Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3090/2021 26.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı "ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5 000,00 (beş min) manat məbləğində sığorta ödənişinin əvəzi, 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsümunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri Cavabdeh tərəfindən idarə olunan VP733PP dövlət qeydiyyat nişanlı Mercedes Benz E200 markalı avtonəqliyyat vasitəsi 17.10.2019-cu il tarixində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. 15.01.2020-ci il tarixində Cavabdeh idarə etdiyi VP733PP dövlət qeydiyyat nişanlı Mercedes Benz E200 markalı avtonəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi nəticəsində ** NE *** dövlət qeydiyyat nişanlı Mercedes Benz CLK200 markalı və ** TV *** dövlət qeydiyyat nişanlı Daewoo Gentra markalı avtonəqliyyat vasitələrinə zərər vurmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh yol-nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerini tə rk e tmiş dir. Bununla bağlı DYP əməkdaşı tərəfindən TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. "xxxx"ASC tərəfindən tərtib olunmuş 22.01.2020-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən ** TV *** dövlət qeydiyyat nişanlı Daewoo Gentra markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 8997,00 (səkkiz min doqquz yüz doxsan yeddi) manat məbləğində müəyyən edilmişdir. "xxxx"ASC-nin 07.02.2020-ci il tarixli sığorta aktına əsasən,** TV *** dövlət qeydiyyat nişanlı Daewoo Gentra markalı avtonəqliyyat vasitəsinin təmir olunması üçün 4413,76 (dörd min dörd yüz on üç manat yetmiş altı qəpik) manat sığorta ödənişinin zərərçəkənə ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Həmçinin digər nəqliyyat vasitəsinə dəymiş zərər üzrə "xxxx" ASC tərəfindən tərtib olunmuş 27.01.2020-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən ** NE *** dövlət qeydiyyat nişanlı Mercedes Benz CLK200 markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 1195,00 (min yüz doxsan beş) manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin 06.02.2020-ci il tarixli sığorta aktına əsasən, ** NE *** dövlət qeydiyyat nişanlı Mercedes Benz CLK200 markalı avtonəqliyyat vasitəsinin təmir olunması üçün 586,24 (beş yüz səksən altı manat iyirmi dörd qəpik) manat sığorta ödənişinin zərərçəkənə ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Tərəflərin izahatları İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. TP ******* saylı 15.01.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə olunmuşdur. Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan müəyyən olunur ki, ** NE *** dövlət qeydiyyat nişanlı Mercedes Benz CLK200 markalı avtomaşına ümumilikdə 1195,00 manat məbləğində ziyan dəymişdir. Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan müəyyən olunur ki, ** TV *** dövlət qeydiyyat nişanlı Daewoo Gentra markalı avtomaşına ümumilikdə 8997,00 manat məbləğində ziyan dəymişdir. Sığorta aktından görünür ki, Khalilov İntizar - Mercedes Benz E200 markalı VP733PP dövlət qeydiyyat nişanlı avtomaşını 17.10.2019-cu il tarixdən 16.01.2020-ci il tarixədək müddətə 5000.00 manata sığortalamışdır. 15.01.2020-ci il tarixdə Nərimanov rayonu, Ak.H.Əliyev-Ə.Pəcəbli küçələrinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X2 Mercedes Benz CLK200 markalı ** NE *** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuşdur. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərər 1195,00 manat məbləğində müəyyən edilmişdir. 586,24 manat sığorta ödənişi mütənasib qaydada karta köçürülmüşdür. Sığorta aktından görünür ki, Khalilov İntizar - Mercedes Benz E200 markalı VP733PP dövlət qeydiyyat nişanlı avtomaşını 17.10.2019-cu il tarixdən 16.01.2020-ci il tarixədək müddətə 5000.00 manata sığortalamışdır. 15.01.2020-ci il tarixdə Nərimanov rayonu, Ak.H.Əliyev-Ə.Pəcəbli küçələrinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X1 ** TV *** dövlət qeydiyyat nişanlı Daewoo Gentra markalı avtomobili ilə toqquşmuşdur. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərər 8997,00 manat məbləğində müəyyən edilmişdir. 4413,76 manat sığorta ödənişi mütənasib qaydada etibarnamə əsasında X3 təqdim olunan 1100 0000 0045 1424 saylı karta köçürülmüşdür. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 1096 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Məhkəmənin mövqeyi Məhkəmə iclasında toplanmış sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh idarə etdiyi VP733PP dövlət qeydiyyat nişanlı Mercedes Benz E200 markalı avtomobili ilə yol nəqliyyat hadisə törədərək "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü ilə sığortalanmış ** NE *** dövlət qeydiyyat nişanlı Mercedes Benz CLK200 markalı və ** TV *** dövlət qeydiyyat nişanlı Daewoo Gentra markalı avtomobillərə maddi zərər vurmuşdur. DYPİ-nin İXP ******* saylı İnzibati xəta Haqqında qərarı ilə Cavabdeh inzibati məsuliyyətə cəlb olunmuşdur. "xxxx" ASC tərəfindən hadisə nəticəsində Mercedes Benz CLK200 markalı, ** NE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 586,24 manat, Daewoo Gentra markalı, ** TV *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə isə 4413,76 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Sadalanan xüsusatlara və qanuvericilik aktı normalarına istinadən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Sığorta Sığorta ACS-nin cavabdeh subroqasiya qaydasında zərərin əvəzini ödəmək tələbi əmələ gəlmişdir. Odur ki, iddia təmin edilməli və Cavabdeh 5000,00 (beş min) manat sığorta ödənişinin əvəzi və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat məbləğində məhkəmə xərcləri tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2 İddia qiyməti 500 manatadək olduqda 20 manat, 500 manatdan artıq olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumu və bank xidmətlərinə görə 30,40 (otuz manat qırx qəpik) manat məbləğdə pul cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5000,00 (beş min) manat sığorta ödənişinin əvəzi və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat məbləğində məhkəmə xərcləri tutularaq iddiaçı "xxxx" ASCnin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №e-2(010)-3090/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3090/2021
26.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver