Məhkəmə qərarları › İş №e-2(010)-2812/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2812/2023

26.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2812/2023 26.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X13 qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X5, X2 və X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən qeyri-yaşayış sahələrinin boşaldılaraq iddiaçıya təhvil verilməsi və sair tələblərə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları.

1. İddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ərazisində tikilmiş yaşayış binasının bir və ikinci mərtəbələrində iki müqavilə ilə hər biri 1300 kv.m. olmaqla, cəmi 2600 kv.m. qeyri-yaşayış sahəsini xx.xx.2014-cü il tarixdə almışdır. Aldığı qeyri-yaşayış sahələrinin dəyəri Cavabdeh onun (iddiaçı) tərəfindən tam ödənilmişdir. Bu barədə maliyyə arayışları ona təqdim edilmişdir. O, qeyd edilən iki müqavilə üzrə hər biri 1300 kv.m. olmaqla, cəmi 2600 kv.m. olan qeyri-yaşayış sahəsinin çertyoj, planlarını dəfələrlə cavabdehdən tələb etsə də, müxtəlif bəhanələrlə həmin sənədlər ona təqdim olunmadığına görə mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması üçün müraciət edə bilməmişdir. Müqavilə onunla tikintini aparan "xxxx" MMC-nin direktoru Cavabdeh arasında bağlanmışdır. Hazırda "xxxx" MMC 2017-ci ildən fəaliyyətini dayandırmışdır. Bu səbəbdən o, məcbur olaraq Cavabdeh qeydiyyatda olduğu ərazi üzrə məhkəmədə iddia qaldırmışdır. İddia ərizəsi verilməmişdən əvvəl müvəqqəti təminat tədbirinin tətbiq edilməsi üçün məhkəməyə ərizə vermişdir və məhkəmə müvafiq qərardad qəbul etmişdir. Qərardadın icrası zamanı onlara məlum olmuşdur ki, Cavabdeh ona məxsus olan əmlakları yenidən müqavilə əsasında başqa şəxslərə satmışdır. Lakin müqavilələri əldə etmək imkanı olmadığına görə həmin müqavilələrin dəqiq tarixlərini bilmir. İcra prosesi zamanı isə tanımadıqları şəxslər qeyriyaşayış yerlərini 2021-2022-ci il tarixlərdə aldıqlarını iddia etmişlər. Hazırda şəxsiyyətləri ona məlum olmayan həmin şəxslər onun sahibliyində olan qeyri-yaşayış sahələrində təmir işləri görür və qeyri-yaşayış sahələrini istismar edir. Bununla da, onun mülkiyyət hüququnu pozur. Buna görə də, müqavilələr əsasında ona məxsus olan cəmi 2.600 kv.m. qeyriyaşayış sahələrinin başqa şəxslərə satılmasına dair Cavabdehlə 2021-2022-ci il tarixlərdə bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab olunması, həmin qeyri-yaşayış sahələrinin tam boşaldılaraq ona təhvil verilməsi, qeyri-yaşayış sahələrinə dair çertyoj və planların ona təqdim olunması barədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Beləliklə, xx.xx.2014-cü il tarixli müqavilələr əsasında ona məxsus olan cəmi 2.600 kv.m. qeyri-yaşayış sahələrinin başqa şəxslərə satılmasına dair Cavabdehlə 2021-2022-ci il tarixlərdə bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab olunması, həmin qeyriyaşayış sahələrinin tam boşaldılaraq ona təhvil verilməsi, qeyri-yaşayış sahələrinə dair çertyoj və planların ona təqdim olunması barədə qətnamə qəbul edilməlidir.

İddiaçının tələbi.

2. İddianı təmin olunması, xx.xx.2014-cü il tarixli müqavilələr əsasında ona məxsus olan cəmi 2.600 kv.m. qeyri-yaşayış sahələrinin başqa şəxslərə satılmasına dair Cavabdeh ilə 2021-2022-ci il tarixlərdə bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab olunması; həmin qeyri-yaşayış sahələrinin tam boşaldılaraq iddiaçıya təhvil verilməsi; Cavabdeh tərəfindən 2.600 kv.m-lik qeyri-yaşayış sahələrinə dair çertyoj və planların iddiaçıya təqdim olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə məhkəməyə iddianın dəqiqləşdirməsi barədə ərizə təqdim edərək ünvan 1 ərazisində tikilmiş yaşayış binasının birinci mərtəbəsində olan qeyri-yaşayış sahələrinin alqı-satqısına dair "xxxx" MMC ilə X5 və X2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin, X8 arasında bağlanmış xx.xx.2021ci il tarixli müqavilənin, X7 arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin, X3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli müqavilələrin, X6 arasında bağlanmış xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli müqavilələrin etibarsız hesab olunması; Cavabdeh iddiaçıya məxsus olan 2.600 kv.m qeyri-yaşayış sahəsinin tam boşaldılaraq təhvil verilməsi; 2600 kv.m qeyri-yaşayış sahələrinə dair çertyoj və planların təqdim olunması barədə qətnamə qəbul edilməsini və X5, X2, X8, X7, X3 və X1 müstəqil tələb irəli sürməyən şəxslər kimi işə cəlb edilməsini xahiş etmişdir.

4. İddiaçının nümayəndəsi (vəkili) iddianın bir hissəsindən imtina barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı məxsus olan birinci mərtəbədən 528,2 kv.m., ikinci mərtəbədən 1300 kv.m. qeyri-yaşayış sahəsinin tam boşaldılaraq təhvil verilməsi, 1828,2 kv.m. qeyri-yaşayış sahələrinə dair çertyoj və planların təqdim olunması barədə qətnamə qəbul eilməsini xahiş etmişdir.

5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-2812/2023 nömrəli qərardadı ilə iddiaçının, iddianın ünvan 1 ərazisində yaşayış binasının birinci mərtəbəsində olan qeyri-yaşayış sahələrinin alqı-satqısına dair "xxxx" MMC ilə X5 və X2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin, X8 arasında bağlanmış xx.xx.2021ci il tarixli müqavilənin, X7 arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin, X3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli müqavilələrin, X6 arasında bağlanmış xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli müqavilələrin etibarsız hesab olunması hissəsindən imtinası qəbul edilmiş və iddianın bu hissələri üzrə icraata xitam verilmişdir.

Tərəflərin izahatları.

6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq izahatında göstərdi ki, mübahisəli qeyri-yaşayış sahələri ilə bağlı 2014-cü ildə tərəflər arasında müqavilələr bağlansa da, sonradan həmin qeyri-yaşayış sahələri ilə bağlı 2021-ci və 2022-ci il tarixlərdə mülki iş üzrə cəlb olunmuş üçüncü şəxslər arasında da müqavilələr bağlanmışdır. Hal-hazırda iddianın 3-cü şəxslərə aid hissəsindən imtina olunur, çünki cavabdeh və iddiaçı arasında bu hissədə razılıq əldə olunmuşdur. O, cavabdehdən İddiaçı məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Qulabiyyə küçəsi, 27-ci məhəllədə inşa olunmuş çoxmərtəbəli yaşayış evinin birinci mərtəbəsindən 528,2 kv.m., ikinci mərtəbəsindən 1300 kv.m. qeyri-yaşayış sahələrinin tam boşaldılaraq təhvil verilməsi; 1828,2 kv.m. qeyri-yaşayış sahələrinə dair çertyoj və planların təqdim olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

7. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək, iddianın təmin olunmasına etiraz etmədi.

8. Məhkəmənin iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X5, X2 və X6 iddiaya dair mülahizələrini məhkəmənin öhdəsinə verdiklərini bildirdilər.

9. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada üçüncü şəxslər X8, X3 və X4 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları.

10. Cavabdeh (icraçı) ilə İddiaçı (sifarişçi) arasında xx.xx.2014-cü il tarixdə bağlanmış mənzil-tikinti haqqında müqavilələrin və həmin müqaviləyə dair maliyyə arayışlarının surətlərindən görünür ki, “İcraçı” Abşeron rayon İH başçısının xx.xx.2013-cü il tarixli, 693 saylı sərəncamı ilə Xırdalan şəhəri, Qulabiyyə küçəsi, 27-ci məhəllədə çoxmərtəbəli yaşayış evinin ½ mərtəbə, ümumi sahəsi 1300 kv. metr olan – otaqdan ibarət, 1 blok, - №li mənzilini; 1 və 2-ci mərtəbə, ümumi sahəsi 1300 kv. metr olan – otaqdan ibarət, 1 blok, - №-li mənzilini tikərək “sifarişçiyə” verməyi öz öhdəsinə götürmüşdür. Qeyri-yaşayış sahəsinin dəyəri tam ödənilmişdir.

11. Cavabdeh (icraçı) ilə X5 və X2 (sifarişçi) arasında xx.xx.2021-ci il tarixdə bağlanmış mənzil-tikinti haqqında müqavilənin və həmin müqaviləyə dair maliyyə arayışının surətindən görünür ki, “İcraçı” Abşeron rayon İH başçısının xx.xx.2013-cü il tarixli, 693 saylı sərəncamı ilə Xırdalan şəhəri, Qulabiyyə küçəsi, 27-ci məhəllədə çoxmərtəbəli yaşayış evinin 1-ci mərtəbə, ümumi sahəsi 70 kv. metr olan – otaqdan ibarət, - blok, - №-li mənzilini tikərək “sifarişçiyə” verməyi öz öhdəsinə götürmüşdür. Qeyri-yaşayış sahəsinin dəyəri tam ödənilmişdir.

12. Cavabdeh (icraçı) ilə X8 (sifarişçi) arasında xx.xx.2021-ci il tarixdə bağlanmış müqavilənin və həmin müqaviləyə dair maliyyə arayışının surətindən görünür ki, “İcraçı” Abşeron rayon İH başçısının xx.xx.2013-cü il tarixli, 693 saylı sərəncamı ilə Xırdalan şəhəri, Qulabiyyə küçəsi, 27-ci məhəllədə qeyr-yaşayış sahəsinin 1-ci mərtəbə, ümumi sahəsi 70 kv. metr olan yeri tikərək “sifarişçiyə” verməyi öz öhdəsinə götürmüşdür. Qeyriyaşayış sahəsinin dəyəri tam ödənilmişdir.

13. Cavabdeh (icraçı) ilə X3 (sifarişçi) arasında xx.xx.2021-ci il tarixdə bağlanmış müqavilənin və həmin müqaviləyə dair maliyyə arayışının surətindən görünür ki, “İcraçı” Abşeron rayon İH başçısının xx.xx.2013-cü il tarixli, 693 saylı sərəncamı ilə Xırdalan şəhəri, Qulabiyyə küçəsi, 27-ci məhəllədə qeyri-yaşayış sahəsinin 1-ci mərtəbə, ümumi sahəsi 260 kv. metr olan yeri tikərək “sifarişçiyə” verməyi öz öhdəsinə götürmüşdür. Qeyriyaşayış sahəsinin dəyəri tam ödənilmişdir.

14. Cavabdeh (icraçı) ilə X7 (sifarişçi) arasında xx.xx.2021-ci il tarixdə bağlanmış müqavilənin və həmin müqaviləyə dair maliyyə arayışının surətindən görünür ki, “İcraçı” Abşeron rayon İH başçısının xx.xx.2013-cü il tarixli, 693 saylı sərəncamı ilə Xırdalan şəhəri, Qulabiyyə küçəsi, 27-ci məhəllədə qeyri-yaşayış sahəsinin 1-ci mərtəbə, ümumi sahəsi 130 kv. metr olan yeri tikərək “sifarişçiyə” verməyi öz öhdəsinə götürmüşdür. Qeyriyaşayış sahəsinin dəyəri tam ödənilmişdir.

15. Cavabdeh (icraçı) ilə X6 (sifarişçi) arasında xx.xx.2022-ci il tarixdə bağlanmış müqavilənin və həmin müqaviləyə dair maliyyə arayışının surətindən görünür ki, “İcraçı” Abşeron rayon İH başçısının xx.xx.2013-cü il tarixli, 693 saylı sərəncamı ilə Xırdalan şəhəri, Qulabiyyə küçəsi, 27-ci məhəllədə qeyri-yaşayış sahəsinin 1-ci mərtəbə, ümumi sahəsi 22,8 kv. metr olan yeri tikərək “sifarişçiyə” verməyi öz öhdəsinə götürmüşdür. Qeyriyaşayış sahəsinin dəyəri tam ödənilmişdir.

16. Cavabdeh (icraçı) ilə X3 (sifarişçi) arasında xx.xx.2022-ci il tarixdə bağlanmış müqavilənin və həmin müqaviləyə dair maliyyə arayışının surətindən görünür ki, “İcraçı” Abşeron rayon İH başçısının xx.xx.2013-cü il tarixli, 693 saylı sərəncamı ilə Xırdalan şəhəri, Qulabiyyə küçəsi, 27-ci məhəllədə qeyri-yaşayış sahəsinin 1-ci mərtəbə, ümumi sahəsi 119.0 kv. metr olan yeri tikərək “sifarişçiyə” verməyi öz öhdəsinə götürmüşdür. Qeyri-yaşayış sahəsinin dəyəri tam ödənilmişdir.

17. Cavabdeh (icraçı) ilə X6 (sifarişçi) arasında xx.xx.2022-ci il tarixdə bağlanmış müqavilənin və həmin müqaviləyə dair maliyyə arayışının surətindən görünür ki, “İcraçı” Abşeron rayon İH başçısının xx.xx.2013-cü il tarixli, 693 saylı sərəncamı ilə Xırdalan şəhəri, Qulabiyyə küçəsi, 27-ci məhəllədə qeyri-yaşayış sahəsinin 1-ci mərtəbə, ümumi sahəsi 100.0 kv. metr olan yeri tikərək “sifarişçiyə” verməyi öz öhdəsinə götürmüşdür. Qeyri-yaşayış sahəsinin dəyəri tam ödənilmişdir.

Tətbiq edilən hüquq.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi.

Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.8 Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Maddə 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Maddə 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.

Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

20. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

21. Belə ki, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə "xxxx" MMC-nin direktoru, Cavabdeh arasında mübahisə predmeti olan qeyri-yaşayış sahələrinə dair müqavilələr bağlanmışdır. Həmin müqavilələr əsasında mübahisəli qeyriyaşayış sahələrinə görə müqavilə ilə müəyyən olunmuş pul vəsaitini tam şəkildə ödənmişdir. Lakin, mübahisəli qeyri-yaşayış sahələri cavabdeh tərəfindən iddiaçıya təhvil verilməmiş, bununla da cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir.

22. Məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən qeyri-yaşayış sahələrinə dair bağlanmış müqavilələr üzrə mübahisəli qeyri-yaşayış sahələrinə sahiblik və istifadə hüququ əldə etmişdir. Odur ki, iddiaçı qeyri-yaşayış sahələrinin boşaldılaraq ona təhvil verilməsini tələb etməkdə haqlıdır. Buna görə də, iddia tələbi qeyd edilən hissədə təmin edilməlidir.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.

24. Sadalanan xüsusatlara əsasən məhkəmə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən öhdəliklər icra edilmədiyindən, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə, o cümlədən qeyri-yaşayış sahələrinin ona təhvil verilməsini tələb etməkdə haqlıdır. Buna görə də, iddia tələbi təmin edilməlidir.

25. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır.

26. İddia tələbi digər tərəfdən ona görə təmin edilməlidir ki, iddia tələbi cavabdehin özü tərəfindən etiraf edilərək, iddia tələbi qəbul edilir.

27. Belə ki, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

28. Həmin Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

29. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfindən etiraf edilərək, qəbul edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir.

30. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Məhkəmə xərcləri.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

32. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin gəldiyi nəticə.

33. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia təmin edilməlidir.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia tələbi təmin olunsun. ünvan 1 ünvanında inşa edilən yaşayış binasının birinci mərtəbəsində, ümumi sahəsi 528,2 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi boşaldılaraq İddiaçı təhvil verilsin. ünvan 1 ünvanında inşa edilən yaşayış binasının ikinci mərtəbəsində, ümumi sahəsi 1300 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi boşaldılaraq İddiaçı təhvil verilsin. ünvan 1 ünvanında inşa edilən, sahəsi 1828,2 kvadrat metr olan, qeyd edilən qeyriyaşayış sahələrinə dair çertyoj və planlar İddiaçı təqdim olunsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar