Məhkəmə qərarları › İş №e-2(010)-2066/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2066/2021

26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2066/2021 26.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı “xxxx” MMC-nin etibarnamə üzrə nümayəndəsi Qanuni nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması barədə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1163 manat vəsaiti və 30 manat məbləğində dövlət rüsumu alınaraq “xxxx” MMC-nin xeyrinə tutulmasına dair qətnamənin qəbul edilməsini etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, “xxxx” MMC-də KASKO-BUTİK məhsulu üzrə S5296 könülü sığorta şəhadətnaməsi ilə Cavabdeh məxsus 999EK106 dövlət qeydiyyat nişanlı Mercedes Benz markalı avtomobil sığortalanmışdır. 09 dekabr 2019-cu il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində Khazar markalı, 90PD562 dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar sığortalı avtomobil şirkət tərəfindən zərərçəkən sığortalıya Cavabdeh 1163 manat (bir min yüz altmış üç manat) məbləğində sığorta ödənişi həyata keçirilmişdir. AR Mülki Məcəlləsinin 936-cı maddəsinə uyğun olaraq zərərvuran şəxsin avtonəqliyyat vasitələrinin icbari sığortası “xxxx” Sığorta ASC-yə iddia məktubu ünvanlanaraq tələb irəli sürülmüşdür. Lakin “xxxx” Sığorta ASC tərəfindən məktubuna cavab olaraq bildirilmişdir ki, Cavabdeh şirkətdən ödəniş aldıqdan sonra “xxxx” Sığorta ASC-yə zərərçəkmiş şəxs qismində müraciət edərək əlavə olaraq həmin şirkətdən 670 (altı yüz yetmiş manat) manat məbləğində ödəniş əldə etmişdir. Belə olduğu halda iddiaçı“xxxx” MMC “xxxx Sığorta” ASC-yə qarşı subroqasiya hüququndan tam olaraq məhrum olmuşdur. Onu da qeyd edir ki, AR Mülki Məcəlləsinin 927.1-ci maddəsinə əsasən əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərər miqdarından çox ola bilməz. Odur ki, cavabdeh Cəlilov Cavabdeh 1163 manat vəsaiti və 30 manat məbləğində dövlət rüsumu alınaraq “xxxx” MMC-nin xeyrinə tutulmasına dair qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında “xxxx” MMC-nin etibarnamə üzrə nümayəndəsi Qanuni nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında Cavabdeh iddia ərizəsinə etiraz edərək, həqiqətən iddiaçı “xxxx” MMC tərəfindən 1163 manat (bir min bir yüz altmış üç manat) məbləğində sığorta ödənişinin verilməsini və xxxx” Sığorta ASC-in əlavə olaraq həmin şirkətdən 670 (altı yüz yetmiş manat) manat məbləğində ödəniş əldə edilməsini təsdiqləmişdir. Hər iki şirkətlə sığorta şəhadətnamələrinin olduğunu qeyd etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Mülki işin materiallarında olan DYPİ-nin İXP ******* saylı, 09.12.2019-cu il tarixli inzibati xəta haqqında protokoluna əsasən “Khazar LX” markalı, ** PD *** dövlət qeydiyyat nişanlı avtomobillə Ziya Bünyatov prospektinin ərazisində yol-nəqliyyat hadisəsi törədərək hərəkət edən “Mercedes Benz E200” markalı, ** EK *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması ilə bağlı baş vermiş yol nəqliyyat hadisəsində X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327-1-ci maddəsi ilə təqsirli bilinmişdir. Mülki işin materiallarında olan DYPİ-nin TP ******* saylı, 09.12.2019-cu il tarixli inzibati təbeh vermə haqqında qərara əsasən, “Khazar LX” markalı, ** PD *** dövlət qeydiyyat nişanlı avtomobillə Ziya Bünyatov prospektinin ərazisində yol-nəqliyyat hadisəsi törədərək hərəkət edən “Mercedes Benz E200” markalı, ** EK *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması ilə bağlı baş vermiş yol nəqliyyat hadisəsində X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327-1-ci maddəsi ilə təqsirli bilinmiş və 40 manat cərimə edilmişdir. Mülki işin materiallarında olan “xxxx” MMC tərəfindən tərtib edilmiş S5296CLM1 saylı, 09.12.2019-cu il tarixli dəymiş zərərin qiymətləndirilməsinə və sığorta ödənişinə dair akta əsasən sığortalı Cavabdeh tərəfindən 09.12.2019-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində törədilmiş yol-nəqliyyat hadisəsində zərərlə bağlı maddi ziyanın ümumi məbləği kimi 1255 manat müəyyən edilmiş, sığorta ödənişi kimi 1133 manat, yekun ödənilcək məbləğ 1163 manat hesablanmışdır. Mülki iş materiallarında olan 12.06.2019-cu il tarixli S5296 saylı sığorta şəhadətnaməsinə əsasən, “xxxx” MMC tərəfindən Cavabdeh məxsus 99EK106 dövlət qeydiyyat nişanlı “Mercedes E200” minik markalı avtomobil sığorta məbləği 2222 manat, sığorta haqqı 264 manat olmaqla 12.06.2019-cu il tarixdən 12.06.2020-ci ilə qədər sığortalanmışdır. Mülki iş materiallarında olan 10.12.2019-cu il tarixli Avtoservisin mütəxəssisi tərəfindən verilmiş avtomobilin təmiri üçün tələb olunan xərclər siyahısına əsasən, Cavabdeh məxsus 99EK106 dövlət qeydiyyat nişanlı “Mercedes E200” minik markalı avtomobil yekun olaraq 1255 manat xərc hesablanmışdır. Mülki iş materiallarında olan “xxxx” Sığorta tərəfindən “xxxx” MMC-yə ünvanlanan 14 fevral 2020-ci il tarixli məktuba əsasən, 09.12.2019-cu il tarixində, Ziya Bünyatov pr.ərazisində “xxxx Sığorta” şirkəti ASC-də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmış “Khazar LX minik” markalı, 90PD562 dövlət qeydiyyat nişanlı avtomobillə “Mercedes Benz E200” markalı, 99EK106 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat hadiəsi baş vermişdir. Baş vermiş sığorta hadisəsi üzrə şirkət tərəfindən “Mercedes Benz” markalı, 99EK106 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 670 AZN (altı yüz yetmiş manat) müəyyən edilmiş və 08.01.2020-ci il tarixli 078637 saylı sığorta aktına əsasən Cavabdeh təqdim etdiyi hesab ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq “xxxx Sığorta” şirkəti ASCnin subroqasiya qaydasında sığorta ödənişi vermək üzrə öhdəliyi yaranmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci (subroqasiya hüququ) maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (İddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki işin materiallarına əsasən müəyyən edilmişdir ki, “xxxx” MMC-də KASKO- BUTİK məhsulu üzrə S5296 könülü sığorta şəhadətnaməsi ilə Cavabdeh məxsus 999EK106 dövlət qeydiyyat nişanlı Mercedes Benz markalı avtomobil sığortalanmışdır. 09 dekabr 2019-cu il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində Khazar markalı, 90PD562 dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar sığortalı avtomobil şirkət tərəfindən zərərçəkən sığortalıya - Cavabdeh 1163 manat (bir min yüz altmış üç manat) məbləğində sığorta ödənişi həyata keçirilmişdir. AR Mülki Məcəlləsinin 936-cı maddəsinə uyğun olaraq zərərvuran şəxsin avtonəqliyyat vasitələrinin icbari sığortası “xxxx” Sığorta ASC-yə iddia məktubu ünvanlanaraq tələb irəli sürülmüşdür. Lakin “xxxx” Sığorta ASC tərəfindən məktubuna cavab olaraq bildirilmişdir ki, Cavabdeh şirkətdən ödəniş aldıqdan sonra “xxxx” Sığorta ASC-yə zərərçəkmiş şəxs qismində müraciət edərək əlavə olaraq həmin şirkətdən 670 (altı yüz yetmiş manat) manat məbləğində ödəniş əldə etmişdir. Həmin hallar həm mülki işin materiallarında öz əksini tapmaqla, eyni zamanda hər iki tərəfin izahatlarında təsdiq olunmaqla, işin mübahisəsiz hallarına çevrilmişdir. İddiaçı “xxxx” MMC Cavabdeh ödənilmiş 1163 manat sığorta ödənişinin subroqasiya qaydasında tutulmasını iddia edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, subroqasiya hüququnun həyata keçirilməsinin əsaslarının təsvir edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2ci maddəsinin dispozisiyasına əsasən sığorta ödənişini vermiş sığortaçıya verilmiş sığorta ödənişinin məbləğində subroqasiya qaydasında faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ilə bağlı hüquq keçir. Yəni həmin maddənin müddəalarına əsasən sığorta ödənişini vermiş sığortaçıda subroqasiya qaydasında tələbetmə hüququ yalnız sığorta hadisəsi nəticəsində zərərçəkən şəxsə deyil, yalnız zərərvurana qarşı yaranır. Mülki işin materiallarına əlavə edilmiş DYPİ-nin İXP ******* saylı, 09.12.2019-cu il tarixli inzibati xəta haqqında protokoluna və DYPİ-nin TP ******* saylı, 09.12.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən müəyyən edilmişdir ki, “Khazar LX” markalı, ** PD *** dövlət qeydiyyat nişanlı avtomobillə Ziya Bünyadov prospektinin ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327-1-ci maddəsi ilə təqsirli bilinmiş və 40 manat cərimə edilmişdir. Hətta “xxxx” MMC tərəfindən tərtib edilmiş S5296CLM1 saylı, 09.12.2019-cu il tarixli dəymiş zərərin qiymətləndirilməsinə və sığorta ödənişinə dair aktında sığorta ödənişinin Cavabdeh sığortalı və faydalanan şəxs kimi qeyd edilmişdir. Odur ki, qeyd olunan qanun normaları və məhkəmə arşdırılması nəticəsində müəyyən edilmiş işin faktiki halları məhkəmə o nəticəyə gəlmək imkan verir ki, iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinin dispozisiyası ilə uzlaşmamaqla, iddiaçı “xxxx” MMC-ini Cavabdeh qarşı verilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb etmək hüququ üçün əsas yaranmamışdır. Lakin qeyd etmək lazımdır ki, mülki işin materiallarında və tərəflərin izahatlarına əsasən Cavabdeh "xxxx” Sığorta ASC-yə zərərçəkmiş şəxs qismində müraciət edərək, əlavə olaraq həmin şirkətdən 670 (altı yüz yetmiş manat) manat məbləğində ödənişin əldə edilməsi müəyyən edilmişdir. Bu halda Azərbaycan Respublikası Mülki Məcəllənin 1091-ci maddəsinin müddəalarını nəzərə alaraq iddiaçı “xxxx” MMC-in həmin sığorta ödənişinin qaytarılması üçün əsassız varlanma nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır və onunla ayrıca iddia ərizəsi ilə Azərbaycan Respublikası MPM-in 4-cü maddəsinə əsasən məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Beləliklə məhkəmə iş materiallarını və tərəflərin izahat larını nəzərə alaraq hesab edir ki, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulmasına dair iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması barədə iddiası rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu “xxxx” MMC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar