Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2504/2024 02.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, yol nəqliyyat hadisəsi zamanı ona dəymiş 2300 manat maddi ziyan və 1000 manat mənəvi ziyanın cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırılması. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan 2009-cu il buraxılışlı ** ES *** dövlət qeydiyyat nişanlı Nissan Qashqai markalı avtomobili etibarnamə əsasında X3 idarə edir. xx.xx.2023-cü il tarixdə Cavabdeh1 mülkiyyətində olan və digər cavabdeh X1 idarə etdiyi ** ZK *** TRAİLOR SYY 3 Yarım Qoşqu mülkiyyətində olan ** ES *** dövlət qeydiyyat nişanlı Nissan Qashqai markalı avtomobil ilə toqquşaraq avtomobilinə ziyan vurmuşdur. Cavabdeh2 hadisə zamanı yük maşını olan DAF markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edirdi və ** ZK *** dövlət qeydiyyat nişanlı TRAİLOR SYY 3 Yarım Qoşqunun həmin yük maşınına qoşqu olaraq bağlanılmışdır. Hadisə yerinə DYP əməkdaşları gələrək yol nəqliyyat hadisəsini rəsmiləşdirmişlər. Araşdırma zamanı məlum olmuşdur ki, yol nəqliyyat hadisəsində təqsirkar Cavabdeh2dur. Buna dair DYP tərəfindən xx.xx.2023-cü il tarixli TP ******* saylı qərar qəbul edilmişdir. Mülkiyyətində olan 2009-cu il buraxılışlı ** ES *** dövlət qeydiyyat nişanlı Nissan Qashqai markalı avtomobilə dəymiş ziyan qiymətləndiriləndə müəyyən oldu ki, maşına 2300 manat məbləğində ziyan dəyib. Sonradan məlum oldu ki, Cavabdeh2 idarə etdiyi ** ZK *** TRAİLOR SYY 3 Yarım Qoşqunun sığortası yoxdur. Bu səbəbdən hər hansı vəsait ala bilmədilər. Cavabdeh2 ilə telefon danışıqlarına baxmayaraq ona dəymiş ziyanı ödəməkdən imtina etmişdir. Yuxarıda göstərilənlərə əsasən hesab edirlər ki, yol nəqliyyat hadisəsi zamanı ona dəymiş 2300 manat maddi ziyan və 1000 manat mənəvi ziyan cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək bildirmişdir ki, iddiasını müdafiə edir. Mülkiyyətində olan avtomobilə dəymiş ziyan qiymətlədiriləndə müəyyən oldu ki, maşına 2300 manat məbləğində ziyan dəyib. Ekspertiza rəyinə əsasən ziyan 2070 manat kimi müəyyən olunub. Ekspert rəyi ilə razıdır. Xəsarət almamışdır. O hadisə zamanı ona təqsirin cavabdehdə olduğunu demişdir. Ona 800 manat ödəyəcəyini dedi. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 bildirmişdir ki, o günahsız olduğunu sübut edə bilmir. O baş yola çıxanda ancaq sağa çıxa bilirdi. Sol tərəfi gözləyirdi. Qabağında tır var idi. Sonra Prado markalı maşın sağına girdi, ondan aralanmasını gözlədi. Sol tərəf boşalan kimi yola çıxdı, dönəndə bu maşın qıraqdan dəydi. Maşın onda deyil. O, sığorta olmadığına görə cərimə olunduğunu fikirləşmişdir. Maşını sürücü kimi işlətmişdir. Etibarnamə ilə idarə etmişdir. İddianın rədd olunmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. İnzibati xəta haqqında xx.xx.2023-cü il tarixli İXP ******* saylı protokoldan görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixdə saat 20:20-də TRAİLOR SYY 3 Yarım Qoşqu markalı, 99ZK527 dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli DİN-nin DYP Web portalından çıxarışdan görünür ki, Cavabdeh1 mülkiyyətində olan ** BM *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixdən xx.xx.2028-ci il tarixədək Cavabdeh2 etibarnamə üzrə vermişdir. İş materiallarında olan ******* nömrəli Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsi rəhbər tutularaq, Cavabdeh2 TRAİLOR SYY 3 Yarım Qoşqu markalı, 99ZK527 dövlət qeydiyyat nişanlı avtomobillə İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən 10 may 2023-cü il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Nissan Qashqai markalı, 77ES353 dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası DİN BDYPİ Qİİ /1 saylı Asan Xidmət Mərkəzi tərəfindən 10 mart 2020-ci il tarixdə verilmiş ƏN-Vİ№ 526994 nömrəli etibarnamənin surətindən görünür ki, “Nissan Qashqai minik” markalı, 77ES353 dövlət qeydiyyat nişanlı avtomobil, mülkiyyətçisi İddiaçı tərəfindən xx.xx.2026-cı il tarixədək nəqliyyat vasitəsini idarə etmək üçün X2 etibar edilmişdir. "xxxx" MMC-nin 3 nömrəli xx.xx.2023-cü il tarixli çıxarışından görünür ki, buraxılış ili 2009-cu il, Nissan Qashqai markalı, qara rəngli, 77ES353 dövlət qeydiyyat nişanlı avtomobildə cəmi 2300 manat məbləğində ziyan dəydiyi müəyyən edilmişdir. İcbari Sığorta Bürosu tərəfindən Suraxanı rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.2024-cü il tarixli müraciətə baxılmış və bildirilmişdir ki, informasiya sistemində axtarış zamanı xx.xx.2024-cü il tarixdə “TRAİLOR SYY 3 YARİMQOŞQU” markalı, 99ZK527 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə aid qüvvədə olan sığorta şəhadətnaməsi və dəymiş zərərə görə sığorta ödənişinin edilib-edilməməsi barədə məlumat aşkar edilməmişdir. Cavabdeh2 tərəfindən Bakı şəhər Qaradağ rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli şikayət ərizəsinə əsasən, AR DİN-in Bakı şəhəri Qaradağ rayon DYPŞ-nin polis baş leytenantı X4 tərəfindən onun barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli TP5768562 saylı “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/5068 saylı rəyindən görünür ki, "xxxx" servis müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktında baş vermiş yol - nəqliyyat hadisəsi nəticəsində 2009-cu il buraxılışlı “Nissan Qashqai minik” markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 2070 manat müəyyən edilir. O cümlədən dəyişilməli hissələrin qiyməti – 1020 manat, təmir – bərpa işlərinin qiyməti – 1050 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair xx.xx.2024-cü il tarixli 9/5068 saylı bildirişdən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət 1108.1 Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə,nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. ...14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.... Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 115. İşə baxılması ilə əlaqədar məsrəflər 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər;... Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi Maddə 36. Vurulmuş zərərin əvəzinin ödənilməsi 36.3. İnzibati xəta nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq həll edilir. Maddə 327. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması 327.1. Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə- qırx manat məbləğində cərimə edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2002-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarı
3. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun Qərarı. ...8. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur....
10. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.... Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, İddiaçı məxsus “Nissan Qashqai minik” markalı, 77ES353 dövlət qeydiyyat nişanlı avtomobillə Cavabdeh2 idarə etdiyi TRAİLOR SYY 3 Yarım Qoşqu markalı, 99ZK527 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş və həmin hadisə nəticəsində “Nissan Qashqai minik” markalı, 77ES353 dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Həmçinin, hadisənin baş verməsində TRAİLOR SYY 3 Yarım Qoşqu markalı, 99ZK527 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilir ki, qəza Cavabdeh2 təqsirli hərəkəti nəticəsində baş vermişdir. Eyni zamanda, iş materiallarına əlavə edilən İcbari Sığorta Bürosunun xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, “TRAİLOR SYY 3 YARİMQOŞQU” markalı, 99ZK527 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə aid xx.xx.2024-cü il tarixdə qüvvədə olan sığorta şəhadətnaməsi aşkarlanmamışdır. Belə olan halda, məhkəmə qeyd edir ki, 77ES353 dövlət qeydiyyat nişanlı avtomobillin sahibi olan İddiaçı icbari sağortalar haqqında qanunvericilikdə nəzərdə tutulmuş sığorta ödənişini ala bilməmişdir. Yuxarıda sadalanmış mülki qanunvericiliyin tələblərinə uyğun olaraq, İddiaçı Cavabdeh2 ona vurulmuş ziyanın əvəzini tələb etməkdə haqlı olmuşdur. Həmçinin, İddiaçı Cavabdeh1 qarşı da tələbini irəli sürmüşdür. Buna münasibətdə məhkəmə qeyd edir ki, Cavabdeh1 99ZK527 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisidir. İşə əlavə edilmiş DİN-nin DYP informasiya sisteminin məlumatından müəyyən edilir ki, Cavabdeh1 tərəfindən 99ZK527 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixindən xx.xx.2028-ci il tarixə qədər Cavabdeh2 etibarnamə üzrə verilmişdir. Məhkəmə qeyd edir ki, nəqliyyat vasitəsi qanuni əsaslarla Cavabdeh2 sahibliyində olmuş və məhz Cavabdeh2 yol nəqliyyat hadisəni törədərək, iddiaçıya zərər vurmuşdur. Qanunvericiliyin yuxarıda sadalanmış müddəalara əsasən, zərərin əvəzini ödəmək vəzifəsi nəqliyyat vasitəsinə (yüksək təhlükə mənbəyinə) qanuni əsasla, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə da daxil olmaqla, sahiblik edən fiziki öhdəsinə qoyulur. Odur ki, belə olan halda, tək mülkiyyətçi olduğu üçün Cavabdeh1 üzərinə məsuliyyət qoyula bilməz, çünki, iş materialları ilə sübut edilir ki, nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə Cavabdeh2 sahibliyində idi və onun təqsirli hərəkətlərindən iddiaçıya zərər dəymişdir. Cavabdeh1 vurulmuş ziyanın nəticələri ilə səbəbli əlaqənin olması iş materialları ilə müəyyən edilmir. Ziyanın məbləği ilə bağlı olaraq, məhkəmə qeyd edir ki, iddiaçı avtomobilinə dəymiş maddi ziyana görə 2300 manat ona ödənilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş ekspert rəyindən görünür ki, 2009-cu il buraxılışlı “Nissan Qashqai minik” markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği ümumilikdə 2070 manat təşkil edir. Məhkəmə ekspertiza rəyi ilə razılaşır və hesab edir ki, Cavabdeh2 vurulmuş maddi ziyana görə 2070 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. İddiaçı 1000 manat məbləğində mənəvi ziyanın ödənilməsi tələbinə münasibətdə məhkəmə qeyd edir ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur və fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Belə ki, İddiaçı baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində hər hansı mənəvi sarsıntıya və yaxud psixoloji iztirablara məruz qalması və onlar nədə ifadə olunması ilə bağlı hər hansı mötəbər sübut və dəlillər məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə - “iddiaçıya dəyən mənəvi zərərin cavabdehlərdən tutulması tələbi” hissəsində təmin edilməməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh2 yol-nəqliyyat hadisəsi zamanı İddiaçı dəymiş maddi ziyana görə 2070 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri. Məhkəmə hesab edir ki, 50 manat ekspertiza xərci cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ34CTRE******************** (VÖEN: **********, Dövlət Xəzinədarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22, büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3.) hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh2 vurulmuş maddi ziyana görə 2070 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin Məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri qismində 50 manat məbləğində vəsait Cavabdeh2 alınaraq dövlət büdcəsinə göstərilən hesaba keçirilsin: AZ34CTRE********************, VÖEN: ********** Məhkəmə Ekspertiza Mərkəzi; Dövlət Xəzinədarlığı agentliyi, KOD 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22, büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3. ) Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Firuzə Mirzəyeva