Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-316/2024 05.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədirliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı “İcbari Sığorta Bürosu” X8 Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı “İcbari Sığorta Bürosu” X8 Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh 5000 manat və ödənilmiş dövlət rüsumuna görə 70 manat, ümumilikdə 5070 manat pulun iddiaçı “İcbari Sığorta Bürosu” HŞİ-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, LPO ASC "xxxx" Sığorta Şirkəti tərəfindən PST********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin adına sığortalanmış RAVON NEXİA R3 MİNİK markalı, 90PJ539 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixində Bakı şəhəri, Nizami ünvanında Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X20 vəfat etmişdir. Yuxarıda göstərilən hadisə ilə əlaqədar “İcbari Sığorta Bürosu” HŞİ tərəfindən “İcbari sığortalar haqqında” Qanunun 14-cü və 56.1-ci maddəsinə uyğun olaraq, ölüm hadisəsinə görə 5000 (beş min) manat məbləğində sığorta (kompensasiya) ödənişi həyata keçirilmişdir. İş materiallarından (əlavə olunur) aydın olur ki, Cavabdeh yol-nəqliyyat hadisəsini törətdikdən sonra hadisə yerindən qaçmışdır. Belə ki, sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar DİN Bakı şəhəri Nizami rayon Polis İdarəsinin təqdim etdiyi 22 aprel 2020-ci il tarixli ***-*******50 nömrəli Arayışından (əlavə olunur) məlum olur ki, yol nəqliyyat hadisəsini törətdikdən sonra Cavabdeh hadisə yerindən yayınmışdır. Bildirirlər ki, “İcbari Sığortalar haqqında” Qanunun 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Tərəflərin izahatları. İddiaçının nümayəndəsi X22 ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, aidiyyat iş üzrə iddialarının barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəblərini məhkəməyə bildirməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları. 14 aprel 2020-ci il tarixli təqsieləndirilən şəxsə yenidən idttiham edilməsi haqqında qərardadn görünür ki, ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə yenidən ittiham elan edilməsi, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nizami rayon prokroruna göndərilməsi, Cavabdeh qəbul edilmiş qərar və ittihamın mahiyyəti ilə tanış edilməsi qərara alınmışdır. 22 aprel 2020-ci il tarixli, ***-*******50 saylı Bakı şəhəri Nizami Rayon Polis İdarəsi tərəfindən "xxxx" sığorta şirkətinə təqdim edilmiş arayışdan görünür ki, 08 fevral 2020-ci il tarixdə saat 05 radələrində ünvan 1 ünvanda yerləşən “Hissa” şadlıq sarayının yaxınlığında Cavabdeh idarə etdiyi "xxxx" MMC-yə məxsus “Ravon Nexia” markalı ** PJ *** dövlət nömrə nişanlı avtomobillə piyada X14 vuraraq yol nəqliyyat hadisəsi yerindən qaçmış, Ediqar Sərdaroviç isə aldığı xəsarətlərlə 3 saylı ŞKX-nə yerləşdirilmişdir.11 fevral 2020-ci il tarixdə vətandaş X20 3 saylı ŞKX-də dünyasını dəyişmişdir. Hazırda faktla bağlı Nizami RPİ-nin İS-də Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddəsi ilə ********* saylı cinayət işi istintaq olunması qeyd edilmişdir. xx.xx.2019-cü il tarixli sığorta müqaviləsinin surətindən görünür ki, "xxxx" Məhdud Məsulliyətli Cəmiyyətinə X29 R3 minik markalı ** PJ *** dövlət nişalı avtomobil Açıq Səhmdar Cəmiyyəti Standart İnsurance Sığorta Şirkəti tərəfindən 5000 manat məbləğində sığortalanmışdır. xx.xx.2020-ci il tarixli, 24846 nömrəli Cəlilova Lyudmila tərəfindən ASC "xxxx" SŞ-nə yazılan ərizədən görünür ki, xx.xx.2020-ci il tarixində Standart Sığorta Şirkətində sığortalanmış Ravon markalı avtomobil hadisə törətmişdir. Hadisə nəticəsində piyada Cəlilov Eldar xəsarət almışdır. Aldığı xəsarətdən dünyasını dəyişmişdir. Bununla bağlı ona ayrılacaq sığorta ödənişinin həyata keçirilməsi xahiş edilmişdir. 12 avqust 2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə ölmüş X15 vərəsəsi ünvan 2 ünvanında qeydiyyatda olan anası X3. O, mirasda tam payda irs almalıdır. Şəhadətnamə verilən miras ASC "xxxx" Sığorta Şirkəti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 01 № 925 saylı məktubuna əsasən miras qoyana məxsus 5000 manat sığorta pulundan ibarətdir. 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İİ seriyalı, 070785 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2020-ci il tarixdə bədənin bir neçə nahiyəsi dəqiqləşdirilməmiş travmalar səbəbindən Bakı şəhərində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 286 nömrə ilə qeyd edilmişdir. AC 980796 nömrəli “X1 Şəhadətnaməsi”nin surətindən görünür ki, “RAVONNEXİA R3” minik markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" Məhdud Məsiliyyətli Cəmiyyətinin mülkiyyətindədir. AD 081161 nömrəli Azərbaycan Respublikası sürücülük vəsiqəsindən görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixində sürücülük vəsiqəsi verilmişdir. xx.xx.2020-ci il tarixli PQA**********3 nömrəli etibarnamənin surətindən görünür ki, etibarnamə “Azevrocar MMC” tərəfindən Azərbaycxan Respublikası vətəndaşı olan Cavabdeh 1 REVON NEXİA R3 markalı, ** PJ *** qeydiyysat nişanlı (qeydiyyat şəhadətnaməsi AC 980796 2017-ci il buraxılışlı, ban №030503, mühərrik № 0121, AĞ rəngli) maşının yalnız Azərbaycan respublikası ərazisində idarə edilməsi üçün verilib. Etibarnamə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixi daxil olmaqla etibarlıdır. 087-14662-1220 saylı Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarı sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2020-ci il tarixdə R.Rustəmov küçəsi 81 ünvanında yol nəqliyyat hadisəsi baş vermişdir.Hadisədə piyada vurulmuşdur.X25 R3 masrkalı, ** PJ *** dövlət qeydiyyat nişanlı Azevrocar MMC mülkiyyətində olan avtomobilə Cavabdeh törətmişdir. Yol nəqliyyat hadisəsi zamanı ayıq olmuşdur. Hadisə zamanı X16 ölmüşdür. 11 fevral 2020-ci il tarixli zərərçəkmiş şəxsin hüquqi varisinin təyin edilməsi haqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* saylı cinayət işi X9 mərhum oğlu X15 hüquqi varisi qismində təyin edilməsi, zərər çəkmiş şəxsin hüquqi varisinə hüquq və vəzifələr izah edilməsi qərarı alınmışdır. 12 fevral 2020-ci il tarixli 3653 saylı Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, Ravon Nexia markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə qanunsuzluq olmuş, sürücünün hərəkətlərində qeyd olunan maddənin tələblərinə olan qanunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Cavabdeh hadisədən sonra zərərçəkmişə yardım göstərmədən və müvafiq orqanlara xəbər vermədən hadisə yerindən getdiyində onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuz olduğu qeyd olunmuşdur. xx.xx.2020-ci il tarixli İC AA 3484/20 saylı sığorta aktından görünür ki, sığortalı "xxxx" MMCyə məxsus “Ravon Nexia R3” markalı, ** PJ ***7 dövlət qeydiyyatlı nömrəli avtomobil sığortlanmış və sığorta dəyəri 5000 manat təyin edilmişdir. xx.xx.2020-ci il yol nəqliyyat hadisəsi baş vermiş, etibarnamə ilə idarə etdiyi avtomobillə Cavabdeh ehtiyatsızlıqdan X17 vuraraq öldürmüşdür. Zərərin ümumi həcmi 5000 manat müəyyən edilmişdir. Həmin məbləğ X4 hesabına köçürülmüşdür. xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, İcbari Sığorta Bürosu HŞ İttifaqı tərəfindən X5 hesabına 5000 manat ödəniş edilmişdir. Nizami Rayon Məhkəməsinin 1(007)-148/2020 saylı 10 avqust 2020-ci il tarixli hökmü ilə, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət törətməkdə təqsirli bilinərək, 2 müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 1 il 6 ay müddətində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 03 mart 2020-ci il tarixli "xxxx" ASC-nin xəzinə mədaxil orderindən görünür ki, razılaşma müqaviləsi üzrə (566 saylı xx.xx.2020 tarixli məktuba əsasən) 3000 manat məbləğində pul vəsaiti X12 tərəfindən X2 təhvil verilib. 03 mart 2020-ci il tarixli MuğanBank” ASC-nin xəzinə mədaxil orderindən görünür ki, razılaşma müqaviləsi üzrə (566 saylı xx.xx.2020 tarixli məktuba əsasən) 6 manat məbləğində pul vəsaiti X12 tərəfindən Sadıqov Rəşadət oğluna təhvil verilib. 03 mart 2020-ci il tarixli X26 X10 Müqaviləsindən görünür ki, X13 3000 manat məbləği notariusun banka açılan depozit hesabı vasitəsi ilə X11 ya ödəmişdir. X9 3000 manat məbləği notariusun bankda aşılan depozit hesabı ilə aldı. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 883. Sığorta və təkrarsığorta müqaviləsi. 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır..... Maddə 884. Sığorta münasibətlərinin subyektləri 884.1. Sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır. 884.2. Sığorta və ya təkrarsığorta müqaviləsinin tərəfi olan, yaxud belə müqavilənin həyata keçirilməsi üzrə hüquqlara və (və ya) vəzifələrə malik olan şəxslər sığorta münasibətlərinin subyektləridir... ...884.6. Faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. 884.6–2. Şəxsi sığorta üzrə sığorta hadisəsi nəticəsində sağlamlığına zərər dəymiş şəxs, onun öldüyü halda isə ailə üzvləri zərərçəkən sayılır. Maddə 887. Şəxsi sığortanın obyekti Şəxsi sığortanın obyektləri sığortalının və ya sığorta olunanın həyatı, sağlamlığı, əmək qabiliyyəti və pensiya təminatı ilə bağlı əmlak mənafeləridir. Şəxsi sığorta zamanı həm sığortalı özü, həm də müqavilədə göstərilən başqa şəxs (sığorta olunan) sığortalana bilər. Maddə 897. İcbari sığorta 897.1. İcbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur... Maddə 922. Sığorta hadisəsi 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 922.3. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. Maddə 924. Sığorta hadisəsinin təsdiqi 924.1. Sığortaçı (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxs) sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün lazım olan sənədləri və məlumatları bu Məcəllənin 924.2-ci maddəsi nəzərə alınmaqla, sığortalıdan tələb etmək hüququna malikdir. 924.2. Sığorta hadisəsi hesab edilə bilən, qanunvericiliyə uyğun olaraq araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu vermək sığortaçının və ya onun nümayəndəsinin vəzifəsidir. 924.3. Səlahiyyətli dövlət orqanları sığortaçının və ya onun nümayəndəsinin yazılı sorğusuna əsasən, sığorta hadisəsi ilə əlaqədar tələb olunan, yayılması “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunmayan istənilən məlumatı sorğunun daxil olduğu tarixdən etibarən 10 gün müddətində təqdim etməlidirlər. Maddə 926. Sığorta ödənişi 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. 926.3. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir... Maddə 928. Şəxsi sığorta üzrə sığorta ödənişi Şəxsi sığorta üzrə sığorta ödənişi onu almaq hüququ olan şəxsə sosial sığorta, həmçinin icbari və ya könüllü sığortalar üzrə nəzərdə tutulan ödənişlərdən asılı olmayaraq icbari sığorta qanunlarında və ya sığorta müqaviləsində müəyyən olunmuş qaydada ödənilməlidir. Maddə 936. Subroqasiya hüququ 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir... 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. ... Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar ...82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır... Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi: Maddə 263. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma 263.1. Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda—... 263.2. Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda.... Maddə 264. Yol nəqliyyat hadisəsi yerindən qaçma Bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması... “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 13. Sığorta hadisəsi 13.1. İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. 13.2. Bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Maddə 14. Sağlamlığa dəyən zərər 14.1. Fərdi qəza sığortası üzrə sığorta olunanın və ya mülki məsuliyyət sığortası üzrə üçüncü şəxsin sağlamlığına dəyən zərər bu Qanunun məqsədləri üçün aşağıdakı hallar hesab edilir:...14.1.3. şəxsin ölümü. 14.2. Sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin aşağıdakı nisbətlərində ödənilir: 14.2.1. zərərçəkənin ölməsi, o cümlədən aldığı bədən xəsarəti, xəstələnməsi, zəhərlənməsi və ya kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində ölməsi — 100 faiz;... Maddə 23. Sığortaçının hüquq və vəzifələri 23.1. Sığortaçının aşağıdakı hüquqları vardır:... 23.1.6. sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək;... Maddə 25. İcbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları. 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda;... Maddə 27. İcbari Sığorta Bürosu 27.1. İcbari Sığorta Bürosu (bundan sonra - “Büro”) zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsini, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etmək üçün, habelə aşağıdakı funksiyaların həyata keçirilməsi məqsədilə bu Qanunun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq X19 kimi təsis edilən və fəaliyyət göstərən qeyri-kommersiya təşkilatıdır: 27.1.6. Azərbaycan Respublikasının ərazisində baş verən hadisələr nəticəsində sağlamlığına zərər dəyən üçüncü şəxslərə bu Qanunda nəzərdə tutulmuş müvafiq hallarda kompensasiya ödənişlərinin verilməsini təmin etmək və bununla əlaqədar sığorta hadisələrinin araşdırılması və sığorta ödənişlərinin verilməsi zamanı sığortaçılara aid bütün hüquq və vəzifələrdən istifadə etmək... Maddə 32. Kompensasiya ödənişlərinin təyinatı 32.1. Əmlaka və sağlamlığa dəyən zərərə görə bu Qanunda və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sığorta ödənişlərinin həyata keçirilməsi aşağıdakı hallarda mümkün olmadıqda, Büro tərəfindən kompensasiya ödənişi verilir: 32.1.1. sığortaçı müvafiq icbari sığorta müqavilələri üzrə sağlamlığa və (və ya) əmlaka dəyən zərərlə bağlı öhdəliklərini ödəmə qabiliyyətinin olmamasına görə yerinə yetirə bilmədikdə;... Maddə 52. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi 52.1. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur.... 52.2. Avtonəqliyyat vasitəsinin istifadəsi dedikdə avtonəqliyyat vasitəsinin hərəkəti ilə bağlı onun istismarı nəzərdə tutulur... Maddə 54. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə üçüncü şəxslər Bu Qanunun 7-ci maddəsində müəyyən edilmiş istisna nəzərə alınmaqla, müvafiq icbari sığorta müqaviləsinin tərəfi olmayan, sığortalının və ya sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən şəxslər, o cümlədən avtonəqliyyat vasitəsindəki sərnişinlər, onlar öldükləri halda, ailə üzvləri bu Fəslin məqsədləri üçün üçüncü şəxs sayılırlar. Maddə 56. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta məbləğləri 56.1 Üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir:... 56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat. Maddə 63. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə subroqasiya hüququ 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə:...8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, xx.xx.2019-cu il tarixində "xxxx" MMC və ASC "xxxx" Sığorta Şirkəti arasında ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobil üzrə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsi bağlanmışdır. Həmin avtomobil etibarnamə ilə Cavabdeh istifadəsinə verilmişdir. xx.xx.2020-ci il tarixdə Cavabdeh “Ravon Nexia R3” minik markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 3 ünvanda yolu keçən piyada X18 vuraraq hadisə yerindən yayınmışdır. Hadisəni törətmiş Cavabdeh xx.xx.2020-ci il 1(007)-148/020 saylı hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci 264-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmişdir. Cavabdehin qəzadan sonra hadisə yerindən yayınması icbari sığorta münasibətlərini tənzimləyən yuxarıda qeyd edilmiş normanın tələbi baxımından subroqasiya hüququnu yaradan əsasdır. Eyni zamanda, məhkəmə qeyd edir ki, icbari sığorta müqaviləsi ASC "xxxx" Sığorta Şirkəti ilə bağlanılsa da, həmin sığorta şirkəti xx.xx.2020-ci il tarixində müflis elan edilmişdir. Yuxarıda sadalanan qanunvericilik normalarından görünür ki, sığortaçı müfaviq sığorta müqavilələri üzrə sağlamlığına və əmlaka dəyən zərərə bağlı öhdəliklərini ödəmə qabiliyyətinin olmamasına görə yerinə yetirə bilmədikdə “İcbari Sığorta Bürosu” tərəfindən kompensasiya verilir. İş materialları ilə müəyyən edilir ki, sığorta hadisəsinə görə "İcbari Sığorta Bürosu" HŞİ tərəfindən 5000 manat məbləğində ödəniş həyata keçirilmişdir. Hadisə nəticəsində vəfat etmiş X15 hüquqi varisi olan X6 ödəniş edilmişdir. Belə olan halda və yuxarıda qeyd edilmiş normanın tələbi baxımından subroqasiya hüququ "İcbari Sığorta Bürosu" HŞİ-da yaranmışdır. Bununla da, iddiaçı tərəf haqqlı olaraq cavabdehdən pulu tələb etmişdir. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh X7 5000 manat məbləğində pul tutularaq iddiaçı “İcbari Sığorta Bürosu” HŞİ-nin xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı "İcbari Sığorta Bürosu" X19 tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olan 70 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5000 manat və ödənilmiş dövlət rüsumuna görə 70 manat, ümumillikdə 5070 manat pul məbləği iddiaçı “İcbari Sığorta Bürosu” HŞİ-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №e-2(010)-316/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-316/2024
05.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver