Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2903/2024 04.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İlkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ümumi əmlakdakı payın naturada bölgüsü” tələbinə dair ilkin iddia ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdehlər Cavabdeh1 və İddiaçı qarşı “ümumi əmlakdakı payın naturada bölgüsü” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia tələbi. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ümumi əmlakdakı payın naturada bölgüsü” tələbinə dair iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 339.09 kv.m və torpaq sahəsi 0.06 ha olan əmlakdan iddiaçının payının, yəni mülkiyyətçisi olduğu 113.3 kv.m olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.01724 ha torpaq sahəsi olan hissəsinin naturada ayrılaraq iddiaçının tam mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbinin əsaslandırıldığı hallar. İlkin iddia üzrə iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ-Hövsan yolu, 6-cı km, 21, 114 nömrəli ev (Daşınmaz Əmlakın ümumi sahəsi 339.09 kv.m, torpaq sahəsı 0.06 ha) İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ümumi mülkiyyətlərindədir. Həmin fərdi yaşayış evinin və torpaq sahəsinin 113.03 kv.m hissəsi və 0.02138 ha torpaq sahəsi Cavabdeh1, 113.03 kv.m hissəsi və 0.02138 ha torpaq sahəsi Cavabdeh2, 113.03 kv.m hissəsi və 0.01724 ha torpaq sahəsi İddiaçı məxsusdur. Həmin payların naturada bölgüsü barədə iddiaçı cavabdehlərlə razılıq əldə edə bilməmişdir. Ona görə də iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Qarşılıqlı iddia tələbi. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdehlər Cavabdeh1 və İddiaçı qarşı “ümumi əmlakdakı payın naturada bölgüsü” tələbinə dair iddia ərizəsi ilə Suraxanı rayon Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 339.09 kv.m və torpaq sahəsi 0.06 ha olan əmlakdan Cavabdeh2 payının, yəni mülkiyyətçisi olduğu 113.3 kvm olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.02138 ha torpaq sahəsi olan hissəsinin naturada ayrılaraq Cavabdeh2 tam mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbinin əsaslandırıldığı hallar. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Hazırda onun qaldırdığı iddia tələbinə dair mülki iş məhkəmənin icraatındadır. Belə ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ-Hövsan yolu. 6-cı 21114 nömrəli ev (Daşınmaz Əmlakın ümumi sahəsi 339.09 kv.m, torpaq sahəsi 0.06 ha) İddiaçı, Cavabdeh1 və Cavabdeh2 ümumi mülkiyyətlərindədir. Həmin fərdi yaşayış evinin və torpaq sahəsinin 113.03 kv.m hissəsi və 0.02138 ha torpaq sahəsi Cavabdeh1, 113.03 kvm hissəsi və 0 02138 ha torpaq sahəsi Cavabdeh2, 113.03 kv m hissəsi və 0.01724 ha torpaq sahəsi İddiaçı məxsusdur. Həmin payların naturada bölgüsü barədə tərəflər razılıq əldə bilməmişdir. Ona görə də İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Hazırda qarşılıqlı iddia üzrə iddiaçı da öz payının naturada bölgüsü tələbi ilə bağlı məhkməyə müraciət edir. Tərəflərin izahatları. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahat verərək bildirmişdir ki, ekspert rəyi ilə razıdırlar. Naturada bölgünün mümkün olduğu qeyd olunmuşdur. Qarşı tərəf də öz razılıq ərizələrini göndərmişdir. İlkin iddia üzrə Cavabdeh1 məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, ekspert rəyi ilə tanış olduğunu və etirazı olmadığını bildirmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş materialları. AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ-Hövsan yolu, 6cı km, 21, 114 nömrəli, sahəsi 339.09 kv.m mənzil və 0.6 ha torpaq sahəsinin 113.03 kv.m hissəsi və 0.02138 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi Cavabdeh1, 113.03 kv.m hissəsi və 0,02138 ha torpaq sahəsi (qeydiyyat tarixi xx.xx.2024) Cavabdeh2, 113.03 kv.m hissəsi və 0.01724 ha torpaq sahəsi (qeydiyyat tarixi xx.xx.2024) İddiaçı məxsusdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/4930 saylı rəydən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 114 saylı fərdi yaşayış evinin tikililərinin faktiki təyinatlılığına uyğun olaraq, tikililərin planlı yerləşməsini, faktiki olaraq yaşayış və yardımçı otaqların sayını, tərəflərin istifadəsində olan tikililərə ayrı-ayrı giriş-çıxışın olduğunu, tərəflərin hər birinin sərəncamında yaşayış və yardımçı sahələrin olduğunu, həmin tikililərin faktiki vəziyyətinin və texniki parametrlərinin Tikinti Norma və Qaydaları 2.08.01.89-un 2.2., 2.4., 2.7. bəndlərinin və metodik tövsiyyənin uyğun olduğunu nəzərə alaraq, İddiaçı payı, yəni mülkiyyətçi olduğu 113.03 kvm olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.01724 ha torpaq sahəsinin, Cavabdeh1 payı, yəni mülkiyyətçi olduğu 113.03 kvm olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.02138 ha torpaq sahəsinin, Cavabdeh2 payı, yəni mülkiyyətçi olduğu 113.03 kvm olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.02138 ha torpaq sahəsinin naturada ayrılması tərəflərin faktiki istifadəsinə uyğun olaraq naturada ayrılmasının Tikinti Norma və Qaydaları 2.08.01.89-un 2.2., 2.4., 2.7. bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq bölünməsi texniki cəhətdən mümkündür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair 21 oktyabr 2024-cü il tarixli bildirişdən görünür ki, iş üzrə aparılmış tikinti-texniki obyektlərin tədqiqi ilə bağlı ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.... Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər... 213.4. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Maddə 220. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.... 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 115. İşə baxılması ilə əlaqədar məsrəflər 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər;... Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair xx.xx.2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarı
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.
2. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən edilən hallardan görünür ki, AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışına əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ-Hövsan yolu, 6-cı km, 21, 114 nömrəli, sahəsi 339.09 kv.m mənzil və 0.6 ha torpaq sahəsinin 113.03 kv.m hissəsi və 0.02138 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi Cavabdeh1, 113.03 kv.m hissəsi və 0 02138 ha torpaq sahəsi Cavabdeh2, 113.03 kv.m hissəsi və 0.01724 ha torpaq sahəsi İddiaçı məxsusdur. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı həmin mənzil və torpaq sahəsinin naturada bölgüsü ilə bağlı cavabdehlərlə razılığa gələ bilmədiyindən məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 339.09 kv.m və torpaq sahəsi 0.06 ha olan əmlakdan iddiaçının payının, yəni mülkiyyətçisi olduğu 113.3 kv.m olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.01724 ha torpaq sahəsi olan hissəsinin naturada ayrılaraq iddiaçının tam mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, daha sonra, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 339.09 kv.m və torpaq sahəsi 0.06 ha olan əmlakdan Cavabdeh2 payının, yəni mülkiyyətçisi olduğu 113.3 kvm olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.02138 ha torpaq sahəsi olan hissəsinin naturada ayrılaraq Cavabdeh2 tam mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən, ilkin iddia üzrə iddiaçı və ilkin iddia üzrə cavabdehin tələbi haqlı hesab olunur. Belə ki, həmin maddədə nəzərdə tutulub ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Eyni zamanda, məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və iş materiallarında olan ekspert rəyinə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 114 saylı fərdi yaşayış evinin tikililərinin faktiki təyinatlılığına uyğun olaraq, tikililərin planlı yerləşməsini, faktiki olaraq yaşayış və yardımçı otaqların sayını, tərəflərin istifadəsində olan tikililərə ayrıayrı giriş-çıxışın olduğunu, tərəflərin hər birinin sərəncamında yaşayış və yardımçı sahələrin olduğunu, həmin tikililərin faktiki vəziyyətinin və s. uyğun olduğunu nəzərə alaraq, İddiaçı payı, yəni mülkiyyətçi olduğu 113.03 kvm olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.01724 ha torpaq sahəsinin, Cavabdeh1 payı, yəni mülkiyyətçi olduğu 113.03 kvm olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.02138 ha torpaq sahəsinin, Cavabdeh2 payı, yəni mülkiyyətçi olduğu 113.03 kvm olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.02138 ha torpaq sahəsinin naturada ayrılması texniki cəhətdən mümkündür. Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 339.09 kv.m və torpaq sahəsi 0.06 ha olan əmlakdan ilkin iddia üzrə iddiaçının payı, yəni mülkiyyətçisi olduğu 113.3 kv.m olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.01724 ha torpaq sahəsi olan hissəsi naturada ayrılaraq ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tam mülkiyyətinə verilməli; qarşılıqlı iddia tələbi təmin edilərək, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 339.09 kv.m və torpaq sahəsi 0.06 ha olan əmlakdan ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 payı, yəni mülkiyyətçisi olduğu 113.3 kvm olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.02138 ha torpaq sahəsi olan hissəsi naturada ayrılaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tam mülkiyyətinə verilməlidir. Məhkəmə xərcləri. Yuxarıda göstərilmiş mülki prosessual qanunvericiliyinin tələblərinə əsasən, iş üzrə aparılmış ekspertiza tədqiqatının 100 manat həcmində xərcin yarısı – 50 manat ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə İddiaçı, 50 manat ilkin iddia üzrə Cavabdeh1 aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 244, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏT ETDİ:
İlkin iddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 339.09 kv.m və torpaq sahəsi 0.06 ha olan əmlakdan ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı payı, yəni mülkiyyətçisi olduğu 113.3 kv.m olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.01724 ha torpaq sahəsi olan hissəsi naturada ayrılaraq İddiaçı tam mülkiyyətinə verilsin. Qarşılıqlı iddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 339.09 kv.m və torpaq sahəsi 0.06 ha olan əmlakdan qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh2 payı, yəni mülkiyyətçisi olduğu 113.3 kvm olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.02138 ha torpaq sahəsi olan hissəsi naturada ayrılaraq Cavabdeh2 tam mülkiyyətinə verilsin. Məhkəmə ekspertizasının dəyəri qismində 100 manat məbləğin yarısı – 50 manat ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə İddiaçı, 50 manat ilkin iddia üzrə Cavabdeh1 alınaraq dövlət büdcəsinə göstərilən hesaba keçirilsin: AZ34CTRE******************** (VÖEN: **********, Məhkəmə Ekspertiza Mərkəzi; X1, KOD 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SFİFT BİK: CTREAZ22, büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Firuzə Mirzəyeva