Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2180/2025 25.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədirliyi Quliyeva Leyla Məmməd qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 6500 manat məbləğində pul vəsaitinin və 85 manat məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC tərəfindən“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən "TOFAŞ ŞAHİN" markalı, 90MS149 d.q.n-lı atvonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurulan zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə xx.xx.2022-ci il tarixli, PAZ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 03 may 2023-cü il tarixində saat 18:30 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobilin yolunun Qəbələ rayonu, Nohurqışlaq kənd ərazisindən keçən 60-cı kilometrliyində sürücü, Qəbələ RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Cavabdeh2 idarə etdiyi X17 markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qəbələ şəhəri istiqamətində hərəkətdə olan zaman avtomobilin idarəetməsini itirməsində avtomobili yolun sol kənarında olan ağaca çırpılmış, hadisə nəticəsində sürücü Cavabdeh2 Qəbələ RMX-na aparılan zaman yolda və avtomobildə olan sərnişin X5 isə hadisə yerində aldığı bədən xəsarətlərində ölmüş, digər sərnişin X13 müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. İşinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Qəbələ rayon şöbəsindən verilən, xx.xx.2023-cü il tarixli 17 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh2 meyitindən götürülmüş qanda və sidikdə məhkəmə-kimya tədqiqatları nəticəsində etil spirti aşkar edilmişdir. Aşkar edilən etil spirtinin qatılığı canlı şəxslərdə güclü (ağır) dərəcəli sərxoşluq törəməsi kimi qiymətləndirilmişdir. Belə olan halda sürücü Cavabdeh2 hadisə baş verən anda yəni, xx.xx.2023-cü il tarixdə avtomobili idarə edən zaman ağır dərəcəli sərxoş olmuşdur. Baş vermiş hadisə ilə bağlı "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixli CML-0003/2024-AKT25/24 nömrəli aktla X3 «ÖLÜM» ü faktı üzrə 5000 (beş min) manat və zərərçəkmiş X2 vurulan ağır zərərə görə 1500 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Göründüyü kimi, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı mərhum Cavabdeh2 icbari qaydada sığorta olunmuş "TOFAŞ ŞAHİN" markalı, 90MS149 d.q.n-lı atvonəqliyyat vasitəsini sərxoş halda idarə etmişdir. Avtonəqliyyat vasitəsinin sahibi Cavabdeh3 və sığortalı Cavabdeh1 isə sərxoş vəziyyətdə olan şəxsə sözügedən avtonəqliyyat vasitəsini idarə etməyə etibar etmişlər». Bakı şəhər Suraxanı rayon Məhkəməsinin e-2(010)-2180/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə icraata “pul vəsaitinin Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması” hissəsində xitam verilməsi qərara alınmışdır. Tərəflərin izahatları. İş üzrə iddiaçının nümayəndəsi X4 məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmyaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbini məhkəməyə bildirməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materialları. "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş CML-0003/2024-AKT25/24 nömrəli sığorta aktının surətindən görünür ki, "xxxx" ASC tərəfindən sığorta edilmiş “Tofaş Şahin” markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobil maneəyə dəymiş, X1 dəymiş zərər nəticəsində ölmüşdür bununla bağlı 5000 manat məbləğində sığorta ödənişi xx.xx.2024cü il tarixində ödənilmişdir. "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş CML-0003/2024-AKT24/24 nömrəli sığorta aktının surətindən görünür ki, "xxxx" ASC tərəfindən sığorta edilmiş “Tofaş Şahin” markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobil maneəyə dəymiş, nəticədə X9 zərər vurulmuşdur. Baş vermiş sığorta hadisəsinə görə hadisə zamanı xəsarət alan şəxs X9 1500 manat məbləğində sığorta ödənişi xx.xx.2024-cü il tarixində edilmişdir. "xxxx" ASC ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış PAZ********** saylı icbari sığorta müqaviləsinə dair məlumatlara əsasən, Cavabdeh1 məxsus “Tofaş Şahin” markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobil 12 ay müddətinə 5000 manat məbləğində sığortalanmışdır. xx.xx.2024-cü il tarixli sığorta ödənişinin məbləği ilə razılaşma barədə sığorta aktına əlavədən görünür ki, sığorta hadisəsi nəticəsində faydalanan şəxs Baxışov Bəxtiyar Mahmud oğlu sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan ölüm xəsarətin dərəcəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş 5000 manat məbləğində sığorta ödənişindən xəbərdardır. Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İİ seriyalı, 344798 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 182 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 821677 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Tofaş Şahin” markalı, **-MS-*** qeydiyyat nişanlı avtomobil Cavabdeh3 mülkiyyətindədir. Azərbaycan Respublikası Baş istintaq və Təhqiqat İdarəsinin müstəntiqi polis kapitanı Abdulla Xəlilov tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyərinin icbari sığorta üzrə hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, Cavabdeh2 idarə etdiyi “Tofaş Şahin” markalı, **- MS-*** dövlət qeydiyyat nişanlı avtomobil maneəylə toqquşmuş, hadisə zamanı sürücü sərxoş olduğu görünür. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, 1500 manat məbləğində pul vəsaiti "xxxx" ASC tərəfindən “Paşa Bank” vasitəsilə X7 ödənilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X14 xx.xx.2023-cü il tarixli 176 nömrəli ekspert rəyindən görünür ki, X6 bədəni üzərində qapalı kəllə beyin travması, baş beyinin əzilməsi, alt tərəfli alın nahiyyəsində subdural hermatoma baş beyinin ödemi, sol qamış və incik sümüklərinin qəlpəli yerdəyişən sınığı, sol baldırın aşağı bayır hissəsinin toxuma deffekti ilə müşayiət olunan, başın sağ alıntəpə nahiyyəsinin dərialtı hermatoması, başın arxa ənsə nahiyyəsinin əzilmiş yarası, alının sağ yuxarı hissəsinin, sağ çiyinin ön səthinin, sağ əlin üst səthinin, sağ baldırın orta və arxa hissələrinin sıyrığı kimi xəsarəti vardır. Həmin xəsarətlər küt alətin (əşyaların)təsirindən qərarda göstərilən tarixdə və şəraitdə yəni xx.xx.2023-cü ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər. Qeyd olunan xəsarətlər dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X14 xx.xx.2023-cü il tarixli 17 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh2 meyitində ağır açıq kəllə beyin travması, baş beyin toxumasına və qişalarına qansızma, baş beyin toxumasının ağır dərəcəli əzilməsi, kəllə qapağı və kəllə əsası sümüklərinin sınığı, başın sağ təpə nahiyyəsinin əzilmiş-cırılmış yarası, alt çənənin sağ hissəsinin sınığı, burunun, sağ alt göz qapağının, sağ əlinin üst səthinin, sağ budun ön yuxarı 1/3-nin sağ ayağın bayır tərəfinin, sol dizin iç səthinin və sol ayağın içəri topuq hissəsinin sıyrıqları kimi xəsarəti vardır. Qeyd olunan xəsarətlər küt alətin (əşyaların) təsirindən qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə yəni, 03 may 2023-cü ildə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində yarana bilərlər. Dərəcəsinə görə həmin xəsarətlər canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aiddir. Cavabdeh2 ölümünə səbəb baş beyin toxumasının ağır dərəcəli əzilməsi olmuşdur. 03 may 2023-cü il tarixə baş vermiş yol-nəqliyyat hadisəsi vaxtı aldığı ağır bədən xəsarətlərlə ölümü arasında birbaşa səbəbli əlaqə vardır. Cavabdeh2 meyitindən götürülmüş qanda və sidikdə məhkəmə-kimya tədqiqatları nəticəsində etil spirti aşkar edilmişdir. Aşkar edilən həmin etil spirtinin qatılığı canlı şəxslərdə güclü (ağır dərəcəli sərxoşluq törətməsi kimi qiymətləndirilir. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, 5000 manat məbləğində pul vəsaiti "xxxx" ASC tərəfindən “Paşa Bank” vasitəsilə Baxışov Bəxtiyar Mahmud oğluna ödənilmişdir. 24 avqust 2023-cü il tarixdə cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərardan görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixində sərxoş vəziyyətdə etibarnamə əsasında idarə etdiyi X17 markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Qaraməryəm – İsmayıllı – Şəki avtomobil yolunun Qəbələ rayonu, Nohurqışlaq kənd ərazisindən keçən 60-cı kilometrliyində, hərəkətdə olan zaman yol-nəqliyyat hadisəsi törədərək ehtiyatsızlıqdan özünün və bir nəfər şəxsin ölümünə, həmçinin bir nəfər şəxsin həyat üçün təhlükəli olan ağır xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi cinayətini törədərək öldüyünündən ona Azərbaycan Respublikası CM-nin 263-1.4-cü maddəsi ilə ittiham verilə bilməməsinin nəzərə alınması, Azərbaycan Respublikası CM-nin 263-1.4-cü maddəsi ilə istintaqı aparılmış ********* saylı cinayət işi üzrə cinayət əməlini törətmiş şəxs Cavabdeh2 hadisə zamanı öldüyündən cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsi qərara alınmışdır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sitemindən əldə olunmuş məlumatlardan görünür ki, Cavabdeh3 xx.xx.2020-ci il tarixli etibarnamə tərtib etməklə, X17 markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən istifadə hüququnu Cavabdeh3 xx.xx.2025-cu il tarixinədək etibar etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 897. İcbari sığorta 897.1. İcbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur...https://e-qanun.az/framework/46944 Maddə 922. Sığorta hadisəsi 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Maddə 924. Sığorta hadisəsinin təsdiqi 924.1. Sığortaçı (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxs) sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün lazım olan sənədləri və məlumatları bu Məcəllənin 924.2-ci maddəsi nəzərə alınmaqla, sığortalıdan tələb etmək hüququna malikdir. 924.2. Sığorta hadisəsi hesab edilə bilən, qanunvericiliyə uyğun olaraq araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu vermək sığortaçının və ya onun nümayəndəsinin vəzifəsidir. 924.3. Səlahiyyətli dövlət orqanları sığortaçının və ya onun nümayəndəsinin yazılı sorğusuna əsasən, sığorta hadisəsi ilə əlaqədar tələb olunan, yayılması “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunmayan istənilən məlumatı sorğunun daxil olduğu tarixdən etibarən 10 gün müddətində təqdim etməlidirlər. Maddə 936. Subroqasiya hüququ 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.https://e-qanun.az/framework/46944 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.... Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi ...124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır...
14. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 25. İcbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları. 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.2. bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır 25.1.5. sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı. 25.1.6. sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunun tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda;.... 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər... Maddə 52. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi 52.1. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur.... Maddə 53. Mülki məsuliyyəti icbari sığorta etdirilməli olan avtonəqliyyat vasitəsi sahibləri, sığortalı və sığorta olunan 53.1. Mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. 53.3. Avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini icbari sığorta etdirərək sığorta haqqı ödəyən və müvafiq icbari sığorta müqaviləsinin tərəfi olan şəxs sığortalı hesab edilir. 53.4. İcbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir.https://e-qanun.az/framework/22228 Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İşin faktiki halları ondan ibarətdir ki, 03 may 2023-cü il tarixində Cavabdeh2 idarə etdiyi X17 markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yolun sol kənarında olan ağaca çırpılmış, hadisə nəticəsində sürücü Cavabdeh2 ölmüş, avtomobildə olan sərnişin X5 hadisə yerində aldığı bədən xəsarətlərində ölmüş, digər sərnişin X13 müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. X17 markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin mülkiyyətçisi Cavabdeh3dur. Cavabdeh3 qeyd olunan nəqliyyat vasitəsini istifadə etmək məqsədilə Cavabdeh2 və Cavabdeh1 etibarnamələr vermişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X3 ölməsi səbəbilə 5000 manat, X9 yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət aldığına görə 1500 manat məbləğində ödəniş həyata keçirmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti subroqasiya hüququ əsasında cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 6500 manat məbləğində pul vəsaitinin və 85 manat məbləğində dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının subroqasiya hüququnun yaranmasına münasibət bildirərək qeyd edir ki, Cavabdeh3 X17 markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin mülkiyyətçisidir. O, 24 avqust 2023-cü il tarixdə cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərardan da göründüyü kimi, qeyd olunan nəqliyyat vasitəsini idarə etməyi etibarnamə əsasında Cavabdeh2 vermişdir. İş materiallarından da müəyyən olunduğu kimi, Cavabdeh3 baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli bilinməyib. Bu səbəbdən və yuxarıda sadalanmış qanunvericiliyin tələblərinə müvafiq olaraq, subroqasiya hüququ ona qarşı yaranmamışdır. Məhkəmə iddiaçının subroqasiya hüququnun yaranmasının Cavabdeh1 münasibətdə qeyd edir ki, Cavabdeh1 da nəqliyyat vasitəsini eibarnamə əsasında əldə etmiş və mülkiyyətçi Cavabdeh3 adınnan X17 markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı minik avtomobilnin sığorta müqaviləsini iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə sığortalı kimi bağlamışdır. Həmçinin iş materiallarında da görünür ki, Cavabdeh1 baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli bilinməmişdir. Yuxarıda göstərilmiş qanunvericiliyin müddəalarına əsasən, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı da subroqasiya hüququ yaranmamışdır. Məhkəmə vuröulayır ki, şəxsin təqsir mülki məsuliyyət üçün vacib elemenlərdən biridir və şəxsin təqsiri olmadan ona qarşı subroqasiya hüququ yarana bilməz. Yuxarıda qeyd olunan “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrindən də göründüyü kimi, subroqasiya hüququnun yaranması üçün sığortaçının baş vermiş hadisədə təqsiri müəyyən edilməlidir. Digər Cavabdeh2 münasibətdə məhkəmə qeyd edir ki, Cavabdeh2 X17 markalı, **-MS- *** dövlət qeydiyyat nişanlı minik avtomobilini etibarnamə əsasında sərxoş halda idarə etmiş, baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli olmuş, lakin baş vermiş hadisə nəticəsində ölmüşdür. Bu səbəbdən məhkəmə ona dair hissədə icraata xitam vermişdir. Nəticədə məhkəmə qeyd edir ki, iddia tələbi Cavabdeh3 və Cavabdeh1 münasibətdə baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli bilinmədiklərindən və onlara qarşı subroqasiya hüququ yaranmadıqdan, rədd edilməlidir. Bununla da, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 6500 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması tələbi təmin edilməməlidir. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia rədd edildikdən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏT ETDİ:
İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 6500 manat məbləğində pul vəsaitinin və 85 manat məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Firuzə Mirzəyeva