Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2066/2023 20.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiаçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh 4000 manat məbləğində verilmiş sığorta ödənişinin, 60 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0.4 manat məbləğində bank xidmət haqqının əvəzinin "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)- 2066/2023 nömrəli qərardadı ilə işə iddia icraatında baxılması qərara alınmışdır.
İddia tələbinin əsaslandırıldığı hallar.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-də xx.xx.2022-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “X11” markalı, ** VX *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində xx.xx.2022-ci il tarixdə Bakı şəhərinin ərazisində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində X4 idarə etdiyi “MG 550” markalı, ** UU *** dövlət qeydiyyat nişanlı və X3 idarə etdiyi “Mercedes Benz E 220” markalı, ** HV *** dövlət qeydiyyat nişanlı abtomobillərlə toqquşaraq onları zədələmişdir. Qəbul edilmiş qərara əsasən Cavabdeh təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Cavabdeh avtomobili sərxoş vəziyyətdə idarə etmişdir (Sübut: sərxoşluq vəziyyətinin tibbi müayinəsinin xx.xx.2022-ci il tarixli, 2/39194 nömrəli aktı və inzibati tənbeh vermə haqqında ******* nömrəli qərar). “MG 550” markalı, ** UU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 4000 manat məbləğində sığorta ödənişi verilmişdir. Göründüyü kimi Cavabdeh qarşı subroqasiya hüquqları yaranmışdır.
Tərəflərin izahatları.
4. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi məhkəməyə elektron ərizə ilə müraciət edərək təyin edilmiş məhkəmə iclası ilə eyni vaxtda başqa məhkəmə iclasında iştirak edəcəyindən bu iş üzrə məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə baxış iclasının iştirakları olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə ərizə təqdim edərək iddianı qəbul etdiyini və iddianın təmin edilməsinə heç bir etirazı olmadığını bildirdi.
İş materialları.
6. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli yekun aktın təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “MG 550” markalı, ** UU *** dövlət qeydiyyat nişanlı avtomobilə 4000 manat məbləğində ziyan dəymişdir.
7. xx.xx.2022-ci il tarixli, A-PAG 1693/22 nömrəli sığorta aktının təsdiq edilmiş surətindən görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində zərər dəymiş X5 məxsus “MG 550” markalı, ** UU *** dövlət qeydiyyat nişanlı avtomobilə görə X5 4000 manat məbləğində sığorta ödənişi edilməsi müəyyən edilmişdir.
8. xx.xx.2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə, saat 18:00-də Yeni Günəşli qəsəbəsi ərazisində “X11” markalı, ** VX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 333.1ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 400 manat məbləğində cərimə edilmişdir.
9. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfidən X5 4000 manat məbləğində sığorta ödənişi edilmişdir.
10. xx.xx.2022-ci il tarixli, 2/39194 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, X1 müəyyən edilmişdir.
İşin faktiki halları.
11. Cavabdeh etibarnamə əsasında idarə etdiyi “Hyundai Santafe minik” markalı, ** VX *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2022-ci il tarixdə Yeni Günəşli qəsəbəsində yol hərəkəti qaydalarını pozaraq "MG 550" markalı, ** UU *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, yol-nəqliyyat hadisəsi törətmiş, hadisəni törədən vaxt sərxoş vəziyyətdə olmuş, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək inzibati cərimə edilmişdir. Beləliklə, müvafiq yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh təqsiri müəyyən edilmişdir.
12. Eyni zamanda, cavabdehin idarə etdiyi avtomobil iddiaçı "xxxx" ASC tərəfindən sığorta edilmiş olduğundan yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş avtomobilə dəymiş zərərə görə iddiaçı "xxxx" ASC tərəfindən 4000 manat məbləğində sığorta ödənişi edilmişdir. Hazırda sığortaçı yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş avtomobilə görə ödənilmiş 4000 manat məbləğində sığorta ödənişinin subroqasiya qaydasında cavabdehdən tutulmasını tələb edir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etmişdir.
Tətbiq edilən hüquq.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi. 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi. 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 220. Qətnamənin məzmunu. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
Məhkəmənin mövqeyi.
14. İşin faktiki hallarından görünür ki, cavabdeh tərəfindən məhkəməyə iddianın etiraf edilməsi barədə yazılı ərizə təqdim edilmişdir.
15. Məhkəmə hesab edir ki, iddianın cavabdeh tərəfindən etiraf edilməsi təsdiq edilməlidir. Belə ki, bu etiraf qanuna zidd deyil, eyni zamanda hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur.
16. Bundan başqa, cavabdehə iddianı etiraf etməsininin məhkəmə tərəfindən təsdiq ediləcəyi halda bunun iddianın təmin edilməsi ilə nəticələnəcəyi izah edilmiş, cavabdehin buna heç bir etirazı olmamışdır.
17. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddianın etiraf edilməsinin təsdiq edilməməsi üçün heç bir əsas yoxdur. Bu isə iddianın etiraf olunan hissədə, yəni tam təmin edilməsi üçün əsasdır. Məhkəmə xərcləri.
18. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddiaçı tərəfindən 60 manat məbləğində dövlət rüsumu və 0.4 manat məbləğində bank xidməti haqqı ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu və bank xidmət haqqı da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
19. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 4000 manat məbləğində sığorta ödənişi, 60 manat məbləğində dövlət rüsumu və 0.4 manat məbləğində bank xidməti haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
20. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏT E T D İ:
İddia təmin edilsin. Cavabdeh 4000 (dörd min) manat məbləğində sığorta ödənişi, 60 (altmış) manat məbləğində dövlət rüsumu və 0.4 manat (qırx qəpik) məbləğində bank xidməti haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva