Məhkəmə qərarları › İş №e-2(010)-32/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-32/2024

22.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-32/2024 22.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə1, Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bank "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə3 iştirakları ilə İddiaçı cavabdeh Bakı şəhəri 35 saylı Notariat Ofisinə və müstəqil tələb irəli sürülməyən üçüncü şəxslər olan Bank "xxxx" ASC-yə və Bakı şəhəri Suraxanı Rayon İcra şöbəsinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi. 1.İddiaçı cavabdeh Bakı şəhəri 35 saylı Notariat Ofisinə və müstəqil tələb irəli sürülməyən üçüncü şəxslər olan Bank "xxxx" ASC-yə və Bakı şəhəri Suraxanı Rayon İcra şöbəsinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri 35 saylı Notariat ofisinin xüsusi notariusu cənab Cahid Məmmədov tərəfindən 10 sentyabr tarixdə aparılmış və reyestrdə 8İ-5442 nömrə ilə qeyd edilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Əzizxan Eminovun 03 oktyabr 2022-ci il tarixli qərarını aldıqdan sonra ona məlum olmuşdur ki, oğlu X9 ona verdiyi etibarnamədən istifadə edərək, onun məlumatı olmadan 28 oktyabr 2019-cu il tarixdə cavabdeh Bank "xxxx" ASC ilə ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivində yerləşən 129 saylı evin 119 saylı mənzilin ipoteka ilə yüklü edilməsinə dair DENG-00148-16/19A saylı ipoteka müqaviləsi bağlamışdır. Həmin müqavilə Bakı şəhəri 29 saylı Notariat ofisinin xüsusi notariusu İ.Mirzəzadə tərəfindən təsdiq edilmişdir. İcra məmurundan qeyri-rəsmi qaydada aldığı məlumata görə X10 ilə Bank "xxxx" ASC arasında 28 oktyabr 2019-cu il tarixdə, DEN-00148-16/19A saylı kredit müqaviləsi bağlandığı, həmin müqavilə üzrə İ.Rüstəmovun öhdəliklərini qanunvericiliyin tələblərinə uyğun yerinə yetirmədiyindən, onun guya 33.830,54 manat məbləğində əsas borc, 4085,89 manat məbləğində faiz borcu və 9960,86 manat məbləğində dəbbə pulu borcu yaranmış və nəticədə Bakı şəhəri 35 saylı Notariat ofisinin xüsusi notariusu Cahid Məmmədov tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydi vermişdir. Belə ki, icra qeydi qanunvericiliyin tələblərinin pozulması ilə aparıldığından ləğv edilməlidir. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları.

3. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, İddiaçı oğlu X9 iddiaçının adından etibarnamə əsasında 28 oktyabr 2019-cu il tarixdə Bank "xxxx" ASC ilə DENG-00148-16/19A saylı ipoteka müqaviləsi bağlayaraq, iddiaçıya məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 129 saylı evin, 119 saylı mənzilini ipoteka ilə yüklü etmişdir. Bundan İddiaçı məlumatı olmamış və həmin müqavilə Bakı şəhəri 29 saylı Notariat Ofisinin xüsusi notariusu X11 tərəfindən təsdiq edilmişdir. Daha sonra məlum olmuşdur ki, iddiaçının oğlu S.Rüstəmov 28 oktyabr 2019-cu il tarixdə ona məxsus mənzilə dair kommunal xidmətlərlə bağlı müraciətlərin edilməsi ilə əlaqədar ona etibarnamə verməsi üçün İddiaçı Bakı şəhəri 4 saylı «ASAN xidmət» mərkəzinə apararaq aldatmış və nəticədə iddiaçı ona bütün əmlakları ilə bağlı onu təmsil etməsi barədə etibarnamə vermişdir. Bu etibarnamədən istifadə edən S.Rüstəmov elə həmin gün, daha dəqiqi cəmi 1 saat sonra Bakı şəhəri 29 saylı Notariat ofisində "xxxx" ASC ilə ipoteka müqaviləsi bağlayaraq digər cavabdeh X3 bank qarşısında olan öhdəliyini təmin etmək üçün iddiaçıya məxsus Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi AB yaşayış massivində yerləşən 129 saylı evin 119 saylı mənzilini ipoteka ilə yüklü etmişdir. Belə ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsi İddiaçı iradəsini əks etdirmədiyindən və onun məlumatı və razılığı olmadan bağlandığından etibarsız hesab edilməlidir. Notariat işindən göründüyü kimi, İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə saat 12:35-də S.Rüstəmova ümumi etibarnamə verilmiş, S.Rüstəmov isə bundan 1 saat sonra 29 saylı notariat ofisinə yaxınlaşaraq "xxxx" ASC ilə mübahisəli ipoteka müqaviləsini bağlamışdır. Əgər İddiaçı hazırkı mübahisəli müqaviləni bağlamaq niyyəti olmuşdursa, etibarnamədə dəqiq olaraq bağlanacaq əqdi göstərər və ya özü notariat orqanına gəlmişkən elə arzuladığı əqdi özü bağlamış olardı. Bu hal bir daha təsdiq edir ki, S.Rüstəmov ona verilmiş etibarnamədən sui-istifadə edərək İddiaçı iradəsini əks etdirməyən əqdi bağlayaraq təmsil etdiyi şəxsin mənafelərinə zidd hərəkət etmişdir. Bununla bağlı olaraq iddiaçı tərəfindən həmin müqavilə mübahisələndirilsə də, məhkəmə tərəfindən iddiaçının əleyhinə qərar qəbul edilmiş və onun iddia tələbi təmin olunmamışdır. Lakin buna baxmayaraq bank tərəfindən ipoteka haqqında qanunun tələblərini pozmuş və iddiaçıya ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı bildiriş göndərilməmişdir. Nəticədə iddiaçının hüquqları pozulmuşdur. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

4. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bank "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Bakı şəhəri 29 saylı Notariat ofisinə, "xxxx" ASC-yə, X4 və X5 qarşı (Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Bakı şəhəri 29 saylı Notariat ofisinə, "xxxx" ASC-yə, X4 və X5 qarşı (Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əqdin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı cavabdehlər Bakı şəhəri 29 saylı Notariat ofisinə, "xxxx" ASC-yə, X4 və X5, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15rşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı qanunsuzluğa yol verilməsini iddia etsə də, bank bununla bağlı heç bir risk daşımır. Bundan əlavə bank tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı bildiriş banka məlum olan və iddiaçıya məxsus olan ünvana göndərilmişdir. Hazırda iddiaçı tərəf icra qeydinin ləğv edilməsini xahiş etsə də, həmin ev hazırda bankın mülkiyyətindədir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdeh Bakı şəhəri 35 saylı Notariat Ofisinə və müstəqil tələb irəli sürülməyən üçüncü şəxs olan Bakı şəhəri Suraxanı Rayon İcra şöbəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları.

6. Bank "xxxx" ASC-nin X19 və İddiaçı etibarnamə üzrə nümayəndəsi X9 arasında bağlanmış xx.xx.2019-cu il tarixli DENG-00148-16/19A saylı ipoteka müqaviləsindən görünür ki, borcalanın kredit öhdəliklərini təmin edilməsi məqsədi ilə mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 129 saylı evin, 119 saylı mənzili ipoteka ilə yüklü edilmişdir.

7. xx.xx.2022-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında İcra Qeydindən müəyyən olunur ki, ipoteka saxlayan BANK "BTB” Acıq Səhmdar Cəmiyyəti ilə ipoteka qoyan X2 İddiaçı ipoteka predmeti olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən əmlaka tutma yönəldilmişdir. (Öhdəliyi müəyyən edən DEN-00148-16/19A saylı müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 33830.54 AZN əsas borc, 4085.89 AZN faiz borcu, 9960.86 AZN dəbbə pulu olmaqla cəmi tutulmalı məbləğ 47877.29 AZN təşkil edir.)

8. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2019-cu il tarixdə qeydiyyatdan keçmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzil Bank "xxxx" ASC -nin X19nın xeyrinə yüklü edilmişdir.

9. xx.xx.2019-cu il tarixli DEN-00148-16/19A saylı Kredit müqaviləsinə əsasən Bank "xxxx" ASC-nin X19 ilə X10 arasında imzalanmış sonuncuya illik 19% hesablanmaqla 36 ay müddətinə 49000 manat məbləğində kredit verilmişdir.

10. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2017-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir.

11. İddiaçı və X4 ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Bank "xxxx" ASC cavabdehlərə yaranmış mövcud borcun ödənilməsinə və tələbin ipoteka predmetinə yönəldilməsinə dair xəbərdarlıq etmişdir.

12. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bank "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır.

13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-553/2023 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Bakı şəhəri 29 saylı Notariat ofisinə, "xxxx" ASC-yə, X4 və X5 qarşı (Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «əqdin etibarsız hesab edilməsi» tələbinə dair iddiasının rədd olunması qət edilmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-2891/2023 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Bakı şəhəri 29 saylı Notariat ofisinə, "xxxx" ASC-yə, X4 və X5 qarşı (Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «əqdin etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2(006)- 627/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmış və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2(006)-627/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.

15. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-3331/2023 nömrəli qərarından görünür ki, İddiaçı cavabdehlər Bakı şəhəri 29 saylı Notariat ofisinə, Bank "xxxx" ASC-yə, X4 və X5, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15rşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 may 2023-cü il tarixli, 2(103)-2891/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

16. Azərbaycan Respublikası ƏMDK Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzil "xxxx" ASC-nin mülkiyyətindədir.

17. Ağdam rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyev tərəfindən Bank "xxxx" ASC-nin X13 ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan müəyyən olunur ki, Ağdam rayonu ünvan 4kinləri X6 hazırda məcburi köçkün kimi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB massivi 129 ünvanında və X10 ünvan 6 ünvanında məskunlaşmışlar.

18. "xxxx" MMC tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli akta əsasən Bank "xxxx" ASC tərəfindən İddiaçı məktub göndərilmiş, kuryer ünvana getmiş, lakin ünvan natamam olduğundan məktub geri qaytarılmışdır.

İşin faktiki halları.

19. İş materiallarından müəyyən olunur ki, xx.xx.2019-cu il tarixli DEN-00148-16/19A saylı Kredit müqaviləsinə əsasən Bank "xxxx" ASC-nin X19 ilə X10 arasında kredit müqaviləsi imzalanmış və sonuncuya illik 19% hesablanmaqla 36 ay müddətinə 49000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə kreditin təminatı kimi Bank "xxxx" ASC-nin X19 və İddiaçı etibarnamə üzrə nümayəndəsi X9 arasında xx.xx.2019-cu il tarixli DENG-00148-16/19A saylı ipoteka müqaviləsi bağlanmış və borcalanın kredit öhdəliklərini təmin edilməsi məqsədi ilə mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 129 saylı evin, 119 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyindən Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiriş xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. Bank "xxxx" ASC tərəfindən İddiaçı və X4 yaranmış mövcud borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsinə dair xəbərdarlıq etməsi barədə xx.xx.2022-ci il tarixli bildiriş ünvanlamışdır. "xxxx" MMC tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli akta əsasən Bank "xxxx" ASC tərəfindən İddiaçı məktub göndərilmiş, kuryer ünvana getmiş, lakin ünvan natamam olduğundan məktub geri qaytarılmışdır. Sonradan bank 35 saylı notariat ofisinə müraciət edərək icra qeydinin verilməsini xahiş etmiş və Bakı şəhəri 35 saylı Notariat ofisinin 8İ-5442 saylı, 10 sentyabr 2022-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında İcra Qeydi verilmişdir.

Tətbiq edilən hüquq.

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 317.2. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

21.“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu:

M a d d ə 36. İpoteka predmetinə tutmanın yönəldilməsi qaydası 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Maddə 37. İpoteka predmetinə tutmanın yönəldilməsi zamanı məhkəmə müdafiə tədbirləri 37.1. İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Maddə 38. İcra qeydi əsasında ipoteka predmetinə tutmanın yönəldilməsi 38.1. Bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Maddə 39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması 39.2. İpoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir.

22. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat İcra Qeydlərinin Aparılması

161. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti bu Təlimatın 169-1-ci hissəsində müəyyən edilmiş qaydada həyata keçirilir. 169-1. İpoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı hallarda aparılır: d) ipoteka saxlayan tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildiriş ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surəti isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərildikdə və bildiriş müvafiq reyestrdə qeydə alındıqda; e) ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanları və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmədikdə; ə) ipoteka qoyan bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində əsas öhdəliyi icra etmədikdə.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

24. İşin hallarından görünür ki, xx.xx.2019-cu il tarixli DEN-00148-16/19A saylı Kredit müqaviləsinə əsasən Bank "xxxx" ASC-nin X19 ilə X10 arasında kredit müqaviləsi imzalanmış və sonuncuya illik 19% hesablanmaqla 36 ay müddətinə 49000 manat məbləğində kredit verilmişdir. Bank "xxxx" ASC ilə İddiaçı etibarnamə üzrə nümayəndəsi X9 arasında xx.xx.2019-cu il tarixli DENG-00148-16/19A saylı ipoteka müqaviləsi bağlanmış və borcalanın kredit öhdəliklərini təmin edilməsi məqsədi ilə iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 129 saylı evin, 119 saylı mənzili ipoteka ilə yüklü edilmişdir.

25. Kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyindən Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiriş xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır.

26. Daha sonra Bank "xxxx" ASC tərəfindən 35 saylı notariat ofisinə müraciət olunaraq ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra qeydinin verilməsi xahiş olunmuş və Bakı şəhəri 35 saylı Notariat ofisi tərəfindən 8İ-5442 saylı, 10 sentyabr 2022-ci il tarixli icra qeydi verilmiş və həmin icra qeydinə əsasən X2 İddiaçı ipoteka predmeti olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən əmlaka tutma yönəldilmişdir.

27. İddiaçı X1 rayonundan məcburi köçkün olmaqla xx.xx.2012-ci ildən ünvan 7 ünvanında məskunlaşdığını və bank tərəfindən ipoteka predmetinə yönəldilmə barədə bildirişi almadığını qeyd etmiş və eyni zamanda "xxxx" MMC tərəfindən təqdim olunmuş aktı sübut kimi təqdim edərək ona göndərilmiş məktubu ünvan natamam olduğundan almadığını qeyd etmişdir.

28. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, bank hazırkı iddiaçının hərəkətlərini müqavilə öhdəliyinin lazımınca icra edilməməsi kimi qiymətləndirmiş və bununla bağlı olaraq bildirişin tərəfə təqdim olunması kimi qiymətləndirərək notariat orqandan icra qeydinin verilməsini tələb etmişdir.

29. İpoteka saxlayan tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildiriş tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) vasitəsilə göndərilsə də, təqdim olunmuş sübutlar əsasında müəyyən olunur ki, ünvan natamam olduğundan məktub geri qaytarılmışdır. İpoteka saxlayan tərəfindən həmin nöqsan aradan qaldırılmadan notariat orqana müraciət edərək icra qeydinin verilməsi tələb olunmuş, nəticədə əmlaka tutmanın yönəldilməsi barədə icra qeydi verilmişdir.

30. Həmin icra qeydi üzrə ipoteka qoyan tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət vermək hüququ olsa da, həmin hüquq bank tərəfindən məhdudlaşdırılmışdır.

31. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə əsasən ipoteka qoyana bildirişin çatdırılması vəzifəsi ipoteka saxlayan tərəfin üzərinə qoyulmuşdur. Lakin buna baxmayaraq həmin bildiriş ünvan natamam olduğundan ipoteka qoyana çatdırılmasa da, ipoteka saxlayan həmin bildirişi çatdırılmış kimi notariat orqana təqdim etmiş və nəticədə ipoteka qoyanın hüquqları məhdudlaşdırılmışdır.

32. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Məhkəmənin gəldiyi nəticə.

33. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri 35 saylı Notariat ofisi tərəfindən 10 sentyabr 2022-ci il tarixdə verilmiş reyestrdə 8İ-5442 nömrə ilə qeyd edilmiş “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydi” ləğv olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Bakı şəhəri 35 saylı Notariat ofisi tərəfindən 10 sentyabr 2022-ci il tarixdə verilmiş reyestrdə 8İ-5442 nömrə ilə qeyd edilmiş “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydi” ləğv olunsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim: Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar