Məhkəmə qərarları › İş №e-2(010)-2358/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2358/2025

14.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2358/2025 14.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – "xxxx" ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlərdən müştərək qaydada ümumilikdə hər iki hadisə üzrə 2088 manat məbləğində pul vəsaiti və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 41 manat məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il, saat 17:00 radələrində Bakı şəhəri, Hövsan qəsəbəsi ərazisində Cavabdeh1 məxsus, Cavabdeh2 idarə etdiyi və PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “VAZ 2109” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobil “Mercedes Benz C250” markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. DYPŞ orqanının əməkdaşı tərəfindən tərtib edilmiş TP5195762 № saylı inzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin, 327.1 və 332.2-ci maddəsində (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Tərtib edilmiş qüsur aktında göstərilmişdir ki, “Mercedes Benz C250” markalı, **-KG-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş maddi zərər 820 manat təşkil edir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA115145/22 saylısığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 820 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Həmçinin, xx.xx.2022-ci il, saat 00:15 radələrində Bakı şəhəri, Zığ yolu ərazisində Cavabdeh1 məxsus, Cavabdeh2 idarə etdiyi və PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “VAZ 2109” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobil “Toyota Prius” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. DYPŞ orqanının əməkdaşı tərəfindən tərtib edilmiş TP5320709 № saylı inzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin, 327.1 və 332.2-ci maddəsində (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan (sürücülük vəsiqəsi olmadan) nəqliyyat vasitəsinin idarə edilməsinə görə) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Tərtib edilmiş qüsur aktında göstərilmişdir ki, “Toyota Prius” markalı, **-BN-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş maddi zərər 1268 manat təşkil edir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA121798/22 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 1268 manat məbləğində sığorta ödənişi ödənilmişdir.

Tərəflərin izahatları.

3. İddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə baxış iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, digər Cavabdeh2 onun atasıdır və mülkiyyətində olan nəqliyyat vasitəsi üzərində idarəetmə hüququnu müvəqqəti notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında atasına vermişdir. Lakin, hazırda ona qarşı qaldırılmış iddia tələbini qəbul etmir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə baxış iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirdi ki, notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında ona müvafiq nəqliyyat vasitəsini idarə etmək hüququ etibar olunsa da, o, müvafiq sürücülük kateqoriyasına xas sürücülük vəsiqəsinə malik olmadığı üçün cərimələnmişdir. Notariat orqanı işin bu halını şəxsən yoxlamalı və ona etibarnamə verən zaman bunu nəzərə almalı idi. Lakin, hazırda ona qarşı qaldırılmış iddia tələbini qəbul etmir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

İş materialları.

6. xx.xx.2021-ci il tarixli, PXA********** nömrəli icbari sığorta müqaviləsinə dair elektron çıxarışdan görünür ki, buraxılış ili 1990-cı il olan, “Vaz 2109” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021 – xx.xx.2022-ci il tarixləri arasında (sığorta müddətində) 1 il müddətinə "xxxx" ASC tərəfindən əmlaka vurulan zərər görə - 5000 manat, sağlamlığa vurulan zərərə görə 1 şəxs üçün – 5000 manat, 1 hadisə üzrə - 50000 manat məbləğində icbari qaydada sığortalanmışdır.

7. xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, “Toyota Prius” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin ümumi məbləği (ehtiyat hissələri + işçilik) 1268 manat məbləğində qiymətləndirilmişdir.

8. "xxxx" ASC tərəfindən tərtib edilmiş PXA121798 nömrəli sığorta aktından görünür ki, xx.xx.2022-ci il, saat 00:15 radələrində "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarı sığortası növü üzrə sığortalanmış “Vaz 2109” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin “Toyota Prius” markalı, **- BN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində sonuncu nəqliyyat vasitəsinə dəymiş zərərin ümumi məbləği 1268 manat məbləğində müəyyən edilmiş və iddiaçı tərəfindən X1 hesabına 1268 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir.

9. TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Cavabdeh2 xx.xx.2022-ci il, saat 00:15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Zığ yolu ərazisində “Vaz 2109” minik markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmiş və barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır.

10. xx.xx.2022-ci il tarixli, xx/xx-1981 nömrəli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh2 baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ödənilmiş subroqasiya qaydasında pul məbləği (820 manat) barədə məluma verilmiş, həmin pul məbləğinin tam şəkildə 7 (yeddi) gün müddətində ödənilməsi təklif edilmiş, əks halda iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.

11. xx.xx.2022-ci il tarixli, 3343 nömrəli qüsur aktından görünür ki, “Mercedes C Class” markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin ümumi məbləği (ehtiyat hissələri + işçilik) 820 manat məbləğində qiymətləndirilmişdir.

12. "xxxx" ASC tərəfindən tərtib edilmiş PXA115145 nömrəli sığorta aktından görünür ki, xx.xx.2022-ci il, saat 17:00 radələrində "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarı sığortası növü üzrə sığortalanmış “Vaz 2109” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin “Mercedes C Class” markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində sonuncu nəqliyyat vasitəsinə dəymiş zərərin ümumi məbləği 820 manat məbləğində müəyyən edilmiş və iddiaçı tərəfindən X4 oğlunun kart hesabına 820 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir.

13. TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Cavabdeh2 xx.xx.2022-ci il, saat 17:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi ərazisində “Vaz 2109” minik markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmiş və barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır.

14. xx.xx.2022-ci il tarixli, xx/xx-2668 nömrəli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh2 baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ödənilmiş subroqasiya qaydasında pul məbləği (1268 manat) barədə məluma verilmiş, həmin pul məbləğinin tam şəkildə 7 (yeddi) gün müddətində ödənilməsi təklif edilmiş, əks halda iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.

15. AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Vaz 2109” minik markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh1 adına xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır.

16. ƏN-V seriyalı, 890686 nömrəli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, Cavabdeh1 mülkiyyətində olan “Vaz 2109” minik markalı, **- SE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququnu xx.xx.2029-cu il tarixinədək Cavabdeh2 etibar etmişdir.

İşin faktiki halları.

17. Cavabdeh1 öz mülkiyyətində olan “Vaz 2109” minik markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmə səlahiyyətini xx.xx.2021-ci il tarixli etibarnamə əsasında Cavabdeh2 etibar etmişdir.

18. “Vaz 2109” minik markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021 - xx.xx.2022-ci il tarixləri arasında "xxxx" ASC tərəfindən sığortalanmış, sığortalı şəxs Cavabdeh1 olmuşdur.

19. Cavabdeh2 xx.xx.2022-ci il, saat 00:15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Zığ yolu ərazisində “Vaz 2109” minik markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmiş və barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. xx.xx.2022-ci il, saat 00:15 radələrində "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarı sığortası növü üzrə sığortalanmış “Vaz 2109” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin “Toyota Prius” markalı, **- BN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində sonuncu nəqliyyat vasitəsinə dəymiş zərərin ümumi məbləği 1268 manat məbləğində müəyyən edilmiş və iddiaçı tərəfindən X1 hesabına 1268 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir.

20. Cavabdeh2 xx.xx.2022-ci il, saat 17:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi ərazisində “Vaz 2109” minik markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmiş və barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. xx.xx.2022-ci il, saat 17:00 radələrində "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarı sığortası növü üzrə sığortalanmış “Vaz 2109” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin “Mercedes C Class” markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində sonuncu nəqliyyat vasitəsinə dəymiş zərərin ümumi məbləği 820 manat məbləğində müəyyən edilmiş və iddiaçı tərəfindən X4 oğlunun kart hesabına 820 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir.

Tətbiq edilən hüquq.

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 883. Sığorta və təkrarsığorta müqaviləsi. 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 936. Subroqasiya hüququ. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

22. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı.

Qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir... Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir.

23. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 23. Sığortaçının hüquq və vəzifələri. 23.1. Sığortaçının aşağıdakı hüquqları vardır: 23.1.6. sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək. Maddə 25. İcbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları. 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

25. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda – 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi.

Məhkəmənin mövqeyi.

26. İşin faktiki hallarından görünür ki, xx.xx.2021-ci il tarixli, PXA********** nömrəli icbari sığorta müqaviləsinə əsasən, buraxılış ili 1990-cı il olan, “Vaz 2109” markalı, **-SE- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021 – xx.xx.2022-ci il tarixləri arasında (sığorta müddətində) 1 il müddətinə "xxxx" ASC tərəfindən əmlaka vurulan zərər görə - 5000 manat, sağlamlığa vurulan zərərə görə 1 şəxs üçün – 5000 manat, 1 hadisə üzrə - 50000 manat məbləğində icbari qaydada sığortalanmışdır. Cavabdeh1 öz mülkiyyətində olan “Vaz 2109” minik markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmə səlahiyyətini xx.xx.2021-ci il tarixli etibarnamə əsasında Cavabdeh2 etibar etmişdir. Cavabdeh2 “Vaz 2109” minik markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iki dəfə yol-nəqliyyat hadisəsinə yol vermiş, həmin hadisələrlə bağlı inzibati xəta haqqında iş üzrə icraat aparılmış və sonuncunun həmin yol-nəqliyyat hadisələrinin törədilməsində təqsiri müəyyən edilmişdir. Belə ki, Cavabdeh2 xx.xx.2022-ci il, saat 00:15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Zığ yolu ərazisində “Vaz 2109” minik markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 (əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə) və 332.2-ci (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmiş və barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. xx.xx.2022-ci il, saat 00:15 radələrində "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarı sığortası növü üzrə sığortalanmış “Vaz 2109” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin “Toyota Prius” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində sonuncu nəqliyyat vasitəsinə dəymiş zərərin ümumi məbləği 1268 manat məbləğində müəyyən edilmiş və iddiaçı tərəfindən X1 hesabına 1268 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. Daha sonra Cavabdeh2 xx.xx.2022-ci il, saat 17:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi ərazisində “Vaz 2109” minik markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 (əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə) və ya manevr etmə qaydalarının pozulmasıvə 332.2-ci (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmiş və barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. xx.xx.2022-ci il, saat 17:00 radələrində "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarı sığortası növü üzrə sığortalanmış “Vaz 2109” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin “Mercedes C Class” markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində sonuncu nəqliyyat vasitəsinə dəymiş zərərin ümumi məbləği 820 manat məbləğində müəyyən edilmiş və iddiaçı tərəfindən X4 oğlunun kart hesabına 820 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir.

27. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Belə olan halda iddiaçı "xxxx" ASC Cavabdeh2 təqsirli olaraq törətdiyi yolnəqliyyat hadisələri nəticəsində zərər dəymiş avtomobillərə görə ödədiyi ümumilikdə 2088 manat məbləğində sığorta ödənişini Cavabdeh2 tələb etməkdə haqlı olmuşdur.

28. Digər Cavabdeh1 münasibətdə məhkəmə qeyd edir ki, bu cavabdeh, digər Cavabdeh2 yol-nəqliyyat hadisəsi törətdiyi ““Vaz 2109” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisidir və mülkiyyətçi olduğuna görə müvafiq sığorta ödənişi subroqasiya qaydasında həm də ondan tələb edilmişdir.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda (§ 18) istinad edilmiş qərarında qeyd edilir ki, qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir... Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir.

30. Cavabdeh1 avtomobilin mülkiyyətçisi olduğundan onun yüksək təhlükə mənbəyinə sahibliyinin hüququ əsasını mülkiyyət hüququ təşkil edir. Lakin məhkəmə hesab edir ki, onun avtomobilə sahibliyinin maddi şərti təmin olunmamışdır. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh1 mülkiyyətində olan “Vaz 2109” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququnu xx.xx.2021-ci il tarixli etibarnaməyə əsasən atası Cavabdeh2 adlı şəxsə etibar etmişdir. Mülkiyyətçinin avtomobili idarə etmək hüququnu kimə(lərə)sə etibar etməsi onun avtomobil üzərində sahibliyini (hakimiyyətə malik olmasını) mütləq qaydada istisna etməsə də, hazırkı işin hallarından görünür ki, Cavabdeh1 hadisə baş verən vaxt avtomobil üzərində hakimiyyətə malik olmamışdır.

31. İşin bütün bu hallarını nəzərə alan məhkəmə hesab edir ki, Cavabdeh1 yüksək təhlükə mənbəyi olan avtomobil üzərində sahibliyinin maddi şərti təmin olunmamışdır. Belə ki, o, yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmamış, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmamış və ondan yararlanmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh1 Mülki Məcəllənin 1108-ci maddəsi baxımından avtomobilin sahibi hesab edilə bilməz. Odur ki, iddianın həmin cavabdehə qarşı yönəlmiş hissəsinin təmin edilməsi istisna edilir.

Məhkəmə xərcləri.

32. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 41 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Ödənilmiş məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müvafiq iddia qiymətinə uyğun olmuşdur.

33. İddia yalnız Cavabdeh2 yönəlmiş hissədə təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 41 manat məbləğində dövlət rüsumu məhz həmin cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

34. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 2088 manat məbləğində pul və 41 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

35. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh2 2088 (iki min səksən səkkiz) manat məbləğində pul və 41 (qırx bir) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar