Məhkəmə qərarları › İş №e-2(010)-2100/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-2100/2022

08.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-2100/2022 08.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızı İddiaçı "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı (maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyəti) "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə Suraxanı rayon Məhkəməsinə müraciət etmişdir. 06.04.2022-ci ildə İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizəsi Elektron Məhkəmə İnformasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuşdur. Ərizəçinin nümayəndəsi və vəkili Vəkil həmin ərizənin baxılmamış saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra AR MPM) 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən, AR MPM-in 152, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan şikayət qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə verilə bilər. Hakim Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar