmiş sübut kimi qiymətləndirilməməlidir.
42. Belə ki, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.
43. Yuxarıda qeyd edilənləri və hazırkı iş üzrə məhkəməyə təqdim edilmiş CD-də olan danışıqların bu iş üzrə tərəflər arasında baş tutmasının mübahisəsiz olduğunu (Hər iki tərəf bunu mübahisələndirmədən qəbul etdiyinə və danışıqların gedişində tərəflər birbirlərinə Sübhan və Nadir adı ilə müraciət etdiyinə görə) nəzərə alan məhkəmə hesab edir ki, bu səs yazısı iş üzrə sübut kimi qəbul edilərək tədqiq edilməlidir.
44. Tərəflər arasında 22 dəqiqə 34 saniyə müddətində davam etmiş danışığın gedişatı və tərəflərin danışıq tərzindən görünür ki, səs yazısı İddiaçı Cavabdehla görüşlərinin birində Cavabdeh məlumatı olmadan, ondan gizlin şəkildə qeydə alınmışdır. Danışıqların ümumi gedişatından belə görünür ki, İddiaçı bu danışığı gizli qeydə almasındakı əsas məqsəd Cavabdeh ondan 248000 ABŞ dolları məbləğində pul aldığını etiraf etməsinə nail olmaqdır. Məhkəmə ona görə belə nəticəyə gəlir ki, danışıq gedişində İddiaçı dəfələrlə Cavabdeh “Mən sənə 60000, 70000 və 118000 ABŞ dolları verdim” şəklində cümlələr qurur və Cavabdeh həmin cümlələri təsdiqləməsini gözləyir. Cavabdeh isə hər dəfəsində İddiaçı yox, Elçin adlı başqa bir şəxsdən pul aldığını, məsələnin bu yerə gəlməsinə görə Elçinin məsuliyyət daşıdığını, pulu da onun qaytarmalı olduğunu deyir. Cavabdeh İddiaçı onun evinə gəlib birbaşa ona pul verməsi barədə sözlərinin cavabında deyir ki: “Elçinlə gəlmisən”; “Bu işə sizi “patkluyuçat” edən (calayan) Elçin olub”; “Sənlə mən Elçin vasitəsilə işləmişəm”; “Demirəm, verməmisən, Elçin vasitəsilə vermisən”; “O, sənin puluna “otviçat” (cavabdeh) durub”; “O, mənə deyib ki, bu pul mənimdi, mən “otviçat”am bu pula”; “”Otviçat” olub da, o sizi calayıb da mənə”.
45. Səs yazılarından açıq şəkildə görünür ki, İddiaçı tərəfindən Cavabdeh məlumatı olmadan, gizlin şəkildə yazılmasına və iddiaçı tərəfindən cavabdehin “ağzından söz almaq” üçün məqsədli şəkildə dəfələrlə yönəldici suallar verilməsinə baxmayaraq, cavabdeh heç bir yerdə iddiaçıdan 248000 ABŞ dolları məbləğində pul aldığını etiraf etməmiş, əksinə iddiaçı ilə aralarında birbaşa heç bir pul alış-verişi münasibəti olmadığını dəfələrlə təkrarlamışdır. Hətta danışığın bir hissəsində Cavabdeh İddiaçı “Mən səni tanısaydım, sənlə şey (həll) eləsəydim, heç biz belə vəziyyətə düşməzdik. Düşsə idik də, hər şey açıq-aydın olardı” deyərək pulu birbaşa iddiaçıdan almadığına, Elçin adlı həmin şəxsdən aldığına görə təəssüfünü ifadə etmişdir.
46. Ən əsası, danışığın heç bir hissəsində cavabdeh pul məbləği adı çəkməmiş, nə iddiaçıdan, nə də başqasından hansısa konkret məbləğdə pul aldığını açıq şəkildə ifadə etməmişdir. Yalnız danışığın sonlarına doğru bir hissədə İddiaçı yenə məqsədli şəkildə Cavabdeh 118000 ABŞ dolları və 60000 ABŞ dolları verdiyini dedikdə Cavabdeh “Bildim, başa düşürəm səni... Mən demirəm, sən mənə verməmisən, amma Elçin vasitəsilə alınıb da hamısı... O, sizin pulunuza “otviçat” durub” şəklində cavab vermiş, İddiaçı Elçinin onun puluna “otviçat” durmaması barədə sözlərinə isə bir qədər hiddətlə “Necə yəni “otviçat” durmayıb? O, mənə pulu verəndə deyib ki, mənim pulumdu, mən bu pula “otviçat”am” cavabını vermişdir. Cavabdeh İddiaçı Elçinin onun puluna “otviçat” olmaması barədə təkidli etirazına isə “Faktiki “otviçat” olub da. O sizi calayıb da mənə” cavabını vermişdir.
47. Bundan əlavə, danışığın 20-ci dəqiqə 20-ci saniyəsində Cavabdeh İddiaçı atası ilə danışığından bəhs edərkən “Dedim ki, belə-belədi də yəni ki...” sözlərindən sonra danışıq anidən kəsilmiş, birbaşa İddiaçı “Yaxşı, indi, ay Sübhan, nə edək?” sözlərinə keçilmişdir. Məhkəmə bu səs yazısının İddiaçı tərəfindən yazılaraq məhkəməyə təqdim edilməsini və məhz Cavabdeh danışığının kəsilməsini nəzərə alaraq hesab edir ki, bu kəsinti ancaq iddiaçının maraqlarına xidmət edə bilərdi.
48. Beləliklə, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş səs yazısı əsasında cavabdehin iddiaçıdan 248000 ABŞ dolları məbləğində pul alması nəticəsinə gəlmək mümkün deyil. Əksinə, danışığın İddiaçı tərəfindən gizlin qeydə alındığı, Cavabdeh isə bu səsyazmadan məlumatsız olduğu nəzərə alınsa, Cavabdeh danışıqlarının daha səmimi olduğu nəticəsinə gəlmək mümkündür.
49. Səs yazısından başqa məhkəməyə təqdim edilmiş digər sübut şahid ifadələridir. Məhkəmə iclasında iddiaçı və cavabdeh tərəfin hər birinin vəsatəti üzrə iki şahidin ifadəsi dinlənilmişdir. İddiaçı tərəfin vəsatəti üzrə dinlənilmiş şahidlərdən biri – Namiq Abdullayev özünü Cavabdeh qayınatasının mağazasında, eləcə də Cavabdeh evində dostu Elçin Qasımovla birlikdə elektrik işləri görmüş şəxs kimi təqdim etmiş, Cavabdeh da Elçin Qasımov vasitəsilə tanıdığını bildirmişdir. Həmin şahid İddiaçı Cavabdeh 70000 ABŞ dolları məbləğində pul verdiyinə şahid olduğunu bildirmişdir. Eyni zamanda həmin şahid bildirmişdir ki, vaxtilə Cavabdeh ondan hər ay 3000 manat qazanc vermək adı ilə 30000 manat pul almış, birinci 3000 manatı verdikdən sonra Cavabdeh pulunu qaytarmayacağından ehtiyat etmiş, verdiyi pulu geri istəmiş, Cavabdeh ona 27000 manat vermiş, 3000 manat ziyanda olduğunu deyərək əsas pulu tam qaytarmamışdır. Digər şahid Samir İbrahimov isə özünü Elçin Qasımovun dostu kimi təqdim etmiş və tək Nadirin yox, Nadirlə Elçinin birlikdə Sübhana pul verdiyinin (məbləğini dəqiq ifadə etmədən) şahidi olduğunu bildirmişdir. O, yalnız İddiaçı Cavabdeh verdiyi 70000 ABŞ dolları məbləğində pula birbaşa şahid olduğunu ifadə etmişdir.
50. Məhkəmə Elçin Qasımovla Cavabdeh arasında məhkəmə mübahisəsi olmasını, Cavabdeh İddiaçı ondan tələb etdiyi pula görə məsuliyyətin məhz Elçin Qasımovun üzərinə düşdüyünü iddia etməsini, bu qeyd edilənlərin fonunda Elçin Qasımovla dost olan və onunla birlikdə işləyən şahidlərin ifadələrinin obyektivliyinin şübhə altında qalmasını, şahidlərdən biri ilə Cavabdeh arasında pul mübahisəsi olmasını və şahidin dediyinə görə cavabdehin onu vəd etdiyi qazancdan məhrum etməsini, bu halın həmin şahiddə cavabdehə qarşı qərəzli münasibət formalaşdıra biləcəyini nəzərə alaraq həmin şahid ifadələrinə tənqidi yanaşır. Məhkəmə onu da nəzərə alır ki, bu şahidlərin heç biri iş üzrə əsas əhəmiyyət kəsb halı – iddiaçının cavabdehə tələb etdiyi məbləğdə pul verməsinə şahid olmamışdır.
51. Bu hissədə məhkəmə cavabdeh tərəfin vəsatəti əsasında dinlənilmiş şahidlərin ifadələrinə də tənqidi yanaşdığını qeyd etməyi zəruri hesab edir. Ona görə ki, cavabdeh tərəfin vəsatəti əsasında dinlənilmiş şahidlərdən biri cavabdehin qardaşı, digəri isə qohumu olmuşdur. Digər tərəfdən onların heç biri iş üzrə əhəmiyyət kəsb edən heç bir hala şahid olmamışlar. Şahidlərdən biri – Süleyman Mehdiyev sonda dayısının mağazasından bir neçə dəfə gəlib 50000 manat məbləğində pul götürən şəxsin İddiaçı atası olmasına görə pulun da İddiaçı məxsus olduğunu hesab etdiyini bildirmiş, fikrini onunla əsaslandırmışdır ki, pul əgər Elçin Qasımovun pulu olsa idi, qaytarılan pulu da o götürərdi.
52. Məhkəmə qeyd edir ki, ifadə edilmə tərzindən də açıq şəkildə göründüyü kimi bu qeyd edilənlər şahidin şəxsi mülahizəsi, baş verən hadisələrə verdiyi qiymətdir. Yəni şahid Süleyman Mehdiyev İddiaçı Cavabdeh hansısa məbləğdə pul verməsi, cavabdehin bunu etiraf etməsi kimi hallara şahid olmamış, sadəcə qaytarılan pulu götürənin İddiaçı atası olmasına qiymət verərək hesab etmişdir ki, pulu əgər iddiaçının atası götürmüşdürsə, deməli onların pulu olmuşdur. Məhkəmə qeyd edir ki, şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir (Mülki Prosessual Məcəllə, maddə 104.1). Bu baxımdan şahidin mülahizə əsaslı fikirləri iş üzrə sübut əhəmiyyəti daşıya bilməz.
53. İddiaçı tərəfindən iddia tələbinin əsaslandırıldığı halları təsdiq etmək üçün məhkəməyə təqdim edilmiş bir digər sübut isə iddiaçının cavabdehə yazdığı iddia edilən “Whatsapp” mesajıdır. Məhkəmə hesab edir ki, bu sübut ümumiyyətlə mötəbər sübut hesab edilə bilməz. Ona görə ki, bu mesajın iddiaçı tərəfindən cavabdehə ünvanlandığı məlum olsa belə, mesaja qarşı tərəfin verdiyi cavab məhkəməyə təqdim edilmədiyindən məhkəmə yalnız bu mesaj əsasında iddiaçının cavabdehə hansısa məbləğdə pul vermiş olması nəticəsinə gələ bilməz.
54. Beləliklə, məhkəməyə təqdim edilmiş sübutları təklikdə və bir-biri ilə əlaqəli şəkildə tədqiq edən məhkəmə hesab edir ki, iddiaçı sübuta yetirməli olduğu halı – cavabdehə pul verməsi – sübut edə bilməmişdir. Odur ki, iddianın təmin edilməsi istisna edilir.
55. Sonda, məhkəmə cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqinə dair ərizəyə münasibətdə qeyd edir ki, ərizə əsaslı olmuşdur. Belə ki, məhkəmənin bu qətnamənin 23-27-ci bəndlərində gəldiyi nəticəyə uyğun olaraq hazırkı tələbin hüquqi əsasını əhəmiyyətsiz əqd üzrə əldə edilmiş pul hesabına əsassız varlandığı iddia edilən cavabdehdən onu əsassız varlandıran pulun tələb edilməsi təşkil edir. Odur ki, mübahisəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.1-ci maddəsində nəzərdə tutulmuş iddia müddəti (əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddiaların onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülməsinin mümkünlüyü) tətbiq edilməlidir. Üstəlik, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilmiş qərarında (§ 21) ortaya qoyulmuş hüquqi mövqeyə uyğun olaraq bu müddət iddia müddətidir və iddiaçı həmin müddəti ötürmüşdür. Belə ki, iddiaçının Yasamal rayon Polis İdarəsinə sonuncu müraciətindən sonra cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar xx.xx.2021-ci il tarixdə qəbul olunmuşdur. İddiaçı həmin qərarı mübahisələndirdiyini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etmədiyindən iddiaçının hüquqlarının pozulduğunu bildiyi vaxt ən geci həmin gündən hesablansa idi belə, xx.xx.2022-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş iddiaçı qanunla müəyyən edilmiş bir illik iddia müddətini ötürmüş olardı. Odur ki, cavabdeh həm də iddia müddətinin tətbiqi əsası ilə iddianın rədd edilməsini tələb etməkdə haqlı olmuşdur.
56. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə pul verilməsi sübuta yetirilmədiyindən, bu hal sübuta yetirilsə idi belə, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən iddia təmin edilməməlidir. Məhkəmə xərcləri.
57. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 637 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə uyğun olmuşdur.
58. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
59. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
60. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddiаçı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva