Məhkəmə qərarları › İş №e-2(010)-3004/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-3004/2023

02.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-3004/2023 02.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə hazırlıq iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-dən 15000 manat miqdarında pul vəsaitinin, 1000 manat mənəvi zərər əvəzinin və dövlət rüsumuna görə ödənilmiş 138 manat miqdarında pul vəsaitinin tərəflərdən birgə qaydada alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar Cavabdeh2 və Cavabdeh1 MMC cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin ləğv edilməsi və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, Suraxanı rayon Məhkəməsinin icraatında olan e-2(010)-3004/2023 və e-2(010)- 3900/2023 saylı mülki işlərin eyni icraatda birləşməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü iki mülki iş mövcud olduğundan və həmin işlərin birləşdirilərək bir icraatda baxılması məqsədə müvafiq olduğundan xx.xx.2023-cü il tarixdə daxil olmuş e-2(010)-3004/2023 nömrəli mülki iş xx.xx.2023-cü il tarixdə daxil olmuş e-2(010)-3900/2023 nömrəli mülki işə birləşdirildirilməlidir. Azərbaycan Respublikası MPM-nin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, icraatda olan İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair e-2(010)-3004/2023 nömrəli mülki iş iddiaçılar Cavabdeh2 və Cavabdeh1 MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair e-2(010)- 3900/2023 nömrəli mülki işə birləşdirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 169.3, 263, 264cü maddəsini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair e-2(010)-3004/2023 nömrəli mülki iş iddiaçılar Cavabdeh2 və Cavabdeh1 MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair e-2(010)-3900/2023 nömrəli mülki işə birləşdirilsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin icraatında olan 2(010)-3004/2023 nömrəli mülki iş üzrə icraata xitam verilsin. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar