Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3095/2021 25.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, iddiaçı "xxxx" ASC nümayəndəsi Nümayəndə iştirakı ilə, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər X1 Thilina və Cavabdeh1 qarşı “subroqasiya qaydasında pul” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh1 qarşı “subroqasiya qaydasında pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 1 551,25 (bir min beş yüz əlli bir manat iyirmi beş qəpik) manat sığorta ödənişinin, ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin cavabdehlər X1 Thilina və Cavabdeh1 qarşı “subroqasiya qaydasında pul” tələbi barədə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər X1 Thilina və Cavabdeh1 müştərək qaydada subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 1 551,25 (bir min beş yüz əlli bir manat iyirmi beş qəpik) manat sığorta ödənişinin, ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, 17.07.2019-cu il tarixində Cavabdeh1 tərəfindən idarə olunan ** RJ *** dövlət qeydiyyat nişanlı Daimler Chrysler C180 markalı avtonəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** AF *** dövlət qeydiyyat nişanlı Toyota Corolla markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəs ilə əlaqədar 17.07.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü Cavabdeh1 təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** AF *** dövlət qeydiyyat nişanlı Toyota Corolla markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 1 551,25 (bir min beş yüz əlli bir manat iyirmi beş qəpik) manat müəyyən edilmişdir. Hazırda məlum olmuşdur ki, iş üzrə cavabdehlə yanaşı X1 Thilina Null adlı Şirlanka vətəndaşı barədə hadisə ilə bağlı TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş və təqsirləndirilmişdir. Cavabdehlər X1 Thilina Null adlı Şrilanka vətəndaşdan və Cavabdeh1 subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 1 551,25 (bir min beş yüz əlli bir manat iyirmi beş qəpik) manat sığorta ödənişinin, ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qəbul etməyərək bildirdi ki, 17.07.2019-cu il tarixdə idarə etdiyi ** RJ *** dövlət qeydiyyat nişanlı Daimler Chursler c 180 markalı nəqliyyat vasitəsi ilə Ü.Hacıbəyli küçəsində yol-nəqliyyat hadisəsi törədərək qarşısında hərəkətdə olan BMW 528 markalı, ** PA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə arxadan zərər yetirən zaman məcburi qaydada dayanıb avtomobilə baxış DYP və “AXAMBASK” sığorta şikrətinin əməkdaşlarına məlumat vermək üçün yerə düşəndən sonra avtomobilində olan sərnişin Şri Lanka vətəndaşı Bulugaha Pitiye üşmək üçün arxa qapını açıb ** AF *** dövlət qeydiyyat nişanlı, Toyota Corolla markalı nəqliyyat vasitəsinə vuraraq ona zərər yetirmişdir. Bulugaha Pitiye əməlində inzitabi xəta olduğuna görə onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Sonuncu hadisədə onun təqsiri olmadığı üçün onun barəsində inzibati protokol tərtib olunmamışdır. Cavabdeh X1 Thilina məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki ** RJ *** dövlət qeydiyyat nişanlı Daimler Chrysler C180 markalı avtonəqliyyat vasitəsinin sahibi Cavabdeh1dur. İş materiallarına əlavə olunmuş Avtonqəliyyat vasitələrinin tam sığortası şəhadətnaməsinin sürətindən görünür ki, “sığortalı AR X5 məxsus buraxılış ili 2014-cü il, «Toyota Corolla markalı ** AF *** dövlət qeydiyyat nişanlı avtomobil 01 mart 2019-cu il tarixdən 29 fevral 2020-ci il tarixədək 24000 manat dəyərində "xxxx" ASC tərəfindən sığorta olunmuşdur. Bakı şəhər DYPŞ-nin TP seriyalı ******* saylı 18 iyul 2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 Thılına Azərbaycan Respublikası İXM-nin 338.3-ci maddəsinə əsasən 30 manat məbləğində cərimə edilmişdir ona görə ki, o, 17 iyul 2019-cu il tarixdə, saat 18.03-da sərnişin olduğu “Daimler Chrysler C 180” markalkı ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobildən minmə və düşmə qaydalarını pozmuşdur”. 09.12.2019-cu il tarixli Sığorta aktından görünür ki, buraxılış ili 2014-cü il,”Toyota Corolla” markalı ** AF *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərin məbləği 1551,25 manat təşkil edir. 16.12.2019-cu il tarixli Ödəniş tapşırığından görünür ki, 1551,25 manat həcmində sığorta ödənişi "xxxx" ASC” tərəfindən sığortalı avtomobilin təmiri üçün "xxxx" MMC-yə ödənilmişdir. Mübahisənin həlli ilə əlaqədar olaraq məhkəmə əvvəlcə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi təmin ediləndir. Məhkəmə ilk növbədə qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Göstərilən müddəaları rəhbər tutmaqla məhkəmə hesab edir ki, cavabdeh X2 Thılınanın 17 iyul 2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsiri İnzibati xəta haqqında qərarla müəyyən olunduğundan onun vurulmuş zərərlə bağlı mülki hüquqi məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 936.1 və 936.2-ci maddələrində isə müəyyən edilmişdir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Beləliklə, yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddiaçının cavabdeh X2 Thılınanın təqsiri nəticəsində baş vermiş sığorta hadisəsinə görə sığortalıya ödədiyi sığorta ödənişi məbləğini ondan subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. Bununla belə, məhkəmə bu nəticəyə gəlir ki, Cavabdeh1 münasibətdə iddia tələbi əsassızdır. Belə ki, iddiaçının nümayəndəsi imzaladığı iddia ərizəsində qeyd etmiş, eləcə də məhkəmə iclasında bildirmişdir ki, Cavabdeh1 qarşı hazırki iddia tələbinin irəli sürülməsinə əsas sonuncunun idarə olunan ** RJ *** dövlət qeydiyyat nişanlı Daimler Chrysler C180 markalı avtonəqliyyat vasitəsi ilə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** AF *** dövlət qeydiyyat nişanlı Toyota Corolla markalı avtonəqliyyat vasitəsinə zərər vurulması olmuşdur. Lakin iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sübutlar, eləcə də işin materialları və tərəflərin izahatları ona dəlalət edir ki, 17 iyul 2019-cu il tarixdə iddiaçı "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** AF *** dövlət qeydiyyat nişanlı Toyota Corolla markalı avtonəqliyyat vasitəsinə zərər vurulması bilavasitə cavabdeh X2 Thılınanın sərnişin kimi Cavabdeh1 idarə etdiyi nəqliyyat vasitəsində olduğu zaman minmə və düşmə qaydalarının pozulması olmuşdur. İşin digər mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh1 eyni tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə ona görə cəlb olunmuşdur ki, idarə etdiyi avtomobillə iddiaçı tərəfindən sığortalanmış avtomobillə deyil, qarşısında hərəkət edən BMW markalı ** PA *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. İşin bu hallarını nəzərə alaraq məhkəmə bu nəticəyə gəlir ki, Cavabdeh1 törətmiş olduğu yol-nəqliyyat hadisəsi cavabdeh X2 Thılınanın təqsirli hərəkətləri nəticəsində iddiaçı tərəfindən sığortalanmış avtomobilə zərər vurulması ilə səbəbli əlaqədə olmamışlar. Bu isə ona dəlalət edir ki, Cavabdeh1 qarşı irəli sürülmüş iddia əsassız olduğuna görə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdeh X3 Thilinadan iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. X3 Thilinadan subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 1551,25(min beş yüz əlli bir manat 25 qəpik) sığorta ödənişinin, ödənilmiş 30,40 (otuz manat 40 qəpik) dövlət rüsumu tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Qasımov
Məhkəmə qərarları › İş №e-2(010)-3095/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3095/2021
25.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver