Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2429/2024 21.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi ilə İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumilikdə ödənilmiş 930 manat (doqquz yüz otuz manat) sığorta odənişinin və ayrıca ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı "Atəşgah” Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. Bakı şəhər Sabunçu rayon X2 Şöbəsinin ******* saylı qərarına əsasən, xx.xx.2022ci il tarixdə Cavabdeh oglu tərəfindən idarə olunan "Hyundai Elantra” markalı, ** TH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "Ford Fusion” markalı, ** OA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş icbari sığorta müqaviləsindən çıxarışdan gorünür ki, sözügedən "Hyundai Elantra” markalı, ** TH *** dovlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "Atəşgah” SŞ-da icbari sığorta müqviləsi ilə sığortalanmışdır. İş materiallarına əlavə edilmiş sığorta ödənişini təsdiq edən ödəniş tapşırığından da göründüyü kimi, "Atəşgah” Sığorta dəymiş zərəri aradan qaldıraraq, zərərlərin qiymətləndirilməsi barədə hesabata əsasən "Ford Fusion” markalı, ** OA *** dovlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə gorə 16607922 (7701) saylı ödəniş tapşırığına uyğun olaraq Geiushov Zauriyə 930 AZN sığorta ödənişi həyata keçirmişdir. İş materiallarına əlavə edilmiş, Sabunçu rayon DYPŞ-nin ******* saylı qərarından həmçinin aydın olur ki, yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs Cavabdeh olmuşdur. xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsində İXM-nin 327.1-ci və 327.6-cı maddələri ilə hadisə yerindən yayındığına görə təqsirli bilinmişdir. Belə ki, Cavabdeh hadisə yerindən yayındığına görə ona qarşı subroqasiya hüququ yaranmışdır. Hesab edir ki, 930 manat pul Cavabdeh iddiaçı "Atəşgah” Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır.
Tərəflərin izahatları
3. İddiaçı Sığorta Şirkəti ASC ərizə ilə məhkəməyə müraciət edərək hazırki iş üzrə məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları
5. İcbari Sığorta Bürosunun “İcbari Sığorta Müqavilələrinin Mövcudluğunun Yoxlanılması” barədə məlumatından görünür ki, “Hyundai Elentra” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı Sığorta Şirkəti ASC tərəfindən icbari sığorta növündə sığortalanmışdır və yol nəqliyyat hadisəsinin baş verdiyi xx.xx.2022-ci il tarixdə sığorta müqaviləsi aktiv statuslu olmuşdur.
6. xx.xx.2022-ci il tarixli İnzibati tənbehvermə haqqında qərarın surətindən görünür ki, “Hyundai Elentra” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh AR İXM-nin 327.1 və 327.6-cı maddəsində nəzərdə tutulan inzibati xətaları törətdiyindən 100 manat məbləğində cərimə edilmişdir.
7. xx.xx.2022-ci il tarixli “Sığorta Aktı”ndan görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Ford Fusion” markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilə təmir-bərpa xərcləri daxil olmaqla 930 manat məbləğində ziyan dəymişdir.
8. AR Bakı Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli “Ekspert rəyi”ndən görünür ki, “Ford Fusion” markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilə təmir-bərpa xərcləri daxil olmaqla təxminən 930 manat məbləğində ziyan dəymişdir.
9. xx.xx.2022-ci il tarixli, ********* (7701) nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən faydalanan şəxs Geiushov Zaurinin hesabına 930 manat sığorta ödənişi köçürülmüşdür.
10. xx.xx.2022-ci il tarixli, O-A-2022-0581 nömrəli pretenziyadan görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən “Ford Fusion” markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə bağlı verilmiş 930 manat sığorta ödənişinin 10 iş günü ərzində qaytarılması, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə Cavabdeh xəbərdarlıq edilmişdir.
11. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, ekspert rəyindən görünür ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “Ford Fusion” markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 830 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir və ona tənqidi yanaşılması üçün əsas görmür.
İşin faktiki halları
12. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, Cavabdeh idarə etdiyi “Hyundai Elentra” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə yolnəqliyyat hadisəsi törətmiş, nəticədə “Ford Fusion” markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilə 930 manat məbləğində dəyərləndirilən maddi ziyan vurmuşdur. İddiaçı sığorta şirkəti zərərin aradan qaldırılması üçün 930 manat məbləğində sığorta ödənişi etmişdir. Hazırki iddia tələbində iddiaçı “Ford Fusion” markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün ödənilən 930 manat məbləğində sığorta ödənişini subroqasiya qaydasında cavabdehdən tələb edir. Tələbini onunla əsaslandırır ki, qəzanın baş verməsində cavabdeh təqsirkar olmuşdur və o hadisə yerindən yayınmışdır. Cavabdeh tərəfindən iddia tələbinə etiraz yaxud mülahizə daxil olmamışdır.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 936. Subroqasiya hüququ 936.1 Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2 Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
14. Azərbaycan Respublikası “İcbari Sığortalar haqqında” Qanun Maddə 63. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə subroqasiya hüququ 63.1 Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.
15. AR İnzibati Xətalar Məcəlləsi Maddə 327. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması. 327.6 Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə - yüz manat məbləğində cərimə edilir.
Məhkəmənin mövqeyi
16. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir.
17. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normasından göründüyü kimi, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Yəni, bu hüquqlar zərərçəkəndən sığortaçıya keçir. Cavabdeh tərəfindən “Ford Fusion” markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurulması işin mübahisəsiz halıdır. Belə ki, bu hal işə əlavə edilən sənədlərlə ilə müəyyən edilir. İş materiallarından o da görünür ki, ziyan cavabdehin təqsirli hərəkəti nəticəsində vurulmuşdur. İddiaçının cavabdehə qarşı subroqasiya hüququnu yaradan hal isə cavabdehin hadisə yerindən yayınması halıdır. Bu hal, cavabdehin barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarla öz təsdiqini tapır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı subroqasiya qaydasında cavabdehdən vurulan ziyanı geri tələb etməkdə haqlıdır. Vurulan ziyanın məbləğinə gəldikdə isə işə əlavə edilmiş qüsur aktı ilə iddiaçı cavabdehdən 930 manat məbləğində pul vəsaitini tələb etsə də, lakin iş materiallarında olan AR Ədliyyə Nazirliyi Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “Ford Fusion” markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 830 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ekspert rəyinə tənqidi yanaşılması üçün əsas görmür və onu mötəbər sübut kimi qəbul edir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə 830 manat məlbəğində pul vəsaiti cavabdehdən tutulub iddiaçıya ödənilməlidir.
Məhkəmə xərcləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
19. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməli və eyni zamanda iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 50 manat pul vəsaiti Cavabdeh tutularaq AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
21. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 830 manat pul və 30 manat dövlət rüsumu tutularaq iddiaçı "Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməli və iş üzrə keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının dəyəri olan 50 manat pul vəsaiti Cavabdeh tutularaq AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
22. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 830 manat pulun və 30 manat dövlət rüsumu tutularaq iddiaçı "Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 50 manat pul vəsaiti Cavabdeh tutularaq AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Tural Məmmədov