Məhkəmə qərarları › İş №e-2(010)-3178/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3178/2025

17.09.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3178/2025 17.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi.

1. İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə “istifadə hüququnun itirilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Q yaşayış sahəsi, ev 9, mənzil 21, Yeni qaydalarla: AZ 1131, ünvan 1 ünvanda yerləşən mənzilinə dair istifadə hüququnun itirilməsi və mənzildən çıxarılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Q yaşayış sahəsi, ev 9, mənzil 21, Yeni qaydalarla: AZ 1131, ünvan 1 ünvanda yerləşən mənzildən çıxarılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Bakı şəhəri, Suraxanı rnu, Qaraçuxur qəsəbəsi, Surxay Noçuyec küç. Ev 9, 21 saylı mənzilin mülkiyyətçisidir. Qeyd olunan mənzil iddiaçıya xx.xx.2025-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən X9 tərəfindən satılmış və həmin mənzilə dair iddiaçının xüsusi mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ********** nömrəli çıxarışla qeydə alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2025-ci il tarixli arayışına əsasən qeyd edilən ünvanda hazırda iddiaçı ilə birlikdə xx.xx.1961-ci il təvəllüdlü X9, xx.xx.1995-ci il təvəllüdlü X2 qeydiyyatdadır. Belə ki, hal-hazırda həmin mənzildə xx.xx.1965-ci il təvəllüdlü Cavabdeh və onun ailə üzvləri yaşayır. Cavabdeh və ailəsi hal-hazırda həmin mənzildə məcburi köçkün olduqları üçün yaşayır və heç bir qeydiyyatları yoxdur. Lakin onların həmin mənzildə yaşaması iddiaçının mülkiyyətçisi olduğu mənzil üzərində istifadə və sahiblik hüquqlarını məhdudlaşdırır.

Tərəflərin izahatları.

4. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddiaçı (mülkiyyətçi) sözügedən mənzili alğısatqı müqaviləsi əsasında alıb və orada yaşamaq istəyir. Cavabdeh Laçın rayonundan məcburi köçkündür və bununla bağlı olaraq Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə müraciət etmiş, Komitə tərəfindən sorğuya cavab verilərək bildirilmişdir ki, Laçın şəhərindən məcburi köçkün X6, həyat yoldaşı Cavabdeh, övladı X7 və X4 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi yaşayış sahəsində yerləşən 9 saylı evin 21 nömrəli mənzilində müvəqqəti məskunlaşmış və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamışdır. X6 2019-cu ildə vəfat etmiş, övladı X7 isə 2021-ci ildən Azərbaycan Respublikasının sərhədlərindən keçərək Rusiya Federasiyasına getdikləri aşkarlanmışdır. Cavabdeh başqa yaşayış yeri ilə təmin edilməsi barədə Komitəyə müraciəti daxil olmamışdır. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı"na uyğun olaraq Cavabdeh ailəsi ilə birgə növbəti mərhələlərdə Laçın şəhərində inşa edilmiş hündürmərtəbəli bina evlərinə köçürülməsi həyata keçiriləcəkdir. Mülkiyyətçi mənzili aldığı vaxtdan indiyə kimi mənzillə bağlı maraqlananda orada kirayəçinin yaşadığı ona məlum olmuşdur. Onda olan məlumata görə, faktiki olaraq cavabdehlər isə özləri tərəfindən inşa olunmuş fərdi yaşayış evində yaşayırlar. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini xahiş etmişdir.

5. Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə işə cavabdehin və üçüncü şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

6. AR DİN tərəfindən verilmiş Arayışdan müəyyən olunur ki, İddiaçı Bakı şəhəri, Suraxanı r-nu, Q yaşayış sahəsi, ev 9, mənzil 21, Yeni qaydalarla: AZ 1131, ünvan 1 ünvanda qeydiyyatdadır.

7. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Suraxanı r-nu, Q yaşayış sahəsi, ev 9, mənzil 21, Yeni qaydalarla: AZ 1131, ünvan 1 ünvanda yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2025-ci il tarixdə İddiaçı adına hüquqi qeydiyyatdan keçmişdir.

8. xx.xx.2025-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən müəyyən olunur ki, X1 və Alıcı İddiaçıdır. Satıcı Bakı şəhəri, Suraxanı rayonu, Q yaşayış sahəsi, ev 9, mənzil 21 Yeni qaydalarla: AZ 1131, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 37.16, yaşayış sahəsi 17.96 kv/m, yardımçı sahəsi 19.2 kv/m olan 1 otaqlı mənzilin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən aşağıda göstərilən hissəni( hissələri) “Alıcının” mülkiyyətinə verir(lər): - X1 (tam hissə, 37.1 kv/m, 1 otaq)- Alıcı İddiaçı;

9. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən Nümayəndəyevə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Surxay Noçuyev kuçəsəsi, giriş 69, M6, M3 ünvanında müvəqqəti məskunlaşan məcburi köçkünlər - Cavabdeh və mərhum həyat yoldaşı X3 yaşayış yeri ilə təmin edilməsi barədə müraciətlərin daxil olub-olmaması barədə Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə daxıl olmuş sorğuya, Komitənin müvafiq əmri ilə yaradılmış komissiyada baxılmışdır. Bildirilir ki, Laçın şəhərindən məcburi köçkün X6, həyat yoldaşı Cavabdeh, övladı X7 və X4 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi yaşayış sahəsində yerləşən 9 saylı evin 21 nömrəli mənzilində müvəqqəti məskunlaşmış və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamışdır. X6 2019-cu ildə vəfat etmiş, övladı X7 isə 2021-ci ildən Azərbaycan Respublikasının sərhədlərindən keçərək Rusiya Federasiyasına getdikləri aşkarlanmışdır. Cavabdeh başqa yaşayış yeri ilə təmin edilməsi barədə Komitəyə müraciəti daxil olmamışdır. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı"na uyğun olaraq Cavabdeh ailəsi ilə birgə növbəti mərhələlərdə Laçın şəhərində inşa edilmiş hündürmərtəbəli bina evlərinə köçürülməsi həyata keçiriləcəkdir.

İşin faktiki halları.

10. İşin faktiki halları ondan ibarətdir ki, xx.xx.2025-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsi ilə İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Q yaşayış sahəsi, ev 9, mənzil 21, Yeni qaydalarla: AZ 1131, ünvan 1 ünvanda yerləşən mənzili almışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Q yaşayış sahəsi, ev 9, mənzil 21, Yeni qaydalarla: AZ 1131, ünvan 1 ünvanda yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2025-ci il tarixdə İddiaçı adına hüquqi qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Qaşqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan müəyyən olunur ki, Laçın şəhərindən məcburi köçkün X6, həyat yoldaşı Cavabdeh, övladı X7 və X4 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi yaşayış sahəsində yerləşən 9 saylı evin 21 nömrəli mənzilində müvəqqəti məskunlaşmış və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamışdır. X6 2019-cu ildə vəfat etmiş, övladı X7 isə 2021-ci ildən Azərbaycan Respublikasının sərhədlərindən keçərək Rusiya Federasiyasına getdikləri aşkarlanmışdır. Cavabdeh başqa yaşayış yeri ilə təmin edilməsi barədə Komitəyə müraciəti daxil olmamışdır. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı"na uyğun olaraq Cavabdeh ailəsi ilə birgə növbəti mərhələlərdə Laçın şəhərində inşa edilmiş hündürmərtəbəli bina evlərinə köçürülməsi həyata keçiriləcəkdir. Hazırda iddiaçı cavabdehin Yeni qaydalarla AZ 1131, ünvan 4 ünvanında yerləşən mənzildən çıxarılmasını istəyir.

Tətbiq edilən hüquq.

11. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

12. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol.

Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ; 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

14. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi.

Maddə 107. Məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası qanunvericiliklə müəyyən edilir.

15. Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 5. Məcburi köçkünlərin yaşayış sahəsi ilə təminatı Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər.

16. Məcburi köçkünlərin məskunlaşdırılmasını tənzimləyən bəzi qaydaların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 1999-cu il tarixli, 200№-li Qərarı

4. Müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüququnu pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar.

5. Məcburi köçkün ailələrinin başqa yaşayış sahəsinə köçürülməsi Qaçqınların və Məcburi Köçkünlərin işlər üzrə Dövlət Komitəsi ilə razılaşdırılır.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

18. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat.

Məhkəmənin mövqeyi

19. İşin faktiki hallarından görünür ki, hazırda cavabdehin yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Q yaşayış sahəsi, ev 9, mənzil 21, Yeni qaydalarla: AZ 1131, ünvan 1 ünvanda yerləşən mənzil Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən, xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2025-ci il tarixdə İddiaçı adına hüquqi qeydiyyatdan keçmişdir.

20. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş məlumata əsasən Laçın şəhərindən məcburi köçkün X6, həyat yoldaşı Cavabdeh, övladı X7 və X4 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi yaşayış sahəsində yerləşən 9 saylı evin 21 nömrəli mənzilində müvəqqəti məskunlaşmış və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamışdır. X6 2019-cu ildə vəfat etmiş, övladı X7 isə 2021-ci ildən Azərbaycan Respublikasının sərhədlərindən keçərək Rusiya Federasiyasına getdikləri aşkarlanmışdır. Cavabdeh başqa yaşayış yeri ilə təmin edilməsi barədə Komitəyə müraciəti daxil olmamışdır. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı"na uyğun olaraq Cavabdeh ailəsi ilə birgə növbəti mərhələlərdə Laçın şəhərində inşa edilmiş hündürmərtəbəli bina evlərinə köçürülməsi həyata keçiriləcəkdir.

21. Göründüyü kimi, iddiaçı öz mülkiyyətində olan mənzilə köçmək niyyətindədir, lakin buna baxmayaraq Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi yaşayış sahəsində yerləşən 9 saylı evin 21 nömrəli mənzilində müvəqqəti məskunlaşmışdır. Hazırda iddiaçı cavabdehin Bakı şəhəri, Suraxanı rayonu, Q yaşayış sahəsi, ev 9, mənzil 21, Yeni qaydalarla: AZ 1131, ünvan 1 ünvanda yerləşən mənzildən çıxarılmasını tələb edir.

22. Məhkəmə qeyd edir ki, tərəflər arasında yaşayış sahəsinə dair mənzil kirayə münasibətləri mövcud olmamış, Cavabdeh həmin mənzildə məskunlaşaraq mənzili zəbt etmiş və həmin mənzil iddiaçı tərəfindən cavabdehin sahiblik və istifadəsinə verilməmişdir.

23. Məhkəmə hesab edir ki, hazırda iddiaçının mülkiyyətində olan mənzildə məskunlaşmış cavabdeh iddiaçının mənzil hüquqlarını pozur, onun mülkiyyətində olan mənzildən istifadəsinə və sahiblik hüquqlarının həyata keçirilməsinə maneə törədir. Bu halda məcburi köçkünün həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunması həyata keçirilməli və məcburi köçkün ailələrinin başqa yaşayış sahəsinə köçürülməsi Qaçqınların və Məcburi Köçkünlərin işlər üzrə Dövlət Komitəsi ilə razılaşdırılmalıdır. 24.Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehin mənzildən çıxarılmasını və mənzilin iddiaçıya təhvil verilməsini tələb etməkdə haqlı olmuşdur.

Məhkəmə xərcləri

25. İş materiallarından göründüyü kimi iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərəkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsi ilə qiymətləndirilməyən iddia ərizələrinin verilməsi üçün ödənilməli olan dövlət rüsumu məbləğinə uyğun olmuşdur.

Məhkəmənin gəldiyi nəticə

26. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Q yaşayış sahəsi, ev 9, mənzil 21, Yeni qaydalarla: AZ 1131, ünvan 1 ünvanda yerləşən mənzildən çıxarılmalıdır.

27. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi : İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Q yaşayış sahəsi, ev 9, mənzil 21, Yeni qaydalarla: AZ 1131, ünvan 1 ünvanda yerləşən mənzildən çıxarılsın. Qətnamənin surəti məlumat üçün Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə göndərilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar