Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3314/2021 19.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Alışanov Akif Vəli oğlunun, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 oğluna və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilə üzrə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 37447,49 (otuz yeddi min dörd yüz qırx yeddi manat qırx doqquz qəpik) manat dəymiş zərərin, 30 (otuz) manat dövlət rüsumunun və vəkilə ödənilən 130 (bir yüz otuz) manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə “iddia tələbinin azaldılması barədə” ərizə ilə məhkəməyə müraciət edərək, 25250 (iyirmi beş min iki yüz əli) manat dəymiş zərərin, 30 (otuz) manat dövlət rüsumunun və vəkilə ödənilən 130 (bir yüz otuz) manat pulun cəmi 25410 (iyirmi beş min dörd yüz on) manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri İddiaçı mobil telefonların və məişət texnikalarının satışı ilə bağlı olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olur. AVA Electronics adı ilə fəaliyyət göstərən mağazasında satışı həyata keçirmək üçün satıcılar işə götürmüş və bu satıcılardan biri də Cavabdeh1 olmuşdur. Belə ki, onunla 25.12.2018-ci il tarixdə əmək müqaviləsi bağlanılmış və satıcı vəzifəsinə işə götürülmüşdür. Bundan başqa, digər Cavabdeh2 rəsmi işçi olmasa qohumluq əlaqələrindən dolayı, demək olar ki, qeyri-rəsmi olaraq mağazanın işçisi olmuşdur. Mağazada müştərilərin həm nağd, həm də hissə-hissə ödəməklə məhsullar əldə etmələrinə şərait yaradılmışdır. Cavabdehlər isə əlbir olaraq öz vəzifə səlahiyyətlərindən istifadə edərək müşətərilər üçün yaradılmış bu imkanlardan özlərinin şəxsi maraqları üçün istifadə etmiş və müştərək qaydada qanunsuz əməllər törətmişdirlər. Belə ki, onlar mağazadan mal alan müştərilərin şəxsiyyət vəsiqəsindən istifadə etməklə sonradan onların xəbəri olmadan adlarına məhsul “satmaq”, natamam formada müqavilələr tərtib etməklə bir şəxsin adına xeyli sayda telefon “satmaq”, uydurma, mövcud olmayan saxta şəxslərin adına, ağıllarına gələn təxmini telefon nömrələri qeyd etməklə həmin mövcud olmayan şəxslərə mal “satmaq” və s. yollarla həmin malları mağazadan çıxarmaqla sahibkar olaraq iddiaçıya xeyli miqdarda maddi ziyan vurmuşdurlar. Belə ki, xeyli sayda yazılı müştəri şikayətlərini, satıcıların bu cür qanunsuz əməllərini nəzərə alaraq mağazada audit yoxlaması keçirilmişdir. 25.12.2018-ci il tarixdən 31.12.2019-cu il tarixədək olan dövrü əhatə edən audit yoxlamasının yekun sənədi olan 20.02.2020-ci il tarixli auditor hesabatında göstərilir ki, məlum olmayan səbəblərdən elektrotexnika mallarının kredit xətti üzrə satışında sənədlər hüquqi qaydada tam tərtib edilməmiş və satıcıların bu cür qanunsuz əməlləri nəticəsində mağaza sahibinə cəmi 123288 manat məbləğində ziyan dəymişdir. Hazırki iş üzrə cavabdehlərinin sözügedən müqavilələr üzrə “satdığı” və mənimsədiyi malların ümumi dəyəri 37447,49 (otuz yeddi min dörd yüz qırx yeddi manat qırx doqquz qəpik) manatdır. Daha sonra iddiaçı iddia tələbinin həcmini azaldaraq ərizəsində göstərmişdir ki, bəzi müqavilələrə yenidən baxış keçirilmiş, nisyə alqı-satqı müqavilələrinin bəziləri üzrə ayrıca iddia tələbi qaldırılmışdır. Hazırda aparılmış hesablamalar nəticəsində cavabdehin onlara cəmi 25250 manat məbləğində ziyan vurmaları müəyyən edilmişdir. İddiaçı aşağıda qeyd edilən cədvəl üzrə ona vurulan ziyanın məbləğini və yaranma əsasını göstərmişdir. 1) 05.05.2019-cu il tarixli müqavilə, müştəri - X5, borc – 389 manat, səbəb - saxta müqavilə üzrə vurulmuş zərər; 2) 21.04.2019-cu il tarixli müqavilə, müştəri – X6, borc – 388 manat, səbəb - saxta müqavilə üzrə vurulmuş zərər; 3) 06.05.2019-cu il tarixli müqavilə, müştəri – X45, borc – 242 manat, səbəb - saxta müqavilə üzrə vurulmuş zərər; 4) 11.05.2019-cu il tarixli müqavilə, müştəri – X55, borc – 300 manat, səbəb - saxta müqavilə üzrə vurulmuş zərər; 5) 13.05.2019-cu il tarixli müqavilə, müştəri – X28, borc – 322 manat, səbəb - saxta müqavilə üzrə vurulmuş zərər; 6) 02.06.2019-cu il tarixli müqavilə, müştəri – Təbriz Əbil sinif yoldaşı, borc – 256 manat, səbəb - saxta müqavilə üzrə vurulmuş zərər; 7) 19.06.2019-cu il tarixli müqavilə, müştəri – Babayev Rafael, borc – 184 manat, səbəb - saxta müqavilə üzrə vurulmuş zərər; 8) 01.07.2019-cu il tarixli müqavilə, müştəri – X10, borc – 136 manat, səbəb - saxta müqavilə üzrə vurulmuş zərər; 9) 03.07.2019-cu il tarixli müqavilə, müştəri – X29, borc – 270 manat, səbəb - saxta müqavilə üzrə vurulmuş zərər; 10)03.07.2019-cu il tarixli müqavilə, müştəri – Saslan Əbil, borc – 288 manat, səbəb saxta müqavilə üzrə vurulmuş zərər; 11) 25.07.2019-cu il tarixli müqavilə, müştəri – X11, borc – 152 manat, səbəb - saxta müqavilə üzrə vurulmuş zərər; 12)29.07.2019-cu il tarixli müqavilə, müştəri – Babayev Firdovsi, borc – 511 manat, səbəb - saxta müqavilə üzrə vurulmuş zərər; 13)29.07.2019-cu il tarixli müqavilə, müştəri – Çırıyev Adil, borc – 290 manat, səbəb saxta müqavilə üzrə vurulmuş zərər; 14)30.07.2019-cu il tarixli müqavilə, müştəri – X30, borc – 260 manat, səbəb - saxta müqavilə üzrə vurulmuş zərər; 15)31.07.2019-cu il tarixli müqavilə, müştəri – X31, borc – 270 manat, səbəb - saxta müqavilə üzrə vurulmuş zərər; 16)08.05.2019-cu il tarixli müqavilə, müştəri – Osmanov Sadiq, borc – 210 manat, səbəb - saxta müqavilə üzrə vurulmuş zərər; 17)25.03.2019-cu il tarixli müqavilə, müştəri – X1, borc – 20 manat, səbəb - saxta müqavilə üzrə vurulmuş zərər; 18)18.02.2019-cu il tarixli müqavilə, müştəri – X32, borc – 50 manat, səbəb – qaydalara uyğun tərtib edilmədiyi üçün malın verildiyi şəxsi müəyyən etmək mümkün olmaması ilə bağlı vurulan zərər; 19)17.07.2019-cu il tarixli müqavilə, müştəri – İsmət Əbil, borc – 420 manat, səbəb – qaydalara uyğun tərtib edilmədiyi üçün malın verildiyi şəxsi müəyyən etmək mümkün olmaması ilə bağlı vurulan zərər; 20)22.06.2019-cu il tarixli müqavilə, müştəri – X33, borc – 420 manat, səbəb – qaydalara uyğun tərtib edilmədiyi üçün malın verildiyi şəxsi müəyyən etmək mümkün olmaması ilə bağlı vurulan zərər; 21)22.06.2019-cu il tarixli müqavilə, müştəri – X33, borc – 240 manat, səbəb – qaydalara uyğun tərtib edilmədiyi üçün malın verildiyi şəxsi müəyyən etmək mümkün olmaması ilə bağlı vurulan zərər; 22)13.03.2019-cu il tarixli müqavilə, müştəri – X12, borc – 63 manat, səbəb – qaydalara uyğun tərtib edilmədiyi üçün malın verildiyi şəxsi müəyyən etmək mümkün olmaması ilə bağlı vurulan zərər; 23)05.01.2019-cu il tarixli müqavilə, müştəri – Cavabdeh2, borc - 100 manat, səbəb – qaydalara uyğun tərtib edilmədiyi üçün malın verildiyi şəxsi müəyyən etmək mümkün olmaması ilə bağlı vurulan zərər; 24)12.01.2019-cu il tarixli müqavilə, müştəri – Cavabdeh2, borc - 880 manat, səbəb – qaydalara uyğun tərtib edilmədiyi üçün malın verildiyi şəxsi müəyyən etmək mümkün olmaması ilə bağlı vurulan zərər; 25)17.01.2019-cu il tarixli müqavilə, müştəri – X13, borc - 142 manat, səbəb – qaydalara uyğun tərtib edilmədiyi üçün malın verildiyi şəxsi müəyyən etmək mümkün olmaması ilə bağlı vurulan zərər; 26)25.01.2019-cu il tarixli müqavilə, müştəri – Cavabdeh2, borc – 160 manat, səbəb – qaydalara uyğun tərtib edilmədiyi üçün malın verildiyi şəxsi müəyyən etmək mümkün olmaması ilə bağlı vurulan zərər; 27)25.01.2019-cu il tarixli müqavilə, müştəri – Cavabdeh2, borc – 40 manat, səbəb – qaydalara uyğun tərtib edilmədiyi üçün malın verildiyi şəxsi müəyyən etmək mümkün olmaması ilə bağlı vurulan zərər; 28)29.01.2019-cu il tarixli müqavilə, müştəri – X34, borc – 83 manat, səbəb – qaydalara uyğun tərtib edilmədiyi üçün malın verildiyi şəxsi müəyyən etmək mümkün olmaması ilə bağlı vurulan zərər; 29)29.01.2019-cu il tarixli müqavilə, müştəri – X46, borc – 538 manat, səbəb – qaydalara uyğun tərtib edilmədiyi üçün malın verildiyi şəxsi müəyyən etmək mümkün olmaması ilə bağlı vurulan zərər; 30)29.01.2019-cu il tarixli müqavilə, müştəri – X14, borc - 86 manat, səbəb – qaydalara uyğun tərtib edilmədiyi üçün malın verildiyi şəxsi müəyyən etmək mümkün olmaması ilə bağlı vurulan zərər; 31)04.03.2019-cu il tarixli müqavilə, müştəri – X35, borc - 78 manat, səbəb – qaydalara uyğun tərti edilmədiyi üçün malın verildiyi şəxsi müəyyən etmək mümkün olmaması ilə bağlı vurulan zərər; 32)05.03.2019-cu il tarixli müqavilə, müştəri – Cavabdeh2, borc – 130 manat, səbəb – qaydalara uyğun tərtib edilmədiyi üçün malın verildiyi şəxsi müəyyən etmək mümkün olmaması ilə bağlı vurulan zərər; 33)17.03.2019-cu il tarixli müqavilə, müştəri – X47 (Əbil Azər), borc – 188 manat, səbəb – qaydalara uyğun tərtib edilmədiyi üçün malın verildiyi şəxsi müəyyən etmək mümkün olmaması ilə bağlı vurulan zərər; 34)19.03.2019-cu il tarixli müqavilə, müştəri – Feyzullayev Mehman, borc – 232 manat, səbəb – qaydalara uyğun tərtib edilmədiyi üçün malın verildiyi şəxsi müəyyən etmək mümkün olmaması ilə bağlı vurulan zərər; 35)28.03.2019-cu il tarixli müqavilə, müştəri – X36, borc – 238 manat, səbəb – qaydalara uyğun tərtib edilmədiyi üçün malın verildiyi şəxsi müəyyən etmək mümkün olmaması ilə bağlı vurulan zərər; 36)05.04.2019-cu il tarixli müqavilə, müştəri – X7, borc – 567 manat, səbəb – qaydalara uyğun tərtib edilmədiyi üçün malın verildiyi şəxsi müəyyən etmək mümkün olmaması ilə bağlı vurulan zərər; 37)08.04.2019-cu il tarixli müqavilə, müştəri – X16, borc – 160 manat, səbəb – qaydalara uyğun tərtib edilmədiyi üçün malın verildiyi şəxsi müəyyən etmək mümkün olmaması ilə bağlı vurulan zərər; 38)08.04.2019-cu il tarixli müqavilə, müştəri – İsmət Əbil, borc – 170 manat, səbəb – qaydalara uyğun tərtib edilmədiyi üçün malın verildiyi şəxsi müəyyən etmək mümkün olmaması ilə bağlı vurulan zərər; 39)26.04.2019-cu il tarixli müqavilə, müştəri – X56, borc – 110 manat, səbəb – qaydalara uyğun tərtib edilmədiyi üçün malın verildiyi şəxsi müəyyən etmək mümkün olmaması ilə bağlı vurulan zərər; 40)05.05.2019-cu il tarixli müqavilə, müştəri – X23, borc – 52 manat, səbəb – qaydalara uyğun tərtib edilmədiyi üçün malın verildiyi şəxsi müəyyən etmək mümkün olmaması ilə bağlı vurulan zərər; 41)07.05.2019-cu il tarixli müqavilə, müştəri – Süleymanov İsmət, borc – 378 manat, səbəb – qaydalara uyğun tərtib edilmədiyi üçün malın verildiyi şəxsi müəyyən etmək mümkün olmaması ilə bağlı vurulan zərər; 42)26.05.2019-cu il tarixli müqavilə, müştəri – Süleymanov İsmət, borc – 256 manat, səbəb – qaydalara uyğun tərtib edilmədiyi üçün malın verildiyi şəxsi müəyyən etmək mümkün olmaması ilə bağlı vurulan zərər; 43)06.06.2019-cu il tarixli müqavilə, müştəri – Nadirov Şamayıl, borc – 182 manat, səbəb – qaydalara uyğun tərtib edilmədiyi üçün malın verildiyi şəxsi müəyyən etmək mümkün olmaması ilə bağlı vurulan zərər; 44)21.06.2019-cu il tarixli müqavilə, müştəri – X2, borc – 392 manat, səbəb – qaydalara uyğun tərtib edilmədiyi üçün malın verildiyi şəxsi müəyyən etmək mümkün olmaması ilə bağlı vurulan zərər; 45)13.07.2019-cu il tarixli müqavilə, müştəri – X57, borc – 740 manat, səbəb – qaydalara uyğun tərtib edilmədiyi üçün malın verildiyi şəxsi müəyyən etmək mümkün olmaması ilə bağlı vurulan zərər; 46)23.07.2019-cu il tarixli müqavilə, müştəri – X17, borc – 459 manat, səbəb – qaydalara uyğun tərtib edilmədiyi üçün malın verildiyi şəxsi müəyyən etmək mümkün olmaması ilə bağlı vurulan zərər; 47)05.08.2019-cu il tarixli müqavilə, müştəri – X2, borc – 540 manat, səbəb – qaydalara uyğun tərtib edilmədiyi üçün malın verildiyi şəxsi müəyyən etmək mümkün olmaması ilə bağlı vurulan zərər; 48)12.08.2019-cu il tarixli müqavilə, müştəri – X37, borc – 268 manat, səbəb – qaydalara uyğun tərtib edilmədiyi üçün malın verildiyi şəxsi müəyyən etmək mümkün olmaması ilə bağlı vurulan zərər; 49)30.08.2019-cu il tarixli müqavilə, müştəri – X8, borc – 216 manat, səbəb – qaydalara uyğun tərtib edilmədiyi üçün malın verildiyi şəxsi müəyyən etmək mümkün olmaması ilə bağlı vurulan zərər; 50)02.08.2019-cu il tarixli müqavilə, müştəri – X8, borc – 308 manat, səbəb – qaydalara uyğun tərtib edilmədiyi üçün malın verildiyi şəxsi müəyyən etmək mümkün olmaması ilə bağlı vurulan zərər; 51)08.07.2019-cu il tarixli müqavilə, müştəri – X38, borc – 156 manat, səbəb – qaydalara uyğun tərtib edilmədiyi üçün malın verildiyi şəxsi müəyyən etmək mümkün olmaması ilə bağlı vurulan zərər; 52)05.05.2019-cu il tarixli müqavilə, müştəri – X18, borc – 254 manat, səbəb – qaydalara uyğun tərtib edilmədiyi üçün malın verildiyi şəxsi müəyyən etmək mümkün olmaması ilə bağlı vurulan zərər; 53)14.03.2019-cu il tarixli müqavilə, müştəri – Laçınov İlham, borc – 99 manat, səbəb – qaydalara uyğun tərtib edilmədiyi üçün malın verildiyi şəxsi müəyyən etmək mümkün olmaması ilə bağlı vurulan zərər; 54)15.02.2019-cu il tarixli müqavilə, müştəri – X58, borc – 1050 manat, səbəb – qaydalara uyğun tərtib edilmədiyi üçün malın verildiyi şəxsi müəyyən etmək mümkün olmaması ilə bağlı vurulan zərər; 55)14.02.2019-cu il tarixli müqavilə, müştəri – X15, borc – 264 manat, səbəb – qaydalara uyğun tərtib edilmədiyi üçün malın verildiyi şəxsi müəyyən etmək mümkün olmaması ilə bağlı vurulan zərər; 56)09.02.2019-cu il tarixli müqavilə, müştəri – X58, borc – 850 manat, səbəb – qaydalara uyğun tərtib edilmədiyi üçün malın verildiyi şəxsi müəyyən etmək mümkün olmaması ilə bağlı vurulan zərər; 57)30.01.2019-cu il tarixli müqavilə, müştəri – X48, borc – 150 manat, səbəb – qaydalara uyğun tərtib edilmədiyi üçün malın verildiyi şəxsi müəyyən etmək mümkün olmaması ilə bağlı vurulan zərər; 58)25.01.2019-cu il tarixli müqavilə, müştəri – Cavabdeh2, borc – 136 manat, səbəb – qaydalara uyğun tərtib edilmədiyi üçün malın verildiyi şəxsi müəyyən etmək mümkün olmaması ilə bağlı vurulan zərər; 59)05.06.2019-cu il tarixli müqavilə, müştəri – X9, borc – 540 manat, səbəb – qaydalara uyğun tərtib edilmədiyi üçün malın verildiyi şəxsi müəyyən etmək mümkün olmaması ilə bağlı vurulan zərər; 60)03.06.2019-cu il tarixli müqavilə, müştəri – X19, borc – 720 manat, səbəb – qaydalara uyğun tərtib edilmədiyi üçün malın verildiyi şəxsi müəyyən etmək mümkün olmaması ilə bağlı vurulan zərər; 61)10.02.2019-cu il tarixli müqavilə, müştəri – Nadirov Şamayıl, borc – 650 manat, səbəb – qaydalara uyğun tərtib edilmədiyi üçün malın verildiyi şəxsi müəyyən etmək mümkün olmaması ilə bağlı vurulan zərər; 62)03.06.2019-cu il tarixli müqavilə, müştəri – X3, borc – 600 manat, səbəb – qaydalara uyğun tərtib edilmədiyi üçün malın verildiyi şəxsi müəyyən etmək mümkün olmaması ilə bağlı vurulan zərər; 63)02.06.2019-cu il tarixli müqavilə, müştəri – X4, borc – 1224 manat, səbəb – qaydalara uyğun tərtib edilmədiyi üçün malın verildiyi şəxsi müəyyən etmək mümkün olmaması ilə bağlı vurulan zərər; 64)01.06.2019-cu il tarixli müqavilə, müştəri – X39, borc – 1819 manat, səbəb – qaydalara uyğun tərtib edilmədiyi üçün malın verildiyi şəxsi müəyyən etmək mümkün olmaması ilə bağlı vurulan zərər; 65)01.06.2019-cu il tarixli müqavilə, müştəri – X24, borc – 1764 manat, səbəb – qaydalara uyğun tərtib edilmədiyi üçün malın verildiyi şəxsi müəyyən etmək mümkün olmaması ilə bağlı vurulan zərər; 66)14.02.2019-cu il tarixli müqavilə, müştəri – X20, borc – 1600 manat, səbəb – qaydalara uyğun tərtib edilmədiyi üçün malın verildiyi şəxsi müəyyən etmək mümkün olmaması ilə bağlı vurulan zərər; Tərəflərin izahatları İddiaçının nümayəndəsi X59 iddia tələbini müdafiə edərək, izahatında iddiasının təmin edilməsini xahiş etmişdir. Bildirmişdir ki, mağazada daxili audit yoxlanışı olmuş və onlara maddi ziyan vurulduğu aşkar olunmuşdur. Belə ki, cavabdehlər əvvəla mövcud olmayan şəxslərin adlarına saxta müqavilələr bağlamaqla mağazada olan əmlakları mağazadan çıxararaq satmış, əlavə olaraq bəzi müqavilələr üzrə isə müqavilənin formasına riayət etməməklə onların hazırda tələb hüququnun məhdudlaşmasına gətirib çıxarmışdır. Belə ki, iddia ərizəsinin həcminin azaldılması barədə ərizəyə əlavə etdiyi siyahıda 66 alıcı ilə bağlanmış müqavilə üzrə borcların alınmasında problemlər yaranmışdır. Həmin alıcılardan 17 nəfəri ilə saxta müqavilələr bağlanmış, digər 49 müştəri ilə isə bağlanmış müqavilələrin formalarına riayət edilmədiyindən hazırda o, borcunu müştərilərdən tələb edə bilmir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, izahatında iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, onunla iddiaçı arasında bağlanmış müqaviləyə əsasən o, satıcı olaraq işə götürülmüş və işlədiyi dövr ərzində işini layiqincə icra etmişdir. Əmək müqaviləsinin müddəti bitdikdən sonra elektrotexnika şöbəsinə satıcı olaraq keçmişdir. İşlədiyi zaman iddiaçının qohumu olan Cavabdeh2 qeyri-rəsmi olaraq işə götürmüş, o isə öz növbəsində nağd satılan və hissəhissə ödənilməklə kreditə verilmiş mobil telefonların satışının rəsmiləşdirilməsini aparmışdır. Qeyd edilən fakt Cavabdeh2 cinayət işi üzrə ilkin araşdırma zamanı verdiyi ifadələrdə öz əksini tapmışdır. Belə ki, sonuncu ifadəsində bildirmişdir ki, o, İddiaçı qohumudur və iddiaçının tapşırığına əsasən addım atmışdır. Belə ki, iddiaçı ona göstəriş vermişdir ki, daxili kredit şətri ilə mobil telefonların satışına görə ona satışdan əlavə bonuslar verəcək. Əbülfət də öz növbəsində qohum və tanışlarını cəlb edərək onlara hissə-hissə ödəmək şərti ilə mobil telefonlar vermişdir. İddiaçının dediyi kimi o, mağazada yalnız gözətçi kimi işləməmişdir. O, mobil telefonların hiss-hissə ödənilməklə satışının rəsmiləşdirilməsində iştirak etməmişdir. Onun işi mobil telefon barədə alıcıya telefonun göstəriciləri, üstünlükləri barədə məlumat vermək, alıcı telefonu bəyəndikdən sonra satış şöbəsində müştəri ilə birbaşa kontakda olan və müqaviləni rəsmiləşdirən Cavabdeh2 yönləndirmək olmuşdur, yəni müqavilənin rəsmiləşdirilməsində, imza atılmasında o, iştirak etməmişdir. İddiaçı tərəf əvvəllər də mağazanın digər işçisi Nurlana qarşı iddia qaldırmış və ona qarşı iddiaya bənzər tələbi ona qarşı qaldırmışdır. Nurlan da iddiaçı tərəfdən edilmiş şikayət üzrə araşdırma aparan hüquq mühafizə orqanına izahat vermiş və bildirmişdir ki, o, mobil telefonların hissə-hissə satışı və daxili kreditin üstünlüyü barədə müştərilərə məlumat vermişdir. Mobil telefon alan alıcılar telefonu ondan təhvil almırdılar. Təhvil almanı digər Cavabdeh2 həyata keçirmişdir. Bunu cinayət işi üzrə toplanmış materillarda da görmək olar və izahatlarda bildirilmişdir ki, bəzi telefonlar Nurlan adlı şəxsdən, bəziləri isə Əbülfətdən təhvil alınmışdır. Onunla işəgötürən arasında maddi məsuliyyətə dair heç bir müqavilə bağlanmamışdır, ona dəyən hər hansı zərərə görə o, cavabdeh deyildir və onun tərəfindən iddiaçıya zərər dəyməsini sübut edən mötəbər fakt yoxdur. Onun mağazada satılan malların keyfiyyəti və göstəriciləri barədə məlumat verməsi sonradan onun tərəfindən aparılmayan sənədləşdirmədə hər hansı qanunsuzluğa görə məsuliyyət daşıması üçün əsas deyil. Auditor hesabatı hesabatdan çox ittiham aktını xatırladır, auditor iddiaçıya dəyən zərərin miqdarını müəyyənləşdirə bilər. Auditorun dəymiş zərər görə məsuliyyətin birbaşa kimin üzərinə düşməsi ilə bağlı mövqeyi əsassızdır. Hesab edir ki, iddia tələbi ona qarşı ehtimal və mülahizələr üzərində qurulduğundan rədd edilməlidir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 təmsil etdiyi şəxsin izahatına uyğun izahat verib iddianı qəbul etməyərək, eyni zamanda iddia müddətinin tətbiqinə dair məhkəməyə ərizə verərək, izahatında iddianın təmin olunmamasını xahiş etmişdir. İş üzrə digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 12.11.2021-ci il tarixdə məhkəməyə iddiaya dair «etiraz mülahizələri» daxil olmuşdur. Həmin mülahizəsində o, göstərmişdir ki, iddiaçı onun dayısıdır və o, üç ildən artıq bir müddətdə dayısının İsmayıllı rayonunda, Bakı şəhərində 28 may və “Kubinka” kimi tanınan ərazidəki, eləcə də “Artyomda” olan evlərində və mağazasında usta kimi işləmişdir. Dayısına aid olan “Ford” markalı avtomobilin sürücüsü olmaqla 2019cu ilin dekabr ayından ona məxsus mağazada gözətçilik də etmişdir. Maşını sürdüyünə görə 400 manat, gözətçi kimi isə 200 manat ona pul vermişdir. Onun Bakı şəhərində yaşamağa yeri olmadığı üçün o, gecələr dayısı, hazırkı iş üzrə iddiaçı Turala məxsus mağazada qalmaqla yanaşı, eyni zamanda mağazanın gözətçiliyini etmşdir. Özü orta təhsillidir, nəinki kompüteri, heç yazı yazmağı da bilmir. O, mağazaya gözətçilik etdiyindən həmin mağazada olurdu və mağazanın satıcılarını tanımışdır. Onlardan birinin adı Nurlan, digərinin adı isə Qəhrəmandır. Qəhrəman telefona, sonradan isə məişət texnikasının, Nurlan isə əvvəl məişət texnikasının, sonradan isə telefonun satışına baxırdı. O, nəinki dayısının da dediyi kimi rəsmi, həm də qeyri-rəsmi də heç bir zaman satıcı olmamışdır. İddiaçı Tural Alişanov nəinki onun, hətta hər kəsin yanında elan etmişdir ki, kim mağazaya müştəri gətirərsə o, müştərilərdən alınacaq hər yüz manata görə 5 (beş) manat mükafat alacaqdır. İsmayıllı rayonunda yaşadığı kənddən bir neçə şəxs mağazanın qaydalarına uyğun mal alıb və onların bir neçəsinin mağazaya borcu yaranıb. İddiaçı dayısı ondan həmin borclulardan pulu yığmasını tələb edir. Kiçik dayısı, yəni iddiaçı dayısının qardaşı Ədalət də kənddə yaşayır və hazırda borclu şəxslərdən pulun toplanması ilə o, məşğul olur. Hesab edir ki, hazırkı iş üzrə iddiaçı barəsində hüquq-mühafizə orqanlarına, səhv etmirsə Nizami rayon 28-ci Polis Bölməsinə və həmin rayonun prokurorluğunu da hazırkı məsələ ilə bağlı şikayətlər etmişdir. Həmin şikayətə baxılmasının nəticəsində əməlində hər hansı bir təqsirli hərəkətin olmadığı müəyyən edilmişdir. Hesab edir ki, iddiaçı qeyri-rəsmi olaraq, yəni əmək müqaviləsi bağlanmadan onu satıcı kimi işə götürdüyünü göstərmişdir. O, iddia tələbinin ona aid hissədə təmin olunmamasını xahiş etmişdir. Məhkəmə hazırki mübahisə ilə bağlı qanunvericiliyinin aşağıda göstərilən maddi hüquq normalarını qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 10-cu maddəsinin ç) bəndinə əsaəsən işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq işçinin əsas vəzifələrindən biridir; Həmin Məcəllənin 194-cü maddəsinin birinci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar; Həmin Məcəllənin 199-cu maddəsinin a) bəndinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır; Həmin Məcəllənin 200-cü maddəsinin birinci bəndinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər; Həmin Məcəllənin 202-ci maddəsinin birinci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. İşin məhkəmə tərəfindən araşdırılan halları ondan ibarətdir ki, İddiaçı hazırkı iddianı ona görə qaldırmışdır ki, cavabdehlər Cavabdeh1 oğlu iddiaçının işçisi, Cavabdeh2 isə onun qohumu olmaqla mağazada gözətçilik etmiş və işçilərə nəzarət etmişdir. İddiaçı iddia edir ki, cavabdehlər ona məxsus telefon və məişət mallarının satıldığı mağazada işləmişlər. Lakin sonuncular onun məlumatı olmadan daha əvvəl mağazaya müraciət edən müştərilərin şəxsi məlumatlarından istifadə edərək, düzgün formada tərtib edilməmiş və saxta alqı-satqı müqavilələri bağlayaraq ona maddi ziyan vurmuşlar. Belə ki, iddia hazırda 66 alıcı ilə bağlanmış müqavilələrdən 17-si saxta olduğundan borclunu tapa bilmir, qalan 49 müqavilə üzrə isə cavabdehlərə təqdim etdiyi alğı-satqı müqaviləsinin formasına riyaət edilmədiyindən onun məhkəməyə müraciət edərək, pulunu tələb etmək hüququ məhdudlaşmış, nəticədə ona maddi ziyan dəymişdir. iddiaçı hesab etmişdir ki, bu faktlar hazırkı tələbinin təmin edilməsi üçün əsasdır. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbinin əsaslılığına dəlalət edən sübutlar olmadığına görə iddia tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 4.1.-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 4.2.-ci maddəsinə görə məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Göründüyü kimi, hər bir fiziki şəxsin məhkəmə müdafiəsindən istifadə etmək hüququ vardır. İddiaçı iddia tələbində cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 ona maddi ziyan vurduğunu bildirsə də, bu faktı təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, yalnız şifahi izahatla kifayətlənmişdir. Halbuki, Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı məhkəməyə müraciət edərkən cavabdehlərdən müştərək qaydada 37447.49 manat məbləğində vurulmuş zərərin əvəzini tələb etdiyi halda, daha sonra iddia tələbinin həcmini azaltmış və cavabdehlərdən 25250 manat məbləğində vurulmuş zərərin əvəzini tələb etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, araşdırma aparıldıqdan sonra bəzi alıcılara qarşı ayrıca iddia tələbləri ilə məhkəməyə müraciət edilmişdir və həmin məbləğlərin cavabdehlərdən tutulmasına zərurət yoxdur. Eyni zamanda iddiaçı tərəf iddia tələbi üzrə vurulmuş zərərin məbləğini hesablayarkən 2 aspektdən yanaşmışdır. Birinci hal iddiaçı 17 müqavilə üzrə cavabdehlərin əvvəl müştəri olmuş şəxslərlə saxta müqavilələr bağlaması və alıcılarla əlaqə saxlanıldıqda onların belə bir müqavilə bağlamadığını bildirmələridir. İkinci hal isə cavabdehlərə təqdim edilmiş müqavilənin formasına riayət edilmədiyindən hazırda qalıq borcunu tələb edə bilməməsi, alıcıları tapa bilməməsi, onların məsuliyyətdən yayınmasıdır. Məhkəmə iddiaçının mövqeyini qəbul etməyərək birinci əsasla bağlı qeyd edir ki, iddiaçının mülki iş materiallarına əlavə etdiyi siyahıda göstərilən ilk 17 alıcı ilə bağlı həmin şəxslərin mağazadan müqavilədə göstərilən əmlakları almadığını, cavabdehlərin saxta müqavilələr bağlayaraq həmin əmlakları mənimsədiyini və ona maddi ziyan vurduğunu qeyd edir, lakin məhkəmədə həmin dəlililini əsaslandıra bilmir, bununla bağlı məhkəməyə sübutlar təqdim edə bilmir. Məhkəmə hesab edir ki, iddiaçı siyahıda göstərilən ilk 17 müqavilə üzrə borcluların həmin müqavilələri mübahisələndirmələrini, faktiki olaraq müqavilələri saxtalaşdırmaqla cavabdehlərin ona maddi ziyan vurmasını sadəcə şifahi izahatı ilə əsaslandırır. Əlavə olaraq iddiaçının istinad etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda və iş materiallarına əlavə edilmiş digər sənədlərdə alqı-satqı müqavilələri üzrə borcluların həmin müqavilələrin saxta olmasını mübahisələndirməsinə dair heç bir hal aşkar edilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehlərin iddia tələbi üzrə ilk 17 müqaviləni saxtalaşdırmaqla iddiaçıya ziyan vurmaları barədə iddiaçının tələbi sübut olunmadığından əsassızdır. Məhkəmə iddiaçının iddia tələbi üzrə ikinci əsası ilə bağlı isə qeyd edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən və iddiaçı tərəfin izahatından görünür ki, siyahıda qeyd edilən 49 müqavilə üzrə borc məbləğinin bir hissəsi alıcılar tərəfindən ödənilmişdir və hazırda iddiaçı qalıq borcunu ala bilmədiyini və bunun cavabdehlərin səhvindən, müqavilə formasının düzgün tərtib edilməməsindən yarandığını bildirir. Lakin iş materiallarından “alıcılarla bağlanacaq müqavilənin və digər sənədlərin standart formasına dair qaydalar”ın olması və cavabdehlərin üzərinə həmin qaydalara əməl edilmədiyi təqdirdə hər hansı bir məsuliyyətin qoyulması müəyyən edilmir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının iddia ərizəsinə əlavə etdiyi siyahıda “qaydalara uyğun tərtib edilmədiyi üçün malın verildiyi şəxsi müəyyən etmək mümkün olmaması ilə bağlı vurulan zərər” hissəsində göstərilən və siyahıda 23, 24, 26, 27, 32 və 58-ci sıralarda göstərilən alıcılar məhz hazırkı iş üzrə Cavabdeh2dur. Lakin iddiaçı həmin hissədə cavabdehləri tapa bilmədiklərini qeyd edir. Bu da iddiaçının dəlillərinin tutarsız olduğunu göstərir. Məhkəmə hesab edir ki, cavabdehlərdən Cavabdeh1 iddiaçının mağazasında satıcı işləmiş, digər Cavabdeh2 isə həmin mağazada əmək müqaviləsi olmadan gözətçilik etmişdir. Lakin nə satıcının, nə də gözətçinin alqı-satqı müqavilələri üzrə borc məbləğinin ödənilməsi üzrə vəzifəsi yoxdur. İddiaçı cavabdehlərin öz üzərilərinə belə bir öhdəlik götürməsi barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki qanunvericiliyin tələblərindən də göründüyü kimi, nisyə alqı-satqı müqaviləsi üzrə borc məbləğini ödəmək borclunun əsas öhdəliklərindən biridir. Borclunun öz öhdəliklərini yerinə yetirməməsinə görə satıcı məsuliyyət daşıya bilməz. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlərdən vurulmuş zərərin əvəzini tələb etsə də, məhkəməyə cavabdehlərlə maddi məsuliyyət haqqında müqavilə bağlaması barədə də öz dəlilini də məhkəmədə sübuta yetirə bilməmişdir. Göründüyü kimi iş materialları ilə iddiaçının iddia ərizəsində qeyd etdiyi faktlar öz təsdiqini tapmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı iş üzrə” 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddia müddətini ötürmüşdür. Cavabdeh1 iddia müddətinin tətbiq edilməsi və iddianın təmin edilməməsi barədə ərizə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci hissəsinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. İş materiallarından, iddia ərizəsindən və iddiaçının nümayəndəsinin izahatından müəyyən olunur ki, vurulmuş ziyan iddiaçı tərəfindən 20 fevral 2020-ci il tarixdə keçirilmiş auditor yoxlaması nəticəsində aşkar edilmiş, lakin iddiaçı 20 fevral 2021-ci il tarixədək məhkəməyə müraciət etməli olduğu halda, hazırki iddia əmək qanunvericiliyində nəzərdə tutulmuş 1 illik iddia müddəti keçdikdən sonra – 24 may 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Ona görə də, iddia tələbi Cavabdeh1 münasibətdə iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilmədiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu və tələb olunan 130 manat vəkilə ödənilən pul iddiaçıya aid edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 oğluna və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası təmin edilməməli, iş üzrə ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №e-2(010)-3314/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3314/2021
19.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver