Məhkəmə qərarları › İş №e-2(010)-3296/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3296/2024

11.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3296/2024 11.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızı İddiaçı "xxxx" Sığorta ASC-nin Cavabdeh qarşı "sığorta ödənişinin tutulması" tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh “Tofaş” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 150 (yüz əlli) manat sığorta ödənişini və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması. Hazırki iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 284-1 Mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə həmin Məcəllənin 23-1-ci fəslinə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1 Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2 Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3 Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-5.4. Tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. 284-6.1 Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraatda işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehə poçt vasitəsi ilə “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququ, eləcə də digər prosessual hüquq və vəzifələrin izahı haqqında bildiriş və iddia ərizəsinin surəti göndərilmiş, lakin bugünə kimi cavabdehin iddia ərizəsinə etirazı məhkəməyə daxil olmamışdır. Qeyd edilənləri, eləcə də iddiaçının təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq, məhkəmə iddiaçı "xxxx" Sığorta ASC-nin Cavabdeh qarşı "sığorta ödənişinin tutulması" tələbi üzrə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. İddia tələbinin dəlilləri Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa əsasən, xx.xx.2021-ci il tarixdə Cavabdeh tərəfindən etibarnamə ilə idarə olunan “X3” markalı, ** MD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Tofaş” markalı ** CB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. PAT ********** nömrəli sığorta şəhadətnaməsinin 101522 nömrəli sığorta aktından və icbari sığorta bürosundan çıxarışdan göründüyü kimi hadisə zamanı Cavabdeh idarə etdiyi “X3” markalı, ** MD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuşdur. Azərbaycan Respublikası DİN BDYPİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 515171/222 nömərli məktubdan və etibarnamələrin elektron sistemdən çıxarışından görünür ki, Cavabdeh “X3” markalı, ** MD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün xx.xx.2021-ci ildən xx.xx.2027-cü ilə qədər etibarnaməsi olmuşdur. Beləliklə o, hadisə zamanı nəqliyyat vasitəsinə qanuni sahibliyi həyata keçirmişdir. Nəqliyyat vasitəsinin zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən “X3” markalı, ** MD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 150 (bir yüz əlli) manat məbləğində zərər dəymişdir. İş materiallarına əlavə edilmiş 35 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq “Tofaş” markalı ** CB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə zərərçəkən X1 150 (bir yüz əlli) manat sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayındığı üçün iddiaçının ona qarşı subroqasiya hüququ yaranmışdır. Belə ki, xx.xx.2021-ci il tarixli il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan və İXP seriyalı ******* nömrəli protokoldanda da göründüyü kimi Cavabdeh İXM-nin 327.1. və 327.6-ci maddələri ilə təqsirli bilinmişdir. Həmçinin iş materiallarında olan izahatda da da şəxs özü hadisə yerini tərk etdiyini qeyd etmişdir. İddiaçı hesab edir ki, 150 (bir yüz əlli) manat pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. İş materiallarına əlavə edilmiş: PAT ********** nömrəli sığorta şəhadətnaməsinin 101522 nömrəli sığorta aktından görünür ki, hadisə zamanı Cavabdeh idarə etdiyi “X3” markalı, ** MD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuşdur. xx.xx.2021-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisə\si zamanı Cavabdeh oğunun idarə etdiyi “X3” markalı, ** MD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Tofaş” markalı ** CB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin yol nəqliyyat hadisəssi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabat uyğun olaraq 150 (bir yüz əlli) manat məbləğində sığorta ödənişi köçürülmə yolu ilə X1 ödənilmişdir. TP ******* saylı xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-cı və 327.6-cı maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin kompüter uçot bazasına əsasən “X3111 CDİ yük” markalı, ** MD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2018-ci il tarixdən Hüseynov Araz li oğlunun adında qeydiyyatdadır. Qeyd olunan nəqliyyat vasitəsinin etibarnamə ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2027-ci il tarixədək Cavabdeh istifadəsinə verilməs barədə DİN-in Baş Dövlət Yol Polis İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcuddur. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, “Tofaş” markalı ** CB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 150 (bir yüz əlli) manat məbləğində ziyan dəymişdir. "xxxx" Sığorta ASC tərəfindən xx.xx.2024-cü il tarixdə Cavabdeh ünvanladığı məktubundan görünür ki, iddiaçı cavabdehdən ödənilmiş zərər məbləğini məktubu 10 iş günü ərzində ödəməsini, əks təqdirdə, məhkəməyə müraciət etmək məcburiyyətində qalacaqdır. Tətbiq olunan hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Məhkəmənin mövqeyi Məhkəmə iclasında toplanmış sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh tərəfindən etibarnamə ilə idarə olunan “X3” markalı, ** MD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Tofaş” markalı ** CB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Yol-nəqliyyat hadisə zamanı Cavabdeh idarə etdiyi “X3” markalı, ** MD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuşdur. Cavabdeh “X3” markalı, ** MD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün xx.xx.2021-ci ildən xx.xx.2027-cü ilə qədər etibarnaməsi olmuşdur. Nəqliyyat vasitəsinin zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən “X3” markalı, ** MD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 150 (bir yüz əlli) manat məbləğində zərər dəymişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq “Tofaş” markalı ** CB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə zərərçəkən X1 150 (bir yüz əlli) manat sığorta ödənişi həyata keçirmişdir. Sığorta tərəfindən sığortalıya ödənilmiş 150 (bir yüz əlli) manat məbləğində vəsaitin İddiaçı Sığorta ASC-nin bank hesabına ödənilməsi barədə cavabdehə müvafiq bildiriş göndərilmiş lakin, cavabdeh dəymiş zərər məbləğini ödəməkdən yayınmışdır. Sadalanan xüsusatlara və qanuvericilik aktı normalarına istinadən məhkəmə hesab edir ki, İddiaçı Sığorta ACS-nin cavabdeh subroqasiya qaydasında zərərin əvəzini ödəmək tələbi əmələ gəlmişdir. Odur ki, iddia təmin edilməli və Cavabdeh 150 (bir yüz əlli) manat məbləğində sığorta ödənişinin əvəzi tutularaq iddiaçı "xxxx" Sığorta ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 30 (otuz) manat məbləğdə pul cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 150 (bir yüz əlli) manat sığorta ödənişinin əvəzi və 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Sığorta ASC-nin xeyrinə ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar