Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-2315/2022 17.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin * saylı Bakı Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin * saylı Bakı Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona fərdi ev tikmək üçün 0,05 ha torpaq sahəsi ayrılması haqda Abşeron rayon İcra Hakimiyyətinin *2.0*.*995-ci il tarixli sərəncamında onun qrafasında qeyd olunan «Səfalı» adının eyni şəxsə aid olması-yəni «Safalı» olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, izahatında göstərdi ki, S.Əliyev adına müəssisə həmkarlar komitəsi və əmək kollektivi şuralarının birgə iclas protokoluna əsasən Abşeron rayon İcra Hakimiyyətinin *2.0*.*995-ci il tarixli sərəncamı ilə sovxozda yaşayan, ehtiyacı olan şəxslərə ayrılmış torpaq fondundan Abşeron rayon S.Əliyev adına südçülük-maldarlıq üzrə X* istehsalı Müəssisəsi tərəfindən müvafiq Əmrlə iddiaçıya fərdi ev tikmək üçün - 0.05 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı cavabdehə müraciət etmiş, lakin ona şifahi imtina etmiş və imtinanın səbəbi kimi, onun İddiaçı “Salalı” qızı olduğu halda, hüquqi sənəddə ata adının “Səfalı” kimi qeyd olduğu bildirmişdir. İddiaçı yenidən yazılı imtina almaq üçün müraciət etmiş, lakin həmin vaxtdan bir ay on gün keçməsinə baxmayaraq cavab verilməmişdir. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı prosessual pozuntulara yol verməklə məhkəməyə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bununla bağlı məhkəmə qeyd edir ki, ərizə və ona əlavə olunmuş sənədlərdən iddiaçının tələbində göstərdiyi məsələnin həlli ilə bağlı aidiyyəti quruma müraciət etməsi görünmür. Məhkəmə iş materiallarını nəzərdən keçirib, iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatını dinləyib hesab edir ki, iddiaçının iddiasına məhkəmədə baxılmalı olmadığına görə işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 26*.0.*-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26*-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin * saylı Bakı Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra *0 (on) gün müddətində verilə bilər. Sərdlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №e-2(010)-2315/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-2315/2022
17.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver