Məhkəmə qərarları › İş №e-2(010)-259/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-259/2024

06.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-259/2024 06.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi ilə İddiaçı Qərı̇ b oğlunun cavabdeh Kərı̇ mov Vüsal Zakı̇ r oğluna qarşı maddi ziyan və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı Qərı̇ b oğlu cavabdeh Kərı̇ mov Vüsal Zakı̇ r oğluna qarşı maddi ziyan və mənəvi zərərin ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, delikt nəticəsində vurulmuş 7940 (yeddi min doqquz yüz qırx) manatın, dəymiş mənəvi zərərin əvəzi olaraq 500 (beş yüz) manatın, həmçinin ödənilmiş 105 (yüz beş) manat məbləğində dövlət rüsumunun, cəmi 8545 (səkkiz min beş yüz qırx beş) manat pulun Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri

2. xx.xx.2023-ci il tarixdə saat 00:20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi şəhər şosesi ilə Balaxanı yolunun kəsişməsində hərəkət zamanı ona məxsus «Land Cruiser» markalı **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobil sonradan adını bildiyi cavabdeh Gürcüstan vətəndaşı Cavabdeh təqsirli xətası üzündən onun idarə etdiyi «KİA Pried» markalı ** DY *** qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə zamanı Cavabdeh dərəcəsi müəyyən olmayan xəsarət almışdır. Lakin iddaçının idarə etdiyi avtomobilə ciddi ziyan dəymişdir. Cavabdeh törətdiyi əmələ görə Sabunçu RPİ-nin Təhqiqat Şöbəsinə göndərilmişdir, TŞ-nin xx.xx.2023-cü tarixli (cinayət işi başlanılmasının rədd edilməsi haqqında) qərarı üzrə Cavabdeh əməlində AR CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi olmadığında Cavabdeh barəsində İXM-nin 327.2 maddəsi üzrə inzibati məsuliyyətə cəlb edilməsi üçün Sabunçu RPİ-nin DYPŞ-nə göndərilmişdir. Bununla da cavabdehin təqsiri üzündən onun idarə etdiyi avtomobilə maddi zərər dəyməsi faktı tam sübuta yetirilmişdir. Tərəflərin izahatları

3. Cavabdeh Kərı̇ mov Vüsal Zakı̇ r oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbələri barədə məhkəməyə məlumat verməmişdir.

4. İddiaçı Qərı̇ b oğlunun nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş materialları

5. BB299177 nömrəli “X1 şəhadətnaməsi”nin surətindən görünür ki, “X5” markalı, **-NR- *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir.

6. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli Qüsur aktından görünür ki, “X5” markalı, **-NR- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan məbləği ümumilikdə 7940 manat təşkil edir.

7. xx.xx.2023-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” Qərarın surətindən görünür ki, araşdırma zamanı Cavabdeh öz izahatında bildirmişdir ki, KİA Pried markalı **-DY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə ilə Gürcüstan Respublikasına məxsus «B» kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə edir. 09 may 2023-cü il tarixdə saat təqribən 00:20 radələrində idarə etdiyi «KİA Pried» markalı **-DY- *** dövlət qeydiyyat nişanlı avtomobillə təqribən 80 km\saat sürətlə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər şossesi yolunda Sabunçu dairəsi istiqamətində hərəkətdə olan zaman fikri bir qədər yayınıq olduğundan qarşısında nizamlayıcı işıqforun qırmızı işığından dayanmış avtomobili gec gördüyündən məlum hadisənin qarşısını almaq üçün hərəkət istiqamətini dəyişsə də, idarəetməni itirib əks yola çıxaraq əks yolda nizamlayıcı işıqforun hərəkət qadağandır işığında gözləyən "Land Cruiser" markalı ** NR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Araşdırma zamanı İddiaçı izahatında bildirmişdir ki, o özünə məxsus «X5 LC300» markalı **-NR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini «BC» kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə edir. 08 may 2023-cü il tarixdə o tanışları ilə birlikdə Bakı şəhərində restoranların birində oturub yemək yeyib spirtli içki qəbul etmişdi.Restorandan çıxan zaman içkili olduğu üçün avtomobili tanışı X2 idarə etmişdir. Onlar ona məxsus «X5 LC300» markalı 99- NR-002 dövlət qeydiyyat nişanlı avtomobildə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər şossesi yolunda nizamlayıcı işıqforun qırmızı işığında dayanıb gözlədikləri zaman qarşı yolda hərəkət edən "KİA Pride" markalı **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə etməni itirərək nizamlayıcı işıqforun qırmızı işığında keçib ona məxsus avtomobilə dəyib dayanmışdır. Avtomobilə maddi ziyan dəymişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi və Cavabdeh AR İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədilə qəbul edilmiş qərarın icra olunması üçün Sabunçu RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır.

8. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli və 3-16- 16/2-9/8986/2023 saylı ekspert rəyindən görünür ki, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli Qüsur aktında olan məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı “X5” markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avto ehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7024.0 manat müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir və ona tənqidi yanaşılması üçün əsas görmür.

İşin faktiki halları

9. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, “X5” markalı, **-NR- *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. Digər avtomobil - "KİA Pride" markalı **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobil isə Cavabdeh idarəetməsində olmuşdur. 09 may 2023-cü il tarixdə qeyd olunan avtonəqliyyat vasitələrinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verməsi işin mübahisəsiz halıdır. Hazırki iddia tələbində iddiaçı cavabdehin qeyd olunan yol-nəqliyyat hadisəsində təqsirli olduğunu bildirərək avtomobilə dəymiş maddi ziyanın və eyni zamanda ona vurulan mənəvi zərərin ödənilməsini tələb edir. Məhkəmənin 23 oktyabr 2023-cü il tarixli iclasında iştirak edən Cavabdeh iddia tələbi ilə razı olmadığını və tələb edilən ziyan məbləğinin həddən artıq çox olduğunu bildirmişdir. Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət 1108.1 Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

11. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 oktyabr 2008-ci il tarixli 07 saylı Qərarı.

«İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir… Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır… Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.».

12. AR Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarı.

Həmin qərarda göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Həmçinin qərarda qeyd edilmişdir ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübutetmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi

14. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, hazırki iddia tələbi qismən təmin edilməlidir.

15. Məhkəmə qeyd edir ki, göründüyü kimi İddiaçı idarə etdiyi “X5” markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cavabdeh idarə etdiyi "KİA Pride" markalı **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş və həmin hadisə nəticəsində “X5” markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir.

16. Eyni zamanda, iş materiallarında olan xx.xx.2023-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” Qərarın surətindən görünür ki, qeyd olunan yolnəqliyyat hadisəsi "KİA Pride" markalı **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsiri nəticəsində baş vermişdir. Delikt münasibətlərini tənzimləyən maddi hüquq normalarının tələblərinə əsasən iddiaçı Cavabdeh ona vurulmuş ziyanın əvəzini tələb etməkdə haqlıdır. Ziyanın məbləğinə gəldikdə isə, iddiaçı hazırki tələbdə avtomobilinə 7940 manat məbləğində dəymiş ziyanın ona ödənilməsini xahiş etsə də, lakin iş materiallarında olan ekspert rəyindən görünür ki, “X5” markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş ziyan məbləği ümumilikdə 7024 manat təşkil edir. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir və hesab edir ki, Cavabdeh “X5” markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 7024 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. İşdən, həmçinin o da müəyyən olunur ki, vurulmuş ziyan üzrə hər hansı sığorta ödənişi olmamışdır. Bunun davamı olaraq, məhkəmə cavabdeh tərəfin iddia tələbinə etirazını əsaslı hesab etmir. Ona görə ki, etirazın dəlilləri formaldır və etiraz iddia tələbinə münasibətdə əsaslı hesab edilə biləcək hər hansı sübuta əsaslanmır.

17. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi 500 manat məbləğində tələb olunan mənəvi ziyan hissəsində əsassızdır. Belə ki, iddiaçı öz izahatında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ona 500 manat mənəvi ziyan vurulduğunu qeyd etsə də, lakin tələbin qeyd olunan hissəsinin əsaslı olması barədə mötəbər sübutları məhkəməyə təqdim etməmiş, tələbin bu hissəsi iddia ərizəsində də əsaslandırılmamışdır. Halbuki, tələbin qeyd olunan hissəsinin sübutetmə vəzifəsi məhz elə iddiaçının öz üzərinə düşür. Belə ki, Mülki- Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddia tələbi qeyd olunan hissədə təmin edilə bilməz.

Məhkəmə xərcləri

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

19. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 105 manat dövlət rüsumunun 90.24 manat hissəsi cavabdeh Kərı̇ mov Vüsal Zakı̇ r oğlundan tutularaq İddiaçı Qərı̇ b oğluna ödənilməli və iş üzrə keçirilmiş məhkəməəmtəəşünaslıq eksperizasının dəyəri olan 50 manat pul vəsaiti cavabdeh Kərı̇ mov Vüsal Zakı̇ r oğlundan tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

21. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Kərı̇ mov Vüsal Zakı̇ r oğlundan vurulmuş ziyana görə 7024 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Qərı̇ b oğluna ödənilməli, iddia qalan hissədə təmin edilməməli, iş üzrə ödənilmiş 105 manat dövlət rüsumunun 90.24 manat hissəsi cavabdeh Kərı̇ mov Vüsal Zakı̇ r oğlundan tutularaq İddiaçı Qərı̇ b oğluna ödənilməli və iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq eksperizasının dəyəri olan 50 manat pul vəsaiti cavabdeh Kərı̇ mov Vüsal Zakı̇ r oğlundan tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

22. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Kərı̇ mov Vüsal Zakı̇ r oğlundan vurulmuş ziyana görə 7024 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Qərı̇ b oğluna ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 105 manat dövlət rüsumunun 90.24 manat hissəsi cavabdeh Kərı̇ mov Vüsal Zakı̇ r oğlundan tutularaq İddiaçı Qərı̇ b oğluna ödənilsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq eksperizasının dəyəri olan 50 manat pul vəsaiti cavabdeh Kərı̇ mov Vüsal Zakı̇ r oğlundan tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar