Məhkəmə qərarları › İş №e-2(010)-2682/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2682/2025

11.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2682/2025 11.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X4 iclas katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 250,00 (iki yüz əlli) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30,00 (otuz) manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. xx.xx.2023-cü il tarixində Bakı şəhəri, Binəqədi rayonunda Şirkətimiz tərəfindən X1 mülki məsuliyyətinin sığortası növü üzrə PXA********** nömrəli sığorta şəhadətnaməsi əsasında icbari qaydada sığortalanmış “Chevrolet Aveo minik” markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də X1 mülki məsuliyyətinin icbari sığortası növü sığortalanmış“Nissan Note minik” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddizərər dəymişdir. DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş TP6346816 №-li İnzibati tənbeh vermə haqqında qərara əsasən,Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin327.6-cı maddəsində (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsiyerindən yayınması) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Tərtib olunmuş qiymətləndirmə aktına əsasən “Nissan Note minik” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 250,00 (iki yüzəlli) manat maddizərər dəymişdir.

Tərəflərin izahatları

3. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər.

4. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İş materialları

5. PXA********** nömrəli X1 Mülki Məsuliyyətinin İcbari Sığorta Şəhadətnaməsindən görünür ki, X5 məxsus 2012-ci il istehsalı olan “Chevrolet Aveo” markalı **-EL-*** dövlət qeydiyyat nişanlı minik avtomobili xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Xalq Sığorta Açıq Səhmdar Cəmiyyətində icbari qaydada sığorta olunmuşdur.

6. xx.xx.2023-cü il tarixli İnzibati tənbehvermə haqqında qərarın surətindən görünür ki, ““Chevrolet Aveo” markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh AR İXM-nin 327.6-cı maddəsində nəzərdə tutulan inzibati xətalanı törətdiyindən 100 manat məbləğində cərimə edilmişdir.

7. Grand Servis tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş qüsur aktına əsasən, nəqliyyat vasitəsinə dəyən zərər 250 manat mələğində müəyyən edilmişdir.

8. X2 Azərbaycan Respunlikası DİN Baş DYP İdarəsində verdiyi izahatdan görünür ki, xx.xx.2023-cü il tarixində saat təxmini 18:15 radələrində idarə etdiyi “Nissan Note” markalı, **-AA-*** nömrəli Bakı-Quba yolunun 9-cu kilometrliyi istiqamətində hərəkətdə olan zaman arxadan gələn **-EL-*** Chevrolet markalı nəqliyyat vasitəsi sola manevr edərək onun avtomobilinin arxa sağ yan tərəf və ön sağ tərəfini vuraraq hadisə yerindən yayınmışdır.

9. Xalq Sığorta ASC-nin xx.xx.2024-cü il tarixli, 05/02-997 saylı məktubundan görünür ki, xx.xx.2023-cü il tarixində Bakı şəhəri, Binəqədi rayonunda Şirkət tərəfindən X1 mülki məsuliyyətinin sığortası növü üzrə PXA********** nömrəli sığorta şəhadətnaməsi əsasında icbari qaydada sığortalanmış "Chevrolet Aveo minik" markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də X1 mülki məsuliyyətinin icbari sığortası növü sığortalanmış "Nissan Note minik" markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərə görə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiq edilmiş və 2022ci il 1 noyabr tarixindən sonra baş vermiş sığorta hadisələrinə şamil edilmiş "Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair" qaydasına və Mərkəzi Bankın xx.xx.2024-cü il tarixli qərarına və sığorta aktına əsasən zərərçəkmişə 250 (iki yüz əlli) manat məbləğində pul vəsaiti ödənilmişdir. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 23.1.6-cı maddəsində sığortaçının hüquqlarından biri kimi sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ qeyd edilir. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Odur ki, yuxarıda qeyd olunanları və hadisə zamanı sizin hadisə yerindən yayındığınızı nəzərə alaraq, 250 (iki yüz əlli) manat məbləğində pul vəsaitinin subroqasiya qaydasında "xxxx" ASCnin aşağıda qeyd olunmuş bank hesabına və ya Milli Ön aparatlarından (Xalq Bank/Hüquqi şəxslər/ Müştəri kodu: 154830/ VÖEN:**********/ Cari hesaba mədaxil/ Təyinata ad, soyad və PXA********** yazmaqla) 7 (yeddi) iş günü ərzində könüllü ödəməyinizi təklif edirik. Əks təqdirdə qeyd olunan məbləğ məhkəmə qaydasında geri tələb ediləcək və bu zaman yaranacaq əlavə məhkəmə və vəkil xərcləri də Sizdən tutulacaqdır.

10. X1 mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışdan görünür ki, yol-nəqliyyat hadisəsi baş verən zaman “Chevrolet Aveo” markalı **-EL-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin mülkiyyətçisi X6, hadisə baş verən anda sürücü Cavabdeh olmuşdur.

11. 0062323/01 nömrəli Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı ödəniş aktından görünür ki, Xalq Sığorta ASC tərəfindən zərərçəkmiş X3 250 manat məbləğində sığorta ödənişi edilmişdir.

İşin faktiki halları

12. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, hazırki iş üzrə Cavabdeh idarə etdiyi “Chevrolet Aveo” markalı **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə “Nissan Note minik" markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilə 250 manat məbləğində dəyərləndirilən maddi ziyan vurmuşdur. İddiaçı sığorta şirkəti zərərin aradan qaldırılması üçün 250 manat məbləğində sığorta ödənişi etmişdir. Hazırkı iddia tələbində iddiaçı ““Nissan Note minik" markalı, **- AB-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün ödənilən 250 manat məbləğində sığorta ödənişinin subroqasiya qaydasında cavabdehdən tələb edir. Tələbini onunla əsaslandırır ki, qəzanın baş verməsində Cavabdeh təqsirkar olmuşdur və o, qəza baş verdikdən sonra hadisə yerindən yayınmışdır. Cavabdeh tərəfindən iddia tələbinə etiraz yaxud mülahizə daxil olmamışdır.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 936. Subroqasiya hüququ 936.1 Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2 Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

14. Azərbaycan Respublikası “İcbari Sığortalar haqqında” Qanun Maddə 25. İcbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Maddə 63. X1 mülki məsuliyyətinin icbari sığortası üzrə subroqasiya hüququ 63.1 Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Məhkəmənin mövqeyi

16. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.

17. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normasından göründüyü kimi, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Yəni, bu hüquqlar zərərçəkəndən sığortaçıya keçir. Cavabdeh idarə etdiyi “Chevrolet Aveo” markalı **-EL-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə yol nəqliyyat hadisəsi törətməklə “Nissan Note minik" markalı, **-AB- *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurulması işin mübahisəsiz halıdır. Belə ki, bu hallar işə əlavə edilən sənədlərlə müəyyən edilir. İddiaçının cavabdehə qarşı subroqasiya hüququnu yaradan hal isə Cavabdeh “Chevrolet Aveo” markalı **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə qəza törətməsi və qəza törətdikdən sonra hadisə yerindən yayınmasıdır. Bu hallar Cavabdeh barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarla öz təsdiqini tapır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı subroqasiya qaydasında cavabdehdən vurulan ziyanı geri tələb etməkdə haqlıdır. Vurulan ziyanın məbləğinə gəldikdə isə işə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən “Nissan Note minik" markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 250 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

Məhkəmə xərcləri

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

19. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. Məhkəmə qeyd edir ki, iddia tələbi qiyabi təmin edildiyindən, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

21. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 250 manat məbləğində pul vəsaiti və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir.

22. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia təmin edilsin. Cavabdeh 250 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar