Məhkəmə qərarları › İş №e-2(010)-331/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-331/2022

17.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-331/2022 17.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 4415.17 (dörd min dörd yüz on beş ABŞ dolları 17 sent) ABŞ dolları -bundan 3608.11(üç min altı yüz səkkiz ABŞ dolları, 11 sent) ABŞ dolları əsas, 328.87 (üç yüz iyirmi səkkiz ABŞ dolları 87 sent) ABŞ dolları faiz, 352.19 (üç yüz əlli iki ABŞ dolları 19 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 126.00 (bir yüz iyirmi altı ABŞ dolları 00 sent) ABŞ dolları faiz borcun və iş üzrə ödənilmiş 95 (doxsan beş ) manat dövlət rüsumunun tutulması - tutmanın ipoteka predmeti “Kia Sportage” minik markalı (Tip:cip, Buraxılış ili-2013,Ban-KNAPC811DD7484567) 99-NZ-06 dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Azər Əmirov məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair” mülki işin baxılmamış saxlanılmaqla iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 04.11.2021-ci il tarixli, e-MTT(010)-17/2021 saylı qərardadın ləğv edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən təqdim olunan ərizəyə münasibətini öyrənmək mümkün olmamışdır. Məhkəmə hesab edir ki, ərizə mülki işin baxılmamış saxlanılmaqla iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması hissəsinə münasibətdə əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinin tələbinə görə, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsinin tələbinə görə isə, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Həmin Məcəllənin 263.1-ci maddəsinin tələbinə görə, iş mahiyyəti üzrə həll edilmədikdə məhkəmə aktları qərardad formasında çıxarılır. Məhkəmə onu da qeyd edir ki, ərizə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 04.11.2021-ci il tarixli, e-MTT(010)-17/2021 saylı qərardadın ləğv edilməsi hissəsinə münasibətdə əsassızdır. Belə ki, müvəqqəti təminat tədbiri barədə ərizəyə ayrıca icraat şəklində baxıldığından həmin iş üzrə qərardadın ləğv edilməsi məsələsinə də yalnız həmin icraat çərçivəsində baxıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və işdəki sənədlər iddiaçıya geri qaytarılsın. İzah olunsun ki, iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı qəbul etmiş məhkəməyə şikayət verilə bilər. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar