Məhkəmə qərarları › İş №e-2(010)-2897/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2897/2023

12.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2897/2023 12.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi” barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 147,50 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində ödənilmiş dövlət rüsümunun Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə, saat 17:50 radələrində Bakı şəhəri, Ə.Rəcəbli küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, Cavabdeh idarə etdiyi "Mercedes Benz 190” markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobil, "Baku Bus” MMC-yə məxsus “İveco Urbanway” markalı, **-JX- *** dövlət qeydiyyat nişanlı avtobusla toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. "xxxx" MMC-yə məxsus “İveco Urbanway” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtobus "xxxx" ASC tərəfindən xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinə qədər C- M1C-1247/İ9 saylı sığorta şəhadətnaməsi ilə sığortalanmış, tam sığorta təminatı almışdır. Yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “İveco Urbanway” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtobusa "xxxx" ASC-nin 5358 saylı zərər aktına əsasən, 147.50 manat məbləğində maddi zərər dəymişdir. "xxxx" ASC tərəfindən dəymiş zərərin məbləği olaraq 147.50 manat zərərçəkmiş şəxs "xxxx" MMC-nin bank hesabına ödənilmişdir. "xxxx" ASC tərəfindən “İveco Urbanwav" markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtobus tam sığorta olunduğundan “Baku Bus" MMC-nə Mülki Məcəllənin 931-ci maddəsinə əsasən sığorta ödənişi həyata keçirilmişdir. "Mercedes Benz 190” markalı, **- HV-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixinə qədər PXA********** saylı icbari sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalandığından, ‘'Paşa Sığorta” ASC-nin qeyd edilən nəqliyyat vasitəsini sığortalamış sığortaçı "xxxx" ASC-yə qarşı subroqasiya hüququ yaranmış, buna görə də zərərin məbləği olaraq 147.50 manat iddiaçı tərəfindən "Paşa Sığorta” ASC-nin bank hesabına ödənilmişdir. Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.6-cı (hadisə verindən yayınma) və 327.1-ci maddələri ilə təqsirli bilinmiş, barəsində 100 manat cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. Cavabdeh yol- nəqliyyat hadisəsi zamanı hadisə yerindən yayındığından iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN BPQMİ-nin MAPS şöbəsinin arayışından aydın olur ki, xx.xx.1994-cü il təvəllüdlü Cavabdeh ünvan 1 ünvanında pasport qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, Binəqədi rayon DYPŞ-nin bildirdirdiyinə əsasən, xx.xx.2020ci il tarixdə saat 17:50 radələrində Binəqədi, Ə.Rəcəbli küçəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. İş materiallarına əlavə edilmiş TP ******* saylı xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.1-ci və 327.6-cı və maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli sığorta aktından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə məxsus “İveco Urbanway” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtobus xx.xx.2019-cu ildən xx.xx.2020-ci il tarixədək 224292,38 manata sığortalamışdır. xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi, Ə.Rəcəbli küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 147,50 manat məbləğində zərər dəymişdir və həmin məbləğ sığorta ödənişi avtobusun təmiri üçün "xxxx" MMC-nin hesabına köçürülmüşdür. "xxxx" MMC-yə məxsus “İveco Urbanway” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtobus "xxxx" ASC tərəfindən xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinə qədər C- M1C-1247/İ9 saylı sığorta şəhadətnaməsi ilə sığortalanmışdır. İş materiallarına əlavə edilmiş Zərər aktından görünür ki, “İveco Urbanway” markalı **-JX-*** dövlət qeydiyyat nişanlı avtobusun ehtiyat hissələri və serviz xidməti ümumilikdə cəmi 147,50 manat məbləğində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 931-ci maddə. Bir sığorta hadisəsi üzrə dəyən zərərin və (və ya) yaranan itkilərin əvəzinin ödənilməsi üçün iki və ya daha çox sığorta müqaviləsi ilə bir və ya bir neçə sığortaçının öhdəlikləri yarandıqda əvvəlcə icbari sığorta müqavilələri üzrə sığorta ödənişləri verilməlidir. Bu zaman könüllü sığorta müqaviləsi bağlamış sığortaçı sığortalı (sığorta olunan və ya faydalanan şəxs) qarşısındakı öhdəliklərini öz istəyi ilə icbari sığorta müqaviləsi bağlamış sığortaçıdan əvvəl yerinə yetirə bilər. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununun: 25.1.-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda. 63.1.-ci maddəsinə əsasən Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh idarə etdiyi "Mercedes Benz 190” markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobil, "Baku Bus” MMC-yə məxsus “İveco Urbanway” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtobusla toqquşmuş, nəticədə sonuncuya 147,50 manat məbləğində maddi ziyan dəymişdir. "xxxx" ASC tərəfindən dəymiş zərərin məbləği olaraq 147.50 manat zərərçəkmiş şəxs "xxxx" MMC-nin bank hesabına ödənilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hüquqa zidd əməl nəticəsində dəymiş zərər sığortaçı tərəfindən ödənildiyindən və həmin məbləğdə zərəri tələb etmə hüququ subroqasiya qaydasında "xxxx" ASC-nə keçdiyindən 147.50 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Odur ki, məhkəmə təqdim edilmiş sübutların mötəbərliyini əsaslı qəbul edərək hesab edir ki, hazırkı halda iddia təmin edilməli və Cavabdeh 147,50 manat sığorta ödənişi məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 147,50 manat sığorta ödənişi məbləği və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla cəmi 177,5 (bir yüz yetmiş yeddi manat, əlli qəpik) manat pul vəsaiti iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar