Məhkəmə qərarları › İş №e-2(010)-250/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-250/2023

27.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-250/2023 27.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Məhkəmə iclas katibi X1 qızının katibliyi ilə, İddiaçı Məmmədova Vəsı̇ lə Nərı̇ man qızının cavabdeh Adıgözəlov Nərı̇ man İ̇smayıl oğluna qarşı “əmlak” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Məmmədova Vəsı̇ lə Nərı̇ man qızının cavabdeh Adıgözəlov Nərı̇ man İ̇smayıl oğluna qarşı “əmlak” tələbinə dair ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. İş üzrə növbəti məhkəmə hazırlıq iclası 27 mart 2023-cü il tarixə, saat 14:30-a təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh tərəfə SMS bildiriş vasitəsi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmə səbəbləri barədə məlumat verməmişlər. İddiaçının vəkili və nümayəndəsi Vəkil1 “Elektron Məhkəmə” sistemi vasitəsi ilə ərizə göndərərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin baxılmamış saxlanılıb geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-cı maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Məmmədova Vəsı̇ lə Nərı̇ man qızının cavabdeh Adıgözəlov Nərı̇ man İ̇smayil oğluna qarşı “əmlak” tələbinə dair iddia ərizəsi baxılmadan sənədlər ərizəçiyə geri qaytarılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar