Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3097/2021 23.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı «xxxx» ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı «xxxx» ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı «xxxx» ASC Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək subroqasiya qaydasında dəymiş ziyana görə 6172.88 manat sığorta ödənişinin və 30.40 manat dövlət rüsumunun cavabdehlərdən «xxxx» ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «xxxx» ASC iddia tələbini onunla əsaslandırmışdır ki, 10.09.2019-cu il tarixində Cavabdeh2 məxsus Cavabdeh1 tərəfindən idarə olunan ** VN *** dövlət qeydiyyat nişanlı Volkswagen Touareg markalı avtonəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi nəticəsində “xxxx” ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış ** PZ *** dövlət qeydiyyat nişanlı Audi Q7 markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsilə əlaqədar DYP əməkdaşı tərəfindən 10.09.2019-cu il tarixli TP ******* saylı X1 haqqında qərar tərtib olunmuşdur. “xxxx” MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən sığortalanmış ** PZ *** dövlət qeydiyyat nişanlı Audi Q7 markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi 6 272,88 manat müəyyən edilmişdir. “xxxx” ASC-nin 03.03.2020-ci il tarixli sığorta aktına əsasən “xxxx” ASC tərəfindən dəymiş ziyana görə azadolma çıxılmaqla 6172.88 manat məbləğində sığorta ödənişinin zərərçəkən avtonəqliyyat vasitəsinin təmiri üçün təmir mərkəzinin hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Təmir edildikdən sonra zərərvuran şəxsi mülki məsuliyyətini icbari sığortasının olmadığı müəyyənləşdirilmişdir. Sığorta tərəfindən sığortalıya ödənilmiş 6172.88 manat məbləğində vəsaitin “xxxx” ASC-nin bank hesabına ödənilməsi barədə cavabdehə müvafiq bildiriş göndərilmiş lakin, cavabdeh dəymiş zərər məbləğini ödəməkdən yayınmışdır. Mülki hüquq pozuntusu (delikt) Cavabdeh1 tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində sığortalanmış avtomobilin sahibinə maddi zərər yetirilmişdir. Beləliklə, zərərçəkən avtonəqliyyat vasitəsinin təmiri üçün “xxxx” ASC tərəfindən sığortalıya ödənilmiş 6172.88 manat məbləğində vəsaitin subroqasiya qaydasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 subroqasiya qaydasında tutulmalıdır . İddiaçı «xxxx» ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, ona uyğun izahat vermiş və məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, xxxxbaycan Respublikası MPM-in 185.5-ci maddələrinə əsasən cavabdehlərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ƏN-Vİ № 473885 saylı etibarnamənin surətindən görünür ki, Cavabdeh2 30.09.2018-ci il tarixdə özünə məxsus ** VN *** dövlət qeydiyyat nişanlı VOLKSWAGEN TOUAREG markalı avtomobili idarə etməyi və digər səlahiyyətləri 30.09.2019-cu il tarixə kimi Cavabdeh1 etibar etmişdir. İş materiallarında olan 04.03.2020ci il tarixli sığorta aktından görünür ki, 6172.88 manat «xxxx» ASC tərəfindən avtomobilin təmiri üçün “xxxx” Promotions MMC-nin hesabına keçirilmişdir. İşə əlavə edilmiş elektron qaimədən və təmir kartından müəyyən olunur ki, “AUDİ Q 7” markalı ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün 6272.88 manat müəyyən olunmuşdur. İş materiallarında olan MİP-131006-B05 saylı avtonəqliyyat vasitələrinin sığorta şəhadətnaməsindən görünür ki, «xxxx» ASC “xxxx” Promotions MMC-yə məxsus ** PZ *** dövlət qeydiyyat nişanlı, «AUDİ Q 7” markalı nəqliyyat vasitəsini 7344 manat sığorta məbləği həddində avtomobil sığortasını həyata keçirmişdir. İş materiallarına əlavə olunmuş X1 Haqqında Qərarın surətindən müəyyən olunur ki, Cavabdeh1 İXM-nin 327.1-ci maddəsinə əsasən 40 manat cərimə olunmuşdur. «Sığorta haqqında» xxxxbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak Sığortası üzrə Sığorta ödənişini vermiş Sığortaçıya reqres qaydasında onun verdiyi Sığorta ödənişi məbləğində keçir. xxxxbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. xxxxbaycan Respublikası Mülki Məcəlləsinin 916.1-ci maddəsinə əsasən əgər Sığortalı zərərin əvəzini ödəmək tələbini 3-cü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb Sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini Sığortalıya ödəmiş olsun. xxxxbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəklərinin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrində istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Bu Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. İcbari sığortalar haqqında xxxxbaycan Respublikasının Qanununun 25.1.3.-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. xxxxbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh1 digər Cavabdeh2 məxsus olan ** VN *** dövlət qeydiyyat nişanlı VOLKSWAGEN TOUAREG markalı avtomobili idarə edərkən toqquşma nəticəsində “xxxx” Promotions MMC-yə məxsus “AUDİ Q 7” markalı ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. X1 Haqqında Qərardan müəyyən olunur ki, Cavabdeh1 İXM-nin 327.1-ci maddəsinə əsasən 40 manat cərimə olunmuşdur. “xxxx” Promotions MMC-yə məxsus “AUDİ Q 7” markalı ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobil sığortalı olduğundan vurulmuş 6172.88 manat zərər «xxxx» ASC tərəfindən ödənilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh2 tərəfindən Cavabdeh1 qanuna müvafiq qaydada etibarnamə verildiyindən məhkəmə hesab edir ki, vurulmuş zərəri ödəmək vəzifəsi Cavabdeh1 oğlunun üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hüquqa zidd əməl nəticəsində dəymiş zərər sığortaçı tərəfindən ödənildiyindən və həmin məbləğdə zərəri tələb etmə hüququ subroqasiya qaydasında «xxxx» ASC-nə keçdiyindən 6172.88 manat məbləğində vurulmuş zərər və 30.40 manat məbləğində dövlət rüsumu və bank xidmət xərci zərərvuran şəxs Cavabdeh1 iddiaçı «xxxx» ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və xxxxbaycan Respublikası MPM-in 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 “xxxx” Promotions MMC-yə məxsus “AUDİ Q 7” markalı ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi 6172.88 (altı min yüz yetmiş iki manat, səksən səkkiz qəpik) manat və 30.40 (otuz manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu və bank xidmət xərci tutularaq «xxxx» ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №e-2(010)-3097/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3097/2021
23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver